Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəşəd
Qəşəd — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd.
Məhəd Sofiyev
Məhəd Mahmud oğlu Sofiyev () — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Asiya və Afrika ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı == 1932-ci ildə anadan olmuşdur. 1952–1957-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsi nəzdində olan Yaxın və Orta Şərq tarixi şöbəsində təhsil almışdır. 1957-ci ildən Tbilisi şəhərində nəşr olunan "Şərqin şəfəqi" qəzetində çalışmış, 1958-ci ildən Gürcüstanın Qardabani rayonunun Qaracalar orta məktəbində tarix müəllimi işləmişdir. 1961–1963-cü illərdə Bakı Dövlət Universitetinin aspiranturasında təhsil almışdır. 1964-cü ildə Tarix fakültəsində müəllim vəzifəsini tutmuşdur. 1965-ci ildə namizədlik, 1986-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1987-ci ildən professor elmi adına layiq görülmüşdür. 1991-ci ildə Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Elmi araşdırmaları əsasən Türkiyə tarixi problemləri ilə bağlıdır.
Qəşəd bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kor Əhəd
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. == Həyatı == 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Əhəd Abıyev
Əhəd Mikayıl oğlu Abıyev (15 yanvar 1958, Masallı rayonu) — Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı (2011–2023), Azərbaycan Respublikasının Milli Məclisi I, II və III çağırış deputatı. == Həyatı == Əhəd Abıyev 1958-ci il yanvarın 15-də Masallı rayonunda anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977–1979-cu illərdə hərbi xidmətdə olmuşdur. 1979–1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980–1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982–1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984–1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991–1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Rus və ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Əhəd Ağayev
Əhəd Ağayev (tam adı: Ağayev Əhəd Bilal oğlu; 16 yanvar 1986, Motalayataq, Astara rayonu – 1 noyabr 2020) — İkinci Qarabağ müharibəsində orduya könüllü qatılan, 2-ci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Ağayev Əhəd Bilal oğlu 1987-ci ildə Azərbaycan Respublikasının Astara rayonunun Motalayataq kəndində anadan olmuşdur. == Hərbi Xidməti == Əhəd Ağayev aprel 2005-ci il - oktyabr 2006-cı illərdə həqiqi hərbi xidmətini yerinə yetirir. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zaman könüllü olaraq müharibəyə qatılır. Əhəd Xocavənd uğrunda gedən döyüşlərdə döyüşür. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhəd Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əhəd Canəhmədov
Əhəd Canəhmədov (23 oktyabr 1946, Xızı rayonu) — mexanik-filosof, texnika elmləri doktoru, professor, Azərbaycan Milli Aviasiya Akademiyasının Nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti == Həyatı == Tribologiya və tribotexnika sahəsində tanınmış alim və mütəxəssis olan Canəhmədov Əhəd Xanəhməd oğlu 23 oktyabr 1946-cı ildə Azərbaycan Respublikası Xızı rayonunun Baxşılı kəndində anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya institutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) neft-mexanika fakültəsini bitirib. 1970–1972-ci illərdə Moskva şəhərində SSRİ Elmlər Akademiyasının maşınşünaslıq institutunda məqsədli aspiranturada oxuyub. 1973-cü ildə namizədlik, 1989-cu ildə İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunda doktorluq dissertasiyalarını müdafiə edib, 1991-ci ildə isə professor rütbəsinə təsdiq olunub. Tribologiya elmi sahəsində azərbaycanın ilk elmlər doktorudur. 1975–76-cı illərdə Böyük Britaniyada elmi stajkeçmədə olub. 1973–2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ardıcıl olaraq assistent, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb. Eyni zamanda 1982–1990-cı illərdə xarici tələbələrin işi üzrə dekan müavini işləyib. 2011-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında "Nəqliyyat mexanikası" kafedrasının müdiridir. 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və Baş Elmi katibi seçilib.
