Qırxlardağ - Culfa rayonu ərazisində dağ (hünd. 3175,3 m). Zəngəzur silsiləsinin cənub-qərb istiqamətli Dəmirlidağ-Göydağ qolunun başlanğıc hissəsinin suayırıcısında zirvə. Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin andezitli porfirit lavalarından təşkil olunmuş, şimal-qərb və cənub-şərq yamacları sıldırımlı konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının şimal qanadında yerləşir. Yamaclarından şimal-şərq istiqamətli fay-yerdəyişmə qırılmaları keçir.[1]
Culfa rayonu | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Zəngəzur dağları |
Mütləq hündürlüyü | 3175,3 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |