Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abdulla Qəhhar
Abdulla Qəhhar (özb. Abdulla Qahhor, Абдулла Қаҳҳор; 4 (17) sentyabr 1907, Kokand, Fərqanə vilayəti – 24 may 1968, Moskva, RSFSR, SSRİ) — özbək yazıçısı. Stalin mükafatı laureatı. (1952) == Həyatı == Abdulla Qəhhar 1907-ci ildə anadan olmuşdu. Altmışıncı illərin əvvəllərində Özbəkistanda Xalq yazıçısı Abdulla Qəhhar da dərin inamla söyləyirdi ki: "Özbək ədəbiyyatı gələcəkdə böyük ədəbiyyat olacaq". Abdulla Qəhhar 1968-ci ildə vəfat edib.
Əl-Qahhar
Əl-Qahhar (ər. القهّار) — Allahın adlarından biri. Məğlub olmayan, daim qalib gələn, güc sahibi, hər şeyə hakimiyyəti çatan deməkdir. Bu ad Qurani-Kərimdə altı dəfə keçmişdir. "əl-Ənam" surəsinin 18-ci ayəsində buyurulur: "O Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!" Uca Yaradıcı Ona inanmayıb, əmrlərindən üz çevirənləri Qahhar adı ilə cəzalandırar. Allahın qəzəbinə məruz qalmamağın yolu Şeytana uymamaqdan keçir. Həmçinin, Onun yaratdıqlarına zülm, haqsızlıq etməmək lazımdır. == Mənbə == Hazırladı: Güney Həsənova, "Cəmiyyət və Din" qəzeti, 2010-cu il.
Zəhhak
Zəhhak və ya Zəhhaq (fars. ضحاک‎, pronounced [zæhɒːk]; Avestada Azi Dəhakə (fars. اژی دهاک‎) — İran mifologiyasında üçbaşlı ilan, ilanların şahı. O, Babildə yaşamış və Əhrimənin tayfasından olan dəhşətli əjdaha idi. Son ənənədə əslən Ərəbistandan olan padşah Cəmşidin düşmənidir. O, Cəmşidi devirərək İran taxtını ələ keçirmiş, lakin Cəmşidin oğlu Firidun Dəmirçi Kavenin köməyi ilə Zəhhakın min illik zalım hökmranlığına son qoymuş, onu Dəməvənd dağının mağarasına həbs etdirmişdir.Özbəkistanda, müasir Qarşi ərazisində, Qalayi-Zəhhaki-Moron adlı böyük qədim şəhərin xarabalıqları var və bu adın mənası "ilanların padşahı Zəhhak qalası"dır. Bamyandan 15 km qərbdə yerləşən Kabilistanda bişmiş kərpicdən tikilmiş, 25 m hündürlüyündə qala ilə əhatə olunmuş və mühüm dağ keçidini müşahidə etmək üçün ucaldılmış "Zəhhak qalası" adlanan xarabalıqlar mövcuddur . == İstinadlar == == Əlavə ədəbiyyat == Boyce, Mary. History of Zoroastrianism, Vol. I. Leiden: Brill.
Zəhhaq

Qərar
Qərar — yerli icra hakimiyyətləri, şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir. Ali hakimiyyət orqanının - Parlamentin (Deputatların səsçoxluğu ilə) - Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin qənaətbəxş olubolmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına hakimlərin seçilməsinə dair və s. aktı; Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının, Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı; Mərkəzi Hakimiyyət orqanının - Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı; dövlət və yaxud qeyri dövlət arbitajında baxılan təsərrüfat mübahisəsinin həllinə dair aktı; dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı; Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı; Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları; İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial üzvləri tərəfindən (misal: qurultay, kofrans, sessiya) məqsədlərini həyat keçirilməsi naminə qəbul etdikləri aktları.
