Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dağüstü
Dağüstü – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Buduq bələdiyyəsinin tərkibindədir. Dağüstü oyk., mür. Quba r-nunun Buduq i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) yamacındadır. Oykonim "dağ üstündə salınmış kənd" mənasında olub, kəndin yerləşdiyi coğrafi mövqeyi bildirir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 114 nəfər əhali yaşayır.
Qoçüstü
Qoçüstü- Naxçıvan şəhərinin şərqində, Naxçıvançayın sağ sahilində 11-18-ci əsrlərə aid yaşayış yeri. Hаzırdа yаşаyış yеrinin ərаzisi "Yеni Nахçıvаn"ın müаsir tikintiləri ilə örtülmüşdür. Yаşаyış yеrində mədəni təbəqə tikinti işləri görülərkən dаğıdılmışdır. 1994-cü ildə yаşаyış yеrinin ərаzisində V.B.Bахşəliyеv və Ə.İ.Nоvruzlu tərəfindən аpаrılаn kəşfiyyаt işləri nəticəsində оrtа əsrlərə аid gil qаblаr аşkаr еdilmişdir. Tikinti zаmаnı əmələ gəlmiş kəsiklərdə mədəni təbəqə 0,5-1 m qаlınlığındа sахlаnmışdı. Mədəni təbəqə kül qаrışıq tоrpаq lаylаrdаn ibаrət idi. Təbəqədə çiy və bişmiş kərpic qırıqlаrınа təsаdüf еdilirdi. Əldə еdilmiş tаpıntılаrа əsаsən Qоçüstü yаşаyış yеrini ХI-ХVIII əsrlərə аid еtmək оlаr.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar. Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi.
Qoçüstü nekropolu
Qoçüstü nekropolu, Qoçüstü yaşayış yeri yaxınlığında orta əsrlərə aid arxeoloji abidə. Оrtа əsrlərə аid qəbirlər şərq-qərb istiqаmətinə yönəlmişdir. Qəbirlərdən bəzisinin üzərinə bоz və çəhrаyı dаşlаrdаn yоnulmuş qоç fiqurlаrı qоyulmuşdur. Qоç fiqurlаrı hələ kеçən əsrdə qırılıb dаğıdılmış, bir qismi isə nаməlum аdаmlаr tərəfindən аpаrılmışdır. 1926-cı ildə Nахçıvаndа оlаn V.M. Sısоеv burаdа sаlаmаt qаlаn bir qоç fiquru hаqqındа məlumаt vеrmişdir. Yеrli əhаlinin məlumаtınа görə sоn vахtlаrа qədər həmin dаş qоçun yеrləşdiyi ərаziyə və dаş qоçа sitаyiş оlunmuşdur. Uşаğı оlmаyаn qаdınlаr niyyət еdib bu dаş qоçun аltındаn kеçmişlər. Hаzırdа nеkrоpоlun ərаzisi tаmаmilə dаğılmışdır.
Atüstü polo
Polo — top ilə komanda şəklində oynanılan atüstü idman növü. Oyunçular topu meydançada xüsusi polo taxtası vasitəsilə hərəkət etdirirlər. Müasir polo oyununa bənzər qədim çövkən oyunu Şərqdə, o cümlədən də Azərbaycanda çox məşhur idi. XIX əsrdə Hindistandan İngiltərəyə gətirilən bu oyun getdikcə inkişaf etdirilmiş, yeni qaydalar əsasında Amerika və Avropa ölkələrində yayılmağa başlamışdır. Məhz ingilislərin təşəbbüsü ilə çövkən oyunu polo adı altında ilk dəfə 1900-cü ildə Parisdə keçirilən II Olimpiya Oyunlarının proqramına daxil edilmiş, beləliklə, Qərb sivilizasiyasında bu ad təsbit edilmişdir. Parisdə üç ölkənin 5 polo komandası iştirak etmişdir. Növbəti dəfə polo oyunu Olimpiya oyunlarının proqramına 1908-ci ildə Londonda, 1920-ci Antverpendə, 1924-cü Parisdə və 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarında oynanılmışdır. 2013-cü ildə Bakıda ilk dəfə olaraq polo üzrə dünya kuboku yarışları keçirildi. Binə atçılıq mərkəzində keçirilən yarışda Azərbaycanla yanaşı ABŞ, Argentina, Böyük Britaniya və digər ölkələrdən olan 8 komanda çempionluq uğrunda mübarizə aparırdı. Polonun adı italyan səyyah Marko Polonun adı ilə bağlıdı.
