Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şirin qənnadı fabriki
Gennadi Anaşkin
Gennadi Vladimiroviç Anaşkin (17 dekabr 1968, Kuybışev) — rusiyalı hərbi xadim. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsinin 8-ci qvardiya ümumqoşun ordusunun komandirinin müavini, general-leytenant (2021). Rusiya Federasiyasının Qəhrəmanı (05.09.2008). == Həyatı == Gennadi Vladimiroviç Anaşkin 17 dekabr 1968-ci ildə Kuybışev (indiki Samara) şəhərində anadan olmuşdur. 1987-ci ilin iyununda Sovet Ordusu sıralarına çağırılmış, Almaniyada Sovet Qüvvələri Qrupunda xidmət etmişdir. 1989-cu ilin avqustunda Ryazan Ali Hava-Desant Komandanlığı Məktəbinə daxil olmuş, bundan sonra 1993-cü ildə 337-ci Qvardiya Hava-Desant Alayında xidmətə göndərilmişdir (104-cü Qvardiya Hava-Desant Diviziyası, Ulyanovsk). Həmin ilin avqust ayından orada paraşüt-desant tağımının komandiri təyin edildi. 1994-cü ilin avqustunda komandirin müavini, 1995-ci ilin iyulunda isə eyni alayda hava-desant bölüyünün komandiri təyin olundu. 1998-ci ilin aprel ayından etibarən komandanlıq etdiyi 116-cı paraşütçü-desant taborunda (31-ci qvardiya hava-desant briqadası, Ulyanovsk) xidmət etmişdir. 1999-cu ilin dekabrından 2000-ci ilin avqustuna qədər Gennadi Vladimiroviç Anaşkin keçmiş Yuqoslaviyada ezamiyyətdə olmuş və burada Bosniya və Herseqovina Respublikasında Sülhməramlı Qüvvələrin bir hissəsi olan hava taboruna komandanlığı yerinə yetirmişdir.
Gennadi Axramoviç
Gennadi Axramoviç (d. 23 fevral 1965, Qomel, Belorusiya SSR, SSRİ) — Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2015-ci ildən) == Həyatı == 23 fevral 1965-ci ildə anadan olmuşdur. O, alman və ispan dillərini bilir. 1986-1995-ci illərdə əvvəlcə SSRİ-nin, daha sonra isə Belarusun silahlı qüvvələrində xidmət etmişdir. 2003-2009-cu illərdə Belarusun Latviyanın Dauqavpils şəhərindəki baş konsulu olmuşdur. == Səfir == Belarus Prezidenti Aleksandr Lukaşenkonun 25 iyun 2015-ci il tarixində imzaladığı sərəncamla ölkəsinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.Azərbaycan Prezidenti İlham Əliyev onun etimadnaməsini 4 sentyabr 2015-ci il tarixində qəbul edib. == Ailəsi == Ailəlidir, bir qızı var. == İstinadlar == == Xarici keçidlər == Посол Беларуси в Азербайджане.
Gennadi Ayqi
Gennadi Nikolayeviç Ayqi (çuvaş Айхи Геннадий Николаевич anadan olanda Lisin soyadını daşıyırdı, lakin soyadını doğma çuvaş dilinə uyğun Ayqi dəyişdirmişdir. 21 avqust 1934-cü il Şaymurzino kəndi, Batır rayonu, Çuvaşıstan ASSR, RSFSR - 21 fevral 2006, Moskva, Rusiya Federasiyası) - çuvaş, rus şairi və tərcüməçisi. Çuvaş Respublikasının Xalq şairi (1994). Andrey Belıy Mükafatının (1987), Pasternak Mükafatının (2000, birinci laureatı), Fransız Akademiyası Mükafatının (1972), Petrarx Mükafatının (1993) və başqalarının qalibi olmuşdur. "İncəsənət və Ədəbiyyat" ordeni kamandorudur. == Həyatı == 1934-cü il avqustun 21-də Çuvaşıstanın Şaymurzino kəndində, müəllim ailəsində anadan olmuşdur. Milliyyətcə çuvaşdır. Atası Böyük Vətən müharibəsi zamanı həlak olub. Gənc yaşlarından çuvaş dilində şeir yazmağ başlamışdır. On beş yaşından Çuvaş dövri mətbuatda nəşr edilməyə başlanmışdır.
Gennadi Bondarenko
Gennadi Borisoviç Bondarenko (4 fevral 1929, Qaqra, Abxaziya MSSR, Gürcüstan SSR, SSRİ — 10 aprel 1989, Leninqrad, RSFSR, SSRİ) — sovet futbolçusu, hücumçu, SSRİ İdman Ustası. Azərbaycan SSR (1976) və Latviya SSR-in (1980) əməkdar məşqçisidir. == Karyera == === Klub === 1943-cü ildə Qaqrada uşaq komandasında, 1944-cü ildən isə "Dinamo" (Suxumi) gənclər komandasında oynamağa başlamışdır. 1946-cı ildən peşəkar komandalarda çıxış etməyə başlamışdır. "Dinamo" (Suxumi), "Dinamo" (Leninqrad), "Dinamo" (Moskva) və "Zenit" (Leninqrad) komandalarında oynayıb. SSRİ Yüksək Liqasında 223 matçda iştirak etmiş, 49 qol vurmuşdur. === Məşqçi === Oyunçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayır. "Zenit", "Neftçi", "Dauqava", "Komsomoleç" (1973-74), "Volna"nın baş məşqçisi vəzifəsində çalışmışdır. Onun tələbələri arasında Olimpiya çempionu İqor Ponomaryov da var.
Gennadi Brijatyuk
Gennadi Brijatyuk (rus. Брижатюк, Геннадий Демьянович ; azərb. Gennadi Demyanoviç Brijatyuk‎) — Rus əsilli Azərbaycanlı rəssam. 1992-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adını almışdır. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Moskvanın Rəssamlar İttifaqı, Rusiyanın Mədəniyyət Nazirliyi, Bakının, Fransanın, Türkiyənin qalereyalarında, Azərbaycan və dünya ölkələrində şəxsi kolleksiyalarda saxlanılır. == Həyatı == Gennadi Demyanoviç Brijatyuk 1935-ci ilin 1 yanvar tarixində Gəncə şəhərində anadan olub. Bakıda yerləşən Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini dörd dəfə ara verməklə səkkiz ilə tamamlamışdır. Rəssamlıq təhsilinə qarşı məsuliyyəsiz yanaşması səbəbindən bəzi tənqidçilər Gennadi Brijatyukun üslubunu Sosialist realizm olduğunu qeyd edirlər. Rəssamlıq fəaliyyətinə 1940–50-ci illərdən etibarən başlamışdır. Rəssam ilk başlarda sevgi səhnələrini və xüsusilə gül təsvirlərini çəkməyə başlayır.
Gennadi Kazanski
Gennadi Sergeyeviç Kazanski (rus. Геннадий Сергеевич Казанский ; d. 1 dekabr 1910 — ö. 14 sentyabr 1983) sovet rejissoru. RSFSR əməkdar incəsənət xadimi (1974). 1964-cü ildən Sov.İKP üzvü.