Əhrar
Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası
Cənab Qəddar
1980–90-cı illər ərzində Avstraliyanın Melburn şəhəri Viktoriya əyalətində xüsusi ilə seçilmiş evlərə girib qız uşaqlarını oğurlayıb, sonradan ya əvəzində pul almaqla və yaxud da zorlamaqla istismar edən, bir qəzetçinin adlandırdığı kimi təxəllüs qazanan Cənab Qəddar(ing. Mr. Cruel), Viktoriya polisinin və təhlükəsizlik orqanlarının səyinə və ələ keçirilməyi müqabilində 300.000 dollar mükafat veriləcəyinə baxmayaraq hal-hazırdada azadlıqdadır.
Hüseyn Səhhaf
Hüseyn Səhhaf 1906-cı ildə Təbriz şəhərində anadan olub. Şair Mirzə Şərif adlı bir mollanın qədim üsulla məktəbində təhsil almışdır. Atası yoxsul həyat şəraiti ağır olduğu üçün Səhhaf oxumaqla bərabər, cildçi yanında şagirdlik etmiş və bu işi özünə sənət seçərək cildçilikləməşğul olmuşdur. Məhz buna görə də o, “Səhhaf” təxəllüsünü qəbul edərək şeirlərini bu ad altında yazmışdır. Səhhaf 12 yaşından başlayaraq zamanın təqazasına münasib nohələr, həcvlərlə bərabər, komik və satirik əsərlər də yazmışdır. Əksəriyyəti ana dilində olmaqla şairin 40 min beytə yaxın şeiri vardır. Şairin “Səhənd”, “Azərbaycan”, “Vətən yolunda” və digər Təbriz, Tehran qəzetlərində çıxış etmişdir. Hüseyn Səhhafın “Vətən qurbanıyıq”, “Ayrılmaz”, “İşıqlandır dünyanı”, “Şirlər məskəni” kimi şeirləri maraqla oxunmuş və bu gün də oxunmaqdadır. Şairin şeirlərdən başqa qəzəlləri də vardır. Hüseyn Səhhaf şeirlərində vənlə bağlı, fəsillə bağlı və xalqına olan sevgisini qələmə almışdır.
Qəndhar (Məlikan)
Qəndhar (fars. قندهار‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,176 nəfər yaşayır (237 ailə).
Qərar nəzəriyyəsi
Qərar nəzəriyyəsi — insanların problem və problemlərin həlli yollarını seçmə qanunauyğunluqlarını, eyni zamanda istənilən nəticəni əldə etmək yollarını öyrənmək üçün riyaziyyat, statistika, iqtisadiyyat, idarəetmə və psixologiya anlayışlarını və metodlarını əhatə edən bir araşdırma sahəsi. Rasional qərar qəbuletmə müddətini təsvir edən normativ nəzəriyyə ilə qərar qəbuletmə praktikasını təsvir edən təsviri nəzəriyyə arasında fərq qoyulur. == Problem və problem həll etmə prosesi == Problemlərin və tapşırıqların həll edilməsinin rasional prosesi, əvvəlki mərhələlərin icrasına qayıdarkən paralel, təkrarən eyni vaxtda, zəruri hallarda yerinə yetirilən aşağıdakı mərhələləri əhatə edir: Situasiya təhlili (problemli vəziyyətin təhlili); Problemin müəyyənləşdirilməsi və hədəf təyin edilməsi; Lazımi məlumatları axtarın; Bir çox mümkün həllərin formalaşdırılması; Qərarların qiymətləndirilməsi üçün meyarların formalaşdırılması; Qərarların icrasına nəzarət üçün göstəricilərin və meyarların hazırlanması; Qərarların qiymətləndirilməsi; Ən yaxşı həll yolu seçmək; Planlaşdırma; Tətbiq; İcraçılığın monitorinqi; Nəticənin qiymətləndirilməsi.Eyni zamanda, bütün proses və mərhələlərin həyata keçirilməsi rasional əsaslandırılmış bir şəkildə həyata keçirilir. == Erqodiklik problemi == Gələcək üçün "güclü" statistik etibarlı proqnozlar vermək üçün gələcək məlumatlardan bir nümunə əldə etməlisiniz. Bu mümkün olmadığından, bir çox mütəxəssis keçmiş və indiki nümunələrin, məsələn bazar göstəricilərinin gələcəyin nümunəsinə bərabər olduğunu düşünür. Başqa sözlə, bu nöqteyi-nəzərdən yanaşsanız, proqnozlaşdırılan göstəricilərin yalnız keçmiş və cari bazar siqnallarının statistik kölgələri olduğu ortaya çıxır. Bu yanaşma analitikin işini bazar iştirakçılarının bazar siqnallarını necə qəbul etdiklərini və işləyənlərini müəyyənləşdirmək üçün azaldır. Serialın sabitliyi olmadan ağlabatan nəticələr çıxarmaq mümkün deyil. Ancaq bu, serialın hər şeydə sabit olması demək deyil. Məsələn, sabit dispersiyalara və tamamilə qeyri-stasionar ortalamalara sahib ola bilər - bu halda yalnız dispersiya, əks halda yalnız orta ilə bağlı nəticələr çıxaracağıq.
