Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Petra
Petra (ərəb. البتراء‎) — Nəbatilər dövlətinin paytaxtı. == Tarixi == Nəbatilər dövlətinin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’", yəni "qaya divar (sıldırm qala)" olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır. Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi.
Ceymi Pyetro
Pyetro Cermi (14 sentyabr 1914, Genuya – 5 dekabr 1974, Roma) — italyan kinorejissoru, ssenaristi və aktyoru. Neorealizmin banilərindən biri. == Həyatı == Romada Eksperimental kinomərkəzdə əvvəl aktyorluq, sonra rejissorluq şöbələrini bitirmişdir. "Şahid" filmi (1946) rejissor debütü olmuşdur. "Yolunu azmış gənclik" (1947), "Qanun naminə" (1949), "Ümid yolu" (1950, Qərbi Berlin Beynəlxalq kinofestivalının mükafatı) və "Şəhər müdafiə olunur" (1951, Venesiya Beynəlxalq kinofestivalının mükafatı) filmləri Ceymini neorealizmin aparıcı sənətkarlarından biri etmişdir. Neorealizm hərəkatının tənəzzülü dövründə "Takka del Lupodan olan quldur", "Prezident arvadı" (hər ikisi 1952), "Qısqanclıq" (1953) kommersiya filmlərini çəkmişdir. Ceymi öz filmlərinin həm ssenaristi olmuş, həm də aktyor kimi ("Maşinist", 1956, San-Sebastyan Beynəlxalq kinofestivalının mükafatı; "İradəsiz kişi", 1958, psixoloji dramlarında; antifaşist "Lənətə gəlmiş çaşqınlıq", 1959) yaddaqalan obrazlar yaratmışdır. Onun böyük uğur qazanmış "İtalyansayağı boşanma" (1961, Beynəlxalq Kann kinofestivalının mükafatı, "Oskar" mükafatı), "Aldadılmış və atılmış qadın" (1964), "Xanımlar və cənablar" (1965, Kann Beynəlxalq kinofestivalının baş mükafatı) filmləri "italyansayağı komediya"nın əsasını qoymuşdur. "Əxlaqsız" (1967), "Serafino" (1968, Moskva Beynəlxalq kinofestivalının baş mükafatı), "Şabalıdlar dadlıdır" (1970), "Alfredo, Alfredo" (1971) və s. filmləri var.
Pietro Maksimov
Civə (ing. Quicksilver) — ABŞ nəşriyyatı Marvel Comics tərəfindən uydurulmuş mutant super qəhrəman. İlk dəfə 1964-cü ildə "İks-adamlar" komiksinin 4-cü sayında görünmüşdür. Əsl adı Pietro Maksimovdur və bacısı Vanda Maksimov da mutant olub Qırmızı cadugər kimi tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Anaları Maqda Maqnitodan qaçırdı və uşaqları Transiyada yerli qaraçı Bovaya əmanət etmişdir. Bova uşaqları Mariya və Canqa Maksimov ailəsinə verməli olmuşdur. Mariya və Canqa uşaqlara öz uşaqları kimi baxdılar. Burada o, bacısı Vanda ilə birlikdə ilk dəfə super güclərini kəşf etmişdir. Bir dəfə Canqo oğurluq etmiş və buna görə insanlar qaraçı düşərgəsinə hücum etmişlər.
Pietro Parolin
Pietro Parolin (ing. Pietro Parolin; /ˈpjetro paroˈliŋ/ 17 yanvar 1955) — Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal. == Həyatı == 2015-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vatikana rəsmi səfəri zamanı Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olmuşdur.