Gennadi Pastuşkov
Gennadi Pastuşkov - operator == Fəaliyyəti == Gennadi Pastuşkov Azərbaycan kinosunda operator kimi 1962-1980-ci illərdə 30-a yaxın filmdə fəaliyyət göstərmişdir. Azərbaycan televiziyasında işlədiyi dövrlərdə sənədli televiziya filmlərinin operatoru kimi çalışmış və bir çox dəyərli filmlərimiz onun kamerasından yaranmışdır. Operatoru olduğu filmlərdən "Şəhərimizin uşaqları", "Ən dərin", "Şəki", "Gənclik şəhəri", "Nizaminin vətənində", "Siz Azərbaycan haqqında nə bilirsiniz?", "Dəmir ağac", "Leyla və onun dostları", "İntibah", "Kirovabad", "Qızılağac" və s. adlarını çəkmək olar. == Filmoqrafiya == Operator kimi Respublikanın panoramı (film, 1962)(qısametrajlı sənədli televiziya filmi) Gecə balıqçıları (film, 1963)(qısametrajlı sənədli televiziya filmi) Meşədən evə (film, 1964)(qısametrajlı sənədli televiziya filmi) Şəhərimizin uşaqları (film, 1964)(qısametrajlı sənədli televiziya filmi) 10 dəqiqə poeziya (film, 1965) (qısametrajlı sənədli televiziya filmi) Biz arzu edənlər nəslindənik (film, 1965)(qısametrajlı sənədli televiziya filmi) Ən dərin (film, 1965)(qısametrajlı sənədli televiziya filmi) Mingəçevir (film, 1965)(sənədli televiziya filmi) Şəki (film, 1965)(qısametrajlı sənədli televiziya filmi) Əli Bayramlı (film, 1966)(qısametrajlı sənədli televiziya filmi) Gənclik şəhəri (film, 1966)(sənədli televiziya filmi) Hakim (film, 1966)(qısametrajlı sənədli televiziya filmi) Qazax (film, 1966)(qısametrajlı sənədli televiziya filmi) Nizaminin vətənində (film, 1966)(qısametrajlı sənədli televiziya filmi) SSRİ Xalqlarının Spartakiadası (film, 1966)(qısametrajlı sənədli televiziya filmi) Biz iqtisadçılarıq (film, 1967)(qısametrajlı sənədli televiziya filmi) Günəşə bir mərtəbə yaxın (film, 1967)(qısametrajlı sənədli televiziya filmi) Siz Azərbaycan haqqında nə bilirsiniz?
Gennadi Qaquliya
Gennadi Qaquliya (4 yanvar 1948 – 8 sentyabr 2018) — Abxaziya keçmiş rejiminin baş naziri. == Həyatı == Gennadi Qaquliya 4 yanvar 1948-ci ildə Gürcüstanın Lıxnı şəhərində anadan olmuşdur. O, Abxaziya Nazirlər Kabinetinə 1995–1997-ci və 2002–2003-cü illərdə rəhbərlik edib, 2018-ci il aprelin 25-də yenidən bu vəzifəyə qayıdıb.8 sentyabr 2018-ci ildə yol qəzasında həlak olmuşdur.
Gennadi Rojdestvenski
Gennadi Nikolayeviç Rojdestvenski (4 may 1931[…], Moskva – 16 iyun 2018[…], Moskva) — sovet-rus dirijoru, pianoçusu, bəstəkarı, pedaqoqu, musiqi ictimai xadimi, SSRİ Xalq Artisti (1976), Sosialist Əməyi Qəhrəmanı (1990), Lenin mükafatı laureatı (1995). == İstinadlar == == Xarici keçidlər == Страница Геннадия Рождественского на сайте Московской консерватории Воспоминания о сотрудничестве Геннадия Николаевича Рождественского с Чешским филармоническим оркестром Arxivləşdirilib 2019-09-14 at the Wayback Machine (Франтишек Слама, мемориальный сайт) (ing.) Досье ИТАР-ТАСС Г. Рождественский на сайте Государственной академической симфонической капеллы России — ГАСК России Геннадий Рождественский — на службе у музыки Геннадий Рождественский: дирижёр или волшебник? — YouTube — документальный фильм Брюно Монсенжона fr.
Gennadi Tarxanov
Gennadi Nikolayeviç Tarxanov (d. 8 sentyabr 1854 — ?) — rus kökənli Azərbaycan hərbi xadimi və general-leytenantı. == Həyatı == 8 sentyabr 1854-cü ildə dünyaya gəlmişdir. Provoslav olmuşdur. === Rusiya İmperator Ordusunda xidməti === 6 sentyabr 1871-ci ildə sıravi yunker kimi Nikolevskoye Mühəndis Məktəbinə daxil olmuş və 7 avqust 1874-cü ildə II mühəndis taborunda podpuruçik rütbəsi ilə hərbi xidmətə başlamışdır. 1877–1878-ci illərdə olmuş Rus-Türk müharibəsində bu taborun tərkibində iştirak etmişdir. 13 iyul 1877-ci ildə isə, poruçik rütbəsinə yüksəlmişdir.Nikolevskoye Mühəndis Məktəbini fərqlənmə ilə bitirən Tarxanov Tiflis mühəndislik dairəsində işləmiş və 6 dekabr 1895-ci ildə polkovnik-leytenant rütbəsinə yüksəlmişdir. 26 avqust 1897-ci ildən 27 mart 1900-cü ilə qədər Tiflis mühəndislik dairəsində rəis müavini vəzifəsində xidmət etmişdir. 27 mart 1900-cü ildən etibarən Baş Mühəndislik İdarəsinin sərəncamında olan dövlət tərəfindən təyin edilmiş ştat zabitləri sırasına daxil edilmişdir. 9 aprel 1900-cü ildə polkovnik rütbəsinə yüksəldilmişdir.16 fevral 1904-cü ildən Tiflis mühəndislik dairəsinin rəisi olmuş, 24 iyun 1910-cu ildə Qafqaz Hərbi Dairəsinin rəisinin müavini təyin edilmişdir.
