Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Polyak
Polyaklar və ya polşalılar (pol. Polacy; tək: Polak) — Avropada, əsasən Polşada yaşayan, polyak / polşa dilində danışan xalq. Polyak dilində şəxs üçün: " Polak" (kişi) və " Polka" (qadın).
Polyak dili
Polyak dili (język polski, polszczyzna) — polyakların dili. Hind-Avropa dillərinin Qərbi slavyan dilləri qrupunun lehit dilləri yarımqrupuna aiddir.
Polyakca
Polyak dili (język polski, polszczyzna) — polyakların dili. Hind-Avropa dillərinin Qərbi slavyan dilləri qrupunun lehit dilləri yarımqrupuna aiddir.
Dmitri Polyakov
Dmitri Fyodoroviç Polyakov (rus. Дмитрий Фёдорович Поляков; 6 iyul 1921, Starobilsk[d] – 15 mart 1988, Moskva) — SSRİ-nin general-mayoru, ABŞ-yə işləyən, 15 min agenti satan sovet kəşfiyyatçısı == Həyatı və təhsili == Dmitri Fyodoroviç Polyakov 1921-ci ildə Ukraynada anadan olub. 1939-cu ildə artilleriya məktəbinə daxil olub. Daha sonra Frunze adına ali hərbi akademiyanı bitirib. === Ailəsi === BMT-də işlədiyi illərdə oğlu dünyaya gəlib. Xəstə övladının əməliyyatı üçün ona 400 dollar lazım olub, lakin bu pulu tapa bilməyib. Bu məqsədlə Hərbi Baş Kəşfiyyat İdarəsinin generalı Sklyarova müraciət edib. Lakin bunun da xeyri olmayıb və övladı tezliklə ölüb. == Fəaliyyəti == II Dünya Müharibəsi zamanı Ukrayna və Qərb cəbhəsində vuruşub. Müharibəni mayor rütbəsində başa vurub.
Azərbaycan polyakları
Azərbaycan polyakları (pol. Polacy w Azerbejdżanie) — Azərbaycanda yaşayan polyak icmasına verilən ümumi ad. Azərbaycana polyakların gəlməsi XVII əsrin əvvələrindən başlayır. XIX əsrin ortalarında polyakların ikinci dalğası Bakı və Gəncə kimi şəhərlərdə məskunlaşırlar. 1897-ci ildə Azərbaycanda 2 minə yaxın polyak müxtəlif sahələrdə fəaliyyət göstərirdi. Sovet hakimiyyətinin qurulmasından sonra bəzi polyaklar vətənlərinə qayıtsa da, bir çoxları Azərbaycanda qalmışdır. Hal-hazırda Azərbaycanda 200 civarında polyak yaşayır. == Tarixi == Azərbaycanla Polşa arasında münasibətlər Ağqoyunlu dövlətinin hakim olduğu dövrdə yaranmışdır. XVI əsrin sonların yaxın Ağqoyunlu dövləti ilə Reç Pospolita dövləti arasında bəzi məktublaşmalar aparılırdı. Polyakların ilk qrupunun Azərbaycana gəlmələri I Şah Abbas Səfəvinin dövrünə təsadüf edir.
Dmitri Fedoroviç Polyakov
Dmitri Fyodoroviç Polyakov (rus. Дмитрий Фёдорович Поляков; 6 iyul 1921, Starobilsk[d] – 15 mart 1988, Moskva) — SSRİ-nin general-mayoru, ABŞ-yə işləyən, 15 min agenti satan sovet kəşfiyyatçısı == Həyatı və təhsili == Dmitri Fyodoroviç Polyakov 1921-ci ildə Ukraynada anadan olub. 1939-cu ildə artilleriya məktəbinə daxil olub. Daha sonra Frunze adına ali hərbi akademiyanı bitirib. === Ailəsi === BMT-də işlədiyi illərdə oğlu dünyaya gəlib. Xəstə övladının əməliyyatı üçün ona 400 dollar lazım olub, lakin bu pulu tapa bilməyib. Bu məqsədlə Hərbi Baş Kəşfiyyat İdarəsinin generalı Sklyarova müraciət edib. Lakin bunun da xeyri olmayıb və övladı tezliklə ölüb. == Fəaliyyəti == II Dünya Müharibəsi zamanı Ukrayna və Qərb cəbhəsində vuruşub. Müharibəni mayor rütbəsində başa vurub.
Polyakca Vikipediya
Polyakca Vikipediya (pol. Wikipedia polskojęzyczna) — Vikipediyanın polyak dilində olan bölməsidir.
