Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

  • qalereyalı

    qalereyalı

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • QALEREYALI

    прил. с галереей, имеющий галерею. Qalereyalı ev дом с галереей

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • QALEREYALI

    sif. Qalereyası olan.

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • qalereyalı

    sif. avec la galerie

    Tam oxu »
    Azərbaycanca-fransızca lüğət
  • QALEREYALI

    прил. галерея авай.

    Tam oxu »
    Azərbaycanca-ləzgicə lüğəti
  • qalereya

    is. galerie f, péristyle m, véranda f ; rəsm ~ sı galerie f de peinture (de tableaux)

    Tam oxu »
    Azərbaycanca-fransızca lüğət
  • qalereya

    qalereya

    Tam oxu »
    Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti
  • QALEREYA

    ...харусентдин эсерар, картинаяр, шикилар ва мс. авай дарамат, музей; şəkil qalereyası шикилрин галерея; 5. пер. яргъи жерге, цӀиргъ).

    Tam oxu »
    Azərbaycanca-ləzgicə lüğəti
  • QALEREYA

    i. (müxt. mənalarda) gallery; şəkil ~sı picture-gallery

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • QALEREYA

    ...посмещение в форме коридора, соединяющее отдельные части здания. Şüşə qalereya стеклянная галерея 2. воен. подземный ход в военных сооружениях. Mina

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • QALERÉYA

    ...hissələrini bir-biri ilə birləşdirən örtülü uzun eyvan. Şüşəbənd qalereya. 2. Qala tikililərini, yaxud şaxtanın ayrıayrı hissələrini bir-biri ilə bir

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • GALLERY

    n 1. qalereya (koridor, şüşəbənd, eyvan); 2. incəsənət qalereyası, sərgi salonu; picture ~ şəkil qalereyası, şəkil sərgisi salonu; to play to the ~ uc

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • PICTURE GALLERY

    n şəkil qalereyası

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ПИНАКОТЕКА

    ж şəkil muzeyi, şəkil qalereyası.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • PARADİ

    qalereya (teatr)

    Tam oxu »
    Türkcə-azərbaycanca lüğət
  • galerie

    f qalereya

    Tam oxu »
    Fransızca-azərbaycanca lüğət
  • LOBBİÇİLİK

    lat. lobium – qalereya

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • ГАЛЕРЕЯ

    1. qalereya; 2. məc. sıra, cərgə, silsilə.

    Tam oxu »
    Ləzgicə-azərbaycanca lüğəti
  • ГАЛЕРЕЯ

    qalereya (1. Koridor, şüşəbənd, eyvan; 2. Tetrlarda; yuxarı yarus; 3. Lağım, yeraltı yol; 4. Sıra, cərgə )

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • КАРТИННЫЙ

    прил. 1. rəsm, şəkil -i[-ı]; картинная галерея şəkil qalereyası; 2. gözəl, qəşəng; 3. şəkilli, obrazlı, ifadəli, əyani: картинный слог obrazlı üslub.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • ХОРЫ

    ...нет arxit. xor (böyük zalın yuxarı hissəsində açıq, adətən sütunlu qalereya, balkon).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • ГАЛЕРЕЯ

    ж qalereya (1. dəhliz, şüşəbənd, eyvan; 2. teatrlarda: yuxarı yarus: 3. lağım, yeraltı yol; 4. məc. sıra, cərgə.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • ЛОДЖИЯ

    ...(binaya yapışıq və yaxud onun tərkibinə daxil olan açıq, sütunlu qalereya).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • ПОРТРЕТНЫЙ

    прил. 1. portret (şəkil) -i[-ı]; портретная галерея portret (şəkil) qalereyası; 2. в знач. сущ. портретная ж portret otağı, şəkil otağı (zadəgan evlər

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • ПЕРИСТИЛЬ

    ...meydançanın, həyətin, bağçanın və s. dövrəsində düzəldilən sütunlar, qalereya).

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • РАЁК

    ...qutu); 2. tar. kukla teatrı; 3. köhn. ədəb. həcv; 4. teatrda: qalereya.

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • şəkil

    ...faire le portrait de qn ; 2) prendre qn en photo, photographier vt ; ~ qalereyası gallerie f de peintures

    Tam oxu »
    Azərbaycanca-fransızca lüğət
  • PASÁJ

    [fr.] Hər iki tərəfində dükanlar olan örtülü qalereya. Kitab pasajı. – [Oğlan] bir gün şəhərin ən məşhur pasajının anbarında olan meyxana qarşısında d

    Tam oxu »
    Azərbaycan dilinin izahlı lüğəti
  • ŞAHNİŞİN

    ...eynidir (oturmaq). Şahinişin “şahın oturmasına layiq düzəldilmiş yer (qalereya)” de­məkdir (söz şahinşin kimi də işlədilir). (Bəşir Əhmədov. Etimolog

    Tam oxu »
    Azərbaycan dilinin etimologiya lüğəti
  • RƏSSAMLIQ

    ...(s); ~ Akademiyası Academy of Arts; ~ məktəbi School of Arts; ~ qalereyası Gallery of Arts

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • ART

    ...sehrbazlıq, cadugərlik art2 adj incəsənət; ~ gallery incəsənət qalereyası

    Tam oxu »
    İngiliscə-azərbaycanca lüğət
  • ПАССАЖ

    ...pasaj (üstüörtülü bazar, hər iki tərəfindən cərgə ilə mağazaları olan qalereya). ПАССАЖ II м mus. passaj (1. musiqi əsərinin adətən virtuoz xarakterl

    Tam oxu »
    Rusca-azərbaycanca lüğət
  • PORTRET

    ...персонажа в литературном произведении II прил. портретный. Portret qalereyası портретная галерея, portret janrı портретный жанр

