Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Plomb (stomatologiya)
Plomb — çürük nəticəsində zərər görmüş olan dişə normal funksiyalarını görünüşünü qazandırma üsuluyla edilən bir diş müalicəsidir. Diş plomb edilərkən, əvvəl çürümüş diş toxumasını diş üzərindən uzaqlaşdırır. Sonra diş çürüyü ilə təsirlənmiş sahəsi tənzimlənər və boşluq plomb vasitəsilə doldurularaq tamamlanır. Bakteriyaların təkrar girə bilmə ehtimalı olan boşluqları plomb ilə bağlayaraq çürüyün irəliləməsini də maneə törədilməyə çalışılır. Onlar iki geniş növə bölünür - birbaşa və dolayı. Məsələn, kök kanalının doldurulması diş pulpasının normal olaraq yerləşdiyi boşluğu doldurmaq üçün istifadə edilən bərpaedici üsuldur. Plomb üçün istifadə edilən vəsaitlər aşağıdakılardır: Qızıl Farfor Kompozit Qatran (diş rəngində plomb) Amalqama (civə, gümüş, mis, qalay və bəzən sink xəlitəsdə). Amalgam (gümüş) plomblar, aşınmağa qarşı müqavimətlidir və nisbətən daha ucuz bir plomb növüdür. Bununla birlikdə, tünd rənglərindən ötəri, farfor və ya digər kompozit bərpalara görə daha fərq edilər xüsusiyyətdədir və ümumiyyətlə ön dişlər kimi görünər bölgələr üçün uyğun deyil. Kompozit qatran - diş ilə eyni rəngdədir və bu səbəblə təbii görünüş istəndiyində istifadə edilər.
Cef Plumb
Cef Plumb (6 oktyabr 1974) — Avstraliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Cef Plumb Avstraliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Cloob
Cloob — əsasən İranda məşhur olan farsdilli sosial şəbəkə saytı idi. Yerli (və beynəlxalq səviyyədə) məşhur sosial şəbəkə saytı Orkut İran hökuməti tərəfindən bloklandıqdan sonra boşluğu doldurmaq üçün Cloob da daxil olmaqla bir sıra yerli saytlar və şəbəkələr meydana çıxdı. Onun əsas səhifəsində İran Virtual Cəmiyyəti başlığı var və bütün məzmunun İran qanunlarına uyğun olaraq idarə olunduğunu bildirir, bu siyasət hökumətin senzura riskini azaltmaq məqsədi daşıyır. Veb saytın təxminən 1 milyon üzvü və ayda 100 milyondan çox səhifə baxışı olduğunu iddia edir. İstifadəçilərin aşağıdakı funksiyalara çıxışı var: daxili e-poçt (fərdi dostlar, dostlar qrupları və icma üzvləri üçün), icmalar və icma müzakirələri (klublar), şəxsi və icma foto albomları, icmalar üçün məqalə arxivi, icmalar üçün canlı mesajlaşma və söhbət otaqları, vebloq , iş və CV verilənlər bazası, virtual pul ("coroob" adlanır), fərdi üzvlər üçün gəlir/xərc kitabçası, mal və xidmətlər təklif etmək üçün onlayn mağazalar, elanlar, suallar və cavablar, link və məzmun paylaşımı, xəbərlər, üzv yeniləmələri və geniş icazə imkanları təyin etmək. Bəzi xidmətlər virtual pul istehlak edir. Məsələn, icma müzakirələrində təkmil axtarış, təkmil üzv axtarışı, e-poçt mesajları üçün qəbz, profil ziyarətçilərinin siyahısı və bir neçə digər xidmətlər üzvlərin mövcud virtual pullarının müxtəlif məbləğlərindən istifadə edəcək. Virtual pul almaq və ya digər istifadəçilərə köçürmək mümkündür. Kloob 7 mart 2008-ci ildə (parlament seçkiləri dövrü) İran hökuməti tərəfindən senzuraya məruz qalıb. Lakin, Cloob rəhbərliyinin "qeyri-qanuni və mübahisəli məzmunun silinməsi" adlandırdığı hadisədən sonra 29 aprel 2008-ci ildə İran internet istifadəçilərinə giriş bərpa edildi.
