Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qələmqabı
Qələmqabı və ya qələm qutusu — qələmləri daşımaq üçün istifadə edilən bir qabdır. Qələmqabıda karandaş, pozan, karandaşyonan, stapler, qayçı və kalkulyator kimi başqa dəftərxana ləvazimatlarıda ola bilər.
Qədəmgah
Qədəmgah — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Zeberxan bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,006 nəfər və 821 ailədən ibarət idi.
Qələgah
Qələgah — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Yerli tələffüz formaları "Qalagə", "Qələyə", eləcə də "Qələgah" və yaxud "Qələgah"dır. Sözün birinci komponenti olan qala (qələ) sözü yerli şivələrdə qala və yaxud qələ varianlarında işlənmişdir. Gah komponenti yerli şivələrdə gəh və gə variantlarında işlədilir. Mənşəcə İran dillərinə məxsus olan gah ünsürü həmin dillərdə (xüsusilə qədim və orta fars dillərində) "yer, məkan", "vaxt", "taxt-tac" mənaları daşıyan müstəqil söz kimi işlənmişdir. Müasir İran dillərində gah söz-şəkilçi funksiyasını yerinə yetirir. Linqvistik və ekstralinqivistik faktlar göstərir ki, bu yolla yaranmış mürəkkəb oykonimlər Azərbaycan toponimlər sistemində qədim yaşayış məntəqəsi adlarındandır. Onlar "gah"ın həm İran, həm də türk dillərində məhz müstəqil leksik vahid kimi işləndiyi dövrlərdə meydana gəlmişdir. Həm də toponimlərin tərkibindəki bu format başqa mənalarda deyil, məhz "yer, məkan" mənasında işlənmişdir. Topoformatın incə semantik çalarına diqqət edildikdə məlum olur ki, onda "yer, məkan" mənası ilə yanaşı, "kənd,yaşayış yeri, yaşayış məskəni" çaları daha güclüdür.
Qədəmgah (Azərşəhr)
Qədəmgah (fars. قدمگاه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 589 nəfər yaşayır (141 ailə).
Qədəmgah mağarası
Qədəmgah mağarası (fars. غار قدمگاه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında yerləşən mağara. Qübbə formasında olan bu mağara qədimdə atəşpərəstlər tərəfindən gün çağırma ritiallarında istifadə edilirmiş. Tarixi abidə 1968-ci ildə İranın Mədəniyyət və Elm nazirliyi tərəfindən 779 nömrəsi ilə milli irs siyahısına qeydə alınıb. Mağara ərazisinin yaxınlığında eyni adlı qəbiristanlıq yerləşir. Qədəmgah mağarası Şərqi Azərbaycan ostanının Azərşəhr şəhərinin 12 km cənub-şərqində, Badamyar bir digər adı ilə Qədəmgah kəndi yaxınlığında yerləşir. Mağara insanlar tərəfindən dağın içərisində oyularaq inşa edilib. Mağaranın tarixi ilə bağlı dəqiq məlumat olmasa da, islamdan əvvəlki dövrə aid edilir. Bəzi tarixçilərə görə isə məbədin 12 min il yaşı var. Atəşpərəst məbədi olaraq inşa edilən mağaranın tarixin müxtəlif dövrlərində müxtəlif istifadə məqsədləri olub.
Qədəmgah qəbiristanlığı
Qədəmgah qəbiristanlığı — İranda, Azərşəhr şəhristanının mərkəzi hissəsində, Badamyar kəndində yerləşən XV–XVI əsrlərə aid qəbiristanlıq. 21 mart 1968-ci ildə 780 qeydiyyat nömrəsi ilə İranın milli əsərlərindən biri kimi qeydiyyata alınmışdır. Bu qəbiristanlıq Azərşəhrdən 15 kilometr cənubda yerləşir. Orada dəfn edilənlərin çoxu Səfəvilər dövrünün şeyxləridir.