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ŞƏKİL

    ...picture; ~ çəkdirmək to have* one’s photo taken II. s. picture; ~ qalereyası picture-gallery

    Tam oxu »
    Azərbaycanca-ingiliscə lüğət
  • RƏSM

    ...vermək подарить свой снимок на память II прил. 1. картинный. Rəsm qalereyası картинная галерея 2. рисовальный (предназначенный для рисования). Rəsm a

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • yaşayış yeri

    ...yataqxanada otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxla

    Tam oxu »
    Terminlər lüğəti
  • MİNA

    ...Mina mərmisi минный снаряд, mina partlayışı минный взрыв, mina qalereyası минная галерея; minalardan təmizləmək разминировать 2 I сущ. эмаль: 1. непр

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • YERALTI

    ...işlərin ventilyasiyası вентиляция подземных работ, yeraltı qalereya подземная галерея 2. грунтовой. Yeraltı axın грунтовой поток, yeraltı sular грунт

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
  • ŞƏKİL

    ...глагола II прил. 1. картинный (относящийся к картине – произведению искусства). Şəkil qalereyası картинная галерея 2. портретный (относящийся к портр

    Tam oxu »
    Azərbaycanca-rusca lüğət
OBASTAN VİKİ
Berlin qalereyası
Berlin qalereyası (alman dilində:Berlinische Galerie) — Almaniyanın paytaxtı Berlin şəhərində müasir incəsənət, fotoqrafiya və arxitektura muzeyi. == Tarixi == Berlin qalereyası hazırda Berlin şəhərindəki Yəhudi muzeyindən bir qədər aralı, Kroysberq rayonunda, Alte-Yakobştrass küçəsində yerləşir. 1975-ci ildə müasir Berlin rəssamlarının və heykəltəraşlarının əsərlərindən ibarət sərgiləri təşkil etmək məqsədilə qalereya yaradılmasını qarşılarına qoyan şura təsis edildi . İlk vaxtlar qalereya və onun işçi bürosu Berlin şəhərinin Şarlottenburq rayonunda yerləşirdi. Sərgilər Berlin İncəsənət Akademiyasında və ya Yeni Milli Qalereyada təşkil olunurdu. 1978-ci ildə Qalereya Berlin dəmiryol vağzalının yaxınlığındakı Zoologiya parkının fotoqrafiya muzeyinə köçürüldü. Qalereya 1986-cı ildən Martin Qropius evində yerləşdirildı və nəhayət, 2004-cü ilin sentyabr ayından Alte-Yakobştrass küçəsindəki indiki binaya köçürüldü. == Muzeyin kolleksiyası == Berlin qalereyasının ikimərtəbəli binasında muzeyin daimi eksponatları və müvəqqəti sərgiləri yerləşdirilmişdir, burada həmçinin konfrans zalı, arxiv, kitabxana, oxu zalı, böyüklər və kiçiklər üçün incəsənət məktəbi fəaliyyət göstərir. Qalereyanın ən yaşlı əsəri 1870-ci ilə aiddir. Muzeyin "Təsviri incəsənət" bölməsində Maks Libermanın, Lovis Korintin, Otto Diksin, Georq Qrossun, Hanna Hyöxun, Georq Bazelitsin, Volf Fostelin və həmçinin Gənc vəhşilər hərəkatı (Junge Wilde) nümayəndələrinin əsərləri toplanmışdır.
Borgeze qalereyası
Borgeze qalereyası (it. Galleria Borghese) — Romanın Borgeze villasına aid bir saray tikilisi. 1903-cü ildən dünyada misli bərabəri olmayan eksponat kolleksiyasına malik bir muzeydir. Qalereya ilk olaraq kardinal Sçipion Kaffarelli-Borgeze (1576–1633) tərəfindən yaradılmış, sonralar Markantino IV Borgeze (1730–1800) tərəfindən yeniləşdirilərək hazırkı müasir formasına salınmışdır. Birinci mərtəbə heykəl, ikinci mərtəbə isə şəkil qalereyası üçün nəzərdə tutulmuşdur. 1803-cü ildə Kamillo Filippo Lüdovik Borgeze Napoleonun bacısı Paulina Bonapartla nikaha girdikdən sonra qalereyanın bir çox əsərlərini satmağa məcbur edilmişdir ki, bunlardan bir çoxu hazırda Luvr muzeyinin inciləri sayılırlar. Beləliklə, qalereya ümumilikdə 154 heykəl, 160 büst, 170 relyef, 30 sütun və çoxlu sayda güldandan məhrum olmuş olur.
Faras Qalereyası
Varşava Milli Muzeyindəki professor Kazimierz Mixalovski Faras Qalereyası, Nubianın erkən xristian sənətini təqdim edən Varşavadakı Milli Muzeydə daimi bir qalereyadır. Qalereyada professor Kazimierz Mixalovski'nin rəhbərlik etdiyi bir arxeoloji missiya tərəfindən kəşf edilmiş Faras Katedralı'nın unikal divar əsərləri və memarlıq elementlərinin kolleksiyası var. == Qalereyanın tarixi == === Farasdakı arxeoloji işlər === Faras Qalereyasında nümayiş olunan sənət əsərlərinin əksəriyyəti Nubian Kampaniyası olaraq bilinən köhnə Nil hövzəsi mədəniyyətlərinin qalıqlarını qorumaq üçün beynəlxalq səylərdə iştirak edən arxeoloqların sayəsində orada tapıldı.Nubian Kampaniyası 1961-1964–cü illər