Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qısayarpaq yukka
Qısayarpaq yukka (lat. Yucca brevifolia) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü. == Təbii yayılması == ABŞ-da, Yutanın cənub-qərbindən Kaliforniyanın ortalarınadək yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 4-9 m, gövdəsinin diametri 50 sm-ə qədər olan, çox şaxələnmiş budaqsız kiçik ağac və ya koldur. Gövdəsinin yerə yaxın hissəsi yoğundur. Yarpaqları lansetvari, sərt, üst tərəfi çökək, kənarları xırda iti dişli, uzunluğu 20-35 sm, eni 7-25 mm-dir. Yaşıl, göyümtül, oxşəkilli-xətvari yarpaqları gövdənin ucunda dəstəyə yığılmışdır. Süpürgə çiçək qrupunun oxu tüklüdür, çiçəkləri sıx, yaşılımtıl ağdır, çiçək saplağı qısadır. İyul-avqust aylarında çiçək açır. Gövdə zoğları, bəzən də toxumla çoxaldılır.
Qızyarpaq birəotu
Qızyarpaq birәotu - Pyrethrum parthenifolium Willd. Hündürlüyü 4-80 sm, gövdəsi düzduran, yuxarı hissədə qalxanvari budaqlanmış, çılpaq və ya dağınıq tüklü çoxillik ot bitkisidir. == Yarpaq == Aşağı yarpaqları uzun saplaqlıdır, görünüşünə görə yarpaq ayası yumurtaşəkilli, lələkvari bölünmüş, seqmentləri yumurtaşəkilliuzunsovdur, sivriləşmişdir, qismən dərinlələkvari bölünmüşdür. == Çiçək == Səbətləri çoxsaylıdır, qısa və uzun saplaqdadır, gövdənin yuxarı hissəsində qalxanvari çiçək qrupunda toplanmışdır. Dilcikli çiçəkləri ağ rəngdədir, uzunluğu 6-8 mmdir. == Meyvə == Toxumlarının uzunluğu 1,5 mm-dir, çox qısa, az dişli tacı vardır. == Çiçəkləməsi == İyun-Avqust == Meyvə verməsi == Avqust == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Orta, bəzən yuxarı dağ qurşağında. == Yaşayış mühiti == Rütubətli və qaranlıq yerlərdə, çay sahilində, kolluqlar arasında, otlu yamaclarda rast gəlinir. == Təsərrüfat əhəmiyyəti == Dərman bitkisidir.
Sıxyarpaq gəvən
Sıxyarpaq gəvən (lat. Astragalus pycnophyllus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü. == Təbii yayılması == Cənub və Orta Asiya, Qafqaz, İran və Türkiyədə təbii şəraitdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 20-50 (80) sm, ağımtıl-boz tükcüklü koldur. Qalın gövdələri (4-8 sm) yerin səthinə yaxın yerləşir. Yarpaqları oval, yarpaqcıqların miqdarı 10-80 ədəddir. Açıq-sarı çiçəklərinin diametri 2-3 sm, uzunluğu 8-10 sm, çiçək tacı qayıqcıq, mərkəzi hissəsi bir az daralmışdır. == Ekologiyası == Orta və yuxarı dağ zolaqlarında, quru, daşlı sahələrdə, çox vaxt 1650 m hündürlükdə, bəzi yerlərdə isə daha yuxarı ərazilərdə bitir. == Azərbaycanda yayılması == Lerik və Lənkəranda dar arealda yayılmışdır. == İstifadəsi == Bitkilər qatran-ağac yapışqanı ilə zəngindir və çeynənən saqqızın xammalıdır.
Qırxlardağ
Qırxlardağ — Culfa rayonu ərazisində dağ. Əlincəçayın sağ sahilində yerləşir. Qazançı kəndindən 4 km cənub-qərbdə yerləşir. Hündürlüyü 1742 metrdir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyniadlı şaxəsində ən yüksək zirvə. Əlincəçayın sağ sahilində, Qazançı kəndindən 4 km cənub-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Şimal və şərq yamaclarında Üst Oliqosen-Alt Miosen yaşlı vulkanogen-çökmə törəmələr açılır. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının geniş şimal-şərq qanadında yerləşir.