Polyaklar
Polyaklar və ya polşalılar (pol. Polacy; tək: Polak) — Avropada, əsasən Polşada yaşayan, polyak / polşa dilində danışan xalq. Polyak dilində şəxs üçün: " Polak" (kişi) və " Polka" (qadın).
Serb Respublikasında polyaklar
Serb Respublikasında polyaklar (pol. Polacy w Republice Serbskiej, serb. Пољаци у Републици Српској) — Serb Respublikasında yaşayan və işləyən polyak əsilli əhali. Polyaklar Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. 2013-cü il siyahıya alınmasına görə Serb Respublikasında 186 polyak yaşayır. == Tarixi == Polyaklar Serb Respublikası ərazisinə Avstriya-Macarıstan dönəmindən yaşayırlar. Onlar əsasən Qalisiyadan olan kəndlilərdən ibarət idi. Polyaklar Derventa, Prnyavor, Qradişka, Banya Luka, Novi-Qrad və Priedor şəhərləri ətraflarında məskunlaşmışdırlar. 1910-cu il məlumatına Bosniya və Herseqovinada 10975 polyak yaşayırdı. Onlar 12 kəndli koloniyasında cəmləşmişdilər.
Y. S. Polyakovun binası
Y. S. Polyakovun binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Y. S. Polyakovun binası Taqanroq şəhəri Petrovskaya küçəsi, ev 74 ünvanında yerləşir. Bina XIX əsrdə inşa edilmişdir. Bina Petrovskaya küçəsində yerləşən digər binalarla birlikdə mədəni irs siyahısına daxil olmuşdur. == Tarixi == 1812-ci il Fransa ilə aparılan müharibənin iştirakçısı olmuş Qeorqi Bernardaki özü üçün XIX əsrin əvvəllərində Varvasievski xiyabanında bir mərtəbəli bina inşa etdirmişdir. Onun ailəsi valideynlərin ölümündən sonra, Sankt-Peterburqa köçməsinə qədər yaşamışdır. Petrovski küçəsi, Azov dənizi sahillərində yerləşən bina 5,5 min rubl dəyərində olmuşdur. 1874-cü ildə binanı böyük sahibkar və torpaq sahibi Yskov Solomonoviç Polyakov satın almışdır. Polyakov Taqanroqda dəmir yolu çəkilişinə rəhbərlik edirdi. Üstəlik Taqanroq II stansiyasını maliyyələşdirirdi.
Mixai Pollak
Mixai Pollak və ya Maykl Pollak - (mac. Pollack Mihály, 30 avqust 1773, Vyana – 3 yanvar 1855[…], Peşt[d], Peşt medyesi) Avstriyada anadan olmuş macar memar. Onun məşhur işlərindən biri Macarıstan Milli Muzeyidir. == Həyatı == Mixai Pollak 1773-cü ildə Vyanada anadan olmuşdur. 1793-1794-cü illərdə o memar qardaşı ilə birgə Milanda yaşayır. 1798-ci ildə yenidən Budapeştə qayıdan Mixai 1808-ci ildə Şəhər Abadlaşdırma Komissiyasında mühüm bir rola sahib olur. 1810-1830-cu illərdə Mixai bir çox yaşayış binası, böyük saraylar və ictimai binaların layihələrini hazırlamışdır. Onun memarlıq üslubu ilə bağlı barokko ilə neoklassik üslub arasında bir yerdə olduğunu söyləmək olar. Mixai Pollak 1855-ci ildə Budapeştdə vəfat etmişdir.
Polya (kommuna)
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Polyar koordinat sistemi
Riyaziyyatda qütb koordinat sistemi və ya polyar koordinat sistemi, nöqtələrin bir bucaq və Karteziyan koordinant sistemindəki koordinat başlanğıcının ekvivalenti olub "qütb" olaraq bilinən bir mərkəz nöqtəyə olan uzaqlıqlar ilə müəyyən, iki ölçülü bir koordinat sistemidir. Qütb koordinat sistemi, riyaziyyat, fizika, mühəndislik, dənizçilik, robot texnologiyası kimi bir çox sahədə istifadə edilər. Bu sistem, iki nöqtə arasındakı əlaqənin bucaq və uzaqlıq ilə daha sadə ifadə edilə bildiyi vəziyyətlər üçün xüsusilə rahatdır. Karteziyan koordinat sistemində, belə bir əlaqə ancaq triqonometrik düsturlar ilə tapıla bilər.