arasında reallaşdı və UNESCO tərəfindən təşəbbüs edildi. Qazıntılar zamanı arxeoloqlar Sudan-Misir sərhəddinin yanında yerləşən Faras şəhərinin ərazisi daxilində bir-birinin üstünə qoyulmuş yaxşı qorunan ibadət yerlərinin qalıqlarını aşkar etdilər. Binalar VII-XIV əsrlərdən başlayaraq xristian dini mövzularını əks etdirən divar rəsmləri ilə bəzədilib. === Divar rəsmlərinin çıxarılması === Divar rəsmlərinin katedral divarlarından çıxarmaq və bunları özəl hazırlanmış ekranlara köçürmək,çatlamanın qarşısını almaq üçün səthin sağlamlaşdırılması və möhkəmləndirilməsi lazım idi.Bunun üçün rəsmlərin üzləri Yapon toxuma kağızı təbəqələri ilə örtülmüş və qalın mum-qatran qarışığı ilə hopdurulmuşdur.Rəsmlərin yuxarı hissələri üzərindəki kətan zolaqları basaraq düzəlirdi.Sonra şəkillər əlavə olundu, gips parçaları bıçaq və mişarlar istifadə edərək divarlardan kəsildi. Çıxarılan şəkillər daha sonra taxta ekranlara köçürüldü. Həddindən artıq gips rəsmlərin arxa hissəsindən çıxarılmalı və rəsmlər gips ilə möhkəmləndirilməli idi.Əsərlər pambıq ədyala bükülmüş, Varşava və Xartumdakı muzeylərə köçürülmüşdür. Orada kompleks bir bərpa prosesi keçib və sərgiyə hazırlanırdılar. Bundan sonra qoruyucu təbəqələr, şəkillərin arxasından orijinal sıva çıxarıldı və nazik (hamısı 2–3 mm) bir təbəqə süni bir arxa plana keçirildi.
Tretyakov qalereyası
Tretyakov Qalereyası — Rusiyanın ən böyük muzeylərindən biri, Moskvada yerləşir. O, rus incəsənətinin simvoludur. Qalereya dəyərli rus kolleksiyalarına və daha sonra sovet incəsənəti və mədəniyyətinə, əlli mindən çox rəngkarlıq, qrafika, heykəltaraşlıq və tətbiqi incəsənət nümunələrinə malikdir. == Tarixi == Tretyakov Qalereyasının tarixi 1856-cı ildən başlanır. Moskvanın tanınmış taciri Pavel Tretyakov öz ilk rəngkarıq işlərini rus rəssamlarından alır və bununla ən gözəl incəsənət əsərlərinin kolleksiyası onun həyatının işinə çevrilir. Tretyakov sayəsində Qalereya rus peredvijniklərinin-XIX əsrin II yarısında rus rəssamlar məktəbinin üzvlərinin ən yaxşı kolleksiyalarının sahibinə çevrildi. İlya Rupin(onun "Dəhşətli İvan və onun oğlu" əsəri daxilolmaqla), Perov, Kramskoy, N.Ge, Savrasov, Şişkin, Vasnetsov, Vereşşaqin, Serov, Aleksandr İvanov (oz kətan üzərində məşhur əsəri "İsanın insanlardan əvvəl təzahür etməsi" ilə) və başqaları Rus incəsənətinin öncülləri idilər.XII-XⅦ əsrlərin qədim Rus ikona rəngkarlığı,Andrey Rublyovun məşhur "Üçlük" əsəri Qalereyaya daxil edildi. 1892-ci ildə Tretyakov öz qalereyasını Moskvaya bağışladı. Sonralar bu Qalereya onun şərəfinə "Tretyakov Qalereyası" adlandırıldı. Unikal muzey əldə edən dünya şöhrətli Moskva şəhəri bu vaxtdan sonra dünya maştabında mədəni missiyanı gerçəkləşdirməyə başladı.
Uffitsi qalereyası
Uffitsi qalereyası (it. Galleria degli Uffizi) — İtaliyanın Florensiya şəhərində yerləşən məşhur incəsənət qalereyası. Dünyanın ən qədim muzeylərindən biridir. 1581-ci ildə əsası qoyulmuşdur. Əsərlərin çoxu Mediçi ailəsinin kolleksiyasından ibarətdir. Muzey "U" şəkilli ikimərtəbəli binadan ibarətdir. "Uffitsi" italyan dilində "ofislər" deməkdir. Belə adlandırılmasının səbəbi həmin dövrdə buranın ofislərdən ibarət olmasıdır. == Tarixi == Sarayın inşasına Toksana hersoqu I Kosimo Mediçi (12 iyun 1519 – 21 aprel 1574) üçün 1560-cı illərdə ofis kimi tikilməyə başlanmışdır. Buna görə adı "uffitsi"dir ("ofislər").
Uffizi qalereyası
Uffitsi qalereyası (it. Galleria degli Uffizi) — İtaliyanın Florensiya şəhərində yerləşən məşhur incəsənət qalereyası. Dünyanın ən qədim muzeylərindən biridir. 1581-ci ildə əsası qoyulmuşdur. Əsərlərin çoxu Mediçi ailəsinin kolleksiyasından ibarətdir. Muzey "U" şəkilli ikimərtəbəli binadan ibarətdir. "Uffitsi" italyan dilində "ofislər" deməkdir. Belə adlandırılmasının səbəbi həmin dövrdə buranın ofislərdən ibarət olmasıdır. == Tarixi == Sarayın inşasına Toksana hersoqu I Kosimo Mediçi (12 iyun 1519 – 21 aprel 1574) üçün 1560-cı illərdə ofis kimi tikilməyə başlanmışdır. Buna görə adı "uffitsi"dir ("ofislər").
Vivien qalereyası