Əhəd Hüseyni
Əhəd Hüseyni (d. 14 avqust, 1944, Təbriz, İran) — Cənubi Azərbaycanlı heykəltaraş və rəssam.İtaliya və Fransada heykəltaraşlıq dərsi almışdır. == Həyatı == Əhəd Hüseyni 1944-cü ildə Qərbi Azərbaycan ostanının Təbriz şəhərində anadan olmuşdur. == Yaradıcılığı == === İran dövrü === 2 illik hərbi xidmətini Xəzər sahillərindəki ucqar kənddə əsgər-müəllim olaraq etmişdir. Buradakı sakit və məşğuliyyətsiz zamanı çox olduğu üçün heykəltaraşlıqla məşğul olmağa başlamışdır. Onun ilk əsərləri Albert Eynşteynin, Bertrand Rasselin, Bethovenin və doktor Albert Şveytserin heykəlləri olmuşdur. Hərbi xidmətini tamamladıqdan sonra qısa müddət Pərviz Tanavolinin Tehrandakı atelyesində çalışmışdır. 1972-ci ildə İtaliyadakı İncəsənət Akademiyasında (Accademia di Belle Arti) təhsil almışdır. Təbrizə geri döndükdən sonra mütəmadi şəkildə heykəltaraşlıqla məşğul olan Əhəd Hüseyni bu dövrdə 12 heykəldən ibarət olan və "Səfalət zəncirləri" adlanan əsərini yaratmışdır. O, bu əsərini Azərbaycan muzeyinə hədiyyə etmişdir.
Əhəd Kərimov
Əhəd Əli oğlu Kərimov (1940, Umudlu, DQMV) — Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı, Azərbaycan Kommunist Partiyası Şuşa Rayon, Laçın Rayon (1980-1983), Ucar Rayon və Bərdə Rayon komitələrinin birinci katibi. == Həyatı == Əhəd Kərimov 1940-cı ildə Umudlu kəndində anadan olmuşdur. == Siyasi fəaliyyəti == Əhəd Kərimov sırası ilə Azərbaycan Kommunist Partiyası Şuşa Rayon, Laçın Rayon (1980-1983), Ucar Rayon və Bərdə Rayon komitələrinin birinci katibi olmuşdur. Əhəd Kərimov 1980-ci ildə 312 nömrəli Laçın seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı seçilmiş, parlamentdə Xalq maarifi və elm komissiyasının üzvü olmuşdur.
Əhəd Muxtar
Əhədulla Muxtar oğlu Qənbərov (1937, Kakalos, Astara rayonu – 1998) — Azərbaycan şairi, tərcüməçi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirib. Erkən yaşdan ədəbi yaradıcılığa, poeziyaya meyillənib. Əsərləri dövri mətbuatda 1950-ci illərin sonlarından işıq üzü görməyə başlayıb. “Şəfəq seli” (1969), “And iç” (1977), “Salam, insanlar!” (1979), “Qönçələr açılır” (1983), “Doğmalıq” (1985), “Dünya yaman dünyadır” (1989) adlı şeir kitabları çap olunub. “Ulduz” jurnalında ədəbi işçi, şöbə müdiri (1967-1979), məsul katib (1979-1998) vəzifələrində çalışıb. Boleslav Prusun “Firon”, Georgi Markovun “Sibir” (Yasif Nəsirli ilə birgə), Çingiz Abdullayevin “Əclafların qanunu” romanı kimi məşhur əsərləri Azərbaycan dilinə tərcümə edib. == Həyatı == Əhəd Muxtar 1937-ci ildə Astara rayonunun Kokolos kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk kitabı "Şəfəq seli" 1969-cu ildə çap olunub.
