Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bizant
Bizant — yunan mifologiyasında İstanbul şəhərinin banisi. Bizant — Qədim Frakiyada, Propontida sahilində şəhər.
Dimant
Dimant (q.yun. Δύμας) — yunan mifologiyasında personaj. Dori mənşəlidir, Egimiyanın oğludur. Heraklın övladları ilə Peloponnes uğrunda müharibədə həlak olmuşdur. Alimlər ehtimal edirlər ki, Axeyadakı Dima şəhəri onun adını daşıyır. Mifə görə, Sparta filalardan biri onun adını daşıyır.
Pedant
Pedant (it. Pedante tərbiyəçi, müəllim) xırdaçıl, izafi dərəcədə dəqiqçil, məlumatfüruş, özünü hərtərəfli bilikli göstərməyə, öz biliyini nümayiş etdirərək, başqalarna ağıl öyrətməyə çalışan adam. Bu cür yersiz formal hallar isə pedantizm sayılır. Xalq arasında çox vaxt bu cür insanlar "xırdaçıl", "zəhlətökən", "hərfbaz", "bürokrat" adlandırılırlar. Məsələn; bir dinləyicinin mühazirəçiyə əhəmiyyət kəsb etməyən ədədi (99 qəpik əvəzinə 1 manat; saat 12:29 əvəzinə 12:30; oksigenin atmosferdə miqdarı: 20,942 % əvəzinə 21 %) yuvarlaq ifadə etməsinə görə nümayişkarcasına tutduğu irad. Ziqmund Freyd psixoseksual inkişafın fazaları mülahizəsində pedantizmi "anal fazanın" bir xarakter tipi hesab edir.
Pikaçu
Pikaçu (ピカチュウ, Pikachū); ing. Pikachu) — Nintendo və Game Freak-ə məxsus olan oyun seriyası, manqa və anime olan "Pokemon"da yer alan personaj. Uydurma kainatın xüsusi pokemon canlılarından biri olan Pikaçu oyun dizayneri Ken Suqimori və Game Freak yaradıcılıq komandası tərəfindən yaradılmışdır və ilk dəfə "Pokémon Red və Blue" videooyunlarında ortaya çıxmışdır və daha sonra sonrakı oyunlarında iştirak etmişdir. Pikaçu ən çox tanınan və məşhur pokemonlardan biridir, o franşizin rəsmi talismanı kimi son illərdə isə Yapon pop mədəniyyətinin ikonasına dönmüşdür. Pikaçu Piçu pokemonundan yaranıb və təkamül nəticəsində Rayçu pokemonuna çevrilə bilər. Uydurma pokemon dünyasında Pikaçu adətən evlərdə, meşələrdə, dərələrdə, bəzi zamanlar dağlarda və adalarda, həm də elektrik stansiyalarda yayılmışdır. Elektrik növü pokemon olaraq, Pikaçu yanaqlarında elektrik saxlayır və lazımlı hallarda onun köməyi ilə hücum edə bilir. Game Freak tərəfindən yaradılmış və Nintendo tərəfindən buraxılmış "Pokemon" seriyası Yaponiyada 1996-cı ildən yayımlanmağa başlamışdı. Seriyanın personajları — pokemonlar digər məşqçilər tərəfindən tutula bilir, öyrədilir, oyun dünyasında onlarla səyahət edir və digər məşqçilərə qarşı mübarizə aparır. Pikaçu Game Freak-in Pokemon yaradıcılıq komandası tərəfindən yaradılmışdır və rəssam Ken Suqimori tərəfindən tamamlanmışdır.
Pinanq
Pinanq — Malakka boğazı ilə Malayziya yarımadasının şimal-qərb sahillərində yerləşən Malayziya ştatıdır. Pinanq ştatı cənubdan Perak, şimal və şərqdən Kedah ştatı ilə həmsərhəddir. Ştat Pinanq adasından və Malay yarımadasında yerləşən Seberanq Perai daxili rayonu olmaqla iki hissədən ibarətdir. Yüksək urbanizasiya və sənayeləşməyə görə Pinanq ölkənin ən çox inkişaf etmiş və iqtisadi cəhətdən vacib ştatlarından biri sayılır. Pinanq həmçinin ölkənin əsas turizm bölgəsidir. Pinanq Selanqor ştatı və Kuala-Lumpur federal ərazisindən sonra Malayziyada üçüncü ən yüksək İnsan İnkişafı İndeksinə malikdir. Ştatın heterogen əhalisi etnik mənsubiyyətinə, mədəniyyətinə, dilinə və dininə görə rəngarəngdir.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Vikont
Vikont (ing. viscount; fr. vicomte, latınca vicecomes, hərfən qrafın köməkçisi, müavini) — Qərbi Avropada zadəgan titulu. Burke’s Peerage & Baronetage, 1956, introduction, pp cxx-cxxviii.