Girdəyarpaq birgöz
Girdəyarpaq birgöz (lat. Ligustrum ovalifolium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin birgöz cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Yaponiya və Koreyadır. Fransa, İspaniya, İtaliya, Meksika, Kosta-Rika, Qvatemala, Honduras, Kanadanın Ontario əyaləti, ABŞ və Böyük Britaniyada yayılmışdır. == Botaniki təsviri == İsti rayonlarda həmişəyaşıl və ya yarımhəmişəyaşıl koldur. Hündürlüyü 3-4 m-dir. Qalın, ətli yarpaqların üstü yaşıl, alt tərəfi yaşıl-sarıdır. Yayın ortalarında çiçəkləyir, bol ağ çiçəklərinin güclü qoxusu vardır. Çiçəkləri süpürgəyə yığılmışdır. Onların dörd qıvrım ləçəkləri və iki hündür, sarı və ya qırmızı tozcuğu olan erkəkcikləri vardır və onların arasında alçaq dişicik yerləşir; çiçək mayalandıqdan sonra ləçəkləri və erkəkcikləri tökülür və dişicik borucuğun kasacığında qalır.
Girdəyarpaq irqa
Girdəyarpaq irqa (lat. Amelanchier ovalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü. == Təbii yayılması == Əsasən cənubi, şərqi, qərbi Avropada Şimali Belçika, Şimali Afrikada, Ön Asiyada, Mərkəzi Almaniyada geniş yayılmışdır. Qafqazda təbii və mədəni halda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 1-4 metrə çatan, çox hündür olmayan, yarpağı tökülən ağacdır. Möhkəm kök sistemlinə malikdir, 30-40 sm dərinliyə gedir, hətta qayalıqların çatlamasına səbəb olur. Çətri açıq yaşıldan tünd çəhrayıya qədər dəyişir. Yarpağı yumurtavari 8-15 mm uzunluqdadır. Çiçəkləri aprel, may aylarında yarpaqlama ilə eyni vaxtda açır. Avqust, sentyabr aylarında qara, göy rəngdə 5-15 mm diametrində olan meyvəsi yetişir.
Girdəyarpaq selastrus
Celastrus orbiculatus (lat. Celastrus orbiculatus) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin celastrus cinsinə aid bitki növü. == Təbii yayılması == Uzaq Şərq, Yaponiya və Çində bitir. == Botaniki təsviri == 12 m-ə qədər hündürlükdə, möhkəm oduncaqlı, yarpağıtökülən, dayağa sarılan lianadır. Gövdəsi çoxbudaqlı, sıx çətirli qabığı dayaz şırımlı, ziyiləbənzər xallıdır. Zoğları əvvəl yaşıl, sonralar qırmızımtıl tünd-qəhvəyi rəng alır. Yarpaqları ellipsvarı və ya yumurtavarıdır, ucdan sivriləşir, kənarları küt mişardişli, yaşıl, üstü parlaq, alt hissəsi göyümtül, payızda isə saralır və narıncı rəngdə olur. Çiçəkləri xırda, yaşılımtıldır, yarpaq qoltuğunda qalxanvarı qrupda yerləşir. Yayda iyun-iyul aylarında çiçəkləyir, xırda yaşıl çiçəkləri qoltuq qalxanlarda yerləşir, sentyabrda çox dekorativ, xırda (6 mm-ə qədər) sarı, çəhrayı-qırmızı toxumları olan qutucuq meyvələri əmələ gəlir. Toxumu setyabrda yetişir.
Girdəyarpaq şehçiçəyi
Girdəyarpaq şehçiçəyi (lat. Drosera rotundifolia) - şehçiçəyi cinsinə aid bitki növü. == Sinonim == Drosera corsica (Maire) A.W.Hill Drosera rotundifolia var. breviscapa Regel Drosera rotundifolia var. capillaris A.A.Eaton & Wright Drosera rotundifolia f. comosa (Fernald) B.Boivin Drosera rotundifolia var. comosa Fernald Drosera rotundifolia var. corsica Maire Drosera rotundifolia var. distachya DC. Drosera rotundifolia var. furcata Y.Z.Ruan Drosera rotundifolia var.