Ubeydullah Əhrar
Nasirəddin Ubeydullah ibn Mahmud Şaşi Xacə Əhrar kimi tanınır (aprel 1404 və ya 1404, Turan və ya Daşkənd – 21 fevral 1490 və ya 1489, Səmərqənd) — Mavərənnəhrin böyük sufisi, Nəqşibəndiyyə şeyxi. == Həyatı == Ubeydullah ibn Mahmud 1404-cü ildə Şaş vilayətinin Bağıstan kəndində doğulmuşdu. Nəqşibəndi ənənəsində Xacə-i Əhrar deyə tanınır. Uşaqlığında həm məktəbə davam etdi, həm də əkinçiliklə məşğul olan atasına yardımçı oldu. İyirmi iki yaşına gəldiyində dayısı Xacə İbrahim onu elm təhsili üçün Səmərqəndə gətirdü. Burada bir müddət Mövlanə Qütbəddin Sədr mədrəsəsinə davam etdiysə də təsəvvüfə duyduğu meyil səbəbiylə mədrəsə təhsilini başa çatdıra bilmədi. Bu dönəmdə tanış olduğu Nəqşibəndi şeyxi Sa‘dəddin-i Qaşqari ilə birlikdə Nizaməddin Xamuşun söhbətlərinə qatıldı. Səmərqənddə iki illik iqamətinin ilk ilində Mavəraünəhirin müxtəlif şəhərlərini dolaşıb, Nəqşibəndiyyə təriqətinin öndə gələn şeyxlərini ziyarət etdi. Ertəsi il Heratdan Səmərqəndə gələn və Şah Qasım Ənvar deyə məşhur olan Səfəvi şeyxi Seyyid Muinəddin Əli Təbrizinin söhbətlərindən faydalandı. Daha sonra Səmərqənddən ayrılıb Herata getdi.
Xacə Əhrar

Əhrar Firqəsi
Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası
Əhrar Partiyası
Əhrar Partiyası (Osmanlı) — 1908-1910-cu illərdə mövcud olmuş Osmanlı partiyası
Əhrar fraksiyası
Əzhar Universiteti
Əl-Əzhər Universiteti — İslam dünyasının ən qədim Universitetlərindən biri, Misir Universiteti Əl-Əzhər Uiversiteti təkcə müsəlman Şərqində deyil, bütün dünyada ən qədim universitetlərdən biridir. Artıq 1000 ildir ki, bu universitet islam elmlərini öyrənir, tədris edir və müsəlman dünyasının mötəbər elm, din, mədəniyyət mərkəzi olaraq qalır. Əl-Əzhər Universitetinin əsası 359 (970)-cu ildə Misir Fatimiləri dövründə qoyulmuşdur. O, əvvəlcə universitet kimi deyil, cümə məscidi kimi inşa edilmişdir. Fatimilərin ordu başçısı Cövhər əs-Səqəli 358 (969)-ci ildə son İxşidi hökmdarı Əhmədi (968–969) taxtdan salıb Füstata (Qədim Qahirəyə) daxil oldu. Misirdə Fatimilər öz paytaxtlarını salmaq istədilər və Qahirəni (əl-Qahirə — "Qalib şəhər") tikməyə başladılar. Əl-Əzhər də həmin vaxt inşa edilmişdir. Tikinti işləri iki il davam etmiş və 972-ci ildə məscid ilk dəfə namaz qılanları qəbul etmişdir. Fatimi xəlifəsi Müizz Lidinillah (953–975) Qahirəyə gəldikdən sonra əl-Əzhər məscidi İsmaili Fatimilərin əqidələrini təbliğ edən bir mərkəz olmuşdur. Baş qazı Əbülhəsən Əli bin ən-Nüman əl-Qeyruvani 365 (975)-ci ilin səfər ayından etibarən məsciddə tarix, fəlsəfə və fiqh dərslərini deməyə başlamışdır.
Gəhvarə
Gəhvarə — İranın Kirmanşah ostanının şəhərlərindən və Dalahu şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,708 nəfər və 1,147 ailədən ibarət idi.
Gəzvar
Gəzvar-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Gəzvar-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.
Qeydar
Qeydar (digər adı Qeydar Nəbi) — İranın Zəncan ostanında şəhər, Xudabəndə şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 25,525 nəfər və 6,253ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər adını bura gömülü olan Qeydar Peyğəmbərdən almaqdadır.
IV Qəddar Eoxayd
IV Qəddar Eoxayd və ya Eoxayd mak Ayda (şot.kelt Eochaid mac Áeda; VIII əsr – 819) — Dal Riada kralı (811–819). == Həyatı == IV Eoxayd Ağ Edin və onun pikt əsilli həyat yoldaşının oğlu idi. Beləliklə, IV Eoxayd Piktaviya kralı Konstantinin bacısı oğlu idi. IV Eoxayd kral Konstantinin dəstəyi ilə taxta çıxmışdır. Buna baxmayaraq, onun hakimiyyət şəriki var idi – əmisi Konstantinin oğlu III Domnall. IV Eoxayd 819-cu ildə vəfat etmiş, taxtı III Domnalla buraxmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Braun, Deyvid. The Irish Identity of the Kingdom of the Scots in the Twelfth and Thirteenth Centuries. Vudbric: Boydell,. 1999.
Qəddar (film, 2014)
Qəddar (hind dilində orijinal adı: Ek Villain) — sevgi və qisas haqqında çəkilmiş hind filmidir. Film 27 iyun 2014-cü ildə Hindistan, Pakistan və ABŞ-də nümayiş olunmuşdur. == Süjet xətti == Hindistanın Qoa şəhərində yaşayan Quru Prahlad adlı siyasətçinin yanında işləyərək ömür sürür. Sakit bir yeniyetmə olan Quru əslində keçmişindən qaçmağa çalışır. Lakin Aişə ilə tanış olduqdan sonra onun həyatı dəyişir. Aişə ilə evlənmək istəyən Quru onunla birlikdə Mumbaya köçür. Amma bir gün Aişə seriyalı qatil tərəfindən öldürülür. Bundan olduqca kədərlənən Quru sevgilisinin qisasını almaq üçün qatili təqib etməyə başlayır. == Personajlar == Quru (Guru) (Sidhart Malhotra): O, çox gülümsəməyən, qaranlıqlarda ilişib qalan biridir. Aişə (Aisha) (Şraddha Kapur): O xərçəngdir.
