İRİYARPAQ

крупнолистый
İRİYANAQ
İRQ
OBASTAN VİKİ
İriyarpaq acıçiçək
İriyarpaq acıçiçək (lat. Gentiana macrophylla) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
İriyarpaq andız
Şərq andızı (lat. Inula orientalis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü. Çoxillik, 20-50 (60) sm hündürlükdə, gövdəsi duz, şırımlı, sadə, tüklü bitkidir. Yarpaqları bütöv, yanlardan kirpikli, aşağıdakılar uzunsov-kürəkvari gövdədən dartılmış, sonrakılar oturaq ürəkvari və ya yumurtavari ucubizdir. Səbətləri iri, 20-30 mm enində, tək-tək yerləşirlər. Sarğısının yarpaqları çoxcərgəli, biz-lansetvari, sıx qaratəhər kirpiklidir. Dilcik çiçəkləri qızılı-sarı, sarğıdan iki dəfə uzundur. Toxumcaları 3 mm uzunda silindrvari, çılpaq, şırımlıdır; kəkili qonur, tükcüklü, toxumcalardan bir az uzundur. BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Subalp və alp çəmənlərində, məşə kənarlarında və talalarında bitir.
İriyarpaq cökə
İriyarpaq hortenziya
İriyarpaq hortenziya (lat. Hydrangea macrophylla) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. Hündürlüyü 1-2 m, düz qalxan budaqlara malik koldur. Yarpaqları sadə, yumurtavari və tünd yaşıl, uzunluğu 7-15 sm, kənarları dişlidir. Çiçəkləri iri, çəhrayı, bəzən mavi və ağ rəngdə olub, enli, qalxanvari çiçək qrupunda toplanır. Kasayarpaqları iri, yaşımtıl, tədricən ağ, çəhrayı və ya mavi rəngdə olur. Meyvəsi 2-3 bölümlü, çoxsaylı xırda toxumları olan qutucuqdur. Yazdan yayın ortasına qədər 18-200 C-də toxumlarla, zoğlarla və kolun bölünməsi ilə çoxaldılır. İşıqlı və yarımkölgəli ərazilərdə bitir. 100C-yə qədər soyuqlara dözür.
İriyarpaq mahmızçiçək
İriyarpaq mahmızçiçək (lat. Delphinium grandiflorum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
İriyarpaq çilədağı
Phlomoides molucelloides (lat. Phlomoides molucelloides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin phlomoides cinsinə aid bitki növü. Eremostachys molucelloides Bunge Eremostachys macrochila Jaub. & Spach Eremostachys macrophylla Montbret & Aucher ex Benth. Eremostachys molucelloides var. intermedia Regel Eremostachys molucelloides subsp. macrophylla (Montbret & Aucher ex Benth.) Takht. Eremostachys molucelloides var. macrophylla (Montbret & Aucher ex Benth.) Regel Eremostachys pyramidalis Jaub.
İriyarpaq ürəkotu
İriyarpaq ürəkotu (lat. Cardamine macrophylla) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü.
İriyarpaq qargiləmeyvə
İriyarpaq qargiləmeyvə (lat. Symphoricarpos rotundifolius) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü.
İriyarpaq doronokum
İriyarpaq doronikum — (lat. Doronicum macrophyllum) Çoxillik, hündürlüyü 50–150 sm olan, gövdəsi şırımlı, orta və ya yuxarı hissədən az budaqlı, vəzili-tüklü, qısa kökümsovlu bitkidir. Kökyanı yarpaqları uzunsaplaqlı, yumru və ya üçkünc ürəkvaridir, uzunluğu 30 sm, eni 20–25 sm çatır, orta və yuxarı yarpaqları oturaqdır. Səbətləri iri, diametri 10–20 mm enli zınqırovvaridir, qalxanvari çiçəkqrupunda yığılmışlar. Sarğısı 2–3 sıralı, yarpaqcıqları uzunsov lansetvari, sıx vəzilidir. Dilcik çiçəklərinin uzunu 20–30, eni 3–5 mm, sarı rəngdədir. Toxumcaları 3–5 mm, tinli silindirik-uzunsov, mixəyi rəngdədir; kəkili ağ, nahamar tüklü, toxumca ilə eyni ölçüdədir. BQ qərbi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ və subalp qurşağında yayılmışdır. Dağ meşələrində, subalp çəmənliklərində, dağ çaylarının kənarlarında bitir.
İriyarpaq kövrək mürdəşər
İriyarpaq kövrək mürdəşər (lat. Frangula grandiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssəs olanlar" kateqoriyasına aiddir - VU A2.c. Azərbaycanın nadir növüdür. 4-5 (6) m hündürlükdə kol va ya alçaqboylu ağacdır.Tumurcuqları iri olub, tüklüdür. Yarpaqları 7-22 sm uzunluğunda, 4-10 sm enindədir, nazik, tökülən, ellipsşəkilli və ya enli-ellipsşəkilli, təpə hissədə sivriucluvə ya üçbucaq formasında sivriləşmiş, qaidədə dəyirmi və ya azacıq ürəkvari, kənarları xırda mişardişli, üst tərəfdən tünd-yaşıl, çılpaq, tutqun, alt hissədən sarımtıl, damarlar boyunca tüklüdür. Çiçəkləri xırda, sarımtıl, uzunayaqlı boş 6-14 (1-2) çiçəkli qoltuq yarım çətirlərində toplanmışdır. Meyvələri şarabənzər, tünd-qırmızı, 6-8mm diametrində çəyirdəkdir, çəyirdəkləri 8 sayda, mərciyə bənzər, qəhvəyi rəngdə, enli şəffaf buruncuqludur. Çiçəkləməsi aprel-iyun, meyvə əmələ gətirməsi iyul-avqust aylarına təsadüf edir. Mezofitdir.
İriyarpaqlı murdarça
İriyarpaqlı mürdəşər
İriyarpaqlı mürdəşər (lat. Frangula grandifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin mürdəşər cinsinə aid bitki növü. Azərbaycanda, İranda təbii halda yayılmışdır. Hündürlüyü 5 m-dək olan, tünd boz və ya təxminən qara qabıqlı şaxələnmiş koldur. Budaqları qonur və ya sarımtıl-boz, tünd mərciməkli, çılpaqdır. Yarpaqları qısa saplaqlı, nazik, üstü tünd yaşıl, hamar, alt tərəfi açıq sarımtıl, seyrək tükcüklü, ellipsvari və ya enli ellipsvari, simmetrik olub, uzunluğu 18 sm və eni 6-10 sm-dir. Yarpaqları ucunda enli üçkünc və uzanmış bizli, bünövrəsində yumru, kənarları xırda dişli, 11-14 cüt olub, qonur, təxminən düz damarcıqlıdır. Çiçəkləri uzun çiçək saplaqlarında, çətirvari çiçək qrupunda yerləşir. Çiçəkləri 6-12 ədəd enli, uzunluğu 0,3-0,4 sm, zəngvari, tükcüklüdür. Aprel-iyunda çiçəkləyir, iyul-avqustda meyvə verir.

Digər lüğətlərdə