Gennadi Tişşenko
Gennadi Tişşenko — ssenarist. == Həyatı == == Filmoqrafiya == Anın quruluşu (film, 1980)(tammetrajlı bədii film)-quraşdırılmış səhnələrin rəssamı ...Əks-səda doğuracaq (film, 1987) Əlavə iz (film, 1981) Əzablı yollar (film, 1982) Gözlə məni (film, 1980) Qayınana (film, 1978) Qərib cinlər diyarında (film, 1977) Qəribə adam (film, 1979) Sakit Yonun macəraları (film, 1985) Talada ev (film, 1986) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 315.
Gennadi Udovenko
Gennadi İosifoviç Udovenko (ukr. Геннадій Йосипович Удовенко) — ukraynalı siyasətçi. == Həyatı == Gennadi İosifoviç Udovenko 1931-ci ildə Ukraynada, Kiyev şəhərində anadan olub. 1954-cü ildə Kiyev Beynəlxalq Əlaqələr İnstitutunu bitirib. Müxtəlif illərdə Ukraynanın Tikinti Sənayesi Nazirliyində nazirin katibi və Nazirliyin kollegiyasının katibi, Kiyevətrafı rayonlardan birində kolxoz sədri, Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi qurumlar bölməsində məsləhətçi, I katib, sonra həmin bölmənin rəisi, xarici işlər nazirinin müavini (1980–85) vəzifələrində çalışıb. Eyni zamanda, sovet hakimiyyəti illərində əvvəlcə BMT–nin Cenevrədəki katibliyinin, sonra bu qurumun Nyu–Yorkdakı katibliyinin əməkdaşı, Ukraynanın BMT–dəki fövqəladə və səlahiyyətli səfiri, qurumun Nyu–Yorkdakı katibliyində Ukraynanın daimi nümayəndəsi olub. 1991–1992-ci illərdə yenə də XİN–də nazir müavini, BMT–nin Nyu–York katibliyində Ukraynanın daimi nümayəndəsi təyin edilib. 1994–1998-ci illərdə XİN rəhbəri olub və ölkəsini müxtəlif beynəlxalq təşkilatlarda təmsil edib. Üçüncü və dördüncü çağırışlarda xalq deputatı seçilib. Prezident yanında insan haqları, milli azlıqlar və beynəlxalq münasibətlər komitəsinin rəhbəridir.
Gennadi Voronov
Gennadi Voronov (rus. Генна́дий Ива́нович Во́ронов; 18 (31) avqust 1910, Rameşki[d], Tver quberniyası[d] – 1 aprel 1994, Moskva) — Sovet İttifaqı dövlət rəhbəri, Rusiya Sovet Federativ Sosialist Respublikası Nazirlər Şurasının sədri (baş nazir). Voronov 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub, 1952–1976-cı illərdə Sov.İKP MK üzvü, 1961-ci ildə Sov.İKP MK Siyasi Bürosu namizəd üzvlüyü, 1961–66-cı illərdə Rusiya Sovet Federativ Sosialist Respublikası üçün Sov.İKP MK üzv olmuşdur. SSRİ Ali Sovetinin 3-cü və 8-ci dövrləri arasında millət vəkili olmuşdur. == Həyatı == Gennadi Voronov 1910-cu ildə 31 avqust tarixində Tver quberniyasının ucqar bir bölgəsində müəllim ailəsində dünyaya gəlib. Karyerasına 1929-cu ildə başlayıb, Çerepovets şüşə və Perm superfosfat zavodlarının inşasında elektrikçi və usta kimi çalışmışdır. 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına qatıldı. 1936-cı ildə Tomsk Sənaye İnstitutunu, 1937-ci ildə isə Novosibirskdəki Marksizm-Leninizm İnstitutunu bitirmişdir. 1937–1939-cu illər arasında partiyanın Prokopyevsk və Tomskdakı nümayəndəsi olmuş, şəhər komitəsinin katibi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1939–1943-cü illərdə torpaq sahəsi partiyanın Çita vilayəti bölgəsi şəhər komitəsinin üçüncü katibi, 1943–1948-ci illərdə kinci katibi, 1948–1955 arasında isə birinci ilk katibi kimi fəaliyyət göstərib.