Çölyak kötüyü
Çölyak kötüyü (lat. truncus coeliacus) yaxud qarın kötüyü — (yunanca koila sözündən götürülmüş mənası qarınboşluğu deməkdir) məməli heyvanlarda qarın aortasından ayrılan üç tək arteriyalardan birincisi olub xüsusən insanda XII döş və ya I bel fəqərəsi, diafraqmanın aorta dəliyi - lat. hiatus aorticus səviyyəsindən, qarın aortasının ön səthindən başlanğıc götürərək qarın boşluğuna daxil olur. Qarın kötüyü 1-2 santimetrdir. Bu damar başlayan kimi üç şaxəyə bölünür, (lat. aa. gastrica sinistraç hepatica communie et lienalis) ona görə buna qabaqlar üçayaq (lat. tripus coeliacus Halleri) deyilirdi. == Təchizat etdiyi nahiyələr == lat. A. gastrica sinistra - mədənin sol arteriyası - yuxarı və sol tərəfə mədəningirəcəyinə doğru gedir, sonra onun ikinci əyriliyi ilə sağa qayıdır mədənin ön və dal divarlarına şaxələnir.
Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874 – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. == Əsli-nəcabəti == Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Konyak
Brendi (konyak) — süfrə şərabından hazırlanmış spirtin dincə qoyulmaqla yetişdirilməsindən alınan alkoqollu içki.Konyak tünd spirtli içki olub, üzüm şərablarının destilləsindən alınmış konyak sprtini saxlayıb yetişdirməklə hazırlanır. Konyakla üzüm arağı eyni deyildir. Üzüm arağı üzümçülük qalıqlarından (cecə, maya və s.) hazırlanır. Digər tərəfdən konyak özünün qızılı-kəhrəba rənginə, xoşagələn ətrinə və s. görə üzüm arağından fərqlənir. Konyakın tündlüyü 40–57 h.% arasında dəyişir. Konyak ilk dəfə, təqribən 300 il bundan əvvəl Fransanın Şaranta vilayətinin Konyak şəhərində istehsal olunmağa başlanmışdır. Bu bir növ təsadüfi olmuşdur. Fransa Şarant çayı vasitəsilə İngiltərə və Skandinaviya ölkələri ilə ticarət əlaqəsi saxlayırdı. Lakin, gəmidə çəlləklərlə şərabın daşınması çətin və baha başa gəlirdi.
Pollok
Pollok — Qlazqo şəhərinin rayonu.
Plyaj
Çimərlik — su obyekti sahilində düzən relyefə malik ərazi. Çimərliklər əsasən su və küləyin eroziya fəaliyyəti nəticəsində meydana gəlir. Çimərliyi təşkil edən hissəciklər adətən qum, çınqıl, molyusk qabıqları və ya mərcan yosunları kimi bioloji mənbələrdən ibarətdir. Çöküntülər yerli dalğanın hərəkətindən və hava şəraitindən asılı olaraq müxtəlif sıxlıq və strukturlarda çökərək müxtəlif teksturalar, rənglər vəya material təbəqələri yaradır. Çimərlikdə akkumlyativ çöküntülər bir ərazilə yığılır. «Çimərlik» termini həmdə insanların kütləvi istirahət, çimmək və günəş vannasının qəbul olunduğu məkan kimi də işlənir. == Çimərliyin növləri == Çimərlik səht örtüyünə görə qum, balıqqulağı, Çınqıl, mərcan və s. ibarət olur. Səht örtüyü Qumdan ibarət olan çimərlik. Səht örtürü Qum-balıqqulağıdan ibarət olan çimərlik.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirliStrukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Polye
== Polye == Polye (serb-xorvat-polije-çöl, becərilən torpaq) aralıqdənizi karst tipində (açıq karstda), karst qıflarının birləşməsi nəticəsində əmələ gələn, hündür, sıldırım yamaclarla haşiyələnmiş,qapalı, geniş yastı çökəkliklərə deyilir. Polyenin sahəsi 300-400 km2 -ə, yamacların hündürlüyü isə bir neçə yüz metrə çatır. Polyenin çöküntülərlə örtülü dib sahəsində ponorlarda yox olan çay və ya ponorlarla qidalanan göl olur. Polyelər Balkan yarımadasında, Kırımda, Qərbi Gürcüstanda geniş yayılmışlar.
Polyo
Polyö (fr. Pollieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Polşa
Polşa (pol. Polska; Polyakca tələffüz: [ˈpɔlska] ( dinlə)), tarixi mənbələrdə Lehistan və ya rəsmi adı ilə Polşa Respublikası (pol. Rzeczpospolita Polska; Polyakca tələffüz: [ʐɛtspɔˈspɔlita ˈpɔlska] ( dinlə)) — Mərkəzi Avropada dövlət. 312,696 kvadrat kilometr ərazini əhatə edən ölkə 16 inzibati bölgəyə bölünür və əsasən mülayim mövsümi iqlimə malikdir. Təxminən 38.5 milyon nəfər əhalisi olan Polşa, Avropa İttifaqının əhalisinə görə ən sıx 5-ci ölkəsidir. Polşanın paytaxtı və ən böyük şəhəri Varşavadır. Digər böyük şəhərlərə Krakov, Vrotslav, Poznan, Qdansk və Qdnya, Lodz, Şetsin aiddir.Polşa şimalda Baltik dənizi, Litva və Rusiyanın Kalininqrad vilayəti, şərqdə Belarusiya və Ukrayna, cənubda Slovakiya və Çexiya, qərbdən isə Almaniya ilə həmsərhəddir.Polşa torpaqlarında ilk insanların məskən salınmasının tarixi olduqca qədimdir. Antik dövrlərdə Mərkəzi Avropa düzənliyi bir çox mədəniyyət və xalqların məskunlaşma mərkəzi olmuşdur. Ancaq Polşaya öz adını verən qərbi polyanlar bu bölgəyə hakim olmuşdur. Polşa dövlətinin qurulmasının əsası 966-cı ildə xristian dininin qəbul edilməsi və yayılması ilə qoyulmuşdur.
Solak
Solak — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Zincirli dağının ətəyində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir. XX əsrin 30-cu illərində kənd dağılmışdır. == Toponimi == Toponim solak türk tayfasının adı əsasında əmələ gəlmişdir. Türk dilində solak "qulağı uzununa kəsik"mənasını bildirir. Bu etnonim XVII əsrin I yarısında yaşamış məşhur osmanlı tarixçisi Mehmed Solakzadənin soyadında öz əksini tapmışdır. Türkiyənin Qoca nallı obasının Pinarbaşı qəzasındakı Mərkəz nahiyyəsində Solaqlar kəndi var. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirliStrukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Aleksandr Kolçak
Aleksandr Vasilyeviç Kolçak (rus. Алекса́ндр Васи́льевич Колча́к; 4 (16) noyabr 1874 – 7 fevral 1920[…], İrkutsk) — admiral, Rusiyanın ali rəhbəri (1918 −1920), Rus ordusunun baş komandanı. == Əsli-nəcabəti == Ulu babası İlyas Kolçak paşa 1735–1739-cu illər rus-türk müharibəsi zamanı Moldova cəbhəsində vuruşan türk qoşunlarının komandanı, sonra isə Xotin (Xatın) qalasının komendantı olmuşdu. İlyas Kolçak paşa ruslara əsir düşür, müharibə başa çatdıqdan sonra Polşada məskunlaşır. 1794-cü ildə onun övladları Rusiyaya köçürlər. Onlar pravoslav təriqəti üzrə xristianlığı qəbul edərək Rusiyada yaşamağa başlayırlar. Atası Vasili İvanoviç Kolçak (1837–1913) rus ordusunda ilk zabit rütbəsini Krım müharibəsində (1853–1856) Sevastopolun müdafiəsi zamanı qazanmışdır: o, Malaxov Kurqanın daş bürcünün müdafiəçilərindən yeganə sağ qalmış şəxs idi, hansı ki fransızlar onu ölülərin arasından tapmışdılar. Bu müharibədən sonra Vasili İvanoviç Kolçak Sankt-Peterburqda dağ-mədən institutunda təhsil almağa başlayır. Anası Olqa İliniçna Kolçak tacir ailəsində anadan olmuşdu. Aleksandr Vasilyeviç Kolçak 4 noyabr 1874-cü ildə Peterburq ətrafındakı Aleksandrovsk kəndində anadan olmuşdur.
