Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoruq
Qoruq — mövcud təbiət komplekslərini qorumaq, təbiət proseslərinin təbii hərəkətlərini öyrənmək üçün xüsusi qorunan təbiət əraziləridir. Qoruqlar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir (akvatoriyalar). Qoruqlar təbiətin ən yaxşı mühafizə formalarından biridir. Burada müxtəlif təbii zonaların xarakterik landşaftları, kökü kəsilməkdə olan, yaxud nadir hallarda rast gələn bitki və heyvan növləri, eləcə də aradan çıxmaq təhlükəsinə məruz qalan təbii komplekslər və onların komponentləri, marağalar, şəlalələr, buzlaqlar və s. qorunur. Qoruqlarda geoloji kəşfiyyat işləri, şumlama, mal-qara otarması, turizm, ov etmək, balıq tutmaq, ağac kəsmək, bitkiləri məhv etmək, ümumiyyətlə təbii sərvətlərdən istifadə etmək və onların təbii halını pozmaq qadağan edilir. Qoruqlar təbii canlı laboratoriya sayılır. Burada müxtəlif obyektlərdə uzun illər boyu tədqiqatlar aparılır, təbiətin etalon və kontrol sahələrində mürəkkəb ekoloji sistemlərin inkişafı qanunauyğunluqları öyrənilir. Tədqiqat zamanı əldə edilən materiallar təsərrüfatda istifadə edilən sahələrlə müqayisə edilir. Belə nəticələr təbii mühitin pozulma dərəcəsini aşkara çıxarmağa və onun qarşısını almaq üçün tədbirlər sistemini hazırlamağa imkan yaradır.
Qürub
Qürub və ya Günbatımı — Yerin öz ətrafında fırlanmasının nəticəsi olaraq Günəşin üfüqün aşağısında qeyb olmasıdır.
Quruq (Xoy)
Quruq (fars. قوروق‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qoruq (Talış)
Qoruq (fars. قروق‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,160 nəfər yaşayır (274 ailə).
Pavlovsk (muzey-qoruq)
«Pavlovsk» Dövlət İncəsənət-Memarlıq və Park-Saray muzey qoruğu (rus. Государственный художественно-архитектурный дворцово-парковый музей-заповедник (ГМЗ) «Павловск») – XVIII əsrin sonu - XIX əsrin əvvəlinə aid park-saray ansamblı. Saray Peterburqun şəhərətrafı sayılan Pavlovsk şəhərində yerləşir. Saray-park kompleksinin mərkəzi İmperator I Pavelin yay iqamətgahı olan Pavlov sarayı hesab olunur. Saraya bitişik ərazidə və Slavyanka çayının hər iki sahilində 600 hektarlıq geniş park yerləşir və Avropanın ən böyük mənzərəli parkı hesab olunur. Saray və park 50 il müddətində 5 tanınmış memar - Çarlz Kameron, Vinçentso Brenna, Cakomo Kvarengi, Andrey Voronixin və Karlo Rossi tərəfindən inşa olunmuşdu. Pavlov parkı aşağıdakı sahələrə bölünür: Böyük ulduz (Bu keçidlə siz parkın digər sahələrinə də baxa bilərsiniz) Slavyanka çayının vadisi Mərkəz (Saray ətrafı rayonu) Köhnə Silviya Yeni Silviya Bəyaz ağcaqayın Parad sahə Saray 50 ilə inşa olundu və tikinti işləri şərti olaraq üç mərhələdə həyata keçirildi: Memar Çarlz Kameron tərəfindən 1782—1796-cı illərdə malikanənin əsası və planlaşdırılması həyata keçirilmişdi. Memar Viçentso Brenna malikanəni ətrafdakı parklarla birgə imperator sarayına çevirmişdi. Memarlar Voronixin, Kvarenqa, Rossi və həmçinin rəssam Pyetro Qonzaqo tərəfindən sarayın bəzək və bədii tərtibatı hazırlanmışdı. Pavlov sarayın əsası 25 may 1782-ci ildə qoyulmuşdu.