Vivien qalereyası — Fransanın paytaxtı Parisdə Borsa adlı ərazidə yerləşən qalereya. 176 m uzunluğu və 9 m eni vardır. 1974-cü il 7 iyul tarixindən sonra qalereya tarixi abidə kimi qeydə alınmışdır. == Tarixi == Qalereya 1823-cü ildə Vanel de Serrant oteli və Petits Peres keçidinin yerləşdiyi ərazidə Notariat Palatasının prezidenti Markus tərəfindən inşa edilmişdir. Tikilişi memar Frankoz Cek Delanninin layihəsinə əsaslandırılmışdır. 1826-cı ildə qalereya Markuz adı ilə açıldı, lakin sonradan Vivien adlandırıldı. Qalereyanın yerləşdiyi mükəmməl ərazi onun ecazkarlığını daha da artırır. Öz dərzi mağazaları, şərab dükanları, restoranları, kitab evləri ilə bu ərazi əksər turistləri özünə cəlb edir. Royal palasın, fond birjasıının və Qrandz bulvarın əhatəsində yerləşən keçid İkinci İmperiyanın sonuna kimi əhəmiyyətli uğurlara nail olmuşdur. Lakin ərazidə yerləşən prestijli mağazaların Madelin və Çempz-Elyes ətrafına köçürülməsindən və ən əsası da Georg-Engin Hausmanın səbəb olduğu inqiabdan sonra öz üstünlüyünü itirir.
Berlin şəkil qalereyası
Berlin şəkil qalereyası (alm. Berliner Gemäldegalerie‎) — Berlin Dövlət Muzeyləri və Avropanın aparıcı sənət muzeylərindən biri olan Prussiya Mədəni İrs Fondunun tərkibində məşhur sənət qalereyası, Potsdamer meydanı qərbindəki Berlin Kulturforumda yerləşən mükəmməl 18-ci əsrlərə aid rəsm kolleksiyasına sahibdir. Qalereya kolleksiyasında Albrext Dürer, Lukas Kranax, Bottiçelli, Rafael, Tisian Veçellio, Karavaco, İeronim Bosx, Peter Paul Rubens və Rembrandt kimi sənətkarların tanınmış dünya şah əsərləri var. 1830-cu ildə açıldı və 1998-ci ildə təmir edildi. 1998-ci ildən bəri, Berlin Rəsm Qalereyası Kulturforumda onun üçün xüsusi tikilmiş bir binada yerləşdirilmişdir. Dördbucaqlı binanın şimal fasadı bir qədər irəlidədir. Sıx şəkildə yığılmış lövhələr və fasadın paslanmış səthi İtalyan İntibahından və Prussiya klassikliyindən ilham almışdır. Binanın mərkəzində amerikalı konseptual sənətkar Valter De Maria tərəfindən Seriya 5–7-9 fəvvarə ilə bəzədilmiş iki sıra sütun, düz bir tonoz və 32 şüşə günbəzdən ibarət əsas foye var. Foye, təbii sərnişin işıqları ilə işıqlandırılan 72 mərtəbəli nal və iki mərtəbədəki iş otaqları ilə əhatə olunmuşdur. Onların ümumi sahəsi 7000 m²., ziyarətçilər təxminən iki kilometr boyunca muzeyin salonlarını gəzirlər, üzərində 900 rəsm əsəri qoyulmuş divarların sahəsi 1800 xətti metrdir.
Doria-Pamfili qalereyası
Doria Pamfili qalereyası (it. Galleria Doria Pamphilj) - Romada via del Korso küçəsində yerləşən Doria-Pamfili sarayının şəxsi zəngin incəsənət, heykəltəraşlıq və mebel kolleksiyasıdır. Kolleksiyanın ən güclü tərəfi XVII əsr italyan rəssamlığıdır. == Tarix == Doria Pamfili qalereyası 1651-ci ildə yaradılmışdır. İki əsr ərzində bina bir neçə kübar sahib - Roma ailələrindən çıxan aristokrat varlılar - dəyişdirmişdi. Lakin sonda saray, Genuya dənizçiləri olan Doria və patrisian ailəsi Pamfili ailələrindən olan nümayəndələrinə keçdi. Hətta hal-hazırda belə sarayda bu ailələrin yetirmələri yaşamaqdadır. Sarayın tarixi Kamillo və Olimpiya Aldobrandininin toyu ilə başlayır. Onların sayəsində biz bu gün sarayda Rafael, Tisian, Parmicanino və Bekkafuminin əsərlərini görə bilirik. XVII əsrin ortalarında Kamillo, Karavaccoya aid 4 rəsmə sahib idi.
Kanada Milli Qalereyası
Kanada Milli Qalereyası (ing. National Gallery of Canada, fr. Musée des beaux arts du Canada) Ottavada — muzeydə geniş kolleksiyalar, qrafika, heykəltəraşlıq və fotoqrafiya vardır. Kolleksiyanın əsası Kanadalı incəsənət əsərlərindən ibarətdir — Tom Tomson, Emili Karr, Aleks Kolvill və iştirakçıları "Yeddi qrupu"nun üzvləri (Group of Seven). Sərgidə bir çox məşhur Avropa rəssamlarının əsərləri də təqdim olunur. Qeyd edək ki, Endi Uorxol məşhur əsərləri arasında müasir sənət əsərlərinin toplusu diqqət çəkir. == Tarixi == Kanadanın Milli Qalereyası 1880-ci ildə Kanadanın dördüncü baş qubernatoru Con Duqlas Sazerlend Kempbell tərəfindən təsis edilmişdir. 1882-ci ildən Kanadanın Ali Məhkəməsinin binasında yerləşirdi. 1911-ci ildə qalereya Victoriya Memorial Muzeyinə (indi Kanada Təbiət Muzeyi) köçdü. 1913-cü ildə Milli Qalereyanın fəaliyyətini tənzimləyən Milli Qalereya Aktı qəbul edildi.
London Milli Qalereyası