Pietro Pelleqri
Pietro Pelleqri (17 mart 2001-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda və İtaliya U-17 milli komandasında hücumçu kimi çıxış edən peşəkar İtaliya futbolçusudur. Genoa klubu ilə 15 yaşında debüt edən Pelleqri Seriya A-da debüt edən ən gənc (Amadeo Amadey ilə birlikdə) futbolçudur. == Klub karyerası == === Genoa === Pelleqri Genoa akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 22 dekabr 2016-cı ildə Torino klubuna qarşı Seriya A görüşündə etmişdir. O, 88-ci dəqiqədə Tomas Rinkonu əvəz etmiş və həmin görüşdə komandası rəqibinə 1-0 hesabı ilə məğlub olmuşdur. Meydana 15 yaş və 280 günlüyündə daxil olan Pelleqri Amadeo Amadey ilə birlikdə ən gənc Seriya A debütantı rekordunu yeniləmişdir. O, karyerasında ilk qolunu 28 may 2017-ci ildə Roma klubuna qarşı oyunda vurmuş və komandası 3-2 hesabı ilə məğlub olmuşdur. O, 21-ci əsrdə anadan olanlar arasında Seriya A-da qol vuran ilk futbolçu kimi tarixə düşmüşdür.17 sentyabr 2017-ci ildə Pelleqri Latsio klubu ilə görüşdə dublla yadda qalmış və komandası 3-2 hesabı ilə məğlub olmuşdur. O, əsas Avropa liqalarında dublla yadda qalan ilk 16 yaşlı futbolçu kimi tarixə düşmüşdür. === Monako === 27 yanvar 2018-ci ildə Pelleqri €25 milyon qarşılığında Monako klubu ilə müqavilə imzalamışdır.
Poetik tərcümələr
"Poetik tərcümələr" – orijinaldan tərcümə olunmuş və orijinal ilə birlikdə verilmiş şeirlər-tərcümələr kitabı. Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş bu toplunun redaktoru və kitaba daxil edilmiş "Poetik tərcümələr" məqaləsinin müəllifi Hamlet İsaxanlı dır. == Məqsəd və ideya == Bu toplu bir tərəfdən ingilis, fransız və rus dilindən azərbaycancaya, digər tərəfdən isə azərbaycancadan ingilis və fransız dillərinə poetik tərcümələrdən ibarətdir. Kitabda bu dillərdə yazmış 43 şairin 23 tərcüməçi tərəfindən 117 şeiri tərcümə olunmuş və onlar şeirlərin orijinalları ilə birlikdə verilmişdir. "Poetik tərcümənin orijinal mətnlə yanaşı, ona paralel olaraq verilməsi fikri bu toplunun əsas xüsusiyyətlərindən biridir. Bu paralellik hər iki dili bilənlərə tərcüməni orijinalla müqayisə edərək oxumağa imkan verir, həmçinin kitabın tədqiqat və tədris istiqamətində faydalı olacağına ümud yaradır" ..."Davamlı tərcümə layihəsi kimi nəzərdə tutduğumuz bu işin birinci addımında peşəkar şair və tərcüməçilərlə yanaşı həvəskarlara da yer ayırmışıq" (Hamlet İsaxanlı. "Ön söz") == İngilis dilindən azərbaycan dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Azərbaycancaya tərcümədə verilən ingilis şairləri aşağıdakılardır: Walter Raleigh Christopher Marlowe William Shakespeare Robert Herrick William Blake Walter Scott Thomas Campbell George Gordon Lord Byron Percy Bysshe Shelley Henry Wadsworth Longfellow Edgar Allan Poe Mathew Arnold J.B.O'reilly William Buttler Yeats Rudyard Kipling Langston Hughes Sidney Keyes Eric Clapton and Jim Gordon Tina Arena Howard Barnes W.E.Hawkins Bu şeirləri ingiliscədən azərbaycancaya tərcümə edənlər: Şəhla Nağıyeva Ənvər Rza Hamlet İsaxanlı Mərufə Mədətova Firəngiz Nəsirova Sevil Gültən Vahid Ərəb Şahin Xəlil == Fransız dilindən azərbaycan dilinə tərcümə == Kitabda şeiri orijinalda və Azərbaycancaya tərcümədə verilən fransız şairi: G.de Nerval Fransızcadan Azərbaycancaya tərcümə edən: Hamlet İsaxanlı == Rus dilindən azərbaycan dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Azərbaycancaya tərcümədə verilən rus şairləri aşağıdakılardır: В.А.Жуковский Е.А.Баратынский Ф.И.Тютчев А.А.Фет Н.С.Гумилёв А.А.Ахматова С.А.