ZƏNB

ə. günah, qəbahət, təqsir.

ZƏNAYİR
ZƏNBARƏ
OBASTAN VİKİ
Zənbil
Zənbil — Bakı arxipelaqında Azərbaycana məxsus ada. Uzunlugu 0,9 km, eni 0,4 km-dir. Sahildən uzaqlıq 9,5 km təşkil edir. Sahəsi 0.4 Km² təşkil edir. Adından məlum olduğu kimi türk sözüdür, "hörülmüş səbət" deməkdir. Yəqin ki, bu ad adanın uzaqdan çevrilmiş səbətə bənzədilməsindən yaranıb. Duvannıy ismini adaya ruslar verib. Belə bir fərziyə var ki onun adı Stepan Razinlə bağlıdır. X-əsrdə Slavyanların basqınları zamanı onlar adada olmuşlar. Səngəcal neft estakadalarına yaxın olması neft çirklənməsi təhlükəsi yaradır.
Zənbilli Əli Əfəndi
Zənbilli Əli Əfəndi (1445, Aksaray – 1526, Konstantinopol) — Osmanlı alimi və şeyxülislamı. Karaman, Konya, İstanbul və Bursada oxudu. 1503-cü ildə şeyx oldu. Beyazıt mədrəsəsinə müəllim təyin edildi. Qanuni dövrdə xidmət etdi. Rodosun fəthində iştirak etdi. 1526-cı ildə İstanbulda vəfat etdi. Türbəsi zeyrek yamacındadır. Kanunî dövründə Rodos adasını fəth etdi və məscidə çevrilən Saint Jean Katedralində ilk cümə namazını qıldı. Mənbələrdə elmi mövzularda sədaqət göstərmədiyi və hətta sərt xasiyyəti olan Yavuz Sultan Səlimə qarşı çıxdığı izah edilir.
Zənbur (jurnal)
"Zənbur" jurnalı (ərəb. زنبور‎ — arı) — 1909–1910-cu illərdə Bakıda nəşr olunan həftəlik ədəbi, ictimai satirik jurnal. "Zənbur" türkcə müsəvvir həftəlik məzhəkə məcmuəsi idi. Jurnal "Molla Nəsrəddin" jurnalının satira ənənələrindən bəhrələnirdi. Jurnalın ilk nömrəsi 1909-cü il martın 13-də cümə günü işıq üzü görüb. "Zənbur"un sahibi və naşiri həkim, yazıçı, ictimai xadim Mirzə Əbdülxalıq Axundov, birinci ildə 21-ci nömrəyədək məsul müdiri isə Rza bəy Səlimxanov olmuşdur. Jurnala ilin yarısında 22-ci nömrədən sonra Əzim Əzimzadə müdirlik etmişdir. O, həmçinin jurnalın əsas rəssamı idi. Birinci il "Zənbur" 42 nömrə nəşr edilmişdir. İkinci ildə birinci nömrədən etibarən "Zənbur"un müdiri Murtuza bəy Palavandov, naşiri isə həkim Əbdülxalıq Axundov olmuşdur.
Zənbur (jurnal, 1909)