PROMT
PROMT tərcümə proqramı (Project MT) — "Promt" eyniadlı şirkəti tərəfindən Sankt-Peterburq şəhərində 1991-ci ildə yaradılmışdır. Bu proqram həm lüğət vəzifəsini görür, həm də tərcüməçi. PROMT maşın tərcümə proqramı vasitəsilə istənilən mətn tərcümə edilə bilər. Tərçümə istiqamətləri: İngilis-Rus,Rus-İngilis Alman-Rus, Rus-Alman Fransız-Rus, Rus-Fransız İspan-Rus, Rus-İspan İtalyan-Rus "Promt 8.0" adlanan yeni versiya şirkətin mütəxəssisləri tərəfindən 2 il müddətində sınaqdan keçirilmiş tərcümə alqoritmləri əsasında hazırlanmışdır. Yeni versiya mətnin mənaca bitmiş olan hissəsinin təhlil edilməsinə, bir çox linqvistik strukturlarının və qəlibləşmiş söz birləşmələrinin dəqiq tərcümə olunmasına imkan verir. Söz ehtiyatlarının zənginləşdirilməsi məqsədilə proqram daim yeniləşən Multitran tərcümə bazasına malikdir. İstənilən həcmdə fərdi sözlərin və mətnlərin tərcüməsi. Struktur və formatlaşdırma ilə sənədlərin tərcüməsi. Bütün populyar formatlar dəstəklənir: doc(x), xls(x), ppt(x), rtf, html, xml, txt, ttx, pdf (skan edilmiş daxil olmaqla), odt, ods, jpeg, png, tıff. Struktur və hiperlinklərin qorunması ilə bütün saytların tərcüməsi.
Tromb
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır. Metereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır.
Ploçe
Ploçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dybrovniçko-Neretvanskaya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.
Polib
Polib ( q.yun. Πόλυβος) — qədim yunan mifologiyasında Korinf padşahı, Peribeyanın həyat yoldaşı, Alkinoyanın atası. O, Kiteron dağında tərk edilmiş körpə Edipi övladlığa götürmüşdür. Qeysəriyyəli Yevsevi "Xronika"sında Polibin 40–45 yaşlarında hökmranlığını göstərir. Sofoklun "Hökmdar Edip" faciəsinin baş qəhrəmanları tez-tez Polibdən bəhs edirlər.
Lome
Lome — Toqonun paytaxtı, ölkənin inzibati və sənaye mərkəzi, əsas portu. Şəhərdə neftayırma müəssisələri vardır. Əhalisi 750 min nəfərdir (2003-cü il), sıxlığı hər kvadrat kilometrə 2174 nəfərdir. Şəhər XVIII əsrdə eve xalqı tərəfindən salınıb. 1882-ci ildə bey Biç kəndi Britaniyanın A. and F. Swanzy şirkətinin nümayəndələri əraziyə gəldikdən sonra əsas ticarət mərkəzinə çevrildi. Almaniya ərazi paytaxtını Anexodan 1897-ci ildə Bey Biçə köçürür. Şəhər sürətlə inkişaf etməyə başlayır, 1914-cü ildə isə Fransa tərəfindən tutulur. 27 aprel 1960-cı ildə Lomedə Toqonun müstəqilliyi elan edilir.
Plov
Plov və ya aş — düyü əsasında xörək. Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir. Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər".