Есенин Алла Ахундова Мансур Векилов Şeirləri rus dilindən azərbaycancaya tərcümə edənlər: Hamlet İsaxanlı Knyaz Aslan Nəriman Həsənzadə == Azərbaycan dilindən ingilis dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Ingiliscə tərcümədə verilən Azərbaycan şairləri aşağıdakılardır: Cəfər Cabbarlı Hüseyn Arif Bəxtiyar Vahabzadə Əli Kərim Məmməd Araz Hamlet İsaxanlı Zəlimxan Yaqub Şeirləri azərbaycan dilindən ingiliscəyə tərcümə edənlər: Firəngiz Nəsirova (Firangiz Nasirova) Şəhla Nağıyeva və Piter Makuk (Shahla Naghiyeva and Peter Makuck) Şəhla Nağıyeva və Lyuk Visnant (Shahla Naghiyeva and Luke Whisnant) Şəhla Nağıyeva və Culi Fey (Shahla Naghiyeva and Julie Fay) Sabir Mustafa (Sabir Mustafa) == Azərbaycan dilindən rus dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Rusca tərcümədə verilən Azərbaycan şairləri aşağıdakılardır: Səməd Vurğun Əli Kərim Hamlet İsaxanlı Gülnarə Cahan İslam Türkay Nizami Elyanar Şeirləri azərbaycan dilindən ruscaya tərcümə edənlər: Tofiq Abasquliyev (Тофиг Абаскулиев) Dinarə Karakmazli (Динара Каракмазли) Alla Axundova (Алла Ахундова) Gülnarə Cahan (Гюльнара Джахан) Vyaçeslav Zaycev (Вячеслав Зайцев) Səyavuş Məmmədzadə (Сеявуш Мамедзаде) Vladimir Qafarov (Владимир Гафаров) == "Poetik tərcümə. Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı" == "Bu sətirlərin müəllifinin bu kitaba poetik tərcümə haqqında giriş sözü yazmaq və bu girişdə qısa tarixi ekskurs etmək fikri ilkin çərçivədən çıxaraq iri həcmli məqalə halına gəldi" (Hamlet İsaxanlı. "Ön söz") == Mənbə == "Poetik tərcümələr". 1-ci toplu.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Pyetro Badalyo
Pyetro Badalyo ingiliscə (Pietro Badoglio) 1-ci Addis Abeba hersoqu, 1-ci Sabotino Markesi (ABŞ: /bəˈdoʊljoʊ/, İtalyanca: [ˈpjɛːtro baˈdɔʎʎo]; 28 sentyabr 1871[…] – 1 noyabr 1956[…]) — həm Birinci Dünya Müharibəsi zamanı, həm də italyan generalı idi. Həm Birinci Dünya Müharibəsi zamanı, həm də italyan generalı kimi. Şərqi Afrika vitse-prezidenti. İtaliyada nasist rejimi süqut etdikdən sonra İtaliyanın baş naziri oldu.
Pyetro Cermi
Pyetro Cermi (14 sentyabr 1914, Genuya – 5 dekabr 1974, Roma) — italyan kinorejissoru, ssenaristi və aktyoru. Neorealizmin banilərindən biri. == Həyatı == Romada Eksperimental kinomərkəzdə əvvəl aktyorluq, sonra rejissorluq şöbələrini bitirmişdir. "Şahid" filmi (1946) rejissor debütü olmuşdur. "Yolunu azmış gənclik" (1947), "Qanun naminə" (1949), "Ümid yolu" (1950, Qərbi Berlin Beynəlxalq kinofestivalının mükafatı) və "Şəhər müdafiə olunur" (1951, Venesiya Beynəlxalq kinofestivalının mükafatı) filmləri Ceymini neorealizmin aparıcı sənətkarlarından biri etmişdir. Neorealizm hərəkatının tənəzzülü dövründə "Takka del Lupodan olan quldur", "Prezident arvadı" (hər ikisi 1952), "Qısqanclıq" (1953) kommersiya filmlərini çəkmişdir. Ceymi öz filmlərinin həm ssenaristi olmuş, həm də aktyor kimi ("Maşinist", 1956, San-Sebastyan Beynəlxalq kinofestivalının mükafatı; "İradəsiz kişi", 1958, psixoloji dramlarında; antifaşist "Lənətə gəlmiş çaşqınlıq", 1959) yaddaqalan obrazlar yaratmışdır. Onun böyük uğur qazanmış "İtalyansayağı boşanma" (1961, Beynəlxalq Kann kinofestivalının mükafatı, "Oskar" mükafatı), "Aldadılmış və atılmış qadın" (1964), "Xanımlar və cənablar" (1965, Kann Beynəlxalq kinofestivalının baş mükafatı) filmləri "italyansayağı komediya"nın əsasını qoymuşdur. "Əxlaqsız" (1967), "Serafino" (1968, Moskva Beynəlxalq kinofestivalının baş mükafatı), "Şabalıdlar dadlıdır" (1970), "Alfredo, Alfredo" (1971) və s. filmləri var.