Cacıqlı qayaüstü təsvirləri
== Çaçıqlı qayaüstü təsvirləri == Bu təsvirlər Ordubad rayonun Tivi kəndi ərazisində qeydə alınmışdır. Onlar Gəmiqaya petroqliflərində oduğu kimi insan, heyvan təsvirlərinə, astral rəsmlərə bölünürlər. Təsvirlər döymə və cızma üsulu ilə çəkilmişdir. heyvan təsvirləri keçi, maral, canavar və digər rəsmlərdən ibarətdir. Onların əksəriyyəti keçi təsvirlərindən ibarətdir. Qayaüstü təsvirlərin bir çoxu nisbətən sadə çəkilmişdir. Bəziləri isə müxtəlif işarələrlə, damğalarla birlikdə verilmişdir. Aşkar olunmuş belə qayaüstü rəsmlərdən birində döymə üsulu ilə dağ keçisi və tısbağa təsvir olunaraq insanların dini-ideoloji görüşləri, mifik düşüncə tərzi ilə bağlı müəyyən kompozisiya əks eolunmuşdur.insan təsvirlərindən bir qismi təklikdə çəkilmişdir, bəziləri isə heyvan və astral rəsmləri ilə birlikdə verilmişdir. Təsvirlərdən birində cızma üsulu ilə qabaqda keçi, onun arxasında əlində dəyənək tutmuş insan hərəkət vəziyyətində verilmişdir. Təsvirlərdə qədim türk mədəniyyətinə aid elementlərin geniş yayılması Naxçıvanın tarixən prototür kmədəniyyətinin əsas mərkəzlərindən biri olmasını, bu ərazidə türk etnoslarının yaşadığını sübut edir.
Damüstü reklam qurğuları
Damüstü reklam qurğular — Açıq hava reklamının bir növü. Damüstü reklam, quraşdırıldığı yerə görə (damda), ilkin və ikincidərəcəli auditoriyanı cəlb etmək üçün əvəzedilməz imic konstruksiyasıdır. Bundan əlavə, damüstü qurğu, potensial istifadəçilərə təsir göstərmək üçün yeni imkanlar açır. Bu növ qurğular hətta 10 km uzaqlıqdan belə insanların diqqətini cəlb edir. Damüstü qurğular.
Gəmiqaya qayaüstü təsvirləri
Gəmiqaya petroqlifləri – Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri. Gəmiqaya rəsmləri 1968-ci ildən tədqiq olunmaqdadır. Naxçıvan MR Ali Məclisi "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq olunması barədə" 26 aprel, 2001-ci il tarixli sərəncam qəbul etmişdir. Arxeoloqlar Qaranquş yaylağında qayaüstü rəsmlərin həkk olunduğu ərazidə Azərbaycanın qədim sakinlərinə aid yurd yerlərinin qalıqlarını aşkara çıxarmış, müəyyənləşdirmişlər ki, Alp çəmənlikləri ilə zəngin olan Gəmiqaya — Qaranquş yaylağı Naxçıvanın qədim sakinlərinin əsas ov məskənlərindən biri olmuşdur. Sonralar isə buralar Araz sahilində, eləcə də Naxçıvançay, Əlincəçay, Gilançay vadilərində yaşamış tayfaların yaylaq yerləri olmuşdur. Elə həmin dövrlərdən buradakı qayalar üzərində insan və müxtəlif heyvan (keçi, maral, öküz, quş və s.) rəsmləri, yay-oxla keçi ovlanması səhnəsi, ayrı — ayrı işarələr və s. təsvirlər həkk edilmişdir. Gəmiqaya təsvirlərinin və oradakı qədim yurd yerlərinin azı 8–7 min il yaşı var. Tədqiqatlar nəticəsində orada yaşamış əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləmək mümkün olmuşdur. Gəmiqaya rəsmləri 1968-ci ildən öyrənilir.
Qarakilsə qayaüstü təsvirləri
Qarakilsə qayaüstü təsvirləri — Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində qayaüstü təsvirlərdir. Bu təsvirlər iki qrupa ayrılır: e.ə. 5-4-cü minilliklərə aid e.ə. 3-2-ci minilliklərə aid. Həmin təsvirlərdə bölgənin o vaxtki heyvanat aləmi, ibtidai insanın ov alətləri və s. öz əksini tapmışdır. Bütün Zəngəzur mahali kimi Qarakilsə ərazisi də qədimdən türk-oğuz tayfalarının ana yurdu olmuş, bura ermənilərin kütləvi axını 19-cu əsrin əvvəllərində bölgənin Rusiya tərəfindən işğalından sonra başlamışdır. Zəngəzur Göyçə Basarkeçər Сисиан (справочник-путеводитель), Ереван, 1987, Ə.Ələkbərli.