London Milli Qalareyası dünyada ən çox ziyarət edilən sənət muzeylərindən biri. Londonda 1824-cü ildə qurulmuşdur və 2300-dən çox eksponatın olduğu kolleksiyaya ev sahibliyi edən muzeydir. Bina Trafalqar meydanında yerləşir. Muzeydə XIII və XX əsr arasındakı çəkilmiş bir çox portretlər nümayiş olunur . Kolleksiya Birləşmiş Krallığın xalqına məxsusdur və daxil olmaq pulsuzdur. Milli Qalereyanın başlanğıcı çox təvazökar idi. Bənzərləri olan Parisdəki Luvr və Madriddəki Prado Muzeyinin əksinə mövcud olan bir kraliyət və ya xüsusi kolleksiyanın üzərinə qurulmadı. 1824-cü ildə İngilis hökuməti, bankir Con Julius Anqersteindən 36 portret satın aldı. Bu rəsmlər muzeyin ilk əsərləri idi. Ser Çarlz Lok Eastlakein o dövrdə etdiyi səylər və onun etdiyi bağışladıqları portretlər muzeyin kolleksiyasının üçdə ikisini təşkil edirdi.
Milli Sənət Qalereyası
Milli Sənət Qalereyası (ing. National Gallery of Art) - ABŞ-nin Vaşinqton şəhərində yerləşən muzey, rəsm qalereyası. Milli Sənət Qalereyasının indiki direktoru Erl Poveldir. MSQ-nin binası 1938-ci ildə ABŞ Konqresi tərəfindən inşa edilmişdir. 1940-cı ildən etibarən Milli Sənət Qalereyasına dünyanın müxtəlif yerlərindən dəyərli tarixi abidələr, heykəllər və rəsm əsərləri gətirilməyə başlandı. Andrey Mellonun şəxsi kolleksiyasını muzeyə bağışlaması MSQ-nin arxivini daha da zənginləşdirmişdir. Hal-hazırda Milli Sənət Qalereyasında 2000-dən çox heykəl, rəsm əsəri, dekorativ sənət əsərləri saxlanılır.
Multimedia Qalereyası (AMEA)
Multimedia Qalereyası - AMEA İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış və AMEA-da keçirilən bütün tədbirlərdən çəkilmiş şəkil və video-fayllarının toplanması və saxlanmasını həyata keçirən qalereya. == Yaranma səbəbi == Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yarandığı dövrdən görkəmli elm xadimlərinin fəaliyyətinin əks olunmamasının səbəbi, foto və s. materialların olmaması və ya kifayət qədər az olmasıdır. 2003-cü il science.az portalının fəaliyyət göstərməsi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən müxtəlif tədbirlərdən fotoşəkillər çəkilmişdir. Çəkilən şəkillərin, videomaterialların bulud texnologiyalarında etibarlı şəkildə qorunub saxlanmasına ehtiyac duyulurdu. AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Multimedia Qalereyası bütün bu resursları toplayaraq lazım olan informasiyanı açar sözlərinin köməyi ilə asanlıqla əldə etməyə imkan yaradır. == Fəaliyyəti == Multimedia Qalereyası AR Prezidentinin elm sahəsinə qayğısını əks etdirən AMEA Rəyasət Heyətinin rəsmi görüşləri, eləcə də AMEA-nın keçirdiyi mötəbər tədbirlərdən materialları özündə əks etdirir. AMEA-nın institut və təşkilatlarında keçirilən konfrans və iclaslar, görüşlər, hesabatlar və s. Multimedia Qalereyasında strukturlaşdırılmış şəkildə toplanır. AMEA-nın institut və təşkilatlarının yeni avadanlıqlarla təchizatını əks etdirən fotomateriallar dövlətin elmə qayğısının bariz nümunəsidir.
Ontario bədii qalereyası
Ontario bədii qalereyası (ingilis dilində:Art Gallery of Ontario) - Torontoda muzey, 45 min kv. metrlik sərgi sahəsi ilə Şimali Amerikada ən iri bədii muzeylərdən biridir. Muzeydə kolleksiyalar üç bölməyə ayrılır: Kanada incəsənəti, Avropa incəsənəti və Henri Murun heykəltəraşlıq əsərləri. == Tarixi == Ontario bədii qalereyasının əsası 1900-cü ildə Toronto bədii muzeyi adı ilə yaranmışdır. 1919-cu ildə muzeyin adı dəyişdirilərək Toronto bədii qalereyası adlandırılmışdır. 1966-cı iədən muzey indiki adını almışdır. == Kolleksiyası == Muzeydə hazırda 68 mindən çox eksponat nümayiş etdirilir. Avropa incəsənəti bölməsində Rembrantın, Kiçik Piter Breyqelin, Tintorettonun, Frans Xalsın, Van Qoqun, Klod Monenin, Pol Qoqenin, Edqar Deqanın, Renuarın və Pikassonun da əsərlər də vardır.
Ontario sənət qalereyası
Ontario bədii qalereyası (ingilis dilində:Art Gallery of Ontario) - Torontoda muzey, 45 min kv. metrlik sərgi sahəsi ilə Şimali Amerikada ən iri bədii muzeylərdən biridir. Muzeydə kolleksiyalar üç bölməyə ayrılır: Kanada incəsənəti, Avropa incəsənəti və Henri Murun heykəltəraşlıq əsərləri. == Tarixi == Ontario bədii qalereyasının əsası 1900-cü ildə Toronto bədii muzeyi adı ilə yaranmışdır. 1919-cu ildə muzeyin adı dəyişdirilərək Toronto bədii qalereyası adlandırılmışdır. 1966-cı iədən muzey indiki adını almışdır. == Kolleksiyası == Muzeydə hazırda 68 mindən çox eksponat nümayiş etdirilir. Avropa incəsənəti bölməsində Rembrantın, Kiçik Piter Breyqelin, Tintorettonun, Frans Xalsın, Van Qoqun, Klod Monenin, Pol Qoqenin, Edqar Deqanın, Renuarın və Pikassonun da əsərlər də vardır.
Sərgi Qalereyası (Bakı)