Zənbur (jurnal, 1919)
"Zənbur" jurnalı (az-əbcəd. زنبور‎) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1919-cu ildə Bakıda nəşr olunan həftəlik ədəbi, ictimai, illüstrasiyalı satirik jurnal. "Zənbur"un ilk sayı 1919-cu il aprelin 9-da, sonuncu 24-cü sayı isə noyabrın 8-də işıq üzü görüb. 1919-cu ilin aprel-noyabr aylarında çap olunan "Zənbur"un təsisçisi "Türk Nəşriyyat Cəmiyyəti" idi. Jurnalın fəal əməkdaşları arasında Əli Nəzmi, Əliabbas Müznib, Səməd Mənsur, Hacı Qasım Səyyah, Bayraməli Hammal və b. idi. "Zənbur" da "Şeypur" kimi maliyyə çətinliyi səbəbindən bağlanıb. "Zənbur"un ideya-siyasi istiqaməti ilə "Molla Nəsrəddin"ə sadiq qalaraq köhnəliyə, meşanlığa qarşı səylə mübarizə aparıb. O, müxtəlif janrlardan, satirik felyeton, satirik şeir, bilməli xəbərlər və karikaturalardan istifadə edib. İdeya etibarilə milli, demokratik məzmuna malik olan bu karikaturalar həcm etibarilə jurnalın səhifələrində əsas yeri tuturdu.
Zənbur jurnalı
"Zənbur" jurnalı (ərəb. زنبور‎ — arı) — 1909–1910-cu illərdə Bakıda nəşr olunan həftəlik ədəbi, ictimai satirik jurnal. "Zənbur" türkcə müsəvvir həftəlik məzhəkə məcmuəsi idi. Jurnal "Molla Nəsrəddin" jurnalının satira ənənələrindən bəhrələnirdi. Jurnalın ilk nömrəsi 1909-cü il martın 13-də cümə günü işıq üzü görüb. "Zənbur"un sahibi və naşiri həkim, yazıçı, ictimai xadim Mirzə Əbdülxalıq Axundov, birinci ildə 21-ci nömrəyədək məsul müdiri isə Rza bəy Səlimxanov olmuşdur. Jurnala ilin yarısında 22-ci nömrədən sonra Əzim Əzimzadə müdirlik etmişdir. O, həmçinin jurnalın əsas rəssamı idi. Birinci il "Zənbur" 42 nömrə nəşr edilmişdir. İkinci ildə birinci nömrədən etibarən "Zənbur"un müdiri Murtuza bəy Palavandov, naşiri isə həkim Əbdülxalıq Axundov olmuşdur.
Zənburəkçilər
Zənburəkçilər — Nadir şah Əfşarın ordusunda xidmət edən yüngül artilleriya bölməsi Nadir şah Əfşarın ordusunda istifadə edilən kiçik və yüngül toplar zənburək adlanırdı . Zənburəklərin lülələrinin çapı Nadir şah qoşunlarında istifadə olunan ağır tüfənglərin çapından azacıq böyük olmaqla, orta topların çapından kiçik idi. Bu toplar lüləsinin əhatəsinə dolandırılmış tuğ və lüləsinin aşağısında olan mil və ox vasitəsilə şamdan adlanan yastığın üzərində bərkidilirdi. Sonra da bu yastıq dəvənin donqarları arasında bərkidilmiş dayaq üzərinə qoyulurdu. Zənburəklər dəvələr vasitəsilə daşınırdı. Onlardan istifadə zamanı dəvələr dizləri üzərinə yatırdılar və dəvələrin üzərindən götürülmədən onlardan atəş açılırdı. Hər dəvə yalnız bir zənburək aparırdı. Bunun üçün xüsusi dəvələr seçilir və həmin dəvələr zənburək daşınması üçün hazırlanırdı. Zənburəkçi dəvənin donqarının arxasında bərkidilmiş palanın üzərində oturaraq adətən sol əli ilə zənburəkin lüləsinin arxasından tutardı. Dəvənin sağ tərəfinə zənburəkin fitili, sol tərəfinə isə barıt və mərmi torbası asılardı.
Zənbəlan (Xudafərin)
Zənbəlan (fars. زنبلان‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 372 nəfər yaşayır (80 ailə).
Çoğa Zənbil
Çoğa Zənbil — (farsca: چغازنبيل), Elam dilində "Dur-Untaş", İranın Xuzistan ostanı, Şuş şəhərinin 45 km cənubunda, Şuş-Yəzd yolunun kənarında, tarixi "Yeddi Təpə" məntəqəsinə yaxın bir ərazidə yerləşir. Xüsusən orta Elam dönəminə (e.ə. 1500-1000) aid tarixi yerdir. Çoğa Zənbil məbədi Dur-Untaş şəhərinin qalıqlarındandır. Bu ibadətgah Elam şahı Untaş Qal(e.ə.1250-ci il) tərəfindən Şuş şəhərinin qoruyucusu olan ilahə İzəd İnşuşinaka ibadət məqsədilə tikilib. Əvvəllər məbədin hündürlüyü 52 metr olub. 5 mərtəbəli olan məbədin günümüzə yalnız iki mərtəbəsi gəlib çatıb və hazırda məbədin hündürlüyü 25 metrdir. Çoğa Zənbil yerli kəlmə olaraq "Çoğa"(lor dilində təpə deməkdir) və "Zənbil"(səbət) kəlmələrinin birləşməsindən yaranıb və məbədin yerləşdiyi təpəyə aid edilir ki, tərsinə çevrilmiş səbəti xatırladır. Bu məkan arxeoloqlar tərəfindən "Dur-Untaş" olaraq adlandırılır və "Dej-Untaş"(Untaş Qalası) mənasındadır. Untaş Qal Elam şahı olub və bu məbədin tikilməsinə o göstəriş verib.