Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Potala sarayı
Potala sarayı — Çinin və Tibetin dünya əhəmiyyətli abidələrindən biri. Xunşan qırmızı dağı Lxas şəhərinin şimal-qərbinə uzanır, orada möhtəşəm Potal sarayı yüksəlir. Tibet buddistlərinin ürəyində Xunşan, deyilənə görə, Bodisatva Quaninin həyat sürdüyü Putoşan dağından ayrılmazdır. Rəvayətə görə Potal sarayını Tufan çarı Srontszanqambo öz gələcək həyat yoldaşı – Tan şahzadəsi Vençen üçün 7-ci əsrdə tikdirmişdir. Xunşan dağının yamacı boyu ətəkdən zirvəyə qədər uzanaraq o, Tibet memarlığının 1000 tikilisini özündə birləşdirir. Tufan sülaləsinin süqutundan sonra hərbi hücumlar nəticəsində sarayın əksər zalları dağıdılmışdır, onların bərpasına 1645-ci ildə, Tsin hökumətinin dalay-lamanı Tibetin Beşinci hökmdarı təyin etməsindən sonra başlanmışdır. Onun xələfləri Potal sarayının genişləndirilməsi işlərini davam etdirmişlər və o, bizim günlərə gəlib çatan şəklini almışdır. Potal sarayı iki hissəyə bölünür – Poçjanqabo və Poçjanmabo. Şərqdə Poçjanqabo dalay-lamanın iqamətgahı rolunu oynayır, mərkəzdə Poçjanmabo buddist zallarını və matəm paqoda-həvənglərini özündə birləşdirir. Qərbdəki ağ evlərdə monaxlar və qulluqçular yaşayır.
Loralay
Loralay puşt. لورلايي‎, urdu لورالائی‎) bəzən Bori (puşt. بورۍ‎) — Pakistanın Bəlucistan əyalətinin şimal-şərqində şəhər.Loralay rayonunun inzibati mərkəzi.
Notalar
Not (lat. nota – qeyd, işarə) 1. Hər hansı musiqi səsinin şərti qrafik işarəsi. 2. Musiqi və ya mahnıda səsin özü. 3. Qrafik işarələrlə yazılmış musiqi əsərlərinin mətni; belə mətnlərdən ibarət dəftər, kitab və s. Müasir beynəlxalq not yazısı millətlər arasında yayıldığı vaxtdan çox-çox əvvəl, hər xalqın özünə məxsus işlətdiyi musiqi işarələrinin özü də müəyyən müddət ərzində təkmilləşməyə doğru inkişaf prosesi keçmişdir. Ayrı-ayrı xalqların yazı sistemi, daha doğrusu əlifbası müxtəlif olduğu kimi, not yazısı da əvvəllərdə cürbəcür olmuşdur. Çünki, ibtidai not yazısının ilk işarələri əslində hər xalqın işlətdiyi əlifba hərfləri əsasında düzəldilmişdir.
Petalas
Petalas ( yun. Πεταλάς ) — Yunanıstana aid İoni dənizində yaşayış olmayan ada. Bu, Mərkəzi Yunanıstanın cənub-qərb hissəsi olan tarixi Akarnaniyanın bölgəsinin qərb sahilində, Axeloos ağzında yerləşən kiçik, məskunlaşmamış Exinad adaları qrupunun ən böyük adasıdır. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən hündürlüyü 251 m olan Asproxordos dağı, şimalda isə dəniz səviyyəsindən hündürlüyü 209 m olan Yero-Petalas dağıdır. Vilyam Lik Petalası Homerin "Gəmilər kataloqu"nda qeyd etdiyi Dulixi adası ilə eyniləşdirmişdir. Adanın sahəsi 1335 akrdır (540 ha). Adada 4,000-ə yaxın zeytun ağacı var. Ada 44,6 milyon ABŞ dollarına satışa çıxarılmışdır.
Talay
Loralay rayonu
Loralay rayonu — Bəlucistan əyalətinin şimalında rayon.Loralay şəhərinin inzibati-mərkəzi
Cəfər Atalay
Cəfər Atalay (1962, Sivas – 3 noyabr 2007, Kadıköy, İstanbul ili) — türkiyəli aktyor.