Эсхар
== Coğrafi mövqe == Şəhər tipli Esxar qəsəbəsi Çuqevdən yeddi km məsafədə, Severski Donets çayının sağ sahilində, yuxarı axınında 1 km məsafədə Uda çayının Severski Donets çayına qovuşduğu yerdir, 5 km - şəhər. Çuguevin aşağı axınında 7 km məsafədə Moxnaç kəndi (Zmiyovski rayonu) yerləşir . Uda çayının yuxarı axınında, düz xətt üzrə 4 km məsafədə Staraya Pokrovka kəndi yerləşir. Kəndə böyük bir meşə (palıd) bitişikdir. == Hekayə == 8-10-cu əsrlərdə müasir kəndin yaxınlığında Alanların məskunlaşdığı və Xəzər xaqanlığının mühafizə postu kimi xidmət edən Kaqanovo qəsəbəsi var idi. Bu yaşayış yeri Alanların ən qərb yaşayış məntəqəsi idi [1] . Dövlət rayon elektrik stansiyası tikilməzdən əvvəl kəndin yerində təsərrüfatlar var idi: Karpovski, Pavlov və Rojdestvenski . 1924 -cü il - Esxar kəndinin ( Esxar adı Xarkov İnzibati Dairəsinin ( XAR ) Elektrik Stansiyasının ( ES ) abbreviaturasından gəlir) yaranma tarixi. 1924 -cü ildə Donetsdə kooperativ pulu ilə Donetsdəki dəyirman zavodunun işləməsi üçün 500 kVt alternativ cərəyan generatoru və 230 volt gərginlikli Donetsdə Kharkivskaya SES-1 su elektrik stansiyası tikildi. Üç kilovolt gərginlikli stansiyadan elektrik enerjisi gücləndirici transformatordan istifadə edərək Çuguev, Malinovka, Vvedenka, Novaya və Staraya Pokrovoka ötürüldü.
Çəhar Asyab rayonu
Çəhar Asyab rayonu - Əfqanıstanın mərkəzi olan Kabil şəhərindən təxminən 11 km şimalda, Kabil vilayətinin isə şimal hissəsində yerləşən rayon. = Haqqında = 2002-ci il siyahıyaalınmasına görə təxminən 32.500 nəfər əhalisi var. Əhalinin əksəriyyətini taciklər təşkil edir. Say baxımdan növbəti üstünlük puştunlara aiddir. Rayon ərazisində az sayda Həzaralar (yaxud Xəzərilər) da var.
Əhrar Partiyası (1918)
Əhrar (Azadlıqsevər) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş siyasi partiya. == Haqqında == 1918-ci ilin payızında Bakıda yaradılmışdı. Sədri Aslan bəy Qardaşov idi. === Parlament və hökumətdə === Əhrarın fəaliyyəti, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan eyni adlı fraksiya çərçivəsində keçirdi. Fraksiyanın üzvləri Aslan bəy Qardaşov, Rəşid bəy Qaplanov, Abdulla bəy Əfəndizadə, Qərib Kərim oğlu, Bayram Niyazi Kiçikxanlı və başqaları idilər.Əhrarın bəyannaməsi Abdulla bəy Əfəndizadə tərəfindən dekabrın 26-da Parlamentin iclasında açıqlandı. Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması alqışlanmaqla yanaşı, Hökumətin fəaliyyəti tənqid edilirdi. Əhrar aqrar islahatlarla bağlı mülkədar torpaqlarının kəndlilər arasında bölüşdürülməsi, fəhlə məsələsində isə 8 saatlıq iş günü, əməyin mühafizəsi tələblərinin tərəfdarı idi. Xarici siyasət sahəsində qonşu respublikalarla dostluq münasibətlərinin qurulmasına və inkişaf etdirilməsinə üstünlük verən partiya, Azərbaycan xalqı ilə yanaşı, bütün Qafqaz xalqlarının müstəqilliyinin və onların hüquqlarının müdafiə edilməsinin vacibliyinə xüsusi diqqət yetirirdi. 1919-cu il aprelin 14-də Əhrar fraksiyasından Rəşad bəy Qaplanov maarif və dini etiqad naziri, Aslan bəy Qardaşov isə əkinçilik naziri kimi Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi I Yusifbəyli hökumətinə daxil oldular. Aqrar islahatların keçirilməsinin ləngidilməsinə görə Hökuməti tənqid edən sosialistlərə Əhrar fraksiyası da qoşulmuşdu.