Əhəd Nəbiyev
Nəbiyev Əhəd Əli oğlu (1948, Səfərəliyev) — biologiya elmləri doktoru (1993), professor. == Həyatı == 1948–ci ildə Samux rayonunda anadan olub. 1966-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Şərabçılığın texnologiyası" ixtisasına daxil olmuş və 1972-ci ildə həmin ixtisas üzrə institutu əla qiymətlərlə bitirmişdir. 1978-ci ildə Azərbaycan Texnologiyası İnstitutunda laboratoriya müdiri kimi işə başlamışdır. 1983-cü ildə namizədlik, 1993-cü ildə doktorluq disertasiyalarını müdafiə etmişdir. Onun tədqiqat işlərinin hamısı bilavasitə şərabçılıqla bağlıdır və onların əsas məqamları aşağıdakılardır; İntroduksiya olunmuş texniki üzüm sortlarından müxtəlif növ şərab hazırlanması texnologiyasının istiqamətinin müəyyənləşdirilməsi; Konyak spirtinin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə ilk dəfə olaraq yeni texnologiya əsasında konyak-şərab materialı istehsalı texnologiyası; Süfrə üzüm sortlarının məhsulunun uzun müddət keyfiyyətli saxlanmasının biokimyəvi əsasları.Müəyyən olunmuşdur ki, fenol maddələri ilə zəngin olan üzüm sortları saxlanma üçün daha yararlıdır. Üzümün saxlanmasında fenol maddələrinin antioksidant və antimikrob xassələri tədqiq edilmişdir.
Əhəd Rəhmanzadə
Əhəd Əliəhməddin oğlu Rəhmanzadə — iqtisad elmləri doktoru, professor. == Həyatı == Rəhmanzadə Əhəd 1939-cu ildə Tehranda doğulmuşdur. Bonn Universitetinin iqtisadiyyat fakültəsini bitirmişdir. Rəhmanzadənin ailəsi 30-cu illərdə sovet vətəndaşlığı olmadıqlarına görə Bakıdan İrana deportasiya olunmuşdur. Əhəd burada doğulub təhsil almışdır. 1959-cu ildə Köln şəhərinə gələrək bir il hazırlıq kursunda oxuduqdan sonra ali məktəbə qəbul olunmuşdur. Universiteti fərqlənmə ilə bitirdikdən sonra ona Bonn və Kassel universitetlərinin iqtisad fakültələrində dərs demək təklif olunmuşdur. 1974–1979-cu illərdə Ə.Rəhmanzadə eyni zamanda Almaniya federativ respublikasının iqtisadi inkişaf nazirliyində başekspert olur. O, çoxsaylı elmi əsərlərin, habelə "İnkişaf edən ölkələrin iqtisadiyyatı", "Dünyaərzaq balansı", "Üçüncü dünya ölkələri iqtisadi razılaşmaaxtarışları", "Üçüncü dünya ölkələrinin sosial-iqtisadi inteqrasiyası", "Üçüncü dünya ölkələrinin siyasi razılaşma axtarışları" kimi 10-dan artıq monoqrafiyanın müəllifidir. Əhəd Əliəhməddin oğlu Rəhmanzadənin qardaşlarından biri, Rəhim Əliəhməddin oğlu görkəmli alman alimi, həkim-cərrah, tibb elmləri doktoru, professor, Ümumalman Cərrahlar Cəmiyyətinin prezidenti olmaqla, Berlində yaşayır.
Əhəd Yaqubov
Əhəd Ələkbər oğlu Yaqubov (1908, Bakı – 1979) — geologiya-mineralogiya elmləri doktoru (1941), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1947), akademik, ictimai xadim, pedaqoq. == Haqqında == Əhəd Yaqubov Bakı şəhərində anadan olmuşdur. 1934-cü ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Dağ-mədən fakültəsini Mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1941-ci ildə "Abşe­ron ya­rıma­dası­nın qərb hissəsinin palçıq vul­kan­la­rı və onla­rın neft-qazlılıqla əlaqə­si möv­zusun­da disser­ta­siya müdafiə edərək geo­logiya-mi­ne­ralogi­ya üzrə elmlər dok­toru elmi dərə­cəsini almışdır. == Əmək fəaliyyəti == Əhəd Yaqubov əmək fəaliyyətinə 1934-cü ildə SSRİ EA Azərbaycan filialında başlamışdır. O, palçıq vulkanlarının inkişaf etdiyi sahələrin stratiqrafiyası, tektonikası, neft-qazlılığı, qazların, neftlərin, lay sularının geokimyəvi xarakteristikası sahəsində tədqiqatlar aparmışdır. 1937-1941-ci illərdə SSRİ EA Azərbaycan filialının Rəyasət Heyəti sədrinin müavini işləmişdir. Habelə Əhəd Yaqubov Azərbaycan KP MK neft üzrə katibi vəzifəsini icra etmişdir. O, 25 ildən artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geologiya və neft-qaz yataqlarının axtarışı kafedrasına rəhbərlik etmişdir.Əhəd Yaqubov 1944-1946-cı illərdə SSRİ-nin İran Səfirliyində məsləhətçi olmuş, daha sonra Azərbaycan KP MK neft sənayesi üzrə katibinin müavini və şöbə müdiri vəzifəsini təyin edilmişdir. O, müxtəlif illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı vəzifəsini icra etmişdir.
