Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qılıcan
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.
Qılıncxan Bayramov
Bayramov Qılıncxan Həmzə oğlu (1 fevral 1943) — tərcüməçi, pedoqoq, filologiya üzrə fəlsəfə doktoru Azərbaycan Dillər Universitetinin professoru. Qılıncxan Bayramov 1967-ci ildə M. F. Axundov adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Dillər Universiteti) ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Fəaliyyəti dövründə, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti kimi ali məktəblərdə ingilis dili və tərcümə sahələri üzrə dərslər keçmişdir. Azərbaycan İngilis dili Müəllimləri Assosiasiyasının ilk prezidenti olmuşdur. Ali məktəblər üçün "Tərcümə sənəti" (2008) dərsliyinin, bir sıra elmi-tənqidi məqalələrin müəllifidir. Polkovnik Adil Bayramovun atasıdır. 1. Azadə. Nizami Gəncəvi (elmi əsər) Bakı, "Yazıçı" nəşriyyatı, 1983, 75 səh. 2.
Qilican
Qilican, Qılıcan — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Qılıcan kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə İran dillərində “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.
Dilican
Dilican bu mənalarda gələ bilər: Dilican (nəqliyyat) — furqon tipli nəqliyyat vasitəsi. Dilican rayonu — Ermənistan SSR-də mövcud olmuş rayon. Dilican (Ermənistan) — Ermənistan Respublikasının Ağstafaçay dərəsində şəhər. Dilican (İran) — İranın Mərkəzi ostanında şəhər. Dilican (rəqs) — Azərbaycan milli rəqsi.
Aşağı Qılıçbağ
Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmış erməni ailələri məskunlaşdıqdan sonra kəndi Nerkin (erm. "Aşağı") Qılınçbağ adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd 1826–1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etmiş general Madatovun Şirvandan Qarabağa köçürdüyü Qılınclı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 1829-cu ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra Nerkin Qılıcbaq adlanmışdır. Mənşəcə qıpcaqların Kilic tayfasına mənsubdur. Rus salnamələrində bu tayfa ilk dəfə 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqların döyüşü münasibətilə cəkilir. 1588-ci ilə aid məlumata görə Qarabağın Ahiştabad qışlağında qışlayan bir el Qılıçlı adlanırdı. Bərdədə Qılıclı kəndi var.
Nerkin Qılıçbağ
Aşağı Qılıçbağ (əvvəlki adı: Nerkin Qılıçbağ) — Azərbaycan Respublikasının Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsində kənd. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmış erməni ailələri məskunlaşdıqdan sonra kəndi Nerkin (erm. "Aşağı") Qılınçbağ adlandırmışdılar. 1992-ci ildə kəndin əvvəlki adı bərpa edilmişdir. Kənd 1826-1828-ci illərdə Rusiya-İran müharibəsində iştirak etmiş general Madatovun Şirvandan Qarabağa köçürdüyü Qılınclı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. 1829-cu ildə İrandan köçürülmüş ermənilər yerləşdikdən sonra Nerkin Qılıcbaq adlanmışdır. Mənşəcə qıpcaqların Kilic tayfasına mənsubdur. Rus salnamələrində bu tayfa ilk dəfə 1223-cü ildə Şimali Qafqazda Kalka çayı üzərində monqollarla qıpçaqların döyüşü münasibətilə cəkilir. 1588-ci ilə aid məlumata görə Qarabağın Ahiştabad qışlağında qışlayan bir el Qılıçlı adlanırdı. Bərdədə Qılıclı kəndi var.
Qılıçxanlı (Germi)
Qılıçxanlı (fars. قليچ خانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 137 nəfər yaşayır (27 ailə).