Sərgi qalereyası— Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində fəaliyyət göstərən qalereya; == Tarixi == === Muzey mərkəzi === Binası 1960-cı ildə məşhur Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında V.İ.Leninin anadan olmasının 90 illiyi münasibətilə tikilib və 1961-ci ildə Moskvadakı V.İ.Lenin Muzeyinin filialı kimi istismara verilib. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan prezidentinin sərəncamına əsasən bina Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə verilmiş və Muzey Mərkəzi adını almışdır. == Ekspozisiyası == Sərgi qalereyası, Muzey Mərkəzinin dördüncü mərtəbəsində yerləşir. Beş zaldan ibarət olan (ümumi sahəsi 400 m²) Sərgi Qalereyası, ekspozisiya sahəsi 700 m², lazımi işıq və səs avadanlıqları ilə təchiz olunmuşdur. Bu məkanın unikallığı ondadır ki, gündüz eksponatlar yuxarıdan düşən təbii işıqla işıqlandırılır. == Sərgilər == Sərgi Qalereyası – rəngkarlıq, qrafika, foto, heykəltəraşlıq, dizayn, müasir və konseptual sənət, uşaq yaradıcılığı və xalq tətbiqi sənəti sərgilərinin keçirilməsi üçün nəzərdə tutulmuş məkandır. Qalereyada ən müxtəlif profilli sərgilər böyük müvəffəqiyyətlə keçmişdir: “Ayna” birinci Bakı foto-festivalı, “Bakı-Abşeron” memarlıq abidələri sərgisi, “Xalı”, Bakıda Polşa memarlarının yaradıcılığı, müasir və konseptual sənətə həsr olunmuş “Alüminium” sərgiləri, “Kişi və Qadın”, ingilis rəssamı Frensis Liçin “Süvenir” xeyriyyə sərgisi, qaçqınlara həsr olunmuş foto və bədii əsərlər sərgisi, Azərbaycan rəssamlarının əsərlərindən ibarət “İlin fəsilləri” silsilə sərgilər çərçivəsində “Payızın rəngləri”, “Bahar. Qadın. Məhəbbət”, “Yay impressiyası”, “Qış harmoniyası” sərgiləri , 2007-ci ilin son xüsusi layihəsi olan “Məhəbbət göy qurşağı” sərgisi, “5+” müasir rəngkarlıq sərgisi, “Mozalan” sərgisi, məşhur “Ralf Loren”, “Kartye” və başqa brendlərlə əməkdaşlıq edən alman fotoqrafı Klaus Vikratın sərgisi (sərgi “Beş istiqamət” adlanırdı və müəllifin ən yaxşı işlərindən ibarət idi ki, bu da 5 qrupa bölünürdü: çiçəklər, qadınlar, uşaqlar, zinət əşyaları və Kosta-Rika), N.Tusi adına İncəsənət gimnaziyasının uşaq sərgisi, məşhur bolqar rəssamı Emil Stoyçevin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun himayəsi altında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan fərdi sərgisi.
Şotlandiya Milli Qalereyası
Şotlandiya Milli Qalereyası (ing. National Gallery of Scotland) - Şotlandiyada yerləşən milli sənət qalereyasıdır. Qalereya Edinburqun mərkəzindəki Maund ərazisində yerləşir. Qalereyanın neoklassik üslublu binası Vilyam Henri Pleyferin layihəsi əsasında inşa edilmiş və açılışı 1859-cu ildə baş tutmuşdur. Qalereyada Şotlandiya incəsənəti, o cümlədən İntibah dövründən başlayaraq XX əsrin əvvəllərinə kimi dünya incəsənəti nümunələrindən ibarət Şotlandiya Milli İncəsənət Kolleksiyası sərgilənir. == Tarixi == Şotlandiya milli kolleksiyasının əsasında, 1819-cu ildə yaradılmış Şotlandiya İncəsənətin Təşviqi Kral İnstitutu dayanır. İnstitut rəsmləri toplamağa başlamış və 1828-ci ildə Maund ərazisində Kral İnstitutunun binası açılmışdır. 1826-cı ildə institutun tərkibində Kral İnstitutu yaradılmış, 1838-ci ildə isə bu institut Şotlandiya Kral Akademiyası (ŞKA) adlandırılmışdır. ŞKA-nın əsas məqsədi milli kolleksiyanın yaradılması idi. Kolleksiyanın yaradılmasına başlanıldıqdan sonra 1835-ci ildə ŞKA Kral İnstitutunun binasında yer kirayələmişdir.1840-cı illərdə ŞKA üçün yeni binanın inşası planının hazırlanmasına başlanıldı.
Kosovo Milli Qalereyası
Kosovo Milli Qalereyası (alb. Galeria Kombëtare e Arteve e Kosovës, serb. Национална галерија Косова) — Kosovo Milli Kitabxanasının arxasında Priştinanın universitet şəhərciyində yerləşən sənət qalereyası. Qalereya 1979-cu ilin fevralında yaradılmışdır. Ən məşhur Kosovalı müsəlman rəssamlardan biri Müslüm Mulikinin şərəfinə adlandırılıb. Kosovo Respublikasının ən böyük təsviri incəsənət müəssisəsidir. Qalereya yerli və beynəlxalq rəssamların müxtəlif sərgiləri üçün şəraiti təmin edir. Kitablar, kataloqlar və bukletlər nəşr edir. == Tarixi == === Binası === Kosovonun Milli Rəsm Qalereyasının binası təxminən 1935-ci ildə Yuqoslaviya ordusunun hərbi kazarmaları kimi tikilmişdir. 1955-1981-ci illərdə kitabxana orada yerləşirdi.
NT-Art Qalereyası