Peterhof (muzey-qoruq)
Peterhof Dövlət Muzey-Qoruğu (rus. Государственный музей-заповедник „Петергоф“) dövlət federal büdcəsindən maliyyələşən mədəni kompleksdir. Kompleksə Fin körfəzinin cənubunda yerləşən görməli yerlər daxildir. İlkin olaraq "Peterhof" Dövlət Muzey-Qoruğu (DMQ) Peterhof saray-park kompleksinin idarə olunması məqsədi ilə yaradılmışdır. XX əsr ərzində, Peterhofda yerləşən Aleksandriya saray-park kompleksi və Kolonist parkı, Strelnada yerləşən I Pyotr sarayı və Konstantin sarayı, həmçinin "İmperator yaxtaları", "Benua ailəsi" və "Velosiperlər" muzeyləri də "Peterhof" DMQ-nun tabeliyinə verilmişdir. 2007-ci ildə "Oranienbaum" DMQ-nun likvidasiyasından sonra Lomonosov ərazisində yerləşən Oranienbaum saray-park kompleksi də "Peterhof" DMQ-nun tərkibinə verilmişdir. Hər il "Peterhof" DMQ 4 milyondan çox insan tərəfindən ziyarət olunur. 1 mart-15 aprel tarixləri arasında isə kompleks ziyarətə qapalı olur. 19 may 1918 – Peterhof saray-park kopleksinin idarə olunması üçün Sovet Rusiyası rəhbərliyi tərəfindən "Peterhof" DMQ təsis edilmişdir. sentyabr 1941 – yanvar, 1944 – "Peterhof" DMQ almanların işğalı altında olmuşdur.
Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur == Tarixi == Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin] == Coğrafiyası == Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.
Qumuq
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Qıpçaq dil qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. Azərbaycan Respublikasının 2010-cu il siyahıya alınmasına əsasən Kəlbəcər Rayonunun Rəhimli kəndində 980 nəfər Qumuq yaşayır. Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Qurut
Qurut (qurub) — Cənubi Qafqazda, Azərbaycanın qərb rayonlarında, Kürd mətbəxində, Iranda, Əfqanıstanda və Orta Asiyada geniş istifadə olunan süd məhsulu. Qurutu hazırlamaqdan ötrü qatıq və ya ayran torbada qatılaşanadək süzülür. Sonra ona duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurutu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurut isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Bu məhlulu sarımsaqlı və ya sarımsaqsız istifadə etmək olar. Alınmış məhlulu xəngəl, əriştə və s. xörəklərə əlavə edirlər. Qurutdan Naxçıvanda, Ağbaba mahalında və digər bölgələrdə qurut aşı, kələcoş və s. xörəklər bişirilir.
Quruş
Quruş — Dağıstanın Doqquzpara rayonunda kənd. Yaşayış məskəni kimi Quruş kəndi onun tərkibində tək formalaşmışdır. Quruş kəndi Şalbuzdağ dağının cənub-şərq yamacında, Usuxçay vadisində, Usuxçay kəndindən 17 km cənub-qərbdə yerləşir. 2002-ci ildə kənd əhalisinin sayı 804 nəfər, 2012-ci ildə isə 816 nəfər olmuşdur. Son illər kənd əhalisinin sayında eniş müşahidə olunur və bu ilə olan məlumata görə Quruş kəndində 787 nəfər yaşayır. Quruş kəndinin əhalisi tarixən iki nəsl şaxəsinə bölünür - tuxumlar (türkcə) və ya uymaxlar (ləzgicə): Xaytakar, Qilevar, Tetesar, Falakar, Kızırar, Kirtar, Misriyar, Zanqavar, Avurar, Kuldurar, Xebeşar, Çuvallar. Kənd bir neçə məhəlləyə bölünür: Paqvay kiler, Vene kiler, Kirtar və Kamavaybur. 1886-cı ildə Quruş kəndində 718 həyət və 4761 nəfər var idi. Əhalinin 2536 nəfəri kişi, 2225 nəfəri isə qadın idi. 71451 baş qoyun, 1767 at və 2189 baş iri buynuzu heyavan mövcud idi.