Əhəd İsmayılov
Əhəd Hüseyn oğlu İsmayılov — Azərbaycan alimi, texnika elmlər doktoru, professor. == Həyatı == Ə.H.İsmayılov 1918-ci il may ayının 5-də Tovuzda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsində təhsil almışdır. II Dünya müharibəsinin iştirakçısıdır. 1947-ci ildən Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda mühəndis və baş mühəndis vəzifələrində işləmişdir. 1955-ci ildə kimya elmlər namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1957-ci ildə böyük elmi işçi dərəcəsinə layiq görülmüşdür. 1959-ci ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi, 1965–1986-cı illərdə isə "Yanacaqların texnologiyası" laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. == Elmi fəaliyyəti == 1972-ci ildə "Karbamidin izopropil spirtdəki məhlulu ilə yana¬caqların və az özlülüklü yağların deparafinsizləşməsi prosesinin sənayedə yaradılması, texnologiyasının işlənib hazırlanması və tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və texnika elmləri doktoru alimlik dərəcəsini almışdır. Yanacağın və qazın texnologiyası ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.
Əhəd Əliyev
Əhəd Fərzəli oğlu Əliyev (Kor Əhəd) (1893, Bakı – 17 fevral 1942, Bakı) — Azərbaycan qarmonçusu. == Həyatı == 1893-cü ildə Azərbaycanda dünyaya gəlib. İki yaşına çatanda onun gözləri zəifləməyə başlayır. Üç yaşı olanda isə gözləri tamamilə tutulur və o dünya işığından məhrum olur. Valideynləri ona 12 dilli qarmon alırlar və bu qarmon onun üçün bir təsəlli olur. O, qarmonu ifa edəndə hələ qara dillər kəşf olunmamışdı. Kor Əhəd iyirmi yaşına çatana kimi ağ dillərdə ifa edirdi. Hətta Cabbar Qaryağdı belə onun vurğunu olmuşdu“. Zakir Mirzəyev qeyd edir ki, Azərbaycanda qarmon musiqi aləti sırf Kor Əhədin adı ilə bağlıdır: “O, həm qarmonda, həm sazda, həm də piano da çox mükəmməl ifa edirdi. Onun ilk tələbələrindən Teyyub Dəmirovun adını çəkə bilərəm.
Əl-Əhəd
Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.İnsanların hamısı dua etməyə möhtacdır. Dua edən insan, qarşısına çıxa biləcək çətin, ya da asan hər cür vəziyyəti, bütün hadisələri, kainatın Yaradıcısı və hakimi olan Allaha yönəltmiş, Ona sığınmış deməkdir. Bir problemi həll etmənin, ya da bir zərəri önləmənin bütün yollarının kainatdakı bütün qüdrətin sahibi olan Allaha dayandığını bilmək, bütün işlərdə Onu vəkil tutmaq və yalnız Ona sığınmaq qullar üçün böyük bir güvən qaynağıdır. Bu sığınma, gücü məhdud və sonlu varlıq olan insanın, gücü sərhədsiz bir qüdrət qarşısında acizliyini qəbul edərək ehtiyacını Ondan istəməsiylə reallaşır. İnsanı yalnız bir damla sudan yaradan, bütün varlıq aləmini yoxdan var edən Allah üçün hər hansı bir adamın çətinliyini, ya da ehtiyacını aradan qaldırmaq çox asandır. Ondan başqa sığınılacaq heç kim, heç bir məbud yoxdur. Göydə və yerdə nə varsa ehtiyacını Allahdan istəyir.