Plüm
Plüm - [lat. pluma-lələk] alt mantiyadan Yer qabığına qalxan mantiya şırnaqları; alt mantiya maddəsi olub, seysmoayrıcıdan (660 km yuxarı) nüvə-mantiya sərhədinədək yerləşən "isti", aşağı sıxlıqlı qatdan əmələ gəlir. Mantiya şırnaqları və "isti nöqtələr" konsepsiyası plitədaxili maqmatizm hadisəsini izah etmək üçün S.Vilson (1963–1965) və S. Morqan (1971) tərəfindən irəli sürülmüşdir. Konsepsiya belə bir fikirə əsaslanır ki, mantiya şırnaqları – plümlər mantiyanın çox dərin qatlarında yaranır və daha yüksək səviyyədə hərəkət edən litosfer plitələri sanki "yandıraraq" xətti vulkan silsilələri (okeanda-vulkanik adalar) əmələ gətirir və "qızmar (isti) nöqtələrlə" kəsişən plitələrin hərəkəti istiqamətində, qanunauyqun sürətdə onların yaşını get-gedə qədimləşdirir . Mantiya Yer qabığı Litosfer plitə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Romb
Romb (yun. ρομβος) — bütün tərəfləri bərabər olan paraleloqramdır. Bütün bucaqları düz bucaq olan romba kvadrat deyilir. Rombun dioqanalları və tərəfi arasındakı əlaqə düsturu: d² + d² = 4a² Diaqonalların uzunluqları fərqlidir; Diaqonallar kəsişmə nöqtəsində yarıya bölünür; Diaqonalları qarşılıqlı perpendikulyardır; Diaqonalı uyğun təpə nöqtələrində yerləşən bucaqların tənbölənidir; Hər bir diaqonalı rombu iki bərabəryanlı üçbucağa ayırır. Bütün tərəfləri bərabərdir. Qarşı tərəfləri bir-birinə paraleldir. Qarşı bucaqları bərabərdir. Birtərəfli bucaqlarının cəmi 180°-dir. D C = a , C B = a , B A = a , A D = a {\displaystyle DC=a,CB=a,BA=a,AD=a\,} olduğundan P=4a. Eyni düstur kvadrat üçün də doğrudur.
PLMN
Public land mobile network (PLMN; azərb. İctimai yerüstü mobil şəbəkə‎) — müəyyən bir ölkədə xüsusi operator tərəfindən təklif olunan simsiz rabitə xidmətlərinin birləşməsi. PLMN adətən GSM/2G, UMTS/3G, LTE/4G kimi bir neçə mobil texnologiyadan ibarətdir. Müəyyən bir ölkə daxilində bir operator tərəfindən təklif olunur və tez-tez mobil şəbəkə adlandırılır. PLMN özü MCC (ölkə kodu) və MNC-dən (şəbəkə kodu) ibarət qlobal unikal PLMN kodu ilə müəyyən edilir. Beləliklə, bu, bir ölkəni və həmin ölkədəki mobil şəbəkə operatorunu müəyyən edən beş-altı rəqəmli nömrədir. PLMN aşağıdakıların bir hissəsidir: Location area identity (LAI) (PLMN və MNC) Cell Global Identity (CGI) (LAI və "Cell Identifier") IMSI MNC ikirəqəmli formada və başında sıfır olan üç rəqəmli formada ola bilər. Belə ki, 01 və 001 əslində iki fərqli MNC-dir. Beləliklə, PLMN 001–02 və 001–002 eyni ölkədə olur, lakin iki tamamilə fərqli operatora (02 və 002) aiddir. PLMN təyinatlarından aydın olur ki, eyni nömrə dəyərinə malik ikirəqəmli və üçrəqəmli MNC-lərin bu cür ikiliklərindən qaçınmaq olar.
Kolomb (İzer)
Kolomb (fr. Colombe) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Qran-Lem kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38118. Kommunanın 1999-cu il üçün əhalisi 1434 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 448 ilə 738 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 32 km şimal-qərbdə yerləşir.
Paloma Kosta
Paloma Kosta (port. Paloma Costa) — Braziliyalı hüquq tələbəsi, sosioekoloq, velosiped fəalı, iqlim müəllimi və gənclərin səfərbərçisi. O, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreş tərəfindən İqlim Böhranı ilə Mübarizə və İqlim Dəyişikliyinin Qarşısının alınması üzrə Qlobal Fəaliyyət üzrə Gənclər Məsləhətçi Qrupuna təyin edilmiş yeddi gənc iqlim liderindən (18-28 yaş) biridir. 2019-cu ildə Paloma Kosta Qreta Tunberq ilə birlikdə Nyu-Yorkda İqlim Fəaliyyəti Sammitinin açılışında çıxış edir. Çıxışı bəziləri tərəfindən dindən kənar kimi qiymətləndirilən "Bizə duaya ehtiyacımız yoxdur, hərəkətə ehtiyacımız var" ifadəsi tənqidlərə səbəb olur. Müsahibədə Kosta bildirir ki, “dünyada heç bir pul müqabilində” Amazonda meşələrin qırılmasına yardım edən bir şirkətdə işləyəcək. Üstəlik, mal əti tədarük zənciri ilə meşələrin qırılması arasındakı əlaqəni öyrənən kimi ət yeməyi dayandırmaq qərarına gəlir. O, həmçinin deyir ki, bacardıqca gündəlik gediş-gəlişi üçün velosipedindən istifadə edir, həmçinin bəzən əyləncələrə gedir. O, Angela Merkel və Mişel Baçelet ilə qısa söhbət etdiyini, öz ölkəsinin Jair Bolsonaru administrasiyasının heç bir nümayəndəsinin onuna söhbətləşmək istəmədiyini bildirir. Kosta Çili universitetində keçmiş mübadilə tələbəsidir və Çili Ali Məhkəməsində təlim keçmişdir.