Pyetro Maskanyi
Pyetro Maskanyi (it. Pietro Mascagni; 7 dekabr 1863[…], Livorno, İtaliya krallığı – 2 avqust 1945[…], Roma, İtaliya krallığı) — italiyalı bəstakar.
Pyetro Tenerani
Pyetro Tenerani (it. Pietro Tenerani; doğum 11 noyabr 1789, Torano, İtaliya - ölüm 14 dekabr 1869, Roma, İtaliya) — Neoklassisizm üslubunda işləmiş italyan heykəltaraş. == Bioqrafiyası == Pyetro Tenerani Karara yaxınlığındakı Torano şəhərində anadan olmuşdu. O əvvəlcə dayısı Pyetro Marçettinin yanında təlim keçmiş və 1813-cü ildə Romada təhsil üçün təqaüd qazanmışdı. Orada o, Bertel Torvardsenin emalatxanasında təcrübə keçmişdi. 1816-cı ildə o, Florensiyalı Marçesa Lenzoniyə satdığı Tərkdilmiş Ruh heykəlini hazırladı. O, məhsuldar idi və XIX əsrin ortalarında dini mövzularda ixtisaslaşaraq sadə neoklassisizm tərzində işləyirdi. Onun ən məşhur işi Romada Papa VII Piy üçün hazırladığı abidə idi. O, Vatikanda Alfons Liquotiyə əzəmətli heykəl hazırlamışdı. Pyetro Tenerani Neapolda San Fransesko di Paola və Bazilika Ostiensdə San Benedetto kilsələri üçün Sent Con the Evangelist abidəsini hazırlamışdı.
Bernqard Petri
Bernqard Eduardoviç Petri (17 sentyabr 1884-25 noyabr 1937)—sovet etnoqrafı və antrapoloqu. == Həyatı == Bernqard Eduardoviç Petri 17 sentyabr 1884-cü ildə Berndə anadan olmuşdu. Uşaqlığı İtaliyada keçmişdi. Gimnaziyanı və universiteti Sankt-Peterburqda bitirmişdi. Onun hamisi və ustadı akademik Vasili Radlov idi. Universiteti tamamlayandan sonra Rusiya elmlər Akademiyasının antropologiya və etnoqrafiya muzeyində ştatdankənar əməkdaş, sonra kiçik etnoqraf vəzifələrində çalışmışdı. Avstraliya və Okeaniya şöbəsinə başçılıq etmişdi. Bernqard Petri 1912, 1913 və 1916-cı illərdə Pribaykala antropo-arxeoloji ekspedisiyada iştirak etmişdi. Bernqard Petri 1918-ci ildən İrkutsk Universitetinin dosenti, sonra professoru vəzifəsində çalışmışdı. Onun diyarşünaslıq dərnəyinə gələcək akademik A. P. Okladnikov (1908—1981) və tarix elmləri doktoru M. M. Gerasimov (1907—1970) tez-tez baş çəkirdilər.
Cordula petri
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Cypripedium petri
Paphiopedilum dayanum (lat. Paphiopedilum dayanum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. == Sinonimləri == Kyu Kral Botanika Bağının məlumatına əsasən : Cypripedium spectabile var. dayanum Lindl. 1860 basionym Cypripedium dayanum (Lindl.) Rchb.f. 1862 Cypripedium petri Rchb.f. 1880 Cypripedium ernestianum L.Castle, 1887 Cypripedium peteri Rchb.f., 1887, orth. var. Paphiopedilum petri (Rchb.f.) Pfitzer 1894 Paphiopedilum dayanum var.