Quyruq
Quyruq — heyvanların bədənlərinin arxa hissəsində yerləşən, bədəndən müstəqil hərəkət edə bilən, elastik orqandır. Quyruqlar xordalı canlılar üçün xarakterikdir və quyruq dedikdə ilk növbədə bu canlıların quyruğu nəzərdə tutulur. Lakin bəzi onurğasız canlıların bədənlərinin arxa hissəsindəki uzantıları və ya çıxıntıları, məsələn, əqrəblərin opistosomasını quyruq adlandırırlar. Halbuki, bu bədənin uzantısıdır və daxilində orqanlar yerləşir.
Qurum
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən "Alman Sosialist Tələbə Birliyi" ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan "Rockpalast" verlişinə qonaq olan ilk alman qrupudur.
Qoruq ərazisi (Birləşmiş Krallıq)
Birləşmiş Krallıqda "qoruq ərazisi" termini demək olar ki, hər zaman qorunmaq və ya yaxşılaşdırmağa layiq hesab olunan müəyyən bir memarlıq və ya tarixi maraq dairəsinə aiddir. Bu, binaların və ya ağacların itirilməsinə, dəyişdirilməsinə ehtiyatla yanaşmanı yaradır. Beləliklə, siyahıya alınmış binalar və ağacların qorunması haqqında bəzi qanunverici və siyasi xüsusiyyətlərə malikdir. 1990-cı ildə İngiltərə və Uelsdə tətbiq olunan planlaşdırma qanunu qorunan ərazinin keyfiyyətini aşağıdakı kimi müəyyənləşdirdi: "Qorumaq və ya yaxşılaşdırmaq üçün arzu olunan bir görünüş". Mövcud Şotlandiya qanunvericiliyi mühafizə sahələrinin planlaşdırmasına 1997-ci ildə başlamışdır. Şimali İrlandiyada bu planlaşdırma aktı 2011-ci ilə aiddir. Stamford, Linkolnşire təyin olunan ilk mühafizə sahəsi idi. Mühafizə bölgələri İngiltərənin əksər şəhər və kənd yerlərində tapıla bilər. Mühafizə bölgələrində bu, xüsusi binalara deyil, bütövlükdə rayonun və ya mahalın keyfiyyətinin qorunmasıdır. Mühafizə olunan ərazilər üçün hazırkı dövlət planlaşdırma siyasəti əsasən "Milli Planlaşdırma Siyasətinin" əsaslarını təşkil edir və "Tarixi mühitin qorunması və yaxşılaşdırılması" bölməsində öz əksini tapır.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Quru
Quru (informatika)
Qürub çağı kənd (rəsm əsəri)
Qürub çağı kənd — 1884-cü ildə Vinsent van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Hal hazırda Amsterdamdakı Reyksmüzyem muzeyində nümayiş olunur.
Sübh adasında qürub (film, 1987)
Film Kür-Araz qovşağında, Neftçala bölgəsində yaşayan sahibsiz at sürüləri haqqında söhbət açır.
Füruğ Fərruxzad
Füruğ Fərruxzad (fars. فروغ فرخزاد‎; 5 yanvar 1935, Tehran, İran — 13 fevral 1967, Tehran, İran) — İran şairəsi, rejissor. == Həyatı == Füruğ Fərruxzad 1935-ci il yanvar ayının 5-də Tehranda, hərbi xidmətçi ailəsində dünyaya gəlib. Ailədə ondan başqa daha 6 uşaq var idi. 9-cu sinfi bitirəndən sonra Fərruxzad orta sənət məktəbinə daxil olub. 17 yaşında məzhəkəçi Pərviz Şapur ilə evlənib və Əhvaza köçüb. Oğlu Kamyar dünyaya gələndə ona "Sənin üçün bir şeir" adlı əsər həsr edib. İki ildən sonra şairə həyat yoldaşından ayrılıb və yeganə oğlunu keçmiş ərinin himayəsinə buraxmalı olub. Tehrana qayıdarkən 1955-ci ildə "Əsir" adında şeirlər məcmuəsini çap etdirib. 1958-ci ildə Fərruxzad Avropada filosof İbrahim Gülüstan ilə tanış olub və "Ev qaradır" adlı filmin ideyasını ondan alıb (bu vaxta qədər şairənin daha iki kitabı işıq üzü görmüşdü – "Divar" və "Üsyan").