Plora pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir. 1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır.
Typhlodromalus olombo
Typhlodromalus olombo (lat. Typhlodromalus olombo) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin typhlodromalus cinsinə aid heyvan növü.
Şlomo Avineri
Şlomo Avineri (30 avqust 1933 – 1 dekabr 2023, İsrail) yəhudi əsilli politoloqdur. Hazırda Siyasi elmlər üzrə Yerusəlimdə Yəhudi Universitetinin professoru. O həmçinin Budapeştdə Mərkəzi Avropa Universitetində də dərs deyirdi.
Filipp Kolomb
Filipp Kolomb (ing. Philippe Colombe; Paris – mart 1722, Günabad şəhristanı, Rəzəvi Xorasan ostanı) — Fransa zabiti. Daha çox Sultan Hüseyn dönəmində Səfəvi ordusunda artilleriya korpusuna komandanlıq etməsi ilə məşhurdur. == Həyatı == Dəqiq doğum tarixi bilinməməkdədir. Parisdə dünyaya gələn Flippe Kolombe Səfəvi ordusunda xidmət etməyə başlamamışdan əvvəl Rus çarlığı ordusunda xidmət etmişdir. Sultan Hüseynin (1694-1722) daxil olan Kolombe, tədricən imperiyanın artilleriya bölmələrinin komandanı postuna qədər yüksəlməyi bacarmışdır. Əfqan üsyançılarına qarşı baş vermiş Gülnabad döyüşündə o, rəsmi olaraq Əhməd xan adı və topçubaşı vəzifəsiylə iştirak etmişdir. Onun komandanlığı altında döyüşdə 24 top iştirak edirdi. Döyüş zamanı o və onun korpusu heç gözlənilmədən qorumasız buraxıldıqdan sonra birbaşa əfqanların hücumuna məruz qalmışdır. Hücum zamanı o və onun komandanlığı altındakı Səfəvi döyüşçüləri öldürülmüşdür.
Palomo del comalito
Palomo del Comalito (La Molienda) — 2011 musiqiçi mahnısı Meksikada təmsil edən Lila Daunsin ifa etdiyi və müsabiqənin qalibi olan mahnı, 2011-ci ilin iyul ayında səslənib.
Eriksson-Qlob
Aviçi Arena — İsveçin Stokholm şəhərində yerləşən çoxməqsədli bağlı arena. 16,000 tamaşaçı tutumuna malikdir. Aviçi Arena dünyanın ən böyük yarım kürə binasıdır və inşaatı iki il çəkib. Arenanın şəkli İsveç Günəş sistemindəki Günəşi təmsil edir. Eyni zamanda Günəş sistemində yer alan Günəşin Dünya üzərindəki ən büyük ölçülü modeli ünvanınada sahibdir. Arenanın tikilməsinə 10 sentyabr 1986-cı il tarixində başlanılıb, 19 fevral 1989-cu il tarixində arena açılıb. İsveçin ən böyük mahnı müsabiqəsi olan (eyni zamanda ölkənin Avroviziya Mahnı Müsabiqəsinə seçim turu olaraq keçirdiyi) Melodifestivalenin finallarına 1989 və 2002-ci ildən 2012-ci ilədək Aviçi Arenada keçirilib. Həmçinin Avroviziya Mahnı Müsabiqəsinə 2000-ci ildə ev sahibliyi etmişdir. Eyni zamanda Aviçi Arenada müxtəlif zamanlarda bir çox dünya ulduzlarının (Cennifer Lopes, Selin Dion, Britni Spirs, Rihanna, Mayli Sayrus, Keti Perri, Lady Gaga, Ariana Qrande və b.) konsertləridə keçirilmişdir. Aviçi Arena 10 may, 12 may və 14 may tarixlərində 2016 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir.