Əhrar Partiyası (Azərbaycan)

Əhrar fraksiyasının üzvləri
Əhrar əş-Şam
Hərəkat Əhrar əş-Şam Əl İslami (ərəb. حركة أحرار الشام الإسلامية ‎; Şamın Azad İnsanlarının İslami Hərəkatı) — Suriya vətəndaş müharibəsində Bəşşar əl-Əsəda qarşı vuruşan əsas silahlı qruplaşmalardan biri. 2013-cü il iyun ayı məlumatlarına görə qruplaşmanın tərkibində 10 mindən 20 minədək döyüşçü var.
Məhəmməd ibn Əbdül Vəhhab
Məhəmməd ibn Əbdülvahab və ya İbn Əbdülvahab (tam adı:Məhəmməd ibn Əbdülvahab Nəcdi; 1704[…] – 22 iyun 1792) – XVIII əsrdə yaranmış sələfi cərəyanının qurucusu. == Həyatı == Məhəmməd ibn Əbdülvahab 1695-ci ildə Osmanlı imperiyasının Ərəbistan yarımadasının Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmişdir. == Təhsili == Atası hənbəli məzhəbli alim və Nəcd vilayətinin qazisi olmuşdur. Məhəmməd hələ uşaqlıqdan təfsir, əqaid və hədis kitablarını oxumağa böyük həvəs göstərmişdir. İlk təhsilini atasından almışdır. Hələ uşaqlıqdan bəzi qayda-qanunları və adət-ənənələri qəbul etməmiş, bunları yenilik adlandıraraq inkar etmişdir. İlkin təhsilini Üyeynədə aldıqda sonra Bəsrə, Zübeyr, Əhsa, və Hüreymilə kimi şəhərlərə səfərlər emişdir. 1719-cu ildə atası Əbülvahab da Hüreymiləyə gəlmiş və birikdə yaşamışlar. 1733-cü ildə atası vəfat etmişdir. Məhəmməd atasının vəfatından sonra özünün bir çox yeni fikir və ideyaları ilə məşhurlaşmışdır.
Gerhard Berger
Gerhard Berger (alm. Gerhard Berger‎, 27 avqust 1959) — Avstriya Formula 1 pilotu. 1984-1997-ci illərdə Formula 1 yarışlarında çıxış etmişdir. Çempionatda ən yüksək nəticəsi - 1988 və 1994-cü ildə 3-cü yer olmuşdur. Formula 1-də "BMW" nin keçmiş proqram meneceri, Skuderiya Toro Rosso komandasının köhnə sahibi olmuşdur.
Gerhard Dörfer
Gerhard Dörfer (d. 1920, Köniqsberq (indiki Kalininqrad, Rusiya) - ö. 27 aprel 2003, Gettingen) — monqol və türk dialektləri ilə bağlı elmi araşdırmalar aparan alman türkoloqu və monqolist.
Gerhard Hersberq
Gerhard Hersberq (25 dekabr 1904[…], Hamburq – 3 mart 1999[…], Ottava) — Kimya üzrə Nobel mükafatçısı (1971). == Həyatı == O, 1904-cü ilin dekabrın 25-də Hamburqda anadan olmuşdur. Atasını erkən itirən Herxard anası tərəfindən tərbiyə olunmuşdur. Ailəni saxlamaq üçün anası süpürgəçi işləmişdir. Hersberq Darmştadt texnoloji institutunda, Qettingen və Bristol universitetlərində oxumuşdur. 1930-cu ildən Darmştadt texnoloji institutunda dərs demişdir. Həyat yoldaşı yahudi olduğundan 1935-ci ildə Almaniyanı tərk edərək Kanadaya köçmüşdür. 1935-1945-ci illərdə Saskaçevan universitetində işləmiş, 1945-ci ildən Çikaqo universitetinin professoru olmüşdur. 1949-cu ildən Kanadanın Milli elmi tədqiqat şurasının nəzəri fizika bölməsinin rəhbəri olmuşdur. 1956-cı ildə Kanada fiziklər assosiasiyasının prezidenti olmuşdur.