Konakpınar, Gürün
Konakpınar (nahiyə mərkəzi) — Sivas vilayətinin Gürün rayonunda kənd. == Coğrafiya == Sivas vilayətindən 108 km, Gürün rayonundan isə 30 km məsafədədir.
Kran (qurğu)
Kran (alm. kranich‎, yəni durna) — əl və ya güc maşınları ilə hərəkətə gətirilə bilən, yükləri şaquli və ya üfüqi istiqamətdə nəql etmək üçün qurğu. Adi halda kranlar gəmilərin, qatarların, yük avtomobillərinin doldurulması və boşaldılması, istehsal müəssisələrində yüklərin nəql edilməsi üçün tətbiq edilir. Kranların iş tsikli aşağıdakı mərhələlərdən ibarətdir: Yükün tutulması, Yükün nəqli, Boş gediş (başlanğıc vəziyyətə qaytarış). == Konstruksiyaları == Yük kranlarının kostruksiyaları aşağıdakı hissələrdən ibarətdir: Aparıcı element. Çevik qaldırıcı orqandan ibarət yükqaldıran qurğu. Burada işin təhlükəsizlyini təmin etmək üçün yükqaldıran mexanizmə müxtəlif sərhədləyicilər quraşdırılır (yükə, momentə, gediş yoluna). Avtomatik və ya qeyri avtomatik tutqac başlığı. Bunlardan əlavə kran yük arabalarının hərəkətini, kran başlığının dönməsi və s. kimi hissələrin hərəkətinə imkan verən mexanizmlə təmin olunur.
Okan Buruq
Okan Buruk (19 oktyabr 1973, İstanbul) — türk peşəkar futbol meneceri və keçmiş oyunçu. O, hazırda Super Liqa təmsilçisi "Qalatasaray"-ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi kimi "Qalatasaray", "İnter Milan", "Beşiktaş" və "İstanbul Başakşehir" kimi klublarda çıxış edib.
Qara qurut
Qara qurut (fars: قره‌قوروت یا سیاه‌کشک) - Ayrandan istehsal olan süd məhsulu.
Qumuq (Dağıstan)
Qumuq (lak. Гъумук, Гъумучи) — Dağıstan Respublikası, Lak rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Lak rayonunun və Qumuq kənd sovetliyinin mərkəzidir. Qumuq kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. «Qumuq» toponimi türk dilli «Qumuq-Atıköz» meydana gəlmişdir. Düzənlik ərazidə yayılmış olan sabir türklər daha sonra Dağıstanın dağlıq ərazilərinə köç etmiş və burada Sabir dövlətini qurmuşlar. Özlərinə isə Qumuq və Qunzaq kimi əraziləri bir dayam məntəqəsi etmişlər. Lak dilində Bolqar dilinin alt təbəqəsi hiss edilir və Hun-Savir türk dilinin qalıqları ortaya çıxır. Qumuquq adlandırılmasında laklar «Lak» və ya «Lakral klanu» (Lakların yeri) adından istifadə edirlər. Qonşu kəndlərin «Lacral şaqirurdu» adından istifadə etməsi bu ərazilərin laklara mənsub olması anlamında işlədilirdi.
Qumuq dili
Qumuq dili — türk dilləri ailəsinə daxil olan dillərdən biri, qumuqların ana dili. Türk dillərinin qıpçaq qrupuna aiddir. Rusiya Federasiyası ərazisində, əsasən Dağıstan, qismən də Çeçenistan, İnquşetiya və Şimali Osetiya respublikalarında yayılmışdır. Əlifbası 1929-cu ilədək ərəb, 1928-38 illərdə latın və 1939-cu ildən isə kiril qrafikası əsasında tərtib olunmuşdur.