Bəşir Atalay
Bəşir Atalay (1 aprel 1947) – 2011–2014-cü illərdə Rəcəb Tayyib Ərdoğan hökumətində Türkiyə Baş nazirinin müavini olmuş türk siyasətçidir. O, əvvəllər 28 avqust 2007-ci ildən 14 iyul 2011-ci ilədək daxili işlər naziri olub. == Yaşamı və akademik karyerası == Bəşir Atalay Kırıkkale bölgəsinin Keskin rayonunda doğulub, Ankara Universitetinin hüquq fakültəsini bitirib və Ərzurumda yerləşən Atatürk Universitetində müəllim vəzifəsində çalışıb. O, daha sonra Dövlət Planlaşdırma Təşkilatında (DPT), Mərmərə Universitetində və YUNESKO-nun Türkiyə Milli Komissiyasında çalışıb. Atalay 1997-ci ildə Türkiyə hərbi memorandumundan sonra dövlətin maraqlarına zidd fəaliyyətlərdə iştirak etdiyi səbəbilə Ali Təhsil Şurası (YÖK) tərəfindən vəzifəsindən uzaqlaşdırılana qədər Kırıkkale Universitetinin təsisçisi və rektoru olub. == Siyasi karyerası == 2002-ci ilin ümumi seçkilərində o, AKP-dən Ankaranı təmsil edərək Türkiyə Böyük Millət Məclisinə deputat seçilib və Prezident Əhməd Necdət Sezərin Atalayın Təhsil naziri təyin edilməsi təklifinə veto qoymasının ardından Ərdoğanın ilk kabinetində Dövlət naziri olub. Daha sonra 2007-ci ilin avqustunda o, Daxili İşlər naziri təyin edilib, bu, həmin yay baş nazir Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsindən sonra, həmçinin Sezərin prezidentlikdən təqaüdə çıxmasının ardından bir neçə kabinet dəyişikliyindən biri idi. 2011-ci ildə baş nazirin insan haqları və terrorizmlə mübarizə üzrə müavini təyin edilib və 2014-cü ilədək bu vəzifəni icra edib. == Şəxsi həyatı == Bəşir Atalay Ulduz Atalay ilə evlidir və üç övladı var. O, Nəqşibəndi təriqətinə bağlı bir türk sufi icması olan İskəndərpaşa İcmasının üzvüdür.
Şerafettin Can Atalay
Şərafəddin Can Atalay (24 mart 1976, İstanbul, Türkiyə) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. 2014-cü ilin Soma faciəsi, 2014-cü ilin Karaman mədən qəzası, 2016-cı ilin Adana tələbə yataqxanası yanğını, 2018-ci ilin Çorlu qatar qəzası da daxil olmaqla bir çox ictimai işlərdə hüquq müdafiəçisi olaraq çalışıb. Gezi işi üzrə həbs edilib və 2022-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü il mayın 14-də İşçi Partiyasının namizədi olaraq Hatay ilindən deputat seçilib. 30 yanvar 2024-cü ildə mandatı ləğv edilib. Hazırda Silivri həbsxanasında saxlanılır. Şərafəddin Can Atalay 24 mart 1976-cı ildə İstanbul şəhərində andan olub. İqtisadçı ananın və mühasib atanın yeganə uşağıdır. 1971-ci ildə siyasi sui-qəsd nəticəsində öldürülən İşçi Partiyasının (TİP) Amasiya il sədri Şərafəddin Atalayın qardaşı oğludur. “Şərafəddin” əmisinin şərəfinə adlandırılıb.
Şərafəddin Can Atalay
Şərafəddin Can Atalay (24 mart 1976, İstanbul, Türkiyə) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. 2014-cü ilin Soma faciəsi, 2014-cü ilin Karaman mədən qəzası, 2016-cı ilin Adana tələbə yataqxanası yanğını, 2018-ci ilin Çorlu qatar qəzası da daxil olmaqla bir çox ictimai işlərdə hüquq müdafiəçisi olaraq çalışıb. Gezi işi üzrə həbs edilib və 2022-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü il mayın 14-də İşçi Partiyasının namizədi olaraq Hatay ilindən deputat seçilib. 30 yanvar 2024-cü ildə mandatı ləğv edilib. Hazırda Silivri həbsxanasında saxlanılır. Şərafəddin Can Atalay 24 mart 1976-cı ildə İstanbul şəhərində andan olub. İqtisadçı ananın və mühasib atanın yeganə uşağıdır. 1971-ci ildə siyasi sui-qəsd nəticəsində öldürülən İşçi Partiyasının (TİP) Amasiya il sədri Şərafəddin Atalayın qardaşı oğludur. “Şərafəddin” əmisinin şərəfinə adlandırılıb.