Fisincan plov
== Lazım olan ərzaqlar == Toyuq — 1 ədəd (çöl quşları ilə daha ləzzətli olur) Soğan (qırmızı Soğan olsa daha yaxşıdır) — 4 −5 ədəd Nar — 3–4 ədəd Qara turşu (rub, lavaşa) — 200 qram Balqabaq — 1 ədəd (balaca olsa daha yaxşıdır) Duz Qoz — 300 qram (döyülmüş formada) == Hazırlanması == Əvvəlcə toyuğun üzərinə 4–5 baş quru soğan, 3–4 dənə yarılmış turş nar, qara turşu, duz, 2–3 dilim boranı qatıb üzərinə su tökürük. Bütün bunların üztünə odda qızardılmış nal və yaxud da dəmir parçası ataraq qaynadırıq. Toyuq bişəndən sonra qazandan toyuğu, soğanı, boranını, dəmiri çıxarırıq. qalan suyu süzür, nar gilələrini isə atırıq. Boranı ilə soğanı birlikdə əzirik. Daha sonra əzilmiş hissəni döyülmüş qozla qarışdırırıq. Sonra da bunları süzdüyümüz su ilə qaynadırırq. Daha sonra alınan qarışığın üzərinə toyuğu da əlavə edib dəmə qoyuruq. Fisincan plovla yeyilir.
Giant Bomb
"Giant Bomb" — ABŞ videooyun veb saytı. Saytda videooyunlar, sənaye xəbərləri haqqında resenziya və rəylər dərc edilir. Həmçinin, saytın tərkibində videooyun mövzularının verilənlər bazası var. "Giant Bomb" keçmiş "GameSpot" redaktorları Ceff Cerstmann və Rayan Devis tərəfindən "Whiskey Media" ilə əməkdaşlıq çərçivəsində təsis edilmişdir. == Tarixi == 28 noyabr 2007-ci ildə Ceff Cerstmann "GameSpot"da redaksiya direktoru vəzifəsindən azad edilmişdir. İşdən çıxarıldıqdan sonra Ceff yeni veb-sayt yaratmaq üçün bir qrup veb-dizaynerlə əməkdaşlıq etməyə başlamışdır. İşdən çıxarıldıqdan dərhal sonra internetdə bunun səbəbinin "Kane & Lynch: Dead Men" videooyununun istehsalçısı "Eidos Interactive"in təzyiqi olması ilə bağlı şayiələr yayılmağa başlamışdır. Odur ki, Ceff oyunu "GameSpot"a yerləşdirdikdən sonra ona mənfi rəy vermişdi, lakin saytın redaktorları və ana şirkət "CNET Networks" bunun onun işdən azad edilməsi ilə əlaqəsi yoxdur. Bu hadisədən sonra bir sıra işçilər şirkəti tərk etmişdir. Rayan Devis 2008-ci ilin fevralında təqaüdə çıxdığını açıqlamışdır.
Kükü plov
Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri. == Tərkibi == 5 stəkan uzun düyü, 4–5 qaşıq əridilmiş kərə yağı, 8 ədəd yumurta, 4–5 dəstə göyərti (ispanaq, turşəng, nanə, şüyüd, keşniş, kəvər və sair göyərtilər), sarıkök və ya zəfəran, duz, istiot. Qazmaq üçün: 1 ədəd yumurta, 3 xörək qaşığı qatıq. == Hazırlanması qaydası == Düyü yuyulub suya qoyulur. Adi qaydada duzlu suda bişirilib süzülür. Qazana az yağ tökülərək əridilir, qazmaq üçün üstünə bir az düyü və çalınmış yumurta ilə qatıq qarışığını tökərək qalınlığı 1 sm olmaqla qazanın dibinə yayılır. Düyünün yarısını qazana töküb qalan yarısına sarıkök və ya zəfəran şirəsi əlavə edilərək qazana tökülür. Düyünün üzərinə yağ əlavə edilir, aş 45 dəqiqə dəmə qoyulur. Göyərtilər təmiz yuyularaq xırdı şəkldə doğranılır. Əvvəlcə tavaya yağ tökülərək əridilir.
