qabaqcadan
qabaqcıllıq
OBASTAN VİKİ
Qabaqcıl (qəzet)
Oğuz səsi — Şahbuz rayonunda nəşr olunan qəzet. Qəzet 1936-cı ildə "Sosializm maldarlığı" adı ilə nəşr olunmağa başlayıb. Yarandığı ilk günlərdən rayonun ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatı ilə bağlı olub. Qəzet o dövrkü sovet cəmiyyətində sosializm ideyalarının təbliğinə, sosialist iqtisadiyyatının yaranmasına, yeni mənəvi-əxlaqi dəyərlərin meydana gəlməsinə xidmət edib. 1963-cü ildə Şahbuzun bir rayon kimi ləğv edilməsinə qədər "Sosializm maldarlığı" adı ilə nəşr olunan qəzet 3 il sonra – rayon yenidən yaradılanda "Qabaqcıl" adı ilə nəşr olunmağa başlayıb. 1991-ci ilin sentyabrından isə yeni ictimai-siyasi vəziyyətlə – yəni sovet quruluşunun ləğv olunması ilə qəzetin adı dəyişdirilərək "Oğuz yurdu" qoyulmuşdur, 1992-ci ildə isə qəzetin adı müəyyən səbəblərdən yenidən dəyişdirilmiş və "Oğuz səsi" adı ilə nəşrinə başlanılmışdır. Qəzetin ilk redaktoru Rəzzak Babayev, sonrakı redaktorları Abbas Rəcəbli, Müseyib Mehdiyev, Mənaf Xudiyev, Bayram Qurbanov, Əsəd Quliyev, Əhməd Əhmədov, Aslan Bağırov, Elşən Məmmədov, Tahir Fərzəliyev, İmran Məmişov olmuşdur. Bir vaxtlar rayonda savadsızlığın ləğv olunması uğrunda ciddi mübarizə aparan qəzetin sonradan böyük müəlliflər ordusunun yaranmasında, alimlərin, şairlərin, yazıçıların yetişməsində özünəməxsus rolu olmuşdur. Allahverdi Həziyev, Güllü Məmmədova, Xeyrulla Abbasov, Əhməd Məmmədov, Xanlar Səfərəliyev, Çərkəz Məhərrəmov, Şirzad Quliyev, Şəhla Nəbiyeva, Bağdagül Əsgərova, Minayə Abdullayeva və başqaları qəzetin ən tanınmış yazarlarıdır. Uzun illər qəzetin tərkibində "Qönçə", hazırda isə "Məmməd Araz" adı ilə fəaliyyət göstərən ədəbi birlikdə onlarla şair yetişmiş, onların şeirləri xüsusi almanaxlarda dərc edilmişdir.
Qabaqcıl Sovxozda (1955)
Qabaqcıl şifrləmə standartı
Qabaqcıl şifrləmə standartı– elektron məlumatları qorumaq üçün istifadə edilən, ABŞ hökuməti tərəfindən bəyənilmiş şifrləmə alqoritmini müəyyən edir (2000-ci ildən qüvvədədir). AES alqoritmi informasiyanın şifrlənməsi və deşifrlənməsi üçün simmetrik blok şifridir. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Qabaqcıl Elmlər Politexnik İnstitutu
Qabaqcıl Elmlər Politexnik İnstitutu (IPSA; fr. Institut polytechnique des sciences avancées) — Fransaın Cənub-Pireneylər bölgəsində, Tuluza şəhərində yerləşir, aviasiya ixtisaslaşan özəl universitetdir. O IONIS Education Group üzvüdür. Institut polytechnique des Sciences Appliquées 1961-ci ildə aviasiya sektorundan gələn və Parisdə məskunlaşmış üç mühəndis Mişel Kazin, Moris Pradier və Pol Lefort tərəfindən yaradılmışdır. 2001-ci ildə adı Institut polytechnique des sciences avancées olaraq dəyişdirildi. 2007-ci ildə o, Tuluzada bölgədəki mühüm aviasiya sənayesindən qorunan törəmə müəssisəsini açdı. Fransa hökuməti 2005-ci ildə məktəbin məzunlarına "Aeronaviqasiya və kosmik sistemlərin mühəndisliyi üzrə ekspert" adını tanıdı və 2011-ci ildə Komissiya des titres d'ingénieur instituta mühəndis adının verilməsinə icazə verdi. Bu mühəndislik ixtisasının ilk məzunları 2013-2014-cü tədris ilinin sonunda təhsillərini başa vurmuşlar. Məktəb iki illik hazırlıq dövrü və üç illik təkmilləşdirmə dövrü təklif edir: "Telekommunikasiya sistemləri", "Botda hesablamalar", "Elektromexaniki sistemlər", "Mexanika və konstruksiyalar", "Enerji və hərəkət". Məzunlar məktəbi "Aeronaviqasiya Sistemləri və Spatiaux Mühəndisliyi üzrə Ekspert" rəsmi adı ilə tərk edirlər.
Qabaqcıl Traktor Briqadasında (1953)
Qabaqcıl sovxozda (film, 1955)
Qabaqcıl traktor briqadasında (film, 1953)
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi
Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi — Azərbaycan Respublikası Təhsil Nazirliyi "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı və Fəxri Fərman vasitəsilə təhsil sektorunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların çalışanlarına təltif verir. Bu təltiflər aşağıdakı hallarda verilir: Təhsil sahəsində dövlət tapşırıqlarının uğurla yerinə yetirilməsinə görə. Təhsil sistemi və təhsil müəssisələrinin idarə olunmasında yüksək səviyyəli menecment fəaliyyətinə görə. Gənc nəslin təlim-tərbiyəsinə əldə edilmiş yüksək nəticələrə görə. Yüksək ixtisaslı kadrların yetişdirilməsinə və elmi-pedaqoji fəaliyyətinə görə. İxtisaslı fəhlə və orta ixtisas təhsilli kadrların hazırlanmasında nailiyyətlərə görə. Rəhbər və pedaqoji kadrların hazırlanması, tərbiyə edilməsi və təcrübələrin öyrənilməsi sahəsində yüksək nəticələrə görə. Dərsliklərin, tədris-metodiki və əyani vasitələrin hazırlanmasında yüksək nəticələrə görə. Təhsil sahəsində elmi-tədqiqat işlərinin səmərəliyinə görə. Təhsil sisteminin yeniliklərinin həyata keçirilməsi sahəsində əldə edilən yüksək nəticələrə görə.
Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi

Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutu (kor. 카이스트) və ya qısaca KAIST (ing. Korea Advanced Institute of Science and Technology) — Koreya Respublikasının Dəjeon şəhərinin Yuseonq rayonunda Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi; ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. == Tarixi == 1971-ci il fevralın 16-da Koreyada qəbul edilmiş xüsusi qanuna əsasən, elm və texnika üzrə mütəxəssislər hazırlayan Koreya Qabaqcıl Elmlər İnstitutu yaradılır. Tələbələr bu ali məktəbə xüsusi müsabiqə yolu ilə qəbul edilirlər. Buraya qəbul olunan tələbələr hərbi xidmətdən azad olunur, lakin məzunların qarşısında institutu bitirdikdən sonra 5 il Koreya Respublikasını tərk etməmək qadağası qoyulur. Bu qadağa ölkədən "beyin axını"nın qarşısını almaq məqsədi ilə edilir. 1973-cü ildən institutda ilk dəfə olaraq magistr səviyyəsi üzrə tələbələr qəbul edilir, iki il sonra avqustun 20-də isə ilk magistr diplomu verilir. Həmin il sentyabrın 12-də doktorantura pilləsinə ilk qəbul aparılır, 1978-ci il avqustun 19-da isə ilk doktorluq diplomları təqdim olunur. 1980-ci illərdə Koreya Qabaqcıl Elmlər İnstitutunun fəaliyyətində bir sıra böyük dəyişikliklər baş verir.
Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutu

Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi (film, 1955)
Azərbaycan pambıqçılığında qabaqcıl aqrotexnikanın tətbiq edilməsi qısametrajlı sənədli filmi rejissor Həbib İsmayılov tərəfindən 1955-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə pambıqçılığın inkişafında qabaqcıl aqrotexnikanın tətbiq edilməsinin səmərəsindən danışılır. == Mükafat == 1955-ci ildə rejissor Həbib İsmayılov filmə görə ÜİKTS-in Gümüş Medalına layiq görülmüşdür.
DQMV qabaqcılları Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində (film, 1940)
== Məzmun == Filmdə Azərbaycanın Dağlıq Qarabağ Vilayətinin əmək qabaqcıllarının təsərrüfat sahəsində qazandıqları nailiyyətlərdən və onların Moskvaya Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinə yola salınmalarından bəhs olunur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissorlar: L. Martirosov, Qəmər Salamzadə Ssenari müəllifi: L. Martirosov Operator: L. Martirosov Səs operatoru: Y.Qomerov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 66-67.

Digər lüğətlərdə