Gennadi Xazanov
Gennadi Viktoroviç Xazanov (rus. Геннадий Викторович Хазанов; 1.12.1945) — Rusiya aktyoru, məşhur rus estrada artisti. Rusiya Federasiyasının Xalq artisti, Rusiya Federasiyası Dövlət mükafatı laureatı. == Həyatı == Gennadi Xazanov 1987-ci ildən “Mono” (Moskva) konsert-estrada kollektivinin aktyor və rejissoru, 1997-ci ildən isə Moskva Estrada Teatrının bədii rəhbəridir. Rusiya Federasiyası Dövlət mükafatı laureatıdır.
Gennadi Yanayev
Gennadi İvanoviç Yanayev (rus. Генна́дий Ива́нович Яна́ев; 26 avqust 1937, Perevoz, Nijeqorod vilayəti – 24 sentyabr 2010[…], Moskva) — SSRİ siyasətçisi. O, Sovet İttifaqının birinci və yeganə vitse-prezidenti olmuşdur. Yanayevin siyasi karyerası Xruşşovun, Brejnevin, Andropovun və Çernenkonun hakimiyyət illərini əhatə etmiş, Qorbaçovun hakimiyyəti dövründə kulminasiya nöqtəsinə çatmışdır. O, uzun illər yerli siyasətdə çalışdıqdan sonra Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının sədri kimi siyasi arenada tanınmağa başlamışdır. Yanayev həmçinin, Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqı Rəyasət Heyəti sədrinin müavini kimi digər kiçik vəzifələrdə də çalışmışdır. 1990-cı ildə Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının sədri olduğuna görə Yanayev XXVIII Politbüronun və Mərkəzi Komitənin katibliyinin üzvü olmuşdur. O, həmin ilin sonunda, 27 dekabrda Mixail Qorbaçovun köməyi ilə SSRİ-nin birinci və yeganə vitse-prezidenti seçilmişdir. Qorbaçovun islahatlarının ölkəni apardığı yerə dair artan şübhələr səbəbilə Yanayev Dövlət Fövqəladə Vəziyyət Komitəsi ilə əməkdaşlıq etməyə başlamış və nəticədə ona rəsmi olaraq rəhbərlik etmişdir. Bu komitə 1991-ci ildə baş tutan Avqust qiyamı nəticəsində Qorbaçovu devirmişdir.
Gennadi Yuxtin
Gennadi Yuxtin (Geni; 30 mart 1932 – 18 fevral 2022, Moskva) — Rusiyanın xalq artisti (1994). == Həyatı == Kuybışevsk vilayətinin Çubovka kəndində anadan olub. Əsl adı Geni olmuşdur.
Gennadi Zyuqanov
Gennadi Andreyeviç Züqanov (rus. Генна́дий Андре́евич Зюга́нов, 26 iyun 1944) — rusiyalı dövlət xadimi, siyasətçi, Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Kommunist Partiyasının yaradıcısı və sədri. == Həyatı == Gennadi Züqanov Mımrino kəndində anadan olub. 1961-ci ildə gümüş medalla məktəbi bitirdikdən sonra Orlov Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olur, 1969-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirir. 1966-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına daxil olub. 1967-ci ildən etibarən Komsomolda işləməyə başlayıb. 1990-cı ildə SSRİ-nin dağılmasından sonra Gennadi Züqanov 1990-cı ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Kommunist Partiyasının əsasını qoyur. 1993-cü ildə partiyanın adı KPRF ilə əvəz olunur. Bu günə qədər Gennadi Züqanov 4 dəfə Rusiya Federasiyası Prezidenti postuna namizəd olub, Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışının deputatı olub. 2012-ci ildə sonuncu prezident seçkilərində 17,18% (12 318 353 səs) toplamaqla 5 namizəd arasında ikinci yeri tutub, lakin bu nəticələri baykot edib.
