QƏLƏMQAŞLI sif. Qaşları sanki qələmlə çəkilmiş, nazik, gözəl qara qaşlı. Qələmqaşlı, xumargözlü bu dilbər; Dinməsə də, ürəyində sözü var. S.Vurğun. Yetişdi sipahi-qızılbaş, xanım! Halal et məni, ey qələmqaş xanım! M.Möcüz. Mənim yarım gərək qələmqaş olsun. M.Rahim.