Donald Petri
Donald Petri (ing. Donald Petrie; 7 sentyabr 1846 – 1 sentyabr 1925, Oklend) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Donald Petri toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Petrie, D. List of the flowering plants indigenous to Otago (англ.) // Transactions and Proceedings of the Royal Society of New Zealand (англ.)русск. : journal. — 1896. — Vol. 28. — P. 540—591. == Şərəfinə adlandırılmış taksonlar == Petriella Zotov, 1943, nom.
Frauke Petri
Frauke Petri (alm. Frauke Petry‎, qızlıq soyadı (Marquardt); d. 1 iyun 1975, Drezden, Almaniya Demokratik Respublikası) — AFR siyasətçisi, biznesmen. == Tərcümeyi-halı == 1975-ci ildə Drezdendə anadan olub. 1989-cu ilə kimi ailəsi ADR-in Şvartshayde şəhərində yaşayıb. Anası kimyaçı, atası mühəndis olub. Ailəsi üç dəfə Federativ Almaniyaya qaçmaq istəyib, ancaq istəyinə 1989-cu ildə nail olub. 1992-cu ildə ailəsi Berqkamen şəhərinə köçür (Şimali Reyn-Vestfaliya torpağı). 1998-cu ildə Redinq Universitetini (İngiltərə) kimyaçı bakalavr ixtisası ilə bitirir. 2004-cü ildə Gettinq Universitetinin doktoru olur.
Katy Perry
Ketrin Elizabet Hadson (ing. Katheryn Elizabeth Hudson; 25 oktyabr 1984, Santa-Barbara, Kaliforniya) — və ya səhnə adı Keti Perri (ing. Katy Perry) kimi tanınan ABŞ müğənnisi və bəstəkarı. Kiçik yaşlarından kilsələrdə çıxış edən Ketrin yeniyetməlik dövründə qospel ifaçısı olaraq musiqi karyerasına başlamaq qərarına gəlmişdir. Gənc müğənni Red Hill Records albom şirkəti ilə müqavilə imzalamış və 2001-ci ildə Katy Hudson adlı ilk qospel albomunu çıxartmış, lakin albom reklam cəhətdən müğənni üçün heçdə uğurlu olmamışdır. Red Hill Records-la əlaqələrini dayandırdıqdan sonra o, 2002-ci ildə beynəlxalq musiqi aləminə qatılmaq məqsədi ilə Los-Ancelesə köçmüşdür. O Los-Ancelesdə bir neçə tanınmış prodüserlərlə işləməyə başlamışdır. Növbəti dörd il boyunca müğənni iki albom şirkəti ilə anlaşmalar imzalamış və hər iki anlaşma ona həvəsində olduğu şöhrəti qazandıra bilməmişdir. "Keti Perri" səhnə adını götürdükdən sonra müğənni 2007-ci ilin aprel ayında Capitol Records albom şirkəti ilə növbəti anlaşma imzalamışdır. Keti Perri 2008-ci ildə One of the Boys adlandırdığı ikinci studio albomunda yer alan "I Kissed a Girl" və "Hot n Cold" sinqlları ilə dünyada şöhrət qazanmağa nail olmuşdur.
Knopkirie petri
Knopkirie petri (lat. Knopkirie petri) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin knopkirie cinsinə aid heyvan növü.