Piyano
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Likan
Canavar adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir canavar adam tərəfindən dişləndikdən sonra canavar adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar "skinwalker"lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar canavar adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə canavar adamlarla bağlı anlayış da dəyişir. Canavar adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Pekan
Pekan (lat. Carya illinoinensis) – Qozkimilər fəsiləsinin Karya cinsinə mənsubdur. Vətəni Şimali Amerikadır. Pekan və ya Braziliya qozu da deyilir. Burada pekan yabanı və mədəni halda bitir. Pekan 1909-cu ildə Qafqazın Qara dəniz sahillərində, 1934-cü ildə Orta Asiyada və sonra Krımda becərilməyə başlanmışdır. Pekan plantasiyaları Abxaziyada, Azərbaycanda Lənkəran (xüsusən Talışda) və Zaqatalada vardır. Pekan hazırda mədəni halda becərilən qərzəkli meyvədir. 6–8 yaşından məhsul verir. Pekanın çiçəkləməsi və çiçəyinin quruluşu adi qoza bənzəyir.Meyvəsi qərzək içərisində sentyabr-oktyabrda yetişir.
Piano
Pianino (it. Piano — sakit) — simli və klavişli çalğı aləti. Pianinoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianinonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər. Pianino iki formada mövcuddur: Royal Fortepiano Royalda tellər, titrəyidicilər və dayaqlar döşəməyə nisbətən paralel yerləşir. Pianinoda isə onlar şaquli istiqamətdə olurlar. Buna baxmayaraq, onların təşkilediciləri eynidir.
Piran
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Piank
Piank — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. Arsak vilayətinin mərkəzində yerləşən Piank havarı əsasən dağlıq relyefə malik idi. Havar, şimal-qərbdə Arsak bilayətinin Mets-İrank havarı, şimal-şərqdə Utik vilayətinin Aranrot havarı, cənub-şərqdə Arsak vilayətinin Muxank havarı, cənub-qərbdə isə Arsak vilayətinin Harçlank havarı ilə sərhədlənirdi. Piank havarının cənub-şərq sərhəddi boyunca Qarqarçay axırdı.
Alikant Buşe
Alikant Buşe — üzüm sortu. Sort Fransada 1855-ci ildə seleksiyaçı Q.Buşe tərəfindən Pti Buşe (Armon x Tentyure) və Qrenaj sortlarının çarpazlaşdırılmasından alınmışdır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort dünyanın əksər üzümçülük ölkələrində əkilib-becərilir. == Yarpaqları == Yarpaqları iri (uzunluğu 16-22 sm, eni 14-21 sm), dəyirmi formada, ayası zəif, yaxud orta dərəcədə yarılmış, 3, yaxud 5 dilimlidir. Yuxarı kəsikləri açıq, yaxud bağlı, girintili bucaq şəklində, üçbucaqşəkilli, yaxud dar ellipsvari və ya oval formada olur. Aşağı kəsikləri çox dayaz üçbucaqşəkilli, yaxud girintili bucaq şəklində olub, izi görünür. Saplaq oyuğu açıq, dərin olub dar tağşəkillidir. Dilimlərin ucundakı dişciklər iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə üçbucaqşəkilli-mişarvaridir.
Bizant (mifologiya)
Bizant — yunan mifologiyasında Bizans şəhərinin banisi və tanrısı. Poseydon ilə Keroessanın oğlu. Apollon və Poseydon şəhərin möhkəmləndirilməsində Bizanta yardım göstərmişlər. Bizant Frakiya çarı Hemosun Bizansa hücumunun qarşısını almış və düşməni Frakiyanın uzaq rayonlarınadək qovmuşdur. Bizant şəhərdə olmadığı zaman skif hökmdarı Odris Bizansa basqın etmişdir. Bizantın arvadı Fidaleya və digər qadınlar şəhəri mühasirəyə alan skiflərin düşərgələrinə zəhərli ilanlar ataraq şəhəri xilas etmişlər. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, IV cild. Bakı,2013, səh.183.
Bizant (şəhər)
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. == Coğrafiya == Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. == Tarix == Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Nestor Pitana
Néstor Fabián Pitana (İspan tələffüzü: Nestor Pitana) – 17 iyun 1975-ci il təvəllüdlü argentinalı futbol hakimi. 2014 FİFA Dünya Kuboku, 2015 Kopa Amerika və 2018 FİFA Dünya Kuboku oyunlarında baş hakim kimi çıxış etmişdir. Pitana, FİFA 2018 Dünya Kubokunun açılış oyunu Rusiya - Səudiyyə Ərəbistanı və mundialın ən əsas qarşılaşması olan Fransa - Xorvatiya finalını idarə etmişdir.
Pikard dili
Pikard dili- Fransız dilinə sıx bağlı dil.Fransanın Nord-Pas-de-Calais və Pikardiya bölgələrində və Belçikanın Valloniya regionunun bir qismində, Turnai nahiyəsində və Mons nahiyəsinin bir qismində danışılır.