NT-Art Qalereyası (ukr. Галерея NT-Art) — Ukraynanın Odessa şəhərində yerləşən müasir incəsənət qalereyası. == Tarixi == NT-Art Qalereyası 20 dekabr 2007-ci ildə Ukraynanın Odessa şəhərində Anatoli Dımçuk tərəfindən açılmışdır. Qalereyanın ilk kolleksiyası Dımçuka məxsus olmuş, burada 1950-ci illərdən indiki dövrə qədər olan 3,000-dən çox rəsm, heykəltəraşlıq, fotoşəkil və instalyasiya nümunələri olmuşdur. Müxtəliflik qalereya kolleksiyasının əsas xüsusiyyəti olaraq qəbul edilmişdir. Vladimir Strelnikovun sözlərinə görə, NT-Art Odessada mövcud olmuş qeyri-konformist mənzil sərgilərinin ənənələrini davam etdirir.Qalereya müxtəlif ölkələrdən olan müasir rəssamların layihələrinə ev sahibliyi edən beynəlxalq Odessa Müasir İncəsənət Biennalesi üçün platforma rolunu oynayır. NT-Art Qalereyası vizual incəsənət, poeziya, moda və musiqini birləşdirən eksperimentlərə və layihələrə açıqdır. Qalereya sərgi layihələrinin həyata keçirilməsində, nəşriyyat fəaliyyətinin davam etdirilməsində ukraynalı rəssamlarla fəal əməkdaşlıq edir. Qalereyanın kolleksiyası dəfələrlə Ukraynanın müxtəlif şəhərlərində, o cümlədən Donetsk, Kiyev və Lvovda "Odessa məktəbi"nin sərgilərində nümayiş etdirilmişdir. == Kolleksiya == Qalereyanın kolleksiyasının əhəmiyyətli hissəsini Odessa rəssamlıq məktəbinin nümayəndəsi Yuri Yeqorovun əsərləri təşkil edir.
Astara Dövlət Rəsm Qalereyası
Astara Dövlət Rəsm Qalereyası- 1979-cu ildən fəaliyyət göstərir. Qalereya рayon Mədəniyyət evində yerləşir. Burada 7-nəfər işçi çalışır, onlardan 1 nəfəri Ali ixtisas, 1-i orta ixtisas, qalanları isə ümumi orta təhsillidir. Qalereya fond saxlayan otaqdan sərgi zalından ibarətdir. == Ekspozisiyası == Astara rayon Dövlət Rəsm Qalereyası Rəsm Qalereyasının fondunda 119 ədəd ekspanat toplanmışdır. Qalereyada olan eksponatlar janrlar üzrə aşağıdakı kimidir: 78- ədəd — nəqqaşlıq əsərləri 33-ədəd — qrafika əsərləri 8-ədəd — heykəltaraşlıq əsərləri. == Fəaliyyəti == Əlamətdar tarixi günlər, yubileylər, əlamətdar hadisələrlə əlaqədar sərgilər, baxış-müsabiqələri, foto-stendlər, montaj lövhələri, tematik rəsm sərgiləri, Gənc fotoqrafların sərgisi və s təşkil edilir. Yerli rəssamlar rayon Dövlət Rəsm Qalereyasının Fonduna 27 rəsm əsəri hədiyyə etmişlər. Fəaliyyət göstərdiyi son illərdə ərzində Astara rayon Dövlət Rəsm Qalereyası bir sıra Beynəlxalq, Ümumrespublika və rayon miqyaslı tədbirlərdə sanballı nəticələr əldə etmişdir. == Dərnəklər == Rəssamlıq Tikmə-biçmə Toxuma (toxuçuluq) == Həmçinin bax == Astara Astara rayonu Astara (Azərbaycan) Astara Tarix-Diyarşünaslıq Muzeyi == Xarici keçidlər == "Astara Dövlət Rəsm Qalereyası".
Azərbaycan Dövlət Rəsm Qalereyası
Azərbaycan Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum. == Fəaliyyəti == Azərbaycan Dövlət Rəsm Qalereyası 1972-ci ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında yaradılmışdır. Azərbaycanda və xaricdə keçirilən sərgilərin əksəriyyəti əsasən Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən təşkil olunur. Qalereyanın fondunda 14000-dən artıq rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət əsərləri və müasir incəsənət nümunələri qorunur. Sərgilərin, müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi qalereyanın elmi işçiləri tərəfindən həyata keçirilir. Regionlarda təsviri sənətə marağı artırmaq və yeni istedadları aşkar etmək məqsədilə rəssamların yaradıcılıq emalatxanaları, ustad dərsləri və gənc rəssamların səyyar sərgiləri təşkil edilir. == Qalereyanın əsas fəaliyyət istiqamətləri == Aidiyyəti sahədə vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak Təsviri və dekorativ-tətbiqi sənət sahəsinin mövcud vəziyyəti və perspektivləri haqqında analitik materiallar hazırlamaq, onların inkişafına dair tövsiyələri işləyib Nazirliyə təqdim etmək Qalereyanın elmi işçiləri tərəfindən sərgilərin. müsabiqələrin tədqiqatı, rəsm əsərlərinin elmi araşdırılmaları və rəssamlar barədə məlumatların toplanması işi həyata keçirilir. Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasının həyata keçirilməsi 27 oktyabr 2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Muzey Mərkəzində Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazasının və qalereyanın veb-saytının (www.azgallery.az) təqdimatı keçirilmişdir. Eyni zamanda 2017-ci ildə gənc dizayner Aysel Əlizadə tərəfindən Dövlət Rəsm Qalereyasının loqotipi hazırlanmış, mayın 2-də Muzey Mərkəzində loqotipin təqdimatı keçirilmişdir.