Bonyak xan
Bonyak xan (?-?) — Qıpçaq xanı. == Həyatı == Məşhur kuman xanları Tuqorxan, Bonyak (Bənək) və Şarukanın simasında rus folklorunda dəhşətli düşmən kimi Bunyak Şeludivıy - xişnıy, Tuqorin Zmeyeviç, Şark - velikan obrazları yaranmışdır. Bu adları Bizans imperatorunun qızı Anna Komnin yazısında Tuqortaq (Tuqorkan), Manyak (Bunyak) şəklində verir . Donda məskunlaşan qıpçaqların bir hissəsi Dnepr ətrafına köç etdi. Həmin dövrdə bu torpaqlar qıpçaq xanı Bonyakın orduları tərəfindən tutulmuşdu. Məhz Bonyak Tuqorkan xanla birlikdə həm rus torpaqlarına, həm də bizans üzərinə hücum etmişdilər. Lakin qüvvə və siyasi fəallıqlarına baxmayaraq XI əsrin sonu XII əsrin əvvəllərində öz keçmiş qüdrət və qüvvələrini itirmiş oldular. 1107-ci ildə Bonyak xan və Şarukan Pereyaslavl knyazlığının üzərinə yürüş təşkil etdilər. Onlar çox böyük qüvvə ilə Lubna şəhərinə yaxınlaşdılar və Tula çayının sol sahilində durdular. Svyatopolk və Vladimir qəfildən qıpçaq ordularına hücumetdilər.
Bulyak (Baltas)
Bulyak (rus. Буляк, başq. Бүләк) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 20 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 26 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 95 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (53%) tatarlar (44%) üstünlük təşkil edir.
Cekson Pollok
Pol Cekson Pollok (ing. Paul Jackson Pollock; 28 yanvar 1912 – 11 avqust 1956) — tanınmış amerikan rəssamı və abstrakt ekspressionizm cərəyanının ən görkəmli nümayəndəsi. Özünəməxsus drip-peyntinq rəssamlıq üslubu ilə məşhurdur. Pollok həyatı boyu şöhrətə və mənfi reputasiyaya sahib olmaqla öz dövrünün əsas rəssamlarından biri olmuşdur. Özünə qapanıq və dəyişkən şəxsiyyətə malik olan rəssam ömrünün çox hissəsini alkoqolizmdən əziyyət çəkmişdir. 1945-ci ildə Pollok onun karyerasına və yaradıcılığına böyük təsir göstərən Li Krasnerlə ailə qurdu. Pollok, 1956-cı ildə içkili vəziyyətdə idarə etdiyi avtomobillə düşdüyü qəzada, 44 yaşında vəfat etmişdir. Ölümündən bir neçə ay sonra, dekabr ayında, Nyu-York Müasir İncəsənət Muzeyində (MoMA) Pollokun xatirəsinə retrospektiv sərgi təşkil olunmuşdur. 1967-ci ildə burada onun əsərlərindən ibarət daha geniş sərgi təşkil edildi. 1998–1999-cu illərdə onun işlərindən ibarət geniş retrospektiv sərgilər həm Nyu-York Müasir İncəsənət Muzeyində, həm də Londonun Teyt muzeyində keçirilmişdir.
Enrike Kolyar
Enrike Kolyar Monterrubio (isp. Enrique Collar Monterrubio; 2 noyabr 1934) ― sağ cinah vinger mövqeyində oynamış İspaniya futbolçusu. == Karyerası == Onun gənc yaşlarında çıxış etdiyi ilk klub doğma şəhərindən olan "İmperial" klubu idi. Daha sonra "Penya Norit"ə keçdikdən sonra o, nəhayət "Atletiko Madrid" klubuna qoşulur və bu klub onun peşəkar karyerasında ilk olur. 1952-ci ildə Kolyar qardaşları Enrike, Xuan de Dios, Pepe və Antonio Üçüncü divizyonda çıxış edən "Kadis" klubuna transfer olundular.Növbəti 1953/54 mövsümündə o, "Atletiko Madrid" ilə La Liqada debütünu etdi, ancaq cəmi 4 oyun keçirə bildi və 1954/55 mövsümündə yenidən icarəyə verildi, bu dəfə ikinci futbol divizionunda çıxış edən "Real Mursiya"ya. O, mövsüm bitməmiş təzədən Madrid klubuna geri qaytarıldı və 1969-cu ilə qədər burada qaldı və ümumlikdə 16 mövsüm keçirtdi.Madrid komandası ilə birlikdə 470 oyun keçirdi (onlardan 339-u liqada), "Atletiko" ilə ən çox oyun keçirən dördüncü və 105 qolla komandanın səkkizinci bombardiridir.1955 ilə 1962-ci illər arasında Kolyar Xoakin Peyro ilə yarımmüdafiə tandemi qurdu. "Atletiko" ilə o, UEFA Kuboklar Kuboku, La Liqa və Generalisimo Kubokunun qalibi oldu.Karyerasını "Valensiya" klubunda bitirdi. O, 1955―1963-cü illər arasında İspaniya milli futbol komandası forması ilə 16 oyuna 4 qol vura bilmişdir və 1962 FİFA Dünya Kubokunun iştirakçısı olmuşdur.