Pikaçu (dəqiqləşdirmə)
Pikaçu "Pokemon" media franşizində bir pokemon növüdür. Pikaçu aşağıdakı mənaları da verə bilər: Pikaçu (virus), kompüter virusu. Pokemon Pikaçu, yanında gəzdirilə bilən "virtual ev heyvanı". Yaqo Pikaçu (d. 1992), braziliyalı futbolçu. "Pikachu", Oliver Heldensin mahnısı.
Pinanq adası
Pinanq adası (malay Pulau Pinang) — Malakka boğazında, Malayziyanın şimal-qərbində yerləşən ada. Adanın sahəsi 290 km²-dir. Ölkənin dördüncü ən böyük adasıdır. bu siyahıya Kalimantan daxil deyildir. Ən hündür nöqtəsi Pinanq dağıdır (738 m). Eyni adlı ştat ərazisiunbə daxildir. Malay yarımadası ilə Pinanq körpüsü ilə birləşir. Körpü ştatın gerbində əks olunmuşdur. 2014-cü ildə ikinci körpü inşa edilmişdir. Üstəlik yarımada ilə 6 bərə ilə əlaqəıləndirilir.
Pirkani (Piranşəhr)
Pirkani (fars. پيركاني‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (26 ailə).
Şükrü Birant
Şükrü Birant — Türkiyə futbolçusu. 1964-1974-cü illərdə Fənərbaxçada oynamışdır. Meydana çıxdığı 317 oyunda 7 qol vurmuşdur. Türkiyənin müxtəlif milli komandalarında 26 dəfə meydana çıxmışdır.
Likani sarayı
Romanovlar sarayı (rus. Дворец Романовых ; gürc. რომანოვების სასახლე) həmçinin Likani sarayı kimi bilinən tikili Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində yerləşən kiçik şəhərdir. Tbilisi şəhərindən 160 km qərbdə yerləşir. Qış ayları burada mülayim keçir və yay aylarında orta temperatur 20-25 selsidir. Sarayın layihəsi Leon Benua tərəfindən verilmiş və Leopold Bilfeldt tərəfindən Kür çayının sahilində inşa edilmişdir. Bura Rusiya Böyük Şəhzadəsi olmuş Nikolay Mixayloçiv üçün yay sarayı kimi tikilmişdir. Sovet dönəmində bu saray dövlətin əmlakına keçmiş və İosif Stalində daxil olmaqla bir çox sovet rəsmiləri tərəfindən istifadə edilmişdir. Gürcüstan müstəqilliyini əldə etdikdən sonra bu saray Gürcüstan prezidenti tərəfindən yay mənzili kimi istifadə edilmişdir.
Kant
İmmanuel Kant (alm. Immanuel Kant‎, 22 aprel 1724[…], Köniqsberq, Prussiya – 12 fevral 1804[…], Köniqsberq, Şərqi Prussiya, Prussiya) — alman filosofu, neoklassik alman fəlsəfəsinin banisi, müasir Avropa fəlsəfə tarixinin ən nüfuzlu nümayəndələrindən, Qərbi Avropada İntibah dövrünün son böyük filosoflarından biri. Kant özünün transsendental idealizm doktrinasında iddia edirdi ki, məkan və zaman sadəcə olaraq təcrübəni təşkil edən "intuisiya formalarıdır" və buna görə də "özündə şeylər" mövcuddur. Onlar təcrübəyə töhfə versələr də, təcrübə obyektlərindən fərqlidirlər. Buradan belə nəticə çıxır ki, təcrübə obyektləri sadəcə olaraq "görünürlər" və şeylərin təbiəti özlüyündə bizim tərəfimizdən dərk olunmazdır. Filosof David Yumun yazılarındakı skeptisizmə qarşı durmaq üçün o, ən məşhur əsərlərindən biri olan "Təmiz idrakın tənqidi" (1781/87) əsərini yazdı. Burada o, sintetik aprior biliyin mümkün olub-olmaması sualına cavab vermək üçün öz təcrübə nəzəriyyəsini inkişaf etdirdi, bu da öz növbəsində metafizik tədqiqatın sərhədlərini müəyyən etməyə imkan verəcəkdi. Kant hesab edirdi ki, zəka həm də əxlaqın mənbəyidir və estetika mühakimə qabiliyyətindən yaranır. Kantın fikirləri müasir fəlsəfəyə, xüsusən qnoseologiya, etika, siyasi nəzəriyyə və postmodern estetika sahələrində böyük təsir göstərməkdə davam edir. O, ağıl və insan təcrübəsi arasındakı əlaqəni izah etməyə və ənənəvi fəlsəfənin, metafizikanın səhvləri hesab etdiyi şeylərdən kənara çıxmağa çalışdı.