Qoçüstü yaşayış yeri
Qoçüstü- Naxçıvan şəhərinin şərqində, Naxçıvançayın sağ sahilində 11-18-ci əsrlərə aid yaşayış yeri. Hаzırdа yаşаyış yеrinin ərаzisi "Yеni Nахçıvаn"ın müаsir tikintiləri ilə örtülmüşdür. Yаşаyış yеrində mədəni təbəqə tikinti işləri görülərkən dаğıdılmışdır. 1994-cü ildə yаşаyış yеrinin ərаzisində V.B.Bахşəliyеv və Ə.İ.Nоvruzlu tərəfindən аpаrılаn kəşfiyyаt işləri nəticəsində оrtа əsrlərə аid gil qаblаr аşkаr еdilmişdir. Tikinti zаmаnı əmələ gəlmiş kəsiklərdə mədəni təbəqə 0,5-1 m qаlınlığındа sахlаnmışdı. Mədəni təbəqə kül qаrışıq tоrpаq lаylаrdаn ibаrət idi. Təbəqədə çiy və bişmiş kərpic qırıqlаrınа təsаdüf еdilirdi. Əldə еdilmiş tаpıntılаrа əsаsən Qоçüstü yаşаyış yеrini ХI-ХVIII əsrlərə аid еtmək оlаr.
Soyuqbulaq qayaüstü təsvirləri
Soyuqbulaq petroqlifləri — Loru mahalının Vorontsovka (03.03.1935-dən Kalinino) rayonunun Soyuqbulaq (19.04.1991-ci ildən Paqaxbyur) kəndi yaxınlığında, Armudlu və Qaçaqqırılan dərələrində e.ə. minilliklərə aid qayaüstü təsvirlərdir. Dağlıq Altayın Xaçın çayı sahillərində aşkar edilmiş təsvirlərlə heyrətamiz dərəcədə yaxınlıq, hətta bəzən eyniyyət təşkil edən Soyuqbulaq qayaüstü təsvirləri Qərbi Azərbaycan ərazisinin ən qədim zamanlardan məskunlaşdığını və həmin vaxtlardan bəri Türk-Oğuz qəbilələrinin ana yurdu olduğunu sübut edir. Soyuqbulaq kəndində və ətraf kəndlərdə 1988-ci ilə qədər ancaq azərbaycan türkləri yaşamışdır. Bu kəndlərə ilk ermənilər Qərbi Azərbaycan türklərinin 1988-ci il soyqırımından sonra köçürülmüşdür. Arxeoloji və yazılı qaynaqların araşdırılması göstərir ki, İrəvan quberniyasının əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bunu e. ə. V–II minilliklərə aid Soyuqbulaq və Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan və Altaydakı qayaüstü təsvirlər arasındakı oxşarlıq, Nüvədi–Qarqadaşı yazıları ilə Orhon–Yenisey kitabələrinin dil və əlifba eyniliyi açıq şəkildə sübut edir. Əhməd Oğuz.
Nal dərəsi qayaüstü təsvirləri
Nal dərəsi qayaüstü təsvirləri — Bu təsvirlər 2016-ci ildə Culfa rayonun Gülüstan kəndi ərazisində, Nal dərəsində tərəfimizdən qeydə alınaraq tədqiqata cəlb edilmişdir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Gəmiqaya təsvirləri kimi onlar da çızma və döymə üsulu ilə, sxematik xarakterdə, müyyən süjetdə çəkilmişlər. Ən çox dairəvi və yarımdairəvi rəsmlərdən istifadə edilmişdir. Bundan başqa nöqtə, sxemaktik xarakterli işarələr də çəkilmişdir. Gəmiqaya təsvirlərində olduğu kimi orada da müəyyən süjetlər əks olunmuşdur. Qayaüstü təsvirlərdə insanların dini ideoloji görüşləri ilə yanaşı qədim türk mədəniyyətinə aid elementlərin müşahidə edilməsi, onların bənzərlərinin türk damğaları içərisində olması Naxçıvan Muxtar Respublikasının qədim və zəngin tarixə malik olduğunu, bu bölgənin tarixən prototürk mədəniyyətinin mərkəzlərindən biri olduğunu sübut edən yeni elmi faktlardandır.Abidə e.ə II-I minilliklərə aiddir.
Gülüstü Qadınəfəndi
Gülüstü Qadınəfəndi (1831, Suxumi, Abxaziya knyazlığı – 1861, Konstantinopol) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası. Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir. Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir. Ən kiçik övladı Mehmed Vahidəddin Əfəndinin doğumundan 3 ay sonra 1861-ci ilin may ayında vərəmdən vəfat etmişdir.