Lome konvensiyası
Lome müqaviləsi və ya Lome konvensiyası Avropa İqtisadi Cəmiyyətini və Afrika, Karib və Sakit okean ölkələri arasında imzalanmış ticarət və yardım müqaviləsidir. İlk dəfə 1975-ci ildə Qərbi Afrikada yerləşən Toqo Respublikasının paytaxtı olan Lome şəhərində imzalanıb. 1976-cı ilin aprelində qüvvəyə minmiş ilk Lome Konvensiyası (Lome I) o vaxtkı Avropa İqtisadi Birliyi (AİB) ilə inkişaf etməkdə olan Afrika, Karib və Sakit okean ölkələri (AKSOÖ), xüsusən də keçmiş Britaniya, Hollandiya, Belçika və Fransa koloniyaları arasında əməkdaşlığın yeni çərçivəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Onun iki əsas aspekti var idi: O, AKSOÖ-nün kənd təsərrüfatı və mineral ixracatının əksəriyyətinin AİB-yə rüsumsuz daxil olmasını təmin edirdi. AİB kənd təsərrüfatı ilə rəqabətdə şəkər və mal əti kimi məhsullar üçün kvota sisteminə əsaslanan imtiyazlı giriş razılaşdırıldı. İkincisi, AİB AKSOÖ ölkələrinə yardım və investisiya üçün Avropa Hesablama Birliyinə (AHB) 3 mlrd. avro vəsait ayırmağı öz öhdəliyinə götürdü. Konvensiya yenidən müzakirə edilib və üç dəfə yenilənib. II Lome (1981-ci ilin yanvarından 1985-ci ilin fevralına qədər) - Avropa Hesablama Birliyi yardım və investisiya xərclərini 5,5 milyarda qədər artırdı. III Lome 1985-ci ilin martında (ticarət müddəaları) və 1986-cı ilin mayında (yardım) qüvvəyə minib və 1990-cı ildə başa çatıb; AHB-nin öhdəliklərini 8,5 milyard avroya artırdı.
Plоçe
Ploçe (xorv. Ploče) — Xorvatiyanın Adriatik dənizi sahilində yerləşən bir şəhərdir. Bölgə əhəmiyyətli bir limandır. Dybrovniçko-Neretvanskaya vilayətində yerləşir. Əhalisi (2011-ci il siyahıyaalma məlumatlarına görə) 10,135 nəfərdir.
Lomé Müqaviləsi
Lome müqaviləsi və ya Lome konvensiyası Avropa İqtisadi Cəmiyyətini və Afrika, Karib və Sakit okean ölkələri arasında imzalanmış ticarət və yardım müqaviləsidir. İlk dəfə 1975-ci ildə Qərbi Afrikada yerləşən Toqo Respublikasının paytaxtı olan Lome şəhərində imzalanıb. 1976-cı ilin aprelində qüvvəyə minmiş ilk Lome Konvensiyası (Lome I) o vaxtkı Avropa İqtisadi Birliyi (AİB) ilə inkişaf etməkdə olan Afrika, Karib və Sakit okean ölkələri (AKSOÖ), xüsusən də keçmiş Britaniya, Hollandiya, Belçika və Fransa koloniyaları arasında əməkdaşlığın yeni çərçivəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Onun iki əsas aspekti var idi: O, AKSOÖ-nün kənd təsərrüfatı və mineral ixracatının əksəriyyətinin AİB-yə rüsumsuz daxil olmasını təmin edirdi. AİB kənd təsərrüfatı ilə rəqabətdə şəkər və mal əti kimi məhsullar üçün kvota sisteminə əsaslanan imtiyazlı giriş razılaşdırıldı. İkincisi, AİB AKSOÖ ölkələrinə yardım və investisiya üçün Avropa Hesablama Birliyinə (AHB) 3 mlrd. avro vəsait ayırmağı öz öhdəliyinə götürdü. Konvensiya yenidən müzakirə edilib və üç dəfə yenilənib. II Lome (1981-ci ilin yanvarından 1985-ci ilin fevralına qədər) - Avropa Hesablama Birliyi yardım və investisiya xərclərini 5,5 milyarda qədər artırdı. III Lome 1985-ci ilin martında (ticarət müddəaları) və 1986-cı ilin mayında (yardım) qüvvəyə minib və 1990-cı ildə başa çatıb; AHB-nin öhdəliklərini 8,5 milyard avroya artırdı.