Gennadi Şpiqun
Gennadi Şpiqun (5 fevral 1947, Babayurd, Dağıstan MSSR – mart 2000, İtum-Kali rayonu, Çeçenistan) — Rusiya dövlət xadimi. Milis general-mayoru, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasındakı səlahiyyətli nümayəndəsi. 1999-cu ildə Qroznı hava limanında bir təyyarədən qaçırılır. Qaçıranlar fidyə tələb etsələrdə, lakin federal hökumət bunu rədd edir. Həm Rusiyanın, həm də İçkeriyanın güc strukturları tərəfindən həyata keçirilən Şpiqunu tapıb azad etmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayır. Onun cəsədi 2000-ci ilin martında İtum-Kali kəndi yaxınlığında tapılır. == Bioqrafiyası == Dağıstanın Babayurd rayonunda anadan olmuşdur. Dağdizel zavodunda freze maşını operatoru işləyir. 1969-cu ildən ictimai və siyasi işlə məşğul olur: 1969–1980-ci illərdə Kaspiysk şəhər komsomol komitəsinin katibi, Komsomolun Dağıstan vilayət komitəsinin şöbə müdirinin müavini, komsomol katibi vəzifələrində çalışır. 1980-ci ildə Şpiqun Sovet İttifaqı Kommunist Partiyası Dağıstan Vilayət Komitəsinin şöbə təlimçisi, təşkilati və partiya işləri şöbəsinin müdir müavini vəzifəsini icra edir.
Gennadi Sokolski
Gennadi Mixayloviç Sokolski (1 dekabr 1937, Moskva – 27 dekabr 2014, Moskva) — sovet və rus rejissor, animator, quruluşçu rəssam, illüstrator, ssenarist. == Həyatı == 1 dekabr 1937-ci ildə Moskvada anadan olub. 1959–1961-ci illər arasında "Soyuzmultfilm" kinostudiyasının təşkil etdiyini animasiya kurslarında təhsil alıb. Kursu bitirdikdən sonra o, studiyanın işçi heyətinə qəbul edilmiş və bir neçə il "Soyuzmultfilm" kinostudiyasının ən yaxşı animatorlarından biri olaraq fəaliyyət göstərmişdir. O, 1969-cu ildən başlayaraq müstəqil olaraq rejissor kimi fəaliyyətə başlayıb. Roman Kaçanovun bədii rəhbərliyi altında " Şən karusel " almanaxının ilk əfsanəvi buraxılışında debüt etmişdir. Bu almanaxda Gennadi Sokolski " Düşərsən əlimə!", burada Canavar və Dovşan obrazlarına ilk dəfə rast gəlinirdi . Sonradan rejissor Vyaçeslav Kotyonochkin uzun müddət süjet xəttində bu personajlar arasında baş verən toqquşmalarının davamlılığında uğurlu işlər ərsəyə gətirdi. Rejissorluğa keçən Sokolski SSRİ animasiya sənayesinin görkəmli nümunələrinə çevrilmiş bir sıra cizgi filmləri səhnələşdirdi. O, rejissor kimi sovet-yapon filmi olan tammetrajlı trilogiyanı (rejissor K. Yoshida) " Pinqvin Lolo'nun sərgüzəştləri ", bütün dünyada məşhur idi.
Gennadiy Padalka
Gennadiy İvanoviç Padalka (doğ. 21 iyun 1958-ci il, Krasnodar) — rusiyalı kosmonavt, Rusiya Hərbi Hava Qüvvələrinin polkovniki. 12 sentyabr 2015-ci ildə dəqiqləşdirilən məlumatına görə Padalka açıq kosmosda keçirtdiyi ümumi günlərin sayına görə birinci yerdədir — 878 gün 11 saat 29 dəqiqə 51 saniyə. == Həyatı == 1979-ci ildə Yeysk Ali Hərbi Aviasiya İnstitutunu (Cənubi Sudan) bitirib. Ailəlidir, üç qız atasıdır: böyük — iqtisadçı, orta — hüquqşünas, kiçik - videoblogger. Boş vaxtlarında teatr, dayvinq və Paraşüt idmanı ilə maraqlanır == Faktlar == Bir dəfə, zarafatyana deyib ki, yadplanetlilərlə görüş üçün xüsusi davranış təlimatı var. Bu məlumatı tezliklə jurnalistlər yaydılar. Qırmızı dənizdə istirahət etməyi üstün tutur və dayvinqlə maraqlanır. Kosmosda saç kəsimi etmir.
II Gennadiy
II Gennadiy (yun. Γεώργιος Κουρτέσιος Σχολάριος) (d. 1400 – ö. 1473) — 1454 - 1464-cü illərdə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı. Gennadiy Aristotelin fikirlərini müdafiə etmişdir. VII İoann Paleoloq dövründə 1438 - 1439-cu illərdə, Bazel konsulu, XI Konstantin Paleoloqun dövründə isə Konistantinapol Pantokratoru olmuşdur. Osmanlı imperatoru sultan II Mehmedin hakimiyyəti zamanı 1453 - 1456, 1458 və 1462 - 1464-cü illərdə üç dəfə Konstantinopol Pravoslav Kilsəsinin baş patriarxı seçilmişdir. Eyni zamanda fəlsəfə müəllimi olan Gennadiy 1473-ci ildə vəfat etmişdir.
Sokolski Gennadi Mixayloviç
Gennadi Mixayloviç Sokolski (1 dekabr 1937, Moskva – 27 dekabr 2014, Moskva) — sovet və rus rejissor, animator, quruluşçu rəssam, illüstrator, ssenarist. == Həyatı == 1 dekabr 1937-ci ildə Moskvada anadan olub. 1959–1961-ci illər arasında "Soyuzmultfilm" kinostudiyasının təşkil etdiyini animasiya kurslarında təhsil alıb. Kursu bitirdikdən sonra o, studiyanın işçi heyətinə qəbul edilmiş və bir neçə il "Soyuzmultfilm" kinostudiyasının ən yaxşı animatorlarından biri olaraq fəaliyyət göstərmişdir. O, 1969-cu ildən başlayaraq müstəqil olaraq rejissor kimi fəaliyyətə başlayıb. Roman Kaçanovun bədii rəhbərliyi altında " Şən karusel " almanaxının ilk əfsanəvi buraxılışında debüt etmişdir. Bu almanaxda Gennadi Sokolski " Düşərsən əlimə!", burada Canavar və Dovşan obrazlarına ilk dəfə rast gəlinirdi . Sonradan rejissor Vyaçeslav Kotyonochkin uzun müddət süjet xəttində bu personajlar arasında baş verən toqquşmalarının davamlılığında uğurlu işlər ərsəyə gətirdi. Rejissorluğa keçən Sokolski SSRİ animasiya sənayesinin görkəmli nümunələrinə çevrilmiş bir sıra cizgi filmləri səhnələşdirdi. O, rejissor kimi sovet-yapon filmi olan tammetrajlı trilogiyanı (rejissor K. Yoshida) " Pinqvin Lolo'nun sərgüzəştləri ", bütün dünyada məşhur idi.
Həşərat qanadı
Qanad — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Döş örtüyünün yan büküşlərindən əmələ gələn qanadlar gövdənin döş hissəsinin üst tərəfində yerləşir. Həşəratlarda adətən 2 cüt, bəzən 1 cüt qanad olur. Bəzi 2 cüt qanadlılarda birinci cüt qanad (qanadönlüyü) sərt olub müvazinət, ikinci cüt pərdə şəkilli damarlı qanadlar isə uçma funksiyası daşıyır. İkiqanadlılarda yalnız 1-ci cüt qanadlar inkişaf etmişdir.