Girdəyarpaq əməköməci
Girdəyarpaq əməköməci (lat. Malva rotundifolia) - əməköməci cinsinə aid bitki növü.
Mirtyarpaq akasiya
Mirtyarpaq akasiya (lat. Acacia myrtifolia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Qırxlardağ 2
Qırxlardağ - Culfa rayonu ərazisində dağ (hünd. 3175,3 m). Zəngəzur silsiləsinin cənub-qərb istiqamətli Dəmirlidağ-Göydağ qolunun başlanğıc hissəsinin suayırıcısında zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin andezitli porfirit lavalarından təşkil olunmuş, şimal-qərb və cənub-şərq yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının şimal qanadında yerləşir. Yamaclarından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.
İriyarpaq acıçiçək
İriyarpaq acıçiçək (lat. Gentiana macrophylla) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
İriyarpaq andız
Şərq andızı (lat. Inula orientalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, 20-50 (60) sm hündürlükdə, gövdəsi duz, şırımlı, sadə, tüklü bitkidir. Yarpaqları bütöv, yanlardan kirpikli, aşağıdakılar uzunsov-kürəkvari gövdədən dartılmış, sonrakılar oturaq ürəkvari və ya yumurtavari ucubizdir. Səbətləri iri, 20-30 mm enində, tək-tək yerləşirlər. Sarğısının yarpaqları çoxcərgəli, biz-lansetvari, sıx qaratəhər kirpiklidir. Dilcik çiçəkləri qızılı-sarı, sarğıdan iki dəfə uzundur. Toxumcaları 3 mm uzunda silindrvari, çılpaq, şırımlıdır; kəkili qonur, tükcüklü, toxumcalardan bir az uzundur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Subalp və alp çəmənlərində, məşə kənarlarında və talalarında bitir.
İriyarpaq cökə
İriyarpaq hortenziya
İriyarpaq hortenziya (lat. Hydrangea macrophylla) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == == Botaniki təsviri == Hündürlüyü 1-2 m, düz qalxan budaqlara malik koldur. Yarpaqları sadə, yumurtavari və tünd yaşıl, uzunluğu 7-15 sm, kənarları dişlidir. Çiçəkləri iri, çəhrayı, bəzən mavi və ağ rəngdə olub, enli, qalxanvari çiçək qrupunda toplanır. Kasayarpaqları iri, yaşımtıl, tədricən ağ, çəhrayı və ya mavi rəngdə olur. Meyvəsi 2-3 bölümlü, çoxsaylı xırda toxumları olan qutucuqdur. Yazdan yayın ortasına qədər 18-200 C-də toxumlarla, zoğlarla və kolun bölünməsi ilə çoxaldılır. == Ekologiyası == İşıqlı və yarımkölgəli ərazilərdə bitir. 100C-yə qədər soyuqlara dözür.
İriyarpaq mahmızçiçək
İriyarpaq mahmızçiçək (lat. Delphinium grandiflorum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
İriyarpaq çilədağı
Eremostachys molucelloides (lat. Eremostachys molucelloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin çilədağı cinsinə aid bitki növü. == Sinonimləri == Eremostachys macrophylla Montbret & Aucher ex Benth. Eremostachys molucelloides var. intermedia Regel Eremostachys molucelloides var. macrophylla (Montbret & Aucher ex Benth.) Regel Eremostachys molucelloides subsp. macrophylla (Montbret & Aucher ex Benth.) Takht. Eremostachys pyramidalis Jaub.
İriyarpaq ürəkotu
İriyarpaq ürəkotu (lat. Cardamine macrophylla) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü.
İriyarpaq qargiləmeyvə
İriyarpaq qargiləmeyvə (lat. Symphoricarpos rotundifolius) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü.
İriyarpaq kövrək mürdəşər
İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir.