Serb Respublikasında polyaklar
Serb Respublikasında polyaklar (pol. Polacy w Republice Serbskiej, serb. Пољаци у Републици Српској) — Serb Respublikasında yaşayan və işləyən polyak əsilli əhali. Polyaklar Serb Respublikasının 12 milli azlığından biri hesab edilir və onların hüquqları Serb Respublikası milli azlıqlar soveti məşğul olur. 2013-cü il siyahıya alınmasına görə Serb Respublikasında 186 polyak yaşayır.
Polyaklar Serb Respublikası ərazisinə Avstriya-Macarıstan dönəmindən yaşayırlar. Onlar əsasən Qalisiyadan olan kəndlilərdən ibarət idi. Polyaklar Derventa, Prnyavor, Qradişka, Banya Luka, Novi-Qrad və Priedor şəhərləri ətraflarında məskunlaşmışdırlar. 1910-cu il məlumatına Bosniya və Herseqovinada 10975 polyak yaşayırdı. Onlar 12 kəndli koloniyasında cəmləşmişdilər.