Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdullax İqebayev
Abdullax İqebayev (başq. Абдулхаҡ Хажмөхәмәт улы Игебаев 2 iyul 1930, Kusəy, Başqırd MSSR – 27 sentyabr 2016, Ufa) — Başqırd Sovet şairi və nəsr yazıçısı, Başqırdıstan Respublikasının xalq şairi. Salavat Yulaev adına Respublika Mükafatı laureatı (1991). == Bioqrafiyası == Kusəy kəndində (indiki Başqırdıstanın Baymak rayonu) kəndli ailəsində anadan olub. Erkən yaşlarında yetim qaldığından, yetimxanada böyüməli olur. 1946-cı ildə Temyasov Pedaqoji Kollecini, 1950-ci ildə isə Başqırdıstan Dövlət Universiteti bitirir. 1950-1969-cu illərdə "Sovet Başqırdıstanı" qəzeti (Başqırdıstan), Qızıl Tan və Ağidel jurnalının ədəbi işçisi olur. 1969-1971-ci illərdə SSRİ Yazıçılar Birliyində Ali ədəbi kurslarda oxuyur. 1971-1990 - "Ağidel" jurnalının şeir şöbəsinin müdiri təyin olunur. == Ailəsi == Qızı Faniya İqebayeva - Başqırdıstan Dövlət Aqrar Universitetinin fəlsəfə, sosiologiya və pedaqogika kafedrasının dosenti.
Musa Qeşayev
Musa Bautdinoviç Qeşayev (çeç. Муса Баутдинович Гешаев; 20 avqust 1940, Qroznı – 7 mart 2014, Moskva) — Sovet və rus yazıçısı, bəstəkarı, publisist, ədəbiyyatşünas, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Əməkdar incəsənət xadimi, Çeçenistan Respublikası Elmlər Akademiyasının akademiki, Rusiya Yazıçılar Birliyinin üzvü. Musa Qeşayev 1940-cı il avqustun 20-də Qroznıda anadan olub. 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı, onun ailəsi də sürgün edilib. Qeşayevin uşaqlığı Qazaxıstan SSR-in Cambul vilayətində keçib. 1957-ci ildə ailəsi ilə birlikdə vətənə dönmüşdür. Orta məktəbi Qroznı şəhərində bitirmişdir. Musa Qeşayev ali təhsil almaq üçün Leninqrad şəhərinə yollanmışdır. 1965-ci ildə o, Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib. Ali məktəbi bitirdikdən sonra Qroznıya qayıdıb.