Qırxlardağ

QırxlardağCulfa rayonu ərazisində dağ. Əlincəçayın sağ sahilində yerləşir. Qazançı kəndindən 4 km cənub-qərbdə yerləşir. Hündürlüyü 1742 metrdir. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyniadlı şaxəsində ən yüksək zirvə. Əlincəçayın sağ sahilində, Qazançı kəndindən 4 km cənub-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Şimalşərq yamaclarında Üst Oliqosen-Alt Miosen yaşlı vulkanogen-çökmə törəmələr açılır. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının geniş şimal-şərq qanadında yerləşir. [1]

Qırxlardağ
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1742 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.