Masaüstü mühiti
Masaüstü mühiti – (İng. Desktop environment) kompüterdə əməliyyat siteminin qrafiki istifadəçi interdeysini işlətməsi üçün yaradılan proqramlara deyilir. Əgər masaüstü mühiti olmasaydı istifadəçilər yalnız əmr sətirindən istifadə etməli olacaqlardı. Bu isə çox çətin bir işdi.
Masaüstü oyun
Masaüstü oyun — masa və ya başqa düz səthin üzərində oynanılan oyun. Məsələn, lövhə oyunları, kart oyunları, zər oyunları və s.. Ən qədim masaüstü oyunu sayılan tapıntı Türkiyənin Siirt ilində yerləşən Başur tellində (e.ə. 5000) aşkar olunmuş 49 zərdir. Bundan erkən olan tapıntılar tarixdən əvvəlki dövrünə aid olan zərlərə oxşar talus sümükləridir. Ehtimal olunur ki, bu cür sümüklər də oynamaq üçün işlənilirdi və onlar zərlərin əcdadlarıdır. Tapılan bütün ən erkən lövhə oyunlarıda zər işlənilirdi və onlar iki oyunçu üçün nəzərdə tutulurdu. Onların ən erkəni Misirdə tapılan senet oyunudur. Senet sülalə əvvəl və I sülalə dövrlərinə (e.ə. 3500-3100 arası) aid dəfn məkanlarında aşkar olunub və bundan əlavə, ona istinadlar e.ə.
Masaüstü medal
Masaüstü medal — həm ənənəvi medal, həm də xatirə və ya xatirə sikkəsi ilə oxşarlıqları olan xatirə nişanıdır. Bu, adətən müəyyən bir hadisənin şərəfinə verilən və ya görkəmli şəxsiyyətə verilən mükafatdır. Stol medalı stenddə yerləşdirilir, onu stolun və ya hər hansı digər səthin üzərinə qoymaq olar. Adi medallardan fərqli olaraq, stolüstü medalın bərkidiciləri yoxdur və buna görə də tez-tez sikkə ilə müqayisə edilir. O, müxtəlif materiallardan, o cümlədən mis, bürünc, qızıl, gümüş və ya platin kimi qiymətli metallardan hazırlana bilər. Stolüstü medallar mum tökmə və ya kabartma da daxil olmaqla müxtəlif üsullardan istifadə etməklə hazırlana bilər. Onlar həmçinin emal, sinkləmə, qumlama və digər üsullarla işlənə bilər. Stolüstü medal adətən səthdə dayanmağa imkan verən stendlə gəlir. Masa medalları üçün stendlər təbii ağac, akril, keramika və ya metal kimi müxtəlif materiallardan hazırlana bilər. Onlar sadə bir forma ola bilər və ya oyma, aşındırma, lazer kəsmə və digər emal növləri ilə bəzədilə bilər.
Masaüstü kompüter
Masaüstü kompüter və ya stolüstü kompüter — ölçüsü və güc tələblərinə görə (portativ kompüterdən fərqli olaraq) masanın üstündə və ya yaxınlığındakı sabit bir yerdə müntəzəm istifadə olunmaq üçün nəzərdə tutulmuş fərdi kompüter. Ən geniş yayılmış konfiqurasiyada qida bloku, ana lövhə (mərkəzi prosessor kimi mikroprosessoru olan sxem lövhəsi, yaddaş, şin, müəyyən periferik qurğular və digər elektron komponentlər), disk yaddaşı (adətən bir və ya bir neçə SSD və HDD, optik disklər və ilkin modellərdə disket); klaviatura, siçan və monitor, dinamiklər və çox vaxt printer olan korpus mövcuddur. Korpus üfüqi və ya şaquli olaraq yönəldilə bilər və masanın altına, yanına və ya üstünə yerləşdirilə bilər. Korpusları şaquli yönümlü fərdi kompüterlərə "tower" deyilir. 1990-cı illərin ortalarından bəri təklif olunan işlərin əksəriyyəti bu forma faktorunda olduğundan, masaüstü termini ənənəvi üfüqi oriyentasiyada təklif olunan müasir hallara istinad etmək üçün retronimik olaraq istifadə edilmişdir. Mikroprosessorlardan geniş istifadə olunmazdan əvvəl, stolun üstünə yerləşdirilə bilən kompüter olduqca kiçik hesab olunurdu. Ən çox istifadə edilən kompüter növü minikompüterlər idi. Adına baxmayaraq, onlar kifayət qədər böyük idi və yalnız "böyük dəmir" adlanan kompüterlə müqayisədə "mini" sayılırdı. İlkin kompüterlər, daha sonra isə ümumi təyinatlı yüksək ötürmə qabiliyyəti olan "meynfreymlər" bütün otağı tuturdu. Minikompüterlər isə əksinə, ümumiyyətlə bir və ya bir neçə soyuducu ölçülü rəflərə yerləşdirilir və ya daha kiçik olanlar kifayət qədər böyük bir masanın içərisinə yerləşdirilirdi (üstünə yox).