Quraq iqlim
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Qurcuq (Miyanə)
Qurcuq (fars. گورجيق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (38 ailə).
Quyruq rotoru
Tək rotorlu vertolyotların quyruğunun ucunda yerləşən, şaquli və ya şaquliyə yaxın bir formada olan, ölçüsü əsas rotordan daha kiçik olan quyruq rotorudur. Quyruq rotoru, əsas rotordan qaynaqlanan öz ətrafında fırlanmanın qarşısını almaq üçün bir qüvvə yaradır və pilotun vertolyotu döndərməsinə imkan verir.
Quyruq turbulansı
Quyruq turbulansı və ya İstiqamət sükanı turbulansı (ing. wake turbulence) — təyyarənin qanadlarının üstü və altındakı təzyiq fərqinə görə təyyarənin arxasında yaranmış vorteksdən (wingtip vortices) yaranmış türbülans. İngilis dilindən tərcümədə “wake” sözü, “bir aviavasitə və ya hidrovasitə keçdikdən sonra havada və ya suda qalan iz” deməkdir. Buna görə quyruq turbulansına bəzən İdarəetmə sükanı turbulansı da deyilir. Quyruqda yerləşdirilmiş turbulans hava limanlarında baş verən təyyarə qəzalarının əsas səbəblərindən biridir. ICAO-dan verilən məlumata görə, uçuş təhlükəsizliyini artırmaq üçün enişdə quyruq turbulansı ilə qarşılaşan pilotlar ən qısa müddətdə müvafiq hava hərəkətinə nəzarət bölməsinə məlumat verməlidirlər. Meydan turunda ağır bir təyyarənin arxasından gələn yüngül təyyarənin bir neçə yüz fut yuxarıda və ya ən azı 1000 fut aşağıda və küləkdə (gəldiyi istiqamətdə) uçması tövsiyə olunur. Qalxma zamanı yüngül təyyarələrin yerdən kəsilməsi (təxmini olaraq quyruq turbulansı zonasını keçənə kimi) gecikdirməlidir, enmə zamanı qabaqdakı təyyarənin quyruq turbulansının başa çatdığı nöqtədən qabağa qonması lazımdır. ICAO, təyyarələri Maximum Take Off Massa (MTOM) görə təsnif edir: Ağır - Maksimum uçuş ağırlığı 136000 kiloqram və ya daha ağır olan təyyarələr. Orta - Maksimum uçuş ağırlığı 7000 kiloqramdan yuxarı və 136.000 kiloqramdan (300.000 funt) az olan təyyarələr.
Quyuq (Sulduz)
Quyuq (fars. شاوله‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 550 nəfər yaşayır (102 ailə).
“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi
"Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi — Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 1964-cü ildə yaradılmışdır. Sarayın inşa edilməsinin əsası Şirvanşah I İbrahim tərəfindən XIV əsrdə qoyulmuş, digərləri tərəfindən davam etdirilmişdir. Şirvanşahlar Sarayı Kompleksi 1957-ci il aprelin 23-də Azərbaycan SSR Nazirlər Sovetinin 206 saylı sərəncamı ilə qoruq elan edilib. "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi — memarlıq qoruq — muzeyi 1964-cü ilin yanvar ayının 3-də Nazirlər Sovetinin 3 saylı sərəncamı ilə yaradılıb."Şirvanşahlar Sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq-muzeyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müstəqil qurumu olaraq fəaliyyət göstərir. Saray Kompleksi 2000-ci ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş, 2013-cü ildə isə həmin təşkilat tərəfindən gücləndirilmiş mühafizə statusu almışdır., XI–XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinin hökmdarlarına məxsus Şirvanşahlar Sarayı XV əsr memarlığının şah əsəri orta əsr mədəniyyətinin, elmin, sənətin və bütün mənəvi gözəlliklərin ucalığını özündə ehtiva edən yeganə saraydır. Saray Kompleksi 52 otaqlı saray binasını, Divanxana, Seyid Yəhya Bakuvi türbəsi, Key Qubad məscidinin qalıqları, Şərq Portalı, Saray məscidi, Şirvanşahların ailəvi türbəsi və Saray hamamı abidələrini özündə birləşdirir. Saray Yaşayış binasının I mərtəbəsində otaqların sayı 27 idi. Burada saray kitabxanasına xidmət edən xəttat və rəssamların otaqları, dəftərxana, mətbəx, xidmətçi otaqları, ərzaq otaqları, və s. yerləşirdi. Vaxtilə 25 otağı olmuş II mərtəbədə isə taxt-tac otağı, zəngin kitabxana, şirvanşah və ailəsinə aid istirahət və s.