Farkaş Bolyay
Farkaş Boyyay (ing. Farkas Bolyai; 9 fevral 1775[…], Buya[d], Sibiu[d] – 20 noyabr 1856[…] və ya 21 noyabr 1856, Tırqu-Mureş[d], Mureş) — Macar riyaziyyatçısıdır; 1832-ci ildə isbat etmişdir ki, istənilən iki eyni çoxbucaqlı eyni tərkiblidir.
Kolçak adası
Kolçak adası (1937–2005 illərdə Rastoquev adası) — Kara dənizinin Taymır körfəzində yerləşən ada. Ada Taymır yarımadasında yerləşən Təyyarəçilər yarımadası sahilində Zeeberq közfəzi yaxənlığında qərar tutur. Materikdən Rastorquev boğazı ilə ayrılır. Adanın uzunluğu 20 km, eni isə 6 km, maksimal hündürlüyü 50 m təşkil edir. == Tarixi == Ada ilk dəfə 1901-ci ildə İmperator Elmlər akademiyasının təşkil etdiyi Rusiya Qütb ekspedisiyası zamanı kəşf edilmişdir. Bu ekspedisiyaya Eduard Vasileviç Toll rəhbərlik etmişdir. Tollun fikri ilə adanın şimalı Kolçaq burnu olaraq qeydə alınmışdır. Aleksadr Vasiliviç Kolçak ekspedisiyanın hidroqrafı olmuşdur. Bir müddət sonra ada bütünlüklə Kolçak adlandırılır. Burun idə Rusiya Coğrafiya cəmiyyətinin üzvü olan şair Konstantin Konstatinoviç Sluçevskinin (1873–1905) şərəfinə adlandırılır.
Kolçak hökuməti
Kolçak hökuməti (18 noyabr 1918-5 yanvar 1920, paytaxtı Omsk) — 1918-ci ilin noyabrında, Rusiya vətəndaş müharibəsi gedişində, Omskda müttəfiqlərinin yardımı və admiral Kolçakın başçılığı ilə fəaliyyət göstərən hökumət. == Aparıcı dövlətlərin mövqeyi == İngiltərə və Fransa Kolçaka malliyə və hərbi yardım göstərirdilər. Amerikanın Sibirdəki konsulu Harris bundan dərhal sonra Dövlət Departamentinə teleqram vuraraq, Kolçaka onun bolşevikləri devirmək yolunda güclü ordu yaratmaq niyyətinə, yardımları gücləndirməyi xahiş edirdi. ABŞ hökuməti Kolçakın maliyyə təminatı və hərbi təchizatı üçün bütün lazımı ölçüləri götürdü. Lakin, öz növbəsində başqa ağ generallara arxalanan və nəhəng əraziləri işğal etmiş Yaponiya Kolçakın Uzaq Şərqdə və Sibirdə güclənməsində maraqlı deyildi. Bununla da qismən onun Kolçaka yardımlarının gecikdirlməsi izah olunur. Yaponlar Kolçaka ancaq onun tərəfindən üç tələbin yerinə yetirilməsi şərti ilə yardım etmək fikrində idilər: 1)Vladivostokun azad liman olmasını elan etməsi; 2) Amur və Sunqari çaylarında azad ticarət etmək və üzmək icazəsi; 3) yaponlara Sibir dəmir yolu üzərində nəzarətin və Çançun - Harbin hissəsinin verilməsi; 4) yaponlara bütün Uzaq Şərqdə balıq tutmaq icazəsinin verilməsi; 5) Yaponiyaya Şimali Saxalinin satılması.1919-cu ilin yanvarının əvvəlində müttəfiqlər Kolçakla interventlərin və ağ-qavardiyaçıların ordularının hərəkətlərinin koordinasiyası haqqında anlaşdılar. Müttəfiqlər Omska öz nümayəndələrini göndərdilər. Fransız hökuməti Kolçakın yanına qeneral Janeni göndərdilər. Kolçakla razılaşmaya görə qeneral Janen Uzaq Şərqdə və Sibirdə Baykaldan şərqdə olan müttəfiq qoşunların baş komandanı təyin edildi.