Qalust Gülbənkiyan
Qalust Gülbənkiyan (erm. Գալուստ Կիւլպէնկեան; 29 mart 1869, Üsküdar, Konstantinopol, Osmanlı imperiyası – 20 iyul 1955[…], Lissabon) — Erməni əsilli Britaniya iş adamı, filantropist və neft maqnatı.
Gülüstü Qadın Əfəndi
Gülüstü Qadınəfəndi (1831, Suxumi, Abxaziya knyazlığı – 1861, Konstantinopol) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 36-cı Osmanlı sultanı VI Mehmed Vahidəddinin anası. Gülüstü Qadınəfəndi 1830-cu ildə Suxumidə dünyaya gəlmişdir. Əsl adı Fatma olub, Şervaşidze ailəsinə mənsubdur. Atası Tahir bəy Şervaşidze, anası isə Afisə xanım Lakerbadır. Atası ailəsiylə birlikdə 1831-ci ildə İstanbula köç etmiş, ancaq bir il sonra vəfat etmişdir. Sarayda xidmət edən yaxın adamlarından birinin vasitəsilə Afisə xanım qızını 10 yaşında ikən Sultan Əbdülməcidin hərəminə təhvil vermiş, balaca Fatmanın adı dəyişdirilərək mükəmməl təhsil verilmişdir. Bəzmialəm Validə Sultan tərəfindən yetişdirildikdən sonra 1854-cü ilin avqustunda Topqapı sarayında Sultan Əbdülməcidlə evləndirildi. Bu evlilikdən 4 övladı oldu. Ancaq əkiz olan qızları Zəkiyə və Fəhimə Sultan 2 yaşlarında vəfat etmişdir. Ən kiçik övladı Mehmed Vahidəddin Əfəndinin doğumundan 3 ay sonra 1861-ci ilin may ayında vərəmdən vəfat etmişdir.
Gülüstü Qadınəfəndi türbəsi
Gülüstü Qadınəfəndi türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə. Gülüstü Qadınəfəndi 31-ci Osmanlı sultanı olan Sultan Əbdülməcidin xanımı və son osmanlı sultanı olan Sultan Vahidəddinin anasıdır. 1855-ci ildə əkiz qızları Zəkiyə və Fəhimə Sultanları, 1856-cı ildə Mədiha Sultanı və 1861-ci ildə oğlu Mehmed Vahidəddin Əfəndini dünyaya gətirmişdir. Ancaq oğlu hələ 5 aylıqkən vəfat etmiş, Fateh məscidinin arxa həyətində, daha əvvəl vəfat edən övladlarının məzarı yaxınlığına dəfn edilmişdir. Məzarların üzərinə inşa edilən türbə isə Sultan Əbdülməcid səltənətinin sonlarına aiddir. Digər Osmanlı türbələrindən fərqli olaraq dairəvi planlı olan bu türbə kəsmə daşdan inşa edilib. Türbədə aşağı sıralarda 9, yuxarıda isə 14 olmaqla, ümumilikdə 23 pəncərə var. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Sultan Əbdülməcidin xanımlarından Ceylanyar xanım Sultan Əbdülməcidin qızı Zəkiyə Sultan (d. 24 fevral 1855 - ö. 18 fevral 1856) Sultan Əbdülməcidin qızı Fəhimə Sultan (d.
Səxavət casusu (film, 1993)
Səxavət casusu (ing. Bounty Tracker) — 1993-cü ildə döyüş janrında çəkilən filmdir. Erik Qauss adında mafiya qatillərinin idarəçisi şahidlərdən birinin mafiya başçısı Lui Sarazenə qarşı polislərə məlumat verəndən sonra şahidləri aradan götürməyə başlayır. Onların içində Pol Damon da olur. Pol Damon öldürüldükdən sonra onun qardaşı Conatan Los Anceles şəhərindən qayıdır. Conatan qatillərin əsl ovçusudur... Səxavət casusu — Internet Movie Database saytında.