Fəhəd əl-Mirdasi
Fəhəd əl-Mirdasi (ərəb. فهد المرداسي‎; d. 16 avqust 1985, Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanından olan futbol hakimi. Fəhəd əl-Mirdasi 2018-ci ilin may ayında Səudiyyə Ərəbistanının Futbol Federasiyası tərəfindən ömürlük diskvalifikasiya edilmişdir. Buna səbəb onun danışılmış oyunlarda iştirakıdır. Bu səbəbdən o, həbs edilmişdir. Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşü idarə etmişdir. Həbsdən əvvəl 2018-ci il dünya çempionatına da təyinat almışdır.
Seyid Mir Əbdül Əhəd xan
Seyid Mir Əbdül Əhəd xan (27 mart 1859, Buxara – 10 dekabr 1910, Nəvai vilayəti) – Buxara əmirliyinin əmiri (1886–1910). == Həyatı == Seyid Mir Əbdül Əhəd xan atası Müzəffər xan vəfat etdikdən sonra Buxaraya rəhbərlik etmişdir. Sözün əsl mənasında dövrün tələblərinə uyğun olaraq "Rusiyanın dostu" idi. Rus-yapon müharibəsində milyon rubl yardım göstərən Əbdül Əhəd xan 25 il hakimiyyətdə olmuşdur. Avropa səviyyəsində təhsil almasa da rusca oxuyub-yaza bilirdi. 1910-cu ilə qədər Buxaraya əmirlik edən Əbdül Əhəd xan böyrək xəstəliyindən vəfat etmişdir. Seyid Mir Əbdül Əhəd xan hər il Qafqaza müaəlicəyə gələrdi. Tez-tez də yolüstü Bakıda olardı. Bu səfərlərdən birini 1898-ci ildə fotoqraf Aleksandr Mişon kinokamera ilə lentə almışdır. Hətta o Hacı Zeynalabdin Tağıyevin qonağı da olmuşdur.
Gəhər gölü
Gəhər gölü — İranın Luristan ostanında Üştürankuh sıra dağlarının arasında yerləşən şirin su göldür.
Dəhəb
Dəhəb (ərəb. دهب‎) — Misirin Cənubi Sinay vilayətində şəhərdir.
Kəhək
Dəstcerd— İranın Qum ostanının Qum şəhristanının Kəhək baxşında şəhər və baxşın paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2 766 nəfər və ya 797 ailədən ibarət idi.
Məbəd
Məbəd (tapınaq, ibadətxana və ya ibadətgah) — bütün inanc sistemlərində insanların dini sitayiş üçün istifadə etdiyi məkan. Məbəd insanların müqəddəs saydıqları yerdə inşa edilir. Təbii məbədlər olaraq da qayalar üzərinə oyulmuş olan və ya təbii mağaralardan istifadə edilmişdir. Texniki olaraq kilsələr, məscidlər, sinaqoqlar və paqodalar da umumi ad olan Məbəd kateqoriyasına daxil edilir. Bir çox başqa dində ibadət məkanı(ibadətgah) üçün xüsusi isim bilinmədikdə və ya təyin olunmadıqda Məbəd sözündən istifadə olunur. Məsələn Buddist məbədi və ya Şintoist məbədi. == Məbəd tikililəri == Qədimlərdən bu günə qədər memarlıqda ən məsuliyyətli tikililər içərisində məbəd tikililəri əsas yer tutur. Çünki bu tikililər insanları sadəcə estetik yox həm də şüuraltı təsirləndirməli, ilahi məhiyyətini büruzə etməlidir. Digər tərəfdən bu binalar ibadət üçün idisə deməli memarın qarşısında qeyri-adi problem qoyulur – ibadətin düzgün alınması. Çünki ibadət zamanı insanların fəzaya buraxdıqları vibrasiyalarla kosmosun biovibrasiyaları üst-üstə düşməlidir ki bu da ilahi qatla birbaşa əlaqə deməkdir.