Lesko qanadı
Lesko qanadı (fr. Aile Lescot) — Luvr sarayının ən qədim yerüstü hissəsidir. Tikili 1546-1551-ci illərdə memar Pyer Leskonun layihəsi əsasında inşa edilmişdir. İtalyan manyerizminin təsiri altında inşa edilmiş Lesko qanadı Paris intibah stilini formalaşdırmaqla, sonradan yarnmış Fransa klassisizm memarlığı üçün təməl rolunu oynamışdır. == Tarixi == Kral I Fransiskin hakimiyyəti dövründə memar Pyer Lesko (1510-1578) Luvr sarayının inşa işlərinə başçı memar təyin edilir. I Fransiskin ölümündən sonra onun varisi II Henrix də Leskonun işləri davam etməsini təsdiqləyir. Bundan sonra Lesko ölümünə kimi Luvr sarayının inşa işlərinə rəhbərlik edir. Memar yalnız Lesko qanadı, Kral pavilyonu və Karre həyətinin cənub qanadının bir hissəsində inşaat işlərini tamamlaya bilir. Binada Lesko tərəfindən yaradılmış interyerlərdən yalnız Müdafiəçilər otağı (fr. Salle des Gardes) və II Henrix pilləkəni dövrümüzə çatmışdır.
Quş qanadı
Qanad — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Heyvan ya da cansız bir obyektin uçmasını təmin edən orqan və ya parça. Xüsusilə quşlarda görülür. Bəzi heyvanlarda uçmasını təmin edə bilməyəcək qədər balacadır. Quş qanadları uçmağa uyğunlaşmış ön ətraflardır. Onların skeleti bazu, said, çox dəyişmiş əldarağı və barmaqlardan ibarətdir. Qanadların dərisi üzərində çalma və örtücü lələklər olur. Qanad lələkləri kirəmit kimi bir-birinin üzərinə yataraq, hava keçirməyən bütöv və yumşaq səth əmələ gətirir. Yarasa qanadlar çox uzanmış əl barmaqları, ayaqlar və quyruq ilə bitişmiş uçma pərdəsindən ibarətdir.
Gennadas
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Gennaia
Qızılquş (lat. Falco) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinə aid heyvan cinsi.
Kennedi
Con Fitscerald Kennedi (ing. John Fitzgerald Kennedy; 29 may 1917[…] – 22 noyabr 1963[…]) — 1961–1963-cü illərdə ABŞ-nin 35-ci prezidenti (Demokratlar partiyasından). ABŞ tarixində ilk katolik prezidenti, XX əsrdə doğulmuş ilk prezident və Teodor Ruzveltdən sonra ölkənin ikinci ən gənc prezidenti olmuşdur. Kennedi, prezidentlər arasında yeganə Pulitser mükafatı laureatıdır ("Profiles in Courage" kitabına görə). Onun prezidentliyi dövründə ("Kennedi stili" adlanır) Apollon proqramının qəbul edilməsi, ölkədəki mülki hüquqlar uğrunda hərəkat və soyuq müharibənin kəskinləşməsi (Karib böhranı və Berlin divarının tikilməsi) baş vermişdir. Kennediyə yaxınlığı ilə tanınan Merilin Monronun məşhur "Ad günün mübarək, cənab prezident" mahnısı məhz ona həsr edilmişdir. Kennedinin adını daşıyan bir çox obyektlər var (ada, Con Kennedi adına Beynəlxalq Hava Limanı, universitet, kitabxana, stadion, Kentukki və İndiana ştatları arasında körpü, ABŞ hərbi donanmasının aviadaşıyıcı gəmisi və s.). NASA-nın Floridadakı Kanaveral burnunda yerləşən Uçuş Əməliyyatları Mərkəzinin adı dəyişdirilərək "Con F. Kennedi Kosmik Mərkəzi" adlandırılmışdır. 1963–73-cü illərdə Kanaveral burnu da Kennedinin şərəfinə adlandırılmışdı, lakin 1973-cü ildə keçirilən referendumun nəticəsi olaraq əvvəlki adı geri qaytarıldı. Kennedi həm də 1964-cü ildən yarımdollarlıq sikkələrin üzərində təsvir edilir.