Babagil — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd.[1]
Babagil | |
---|---|
38°48′ şm. e. 48°31′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əhalisi 289 nəfərdir.[2]
Kəndin adı 1508-ci ilə aid edilən Babagil türbəsinin adındandır. Qədim adı Asnaqaran/Əsnəkəran (talış. "dəmirçilər") olmuşdur. Babagil türbəsi Səfəvilərin gilanlı müridlərindən birinə mənsub olmuş, sonralar zaviyəyə çevrilmişdir. Türbə sahibinin nəvəsi Babagilli Əmir Şahsevər Kəskəri Səfəvilərin tanınmış sərkərdələrindən olmuş, 1578-ci ildə talış hakimi Bayandır xanın fərmanı ilə Xorasanda baş verən iğtişaşı yatırarkən döyüş zamanı öldürülmüşdür.[3]