Məsəd
Məsəd (ərəb. مسعد‎) — Əlcəzairin şimal-mərkəz hissəsində, Cəlfa vilayəti ərazisində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın Atlas dağlarına düşən yüksəkliklərindən, dəniz səviyyəsindən 761 metr yüksəklikdə yerləşir.Məsəd ölkənin paytaxtı Əlcəzairdən təxminən 290 kilometr cənubda yerləşir. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 102,453 nəfər idi.
Məşhəd
Məşhəd — İranın ikinci iri şəhəri. Rəzavi Xorasan ostanının inzibati mərkəzidir. Şərq iqtisadi rayonunun ən böyük şəhəri, iqtisadi, siyasi və mədəni mərkəzidir. Məşhəd ərəbcə "müqqədəs şəxsin şəhid olduğu yer" mənasını bildirir. O, İranın şimal-şərqində Kəşəvrud çayı dərəsindədir. Əhalisinin sayı 3,2 milyon nəfərdir. == Tarixi == Məşhəd haqqında ilk məlumat X əsrin sonuna aiddir. XI əsrdə Məşhədin yerində Sənaabad kəndi olmuşdur. 1736-1747-ci illərdə Nadir şah dövlətini paytaxtı idi. Məşhəd şiələrin müqəddəs şəhəridir.
Quqəd
Gugəd — İranın İsfahan ostanının Gülpaygan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,686 nəfər və 2,031 ailədən ibarət idi.
Qərəh
Qərəh — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qərəh kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçılara görə, toponim təh­rifə uğramışdır və əslində ərəb dilindəki qəryə (kənd) sözü ilə bağlıdır. == Coğrafiyası və iqlimi == Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Kənd coğrafi olaraq 4 tərəfdən dağlarla ötrülmüşdür. Kəndin əsas yerlərindən biridə kəndin bulağıdır cə Siyəzən rayonunda tədqiqat işləri demək olar ki, aparılmamış, indiyədək qeyd edilmiş yeganə bioloji təbiət abidəsidə Qərəh kəndi yaxınlığındakı bir cüt müqəddəs şərq çinarıdır. == Əhalisi == Bu kəndin Xızı və Siyəzən rayonlarındakı türkdilli kəndlərdən biri olmasını nəzərə alsaq məhz əhalinin şimaldan gəlmə türk tayfalarından olmasını ehtimal etmək olar. Kənd əhalisi bu ərazinin ilk sakinləri sayılır. Kəndin XX əsrin əvvəllərində 500 nəfərə yaxın olub hazırda əhalisi 50 -60 nəfərə yaxındı.
Qərəq
Qərəq - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən gənc lər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Qərəq oyunu Novruz bayramı günlərində, eləcə də el şənliklərində, müxtəlif yığıncaqlarda gənclərin və cavanların, xüsusən orta əsrlərdə, Səfəvilər dövründə geniş yayılmış atüstü oyunlardan biri olmuşdur. Bu oyunun rəsm təsvirlərinə Səfəvilərin Qəzvin şəhərindəki “Qırx sütun” sarayının daxili divarında rast gəlmişdir. XVI əsr İran şairi Əbdi bəy Şirazi “Çiçəklər bağı” əsərində həmin rəsmdən bəhs etmişdir. == Oyunun qaydaları == Məlumata görə, Qərəq oyununda 6-8 nəfər iştirak edirmiş. Meydanın ortasında basdırılmış hündür dirəyin-“qərəq” ağacının ucuna içi gümüş pulla dolu kiçik bardaq və qızıl bir cam-piyalə qoyulur. El-oba şənliklərində, təntənəli günlərdə keçirilən oyunlarda bardaq qızıl sikkələrlə doldurulmuş. Oyunçular atlarını çaparaq müəyyən məsafədən tək-tək hədəfə ox atırlar. Hədəfi vuran qalib sayılır və bardaqdan tökülən sikkələr ona çatardı. == Mənbə == Novruz bayramı ensklopediyası.
Qətər
Qətər (ərəb. قطر) və ya rəsmi adı ilə Qətər Dövləti (ərəb. دولة قطر) — Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin 6-cı ölkəsidir. == Tarixi == Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır.