Ruben Qaliçyan
Ruben Qaliçyan (erm. Ռուբեն Գալչյան, ing. Rouben Galichian; 30 noyabr 1938, Təbriz) — erməni əsilli Birləşmiş Krallıq alimi və tədqiqatçısı. O, Ermənistanın və Cənubi Qafqaz regionunun tarixi xəritələri üzrə ixtisaslaşmışdır. Ruben Qaliçyan İranda, Təbriz şəhərində bir erməni ailəsində anadan olmuşdur. Qafqazın tarixi və kartoqrafiyası ilə bağlı çoxlu kitab və məqalələr dərc etdirmişdir. Onun ilk kitabı "Historic Maps of Armenia. The Cartographic Heritage" (2004) 2,600 il ərzində dünyanın və Qafqazın xəritələrinin toplusudur, 2005-ci ildə bestseller olmuşdur. Onun məqalələri müxtəlif kartoqrafik jurnallarda və dövri nəşrlərdə, o cümlədən "Imago Mundi" və "IMCoS" jurnallarında dərc edilmişdir. Qaliçyan Ermənistan, ABŞ, İran, Birləşmiş Krallıq və Fransada geniş mühazirələr oxumuşdur.
Yuxarı Qılıçbağ
Yuxarı Qılıçbağ, və ya Yuxarı Qılıcbağ, həmçinin Verin Qlıçbağ, və ya Verin Qılıçbağ — Azərbaycan Respublikasının Xocalı rayonunun ərazisində keçmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olunur. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocalı rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir. Burada ilkin yaşayışın XIX əsrin əvvəllərinə aid olduğu deyilir. Kənd Sovet vaxtı Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsünün 1961-ci, 1964-cü, 1968-ci illərin nəşrlərinə əsasən o zamanlar mövcud olmuş Stepanakert rayonunun Xanabad kənd Sovetinin nəzdində idi və orada Verin Qlıçbağ adı ilə qeyd olur, amma 1979-cu il nəşrli Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə bu kənd artıq qeyd olunmur. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 15 may 1978-ci il tarixli Fərmanı ilə Stepanakert rayonu mərkəzinin Stepanakert (indiki Xankəndi) şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilməsi və Stepanakert rayonunun Əsgəran rayonu adlandırılması haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi. Həmçnin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Stepanakert şəhərinin tarixi adını qaytarılmaqla Xankəndi şəhəri adlandırılmasını, Əsgəran rayonunun ləğvini, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmasını, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə verilməsini qərara aldı. Bununla, keçmiş yaşayış məntəqəsi hal hazırda Xocalı rayonunun Xanabad kənd inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur. Keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Dilican (nəqliyyat)
Dilican – furqon tipli nəqliyyat vasitəsi. == Ümumi məlumat == Dilican furqon tipli nəqliyyat vasitəsi olub, şərəbana nisbətən daha çox sərnişin(16–18) göturə bilirdi. Dilican da yarıyumşaq nəqliyyat növü idi. Onun "evi" nin üstü örtülü olduğu üçün ilin bütün fəsilərində sərfəli nəqliyyat vasitəsi hesab olunurdu.
Dilican (İran)
Dilican və ya Delican — İranın Mərkəzi ostanınında şəhər, Dilican şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,852 nəfər və 8,779 ailədən ibarət idi.Bu şəhərin əhalisi raci dilində danışırlar və şiə müsəlmandırlar.
Dilican (şəhər)
Dilican — Ermənistan Respublikası Ağstafaçay dərəsində, dəniz səviyyəsindən 1255–1510 m yüksəklikdə yerləşən şəhər. İcevan rayonuna aiddir. == Tarixi == Tarixi Azərbaycan şəhəri .1918-1920-ci ildə ADR -in tərkibində olmuşdur. 1951-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 106 km məsafədədir. Şəhərdə dağ-iqlim və balneoloji kurortlar yerləşir. == Əhali == Burada erməni və ruslarla yanaşı 1886-cı ildə 54 nəfər, 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalmışlar və deportasiya olunmuşlar. 1919 cu ildən sonra Ermənistanda sovet hakimiyyəti qurulandan sağ qalan azərbaycanlılar geri dönə bilmişdir. 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Dilican rayonu