Ağcabədi Dövlət Rəsm Qalereyası
Ağcabədi Dövlət Rəsm Qalereyası — Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diqqət və qayğısı sayəsində 03.01.2005-ci il tarixdən Ağcabədi rayon Dövlət Rəsm Qalereyası yaradılıb və həmin gündən fəaliyyətə başlamışdır. == Qalereyanın fəaliyyəti == Qalereya 140 m2 kv sahəsi olan 3 otaqdan ibarətdir.Qalereyanın fondunda 160 rəsm əsər vardır. Əsərlərin 38 ədəd Respublika rəssamlarının, 31 ədəd yerli rəssamların, 50 ədəd müvəqqəti kağız üzərində, 9 ədəd taxta üzərində yandırma üsulu ilə, 4 ədəd heykəl, 1 ədəd döymə çikanka, 27 ədəd iplə toxumalar toplanıb Qalereyanın fondunda mühafizə olunur və uçot kitabına qeydiyyata alınmışdır.Qalereyada Rəsm Dərnəyi fəaliyyət göstərir.İl ərzində Qalereyaya fərdi gələnlərin sayı 450 nəfər, ekskursiyaya gələnlər 900 nəfər, Qalereyadan kənarda sərgilərin sayı 56 olmuşdur.Qalereyada 10 nəfər işçi çalışır, 1 nəfər ali, 4 nəfər orta ixtisas, 2 nəfər ümumi orta təhsilli, 1 nəfər fəhlə, 1 nəfər xadimə, 1 nəfər gözətçidir. == İstinadlar == == Xarici keçidlər == "Ağcabədi Dövlət Rəsm Qalereyası". azgallery.az. İstifadə tarixi: 16.03.2021. "Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam Dövlət Rəsm Qalereyası". www.travelagenciesfinder.com. İstifadə tarixi: 16.03.2021.
Ağdam Dövlət Rəsm Qalereyası
Ağdam Dövlət Rəsm Qalereyası — Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və yenidən bərpasını həyata keçirən qurum. == Fəaliyyəti == Qalereyanın yaradılması ilə bağlı idea 1990-cı ildə meydana gəlir və 1991-ci ilin əvvəllərində rəsmi əmr imzalanaraq strukturu təsdiq edilir. Ağdam rayon Dövlət Rəsm Qalereyasının ilk direktoru vəzifəsinə İlqar İsmayılov təyin edilir. Qalereyanın fəaliyyəti üçün inzibati bina təyin olunmağına baxmayaraq, rayonun münaqişə zonasında yerləşməsi onun fəaliyyətinə maneçilik törədirdi. Bu səbəbdən qalereya fəaliyyətini dayandıraraq 2008-ci ildən yenidən fəaliyyətə başlamışdır. Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşir. Hazırda 4-ü əsas, 4-ü texniki işçi olmaqla 8 işçi fəaliyyət göstərir. Qalereya binası 1 mərtəbədən ibarətdir — 4 otaq, 1 zal. Ümumi ərazisi isə 560 km²-dir. Binanın nəzdində bir kitabxana, bir dərsanə və əyləncə zalı yerləşir.
Ağdaş Dövlət Rəsm Qalereyası
Ağdaş Dövlət Rəsm Qalereyası — Ağdaş rayonu ərazisində fəaliyyət göstərərn Rəsm Qalereyası. == Tarixi == Ağdaş rayon Dövlət Rəssm Qalereyası 1991-ci ildə yaradılmışdır. Qalereyada rayonunun və respublikanın tanınmış rəssamlarının əl işləri nümayiş etdirilir. Qalereyanin sərgi salonunda 98 ədəd rəsm əsəri nümayiş etdirilir. == Fəaliyyəti == Qalereyada il ərzində 8–10 sərgi təşkil edilir. Sənət adamları ilə görüşlər keçirilir. Burada tanınmış rəssamların sərgiləri ilə yanaşı gənc və yeniyetmə rəssamların əsərləri nümayiş etdirilir. Qalereyada rəssamlıq dərnəy fəaliyyət göstərir. Dərnəyin 20-yə yaxın üzvü vardır. Dərnək üzvlərinin əl işləri dəfələrlə rayonda təşkil olunan kütləvi tədbirlərdə nümayiş etdirilmişdir.
Biləsuvar Dövlət Rəsm Qalereyası
Biləsuvar Dövlət Rəsm Qalereyası - == Xarici keçidlər == "Biləsuvarda Dövlət Rəsm Qalereyası əsaslı təmirdən sonra ilk sərgisini keçirdi". www.cenub.arbtv.az. İstifadə tarixi: 18.03.2021. "Biləsuvar Dövlət Rəsm Qalereyası". kataloq.cmap.az. İstifadə tarixi: 18.03.2021. "Biləsuvar Dövlət Rəsm Qalereyası". kataloq.gomap.az. İstifadə tarixi: 18.03.2021.
London Milli Qalareyası
London Milli Qalareyası dünyada ən çox ziyarət edilən sənət muzeylərindən biri. Londonda 1824-cü ildə qurulmuşdur və 2300-dən çox eksponatın olduğu kolleksiyaya ev sahibliyi edən muzeydir. Bina Trafalqar meydanında yerləşir. Muzeydə XIII və XX əsr arasındakı çəkilmiş bir çox portretlər nümayiş olunur . Kolleksiya Birləşmiş Krallığın xalqına məxsusdur və daxil olmaq pulsuzdur. Milli Qalereyanın başlanğıcı çox təvazökar idi. Bənzərləri olan Parisdəki Luvr və Madriddəki Prado Muzeyinin əksinə mövcud olan bir kraliyət və ya xüsusi kolleksiyanın üzərinə qurulmadı. 1824-cü ildə İngilis hökuməti, bankir Con Julius Anqersteindən 36 portret satın aldı. Bu rəsmlər muzeyin ilk əsərləri idi. Ser Çarlz Lok Eastlakein o dövrdə etdiyi səylər və onun etdiyi bağışladıqları portretlər muzeyin kolleksiyasının üçdə ikisini təşkil edirdi.