Baruq
Barıq (Qoşaçay)
Dürud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu. Onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. == Hüququn əlamətləri == normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. == Hüquq haqqında nəzəriyyələr == Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir.
Moruq
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Poruq
Poruq (lat. Stachys) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin Yer kürəsinin mülayim iqlim qurşaqlarında və subtropik vilayətlərdə bitən 300 növə yaxın, Azərbaycanda isə 23 növ birillik və çoxillik bitkiləri məlumdur. Onlardan təxminən 15 növündən, o cümlədən aşağıdakı növdən yaşıllaşdırmada istifadə edilir: Yunlu poruq (S. lanata) azyarpaqlı gövdələri 60 sm hündürlüyə çatan kökümsovlu, çoxillik bitkidir. Gülləri yalançı çiçək köbəsindən ibarət sünbülşəkilli çiçək qrupunda yığılmışdır. İkidodaqlı çiçək tacı çəhrayı ya da çahrayımtıl-bənövşəyi rənglidir. Bu bitkinin vətəni Rusiyanın cənub rayonları, Zaqafqaziya Türkiyənin qərb vilayətləri və İranın şimalıdır. Yunlu poruq 1782-ci ildən gülçülükdə geniş istifadə olunur. Poruğu toxumlarla və kolun bölünməsi ilə çoxaltmaq olar. Bordürlərdə vaxtaşırı yararsız çiçəkləri kəsilərsə çox gözəl görünür.
Qarluq
Qarluq Xan — türk və altay mifologiyasında duman ilahı. Qarlık olaraq da bilinər. Ülgene qurbanların ruhlarını çatdırar. İnsanların həyatlarını yoxlayır, bir dəyişiklik olduqda Ülgene bildirir. İşarəsi dumandır. Yandırılan qurbanlardan çıxan tüstü onun gəldiyini göstərir. Ocağa su səpilərək duman çıxması təmin olunur ki, Qarluqun xoşuna getsin deyə. Ümumiyyətlə Suyla Xan ilə birlikdə görülər. (Kar/Qar) kökündən törəmişdir. Qaramaq (görmək) və qara (is, duman) kökündən gəlir.
Qarua
Qarua – soyuq okean cərəyanının (Peru) keçdiyi Ekvador, Peru, Çili sahilboylarında qışda əmələ gələn sıx və çiskin dumandır..
Qarum
Qarum — Qədim Romada yeməklərin dadlandırılması üçün istifadə edilmiş yemək sousu. Balıq sousu olaraq bilinən qarumun cinsi aktivliyi yüksəldən afrodizyak tərkibli olduğu ehtimal edilməkdədir. Qədim Romada daha geniş yayılmasına baxmayaraq, qarumdan Qədim Yunanıstanda da istifadə edilmişdir. Əsasən tuna və ilan balqılarının daxili orqanlarının duzlanması ilə hazırlanan qaruma şərab, sirkə, qara istiot, yağ və duz kimi əlavələr edilirdi. Qarum təkcə yeməklərin hazırlanmasında yox eyni zamanda dərman və dərinin cavan saxlanılması üçündə istifadə edilmişdir.