Dilican rayonu — Ermənistan SSR–də, 1930–1951–ci illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Dilican qəsəbəsi idi. == Tarixi == Çar Rusiyası dövründə rayon ərazisi Yelizavetpol quberniyasının Qazax qəzasına daxil idi. Rayon 9 sentyabr 1930–cu ildə təşkil edilmişdi. 19 mart 1951–ci ildə ləğv edilərək İcevan rayonuna birləşdirildi. Eyniadlı rayonun inzibati mərkəzi olmuş Dilican şəhər tipli qəsəbəsi 1951–ci ildə şəhər statusu almışdır. == Ərazisi == Rayon ərazisi 1 noyabr 1931–ci il vəziyyətinə görə 1.109 km², 15 iyul 1934–cü il vəziyyətinə görə 1.157 km², 1 oktyabr 1938–ci il vəziyyətinə görə 0.13 min km², 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 477 km² idi. == İnzibati bölgüsü == Rayonda 1 noyabr 1931–ci il vəziyyətinə görə 20 kənd sovetliyinə daxil olan 93 kənd, 1 oktyabr 1938–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1941–ci il vəziyyətinə görə 1 şəhər tipli qəsəbə və 6 kənd sovetliyi, 1 yanvar 1948–ci il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyinə daxil olan 14 kənd, 1 may 1949–cu il vəziyyətinə görə isə 1 şəhər tipli qəsəbə və 7 kənd sovetliyi yerləşirdi. == Əhalisi == Rayonun təşkil edildiyi 1930–cu il sərhədləri daxilində 1926–cı il siyahıyaalınması zamanı 24.858 nəfər kənd əhalisi qeydə alınmışdı. 1 yanvar 1930–cu il tarixinə olan cari hesablamalara əsasən rayonda 31.287 nəfər əhali var idi və bütün əhali kənd yerlərində yaşayırdı.
Dilican şəhristanı
Dilican şəhristanı — İranın Mərkəzi ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Dilican şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 43,388 nəfər və 12,578 ailədən ibarət idi.
Dilican şəhəri
Dilican — Ermənistan Respublikası Ağstafaçay dərəsində, dəniz səviyyəsindən 1255–1510 m yüksəklikdə yerləşən şəhər. İcevan rayonuna aiddir. == Tarixi == Tarixi Azərbaycan şəhəri .1918-1920-ci ildə ADR -in tərkibində olmuşdur. 1951-ci ildən respublika tabeli şəhərdir. İrəvan şəhərindən 106 km məsafədədir. Şəhərdə dağ-iqlim və balneoloji kurortlar yerləşir. == Əhali == Burada erməni və ruslarla yanaşı 1886-cı ildə 54 nəfər, 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalmışlar və deportasiya olunmuşlar. 1919 cu ildən sonra Ermənistanda sovet hakimiyyəti qurulandan sağ qalan azərbaycanlılar geri dönə bilmişdir. 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır.
Dilican Beynəlxalq Məktəbi
Dilican Beynəlxalq Məktəbi (ing. UWC Dilican) — Ermənistanda açılacaq beynəlxalq məktəb Məktəbin dəyəri 150 milyon dollardır. Səhmdarları arasında Rusiyanın 30-dan artıq iri holdinqinin rəhbərləri var. 2014-cü il oktyabrın 11-də fəaliyyətə başlayacaq. İlk mövsümdə 100 nəfər tələbə təhsil alması və 2023-cü ildə isə bu rəqəmin 650-yə çatması gözlənilir.
Dilican Milli Parkı
Dilijan Milli Parkı (erm. Դիլիջան ազգային պարկ) — Ermənistanın şimal-şərqində, Tavuş mərzində yerləşən milli park. Sahəsi 240 km2-dır. Ən çox təbiəti, biomüxtəlifliyi, müalicəvi bulaq suları, tarixi abidələri ilə tanınır. Ermənistanın iki milli parkından biridir (Digəri Göyçə Milli Parkıdır). == Tarixi == Milli park 2002-ci ildə Dilijan və Kuybişev meşələrini qorumaq üçün 1958-ci ildə qurulmuş qoruğun yerində təşkil olunmuşdur. Milli parkın ərazisində hələ də dəyişiklik olmayıb. Dilijan şəhərinin yaxınlığındadır və buradan İrəvan-Karvansaray dəmiryolu keçir. Milli parkın gələcəkdə istirahət, bufer zonası, sərhəd istiqamətlərində inkişaf etdirilməsi planlaşdırılır. == Coğrafiya == Ərazi dəniz səviyyəsindən 1070-2300 metr yüksəklikdə yerləşən Pəmbək, Sətənəxaç, Miapor, Karvansaray və Hələb dağ silsilələrini əhatə edir.