VƏHHAB

ə. bağışlayan, çox səxavətli.

VƏHƏL
VƏHHABİ
OBASTAN VİKİ
Məhəmməd ibn Əbdül Vəhhab
Məhəmməd ibn Əbdülvahab və ya İbn Əbdülvahab (tam adı:Məhəmməd ibn Əbdülvahab Nəcdi; 1703[…] – 22 iyun 1792) – XVIII əsrdə yaranmış sələfi cərəyanının qurucusu. Məhəmməd ibn Əbdülvahab 1695-ci ildə Osmanlı imperiyasının Ərəbistan yarımadasının Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmişdir. Atası hənbəli məzhəbli alim və Nəcd vilayətinin qazisi olmuşdur. Məhəmməd hələ uşaqlıqdan təfsir, əqaid və hədis kitablarını oxumağa böyük həvəs göstərmişdir. İlk təhsilini atasından almışdır. Hələ uşaqlıqdan bəzi qayda-qanunları və adət-ənənələri qəbul etməmiş, bunları yenilik adlandıraraq inkar etmişdir. İlkin təhsilini Üyeynədə aldıqda sonra Bəsrə, Zübeyr, Əhsa, və Hüreymilə kimi şəhərlərə səfərlər emişdir. 1719-cu ildə atası Əbülvahab da Hüreymiləyə gəlmiş və birikdə yaşamışlar. 1733-cü ildə atası vəfat etmişdir. Məhəmməd atasının vəfatından sonra özünün bir çox yeni fikir və ideyaları ilə məşhurlaşmışdır.
Abdullah ibn Ömər Əbu Vəhhab əl Kəlbi
Əbu Vəhhab Abdullah ibni Ümeyr Kəlbi — İmam Hüseynə qoşulub İslamı qəbul etmiş xristian gənc. Kərbəla şəhidlərindən biridir. O və onun ailəsi İmam Kərbəlaya yollanarkən o həzrətin karvanına qoşulmuşdu. Yeni evlənən (bəzi rəvayətlərə görə cəmi 17 gün idi ki evlənmişdi) gəncin şəhid olan zaman 25 yaşı var idi. Aşura günündə təkbətək döyüşlər zamanı şəhid oldu. Başının üstünə gələn anasını da rəhmsizliklə şəhid etdilər. Rəvayətə görə, anasının ondan daha tez iman gətirməsi onun İslamı qəbul etməsinə zəmin yaratmışdı. Əsasən anası idi ki, onun İmam Hüseynə qoşulmağa və döyüşə atılmağa təşviq edirdi. Aşura günündə Vəhəbin başını kəsib, anasının qarşısına atanda o dedi: - “Həmd o Allaha olsun ki, onun şəhid olması ilə Rəbbim və İmam yanında başım uca, gözüm isə aydın oldu. Allaha şəhadət verirəm ki, kilsələrdəki və atəşgahlardakı xristianlar, yəhudi və atəşpərəstlər sizdən yaxşıdır” Xarəzmi deyir ki, Şimr ibni Zil-Couşən öz nökərinə onu öldürməyi əmr etdi və o da Vəhəbinin anasının başından vurub onu qətlə yetirdi.
Vəhhabilik
Vəhhabilik və ya vəhhabizm (ərəb. الوهابية‎ ; əl-Vəhhabiya) — islamda XVIII əsrdə formalaşmış dini və siyasi hərəkatdır. Batil firqələrdən biridir. Hərəkat İbn Teymiyyənin (1263–1328) davamçısı olan Məhəmməd ibn Əbdülvahhabin (1703–1792) şərəfinə adlandırılmışdır. Əslində, "vəhhabilik" termini təsisçinin şəxsi adından deyil, onun "ibn Əbdülvahhab" – "Vahənin qulunun oğlu" nəsəbindən yaranmışdır. Nəsəbin ikinci hissəsi olan "əl-Vəhhab" Allahın adlarındandır. Bəzi müsəlmanlar bu adlandırmanı Allaha qarşı təhqir hesab edirlər. Məhəmməd ibn Əbdülvəhhab həqiqi islamın yalnız Məhəmməd peyğəmbərin ardıcıllarının ("əs-sələf əs-salih") ilk üç nəsli tərəfindən tətbiq edildiyinə inanırdı və sonrakı bütün yeniliklərə etiraz edərək, onları kənar qüvvələr tərəfindən yeridilən bidət hesab edirdi. Bəzi etnoqrafların baxış bucağına görə, vəhhabilik nisbətən yeni cərəyandır. Onlara görə, vəhhabilik şəhər sakinlərinin sərvətinə etiraz olaraq ifadə edilir.
Vəhhabizm

Digər lüğətlərdə