Gerhard Şreder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) - alman siyasətçisi, vəkil. 1998-2005-ci illərdə Almaniyanın federal kansleri.
Gerhard Şröder
Gerhard Frits Kurt Şröder (alm. Gerhard Fritz Kurt Schröder; 7 aprel 1944) - alman siyasətçisi, vəkil. 1998-2005-ci illərdə Almaniyanın federal kansleri.
Gerhart Hauptman
Gerhart Haurtman (alm. Gerhart Hauptmann‎, 15 noyabr 1862[…] – 6 iyun 1946[…]) — naturalist məktəbi təmsilçisi olan alman dramaturq, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1912). == Həyatı == Alman dramaturqu və romançısı Gerhart Hauptman indi Polşa ərazisi sayılan Sileziyada, varlı otel sahibi ailəsində doğulmuşdu. Təhsilini kənd məktəbində və Breslau (indiki Vroslav) gimnaziyasında almışdı. Oxumağa çox səthi və barmaqarası yanaşdığından 15 yaşında fermer olmaq üçün əmisinin yanına göndərilmişdi. Burada bir il qalsa da, əsl həyat məktəbi görmüşdü. "Mən kim olduğumu orada anladım, müstəqillik, qətiyyət kimi keyfiyyətlərə yiyələndim, hadisələrə öz baxışımı tapdım" -deyə yazıçı sonralar "fermerlik həyatını" minnətdarlıqla xatırlamışdı. Hauptman daha sonra Breslau İncəsənət Akademiyasının heykəltəraşlıq bölümünə daxil olmuşdu. İtaliyada təhsilini davam etdirdiyi illərdə antik sənət və poeziya ilə yaxından maraqlanmış, Prometey haqqındakı əsatirin motivləri əsasında ilk epik-romantik poemasını yazmışdı. 1885-ci ildə özündən yaşlı, lakin zəngin qadınla evlənərək Berlin yaxınlığındakı Erkner qəsəbəsinə köçmüşdü.
Gülhar (Urmiya)
Gülhar (fars. گلهر‎‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 685 nəfər yaşayır (115 ailə).
Gerhard Domaqkın
Gerhard Johannes Paul Domakqın(30 oktyabr 1895[…] – 24 aprel 1964[…])— alman pataloqu. Onun ən mühüm ixtiralarından biri ilk oral antibiotik olan Prontosil olub. 1939-cu ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatına layiq görülüb. == Həyatı == 30 oktyabr 1895-ci ildə Brandenburq da anadan olub. On dörd yaşına qədər atasının direktor köməkçisi olduğu Sommerfelddəki məktəbə gedib. Onun anası Martha Reimer 1945-ci il–evindən qovulana qədər Sommerfelddə yaşadığı Marşlarda əkinçilikdən gəlib. O, qaçqın düşərgəsində aclıqdan ölüb.
Qərar qəbuledici dəstək sistemi
Qərar qəbuletməyə dəstək sistemi (en. decision support system (DSS)), (ru. система поддержки принятия решений), (tr. karar destek sistemi) – təşkilat daxilində qərarların təhlili və qəbuledilməsi zamanı istifadə olunan, qarşılıqlı əlaqəli proqramlar və verilənlər dəsti. DSS idarəetmə informasiya sistemi (management information system, MIS) və icra informasiya sistemi (executive information system, EIS) kimidir, ancaq istifadəçiyə alternativ qərarların yaradılmasında və ən münasib hərəkət tərzinin seçilməsində daha çox yardımçı olur. DSS-in tərkibinə bunlar daxildir: informasiya verilənləri bazası (qərarın qəbul edəcəyi sahə haqqında biliklər toplusu); məsələləri təsvir etmək və sualları formalaşdırmaq üçün istifadə oluna bilən "dil"; alternativ qərarları sınaqdan keçirmək üçün modelləşdirmə proqramı. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Gəhər gölü
Gəhər gölü — İranın Luristan ostanında Üştürankuh sıra dağlarının arasında yerləşən şirin su göldür.