Qürah
Qürah (ləzg. Кьурагь) — Dağıstan Respublikası, Qürah rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətrdən Qürah rayonunun və Qürah kənd sovetliyinin mərkəzidir. Bu mövzu da bir çox fikirlər var, lakin əksər tarixçilər bu kəndin barabarlar tərəfindən viran qoyulmuş Giyar-şəhərdən gələnlər tərəfindən salınması fikirini irəli sürürlər. Belə ki, bu şəhərdən gələnlər tərəfindən yeddi elə də böyük olmayan aul salınmışdır: Xukvazar, Sliyixur, Serneqar, Yurxval, Çvatar-kam, Xiken-xur, Çuru-xur. Bir-birinə yaxın yerləşən bu aullar tədricən böyümüş Qürah kəndini əmələ gətirmişdir. İlk sakinlər arasında Lakiya və Avarstanı tərk etmiş insanlarda vardı. XIV əsrdə Qürah kəndinin əhalisində artım müşahidə edilir. 1356-cı ildə Qürah icması adını alan müstəqil dövlət təşkil edilir. 1585-ci ildə Osmanlı imperiyasının ordu komandanlarından biri olan Cəfər paşa çox saylı cəhdlərdən sonra kəndi ələ keçirə bilir.
Qürvə
Qürvə (farsca: قروه) İranın Kürdüstan ostanında bir şəhərdir. Bu şəhər Qürvə şəhristanının inzibati mərkəzidir. Əhalisi 66.390 nəfərdir (1996). Qəsəbə Kürdüstan ostanının şərqində, ostan mərkəzi Sənəndəc şəhərindən 93 kilometr şərqdə yerləşir. Qürvə mineral bulaqlar ilə zəngindir. Əhalisi əsasən kürdlərdən ibarətdir.
Qərəq
Qərəq — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən gənc lər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Qərəq oyunu Novruz bayramı günlərində, eləcə də el şənliklərində, müxtəlif yığıncaqlarda gənclərin və cavanların, xüsusən orta əsrlərdə, Səfəvilər dövründə geniş yayılmış atüstü oyunlardan biri olmuşdur. Bu oyunun rəsm təsvirlərinə Səfəvilərin Qəzvin şəhərindəki "Qırx sütun" sarayının daxili divarında rast gəlmişdir. XVI əsr İran şairi Əbdi bəy Şirazi "Çiçəklər bağı" əsərində həmin rəsmdən bəhs etmişdir. Məlumata görə, Qərəq oyununda 6–8 nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin-"qərəq" ağacının ucuna içi gümüş pulla dolu kiçik bardaq və qızıl bir cam-piyalə qoyulur. El-oba şənliklərində, təntənəli günlərdə keçirilən oyunlarda bardaq qızıl sikkələrlə doldurulmuş. Oyunçular atlarını çaparaq müəyyən məsafədən tək-tək hədəfə ox atırlar. Hədəfi vuran qalib sayılır və bardaqdan tökülən sikkələr ona çatardı. Novruz bayramı ensklopediyası.
Saruq
Saruq — İranın Mərkəzi ostanının Fərahan şəhristanının Saruq bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,189 nəfər və 647 ailədən ibarət idi. Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Qürrə
Püşk (çöp) — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində oynanılan oyunlarda başçı və oyunçuları təyin etmək vasitəsi. Püşk üçün çöp, dəmir pul, aşıq və s. nəsnələrdən, eləcə də sözdən istifadə olunur. Uşaqlar məhəllə, həyət meydançalarına toplaşırlar. Müəyyən bir oyun, misal üçün, gizlən qaç oyunu oynamaq istəyirlər. Bəs oyunu kim başlamalı, gözlərini kim yummalı, gizlənənləri kim tapmalıdır? Bunun üçün çoxsaylı nümunələrdən oxumaqla həmin oyunçunu müəyyənləşdirirlər: Oyunçuların sayı qədər bu püşkatma söyləməsi deyilir. "Çıx qırağa" hansı oyunçuya deyilirsə, o, gizlənənlər sırasına keçir. Sona qalan gözlərini yumub təyin olunmuş mərədə durur.