Ağəhməd
Ağəhməd Tiflis əyalətinin Ağcaqala nahiyəsində bir oymağın (tayfanın adı). == Toponimkası == Ağəhməd - Tiflis əyalətinin Ağcaqala nahiyəsində bir oymağın (tayfanın adı).Mənşəcə Təkəli elinin bir qoludur. Bu el (mənbədə "oymaq" kimidir) Məhanə, Şimali, Sayatlı və Kiçik Sayatlı camaatlıqlardandır.
Behen
Vernonia (lat. Vernonia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Dehəc
Dehəc — İranın Kirman ostanının Şəhr Babək şəhristanının Dehəc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,756 nəfər və 1,600 ailədən ibarət idi.
Dehəq
Dehəq — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,828 nəfər və 2,174 ailədən ibarət idi.
Geoid
Geoid - Dünya okeanın həyəcansız vəziyyətdəki səthinin və onun qitələr üzərində davamına uyğun olan ağırlıq qüvvəsi potensialının bərabər qiymətlərinin yaratdığı mürəkkəb həndəsi səth. Geoid Yerin fiqurunu müəyyən edir, onun dağlardan və dəniz hövzələrindən təşkil olunmuş fiziki səthindən əhəmiyyətli dərəcədə fərqlənir. Geoid vəziyyəti hər yerdə ayrı-ayrılıqda Yerin süni peyklərinin hərəkətini müşahidə etməklə, geodezi-astronomik və qravimetrik məlumatlara əsasən tapılır. Yer ellipsoidinin ölçü və forması adətən böyük yarımoxu (a) və sıxılması (a) ilə təyin edilir. a = (a — b) / (ab). Burada b- ellipsoidin kiçik yarımoxudur. a = 6378,245 km, a =1/298,3. Yerin həqiqi forması (rus. геоид, ing. geoid) .
Gərədə
Gərədə (türk. Gerede) — Bolu ilinin ilçəsi. Qərb Qaradəniz bölgəsində Bolunun şərqində 1255 km 2 sahədə yerləşir. Cənub şərqdə Qızılcahamam və Çamlıdərə ilə, şimal şərqdə Çərkəş və Əskibazar, Cənub qərbdə Dörtdivan, Şimalda Məngən, qərbdə Yeniçağa mahallarıyla sərhəddir. Daxili Anadolu Bölgəsinin Qərb Qaradənizə keçid verdiyi bir mövqedə ortalama 1470 metr yüksəklikdə dalğalı bir ərazi şəklində ətrafı meşələrlə bağlı dağlarla çevrili iqlimi çox sərt bol yağışlı bir düzənlik şəklindədir. Mahalda soyuq qışlar 5-6 ay davam edər. Qışda ən soyuq bölgə olmasa da (ortalama -25 dərəcə) yazın ən sərin bölgələrdəndir. İstilik 25 dərəcəni çox nadir olaraq keçər. Gecə istilikləri yazda anormal dərəcədə düşər. Bölgə yaşlıları gəncliklərin iyul ayında qar yağdığına şahid oduğlarını, qışda evlərindən tunel qazaraq çıxdıqlarını izah edərlər.
Gəvən
Gəvən (lat. Astragalus) – paxlakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == == Növləri == Andrey gəvəni (Astragalus andreji Rzazade) Çin gəvəni (Astragalus chinensis L.fil.) Tükcüklüçiçək gəvən (Astragalus dasyanthus Pall.) Biyanyarpaq gəvən (Astragalus glycyphyllos L.) Zarlı gəvən (Astragalus membranaceus Bunge) (=A.penduliflorus Lam.) Monqol gəvəni (Astragalus mongholicus Bunge) (=A.penduliflorus Lam.) Sıxyarpaq gəvən (Astragalus picnophyllus Stev.) Keçəbudaq gəvən (Astragalus piletocladus Freyn et Sint.) == Bakı gəvəni == Status. Azərbaycanın nadir endem bitki növüdür. Yayılması. Abşeron yarımadasında, Mərdəkan, Şüvəlan, Buzovna qəsəbələri ətrafında. Bitdiyi yer. Dənizkənarı qumluq sahələrdə. Ehtiyatı. Çox azdır.