Petra (Gürcüstan)
Petra qalası — yaxşı qorunan xarabalıqları ilə Kobuleti bələdiyyəsinin Tsikhisdziri kəndi ərazisində yerləşən Bizans qalasıdır.Başqa bir mülahizəyə görə, Petra, müasir Türkiyə ərazisində, Hopa limanının yaxınlığında yerləşirdi, lakin bu, Kesar Prokopiyasının məlumatları ilə ziddiyyət təşkil edir. == Tarixi == Kesar Prokopiyasına görə, Qara dəniz yaxınlığında əvvəllər mövcud olan "əhəmiyyətsiz yaşayış yerinin" yerində Lazika şəhərindəki Petra qalasınnın əsası, imperator I Yustinian tərəfindən qurulmuşdur. İmperatora burada qala qurmaq lazım olmasını məhz komandir İohan Tsiv vermişdi. "Mənşəyi bilinməyən alçaq boylu bu adam, yalnız bu fikrinə görə strateji rütbəsinə yüksələ bildi." Bu qaladan istifadə edən Tsiv, Lazların əmlaklarını qarət etdi.. Yunan dilində "qaya" sözünün əsl mənasında Petra adı, şəhərin tikildiyi qayalı və uçurumlu sahilə işarə idi. Dəniz və uçurumlar arasında yerləşməsi, iki qülləsi olan müdafiə divarı ilə müdafiə olunan, dar və qayalı düz bir zolaq istisna olmaqla qalanı əlçatmaz etdi.Uzun müddət mühasirədən sonra möhkəmləndirilmiş şəhər I Xosrovun komandanlığı altında farslar tərəfindən ələ keçirildi. Petra qalasında cəmi bir qarnizon qaldı və qala farslar tərəfindən möhkəmləndirildi. 549-cu ildə qalaya I Yustinian, Daqisfey və 1000 çanın komandanlığı altında 7000 nəfərlik ordu göndərdi. Ordu Petra yaxınlığında düşərgə qurdu və mühasirəyə başladı. Öncədən planlaşdırılmamış mühasirə tamamilə uğursuzluqla başa çatdı.Farslar ilə müharibənin növbəti mərhələsinin qələbə ilə başa çatmasından sonra Bizanslılar özləri buradakı Petra qalasını dağıdıblar ki, "buraya yenidən gələn barbarlar heç bir hiylə işlətməsinlər".1961–1962-ci illərdə Petra Akropolunun ərazisində aparılan qazıntılar zamanı, burada üç tərəfdən kiçik üçbucaqlı bir meydanı əhatə edən vahid memarlıq ansamblının bir hissəsi olan iki erkən orta əsr binasının, bazilika və hamamın qalıqları aşkar edilmişdir.
Petra Kvitova
Petra Kvitova Çexiyalı tennisçi. Uimbldon tennis turnirinin (2011) qalibi. Petra Kvitova əsasən sol əli ilə işləyir. "İstirahət"ə 8-ci mövqedə yollanan perspektivli idmançı bunu ciddi geriləmə saydığını müsahibələrində dönə-dönə vurğulayır. Bu isə təsadüfi deyil, çünki 2011-ci il mövsümü 2-ci yerdə tamamlayan tennisçinin 2012-ci il üçün məqsədi liderliyə yüksəlmək idi. Ancaq o, nə bu istəyini reallaşdıra bildi, nə də "Böyük dəbilqə" seriyalı turnirin qalibi oldu – həm Avstraliya, həm də Fransa mərhələlərində mübarizəni yarımfinalda dayandırdı. == Mənbə == Tofiq Vəziroğlu, "Onun adı Viktoriya", "New Baku Post" qəzeti, № 49(49), 08.12.2012. səh.14.
Petra Mede
Petra Mede – İsveçin tanınmış komediyaçı, televiziya aparıcısı. Malmödə keçirilən 2013 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı. Petra Mede eyni zamanda İsveçin Stokholm şəhərində keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində Mons Selmerlöv ilə birlikdə aparıcı olub.
Petra Universiteti
Petra Universiteti (ərəb. جامعة البتراء‎) — İordaniyanın paytaxtı Amman şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin prezidenti professor Adnan Badrandır. == Tarixi == Universitetin əsası 1996-cı ildə qoyulmuşdur.
Petra Vaçnikova
Petra Vaçnikova (d. 29 may 1976; Vsetin, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Petra Vaçnikova, 2000-ci ildə Çexiyanı XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Petra Vaçnikova, 2000-ci ildə Çexiya bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Vaçnikova, 60.40 xal topladı və 12 idmançı sırasında 11-ci yeri tutaraq mübarizəni dayandırdı.
Petru Luçinski
Luçinski Petru (d. 1940) — Moldovanın siyasi və dövlət xadimi. 1971-ci ildən 1989-cu ilə qədər dövlət və partiya işlərində müxtəlif vəzifələrdə çalışmışdır. 1997–2002-ci illərdə Moldova Respublikasının 2-ci Prezidenti olmuşdur.
Petru Luçinşi
Luçinski Petru (d. 1940) — Moldovanın siyasi və dövlət xadimi. 1971-ci ildən 1989-cu ilə qədər dövlət və partiya işlərində müxtəlif vəzifələrdə çalışmışdır. 1997–2002-ci illərdə Moldova Respublikasının 2-ci Prezidenti olmuşdur.