Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cabbar Qaryağdı
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. == Həyatı == Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi.
Cəlal Qaryağdı
Cəlal Məhərrəm oğlu Qaryağdı (2 iyun 1914, Şuşa – 1 yanvar 2001, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1960). == Həyatı == Cəlal Qaryağdı 1914-cü il iyunun 2-də Şuşa şəhərində anadan olmuşdur. Şuşanın məşhur Qaryağdılar nəslinin nümayəndəsi, böyük xanəndə Cabbar Qaryağdıoğlunun qardaşı oğludur. Erkən yaşlarında ata-anasını itirib, onu xalası ilə nənəsi böyüdüb. 1927-ci ildə Cəlal Bakıya gəlib. Burada Rəssamlıq Məktəbinə qəbul olunur. Sonra təhsilini Tbilisi Rəssamlıq Akademiyasında (1932–1935) davam etdirir, lakin maddi imkansızlıq ucbatından təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 30-cu illərdə qəzetlərdə rəssam, həm də Rəssamlıq Məktəbində müəllim olaraq çalışır. 40-cı illərdə heykəltaraşlıq əsərlərini yaratmağa başlayır. Böyük Vətən müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış etmiş, müharibədən sonra insanların bədii obrazları üzərində işləmişdir.
Qaryağdı (Qoşaçay)
Qaryağdı (fars. قارياغدي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,821 nəfər yaşayır (451 ailə).
Qaryağdı Əhmədov
Cabbar Qaryağdı oğlu
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. == Həyatı == Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi.
Cabbar Qaryağdıoğlu

Cabbar Qaryağdıoğlunun evi
Cabbar Qaryağdıoğlunun evi — Şuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış binası. Seyidli məhəlləsində yerləşir. Xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935), Azərbaycan xanəndəlik sənətinin nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun yaşadığı ev. == Tarixi == Cabbar Qaryağdıoğlunun evi Şuşa şəhərində Seyidli məhəlləsində yerləşir. Bina XVIII əsrin memarlıq abidəsidir. Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935) və Azərbaycan xanəndəlik sənətinin tanınmış nümayəndələrindən biridir. Cabbar Qaryağdıoğlunun evi şəhərin ən səfalı yeri olan "Cıdır düzü"nə yaxın yerləşirdi. Yaşayış binası Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılmışdır. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilmişdir.
Cəbbar Qaryağdıoğlu
Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır. == Həyatı == Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi.
Ördək qarmağı
Ördək qarmağı (ing. Duck Hook) — ABŞ Prezidenti Riçard Niksonun Vyetnam müharibəsi zamanı Şimali Vyetnama hədələmək üçün istifadə etdiyi əməliyyat üçün Ağ Evin istifadə etdiyi kod adı. Əməliyyat Şimali Vyetnam Paris sülh danışıqlarında Vaşinqtonun şərtlərini qəbul etmədiyi halda həyata keçiriləcəkdi. Əməliyyat Hanoy və ətrafındakı hərbi və iqtisadi hədəflərin nüvə bombası ilə darmadağın edilməsi, Hayfon limanının və digər limanların minalanmasını, Hanoy və Hayfonun xalça bombardmanına məruz edilməsi, Şimali Vyetnam əhalisinin böyük bir hissəsinin ərzaq təminatını məhv etmək üçün bəndlərin bombalanmasını, Şimali Vyetnamın şimal-şərq əlaqə xəttinə, habelə Çin sərhədindəki keçidlərə və körpülərə hava zərbələri və Vyetnam boyunca digər hədəflərə hava və qurudan hücumları əhatə edirdi. Burr, William. (2015). Nixon's Nuclear Specter The Secret Alert of 1969, Madman Diplomacy, and the Vietnam War. University Press of Kansas.
Qaryagin
Füzuli şəhəri — Azərbaycan Respublikasında şəhər, Füzuli rayonunun mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir. Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var.
Qarandi
Qarandi — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qarandi Goranboy rayonunun eyniadlı i.ə.v-də kənd. Gəncə-Qazax düzənliyindədir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 13 nəfər əhali yaşayır.
Qarmaqlı bıçaq
Qarmaqlı bıçaq — xalça istehsalında türkbaf (Simmetrik) toxunuşlu ilmələri toxumaq üçün istifadə edilən ucu əyri qarmaqlı bıçaqlara deyilir. Qarmaqlı bıçaqlar əsasən iki formada olur: ilmələrin bağlanması və ilmələrin açılması üçün bıçaq. İlmələrin bağlanması üçün nəzərdə tutulan bıçaq xalça toxuculuğunda əsas alət hesab olunur və ondan xovlu ilmələrin bağlanması üçün istifadə olunur. İlmələrin açılması üçün istifadə edilən boğazı uzun, tiyəsi küt bıçaqlar yalnız xalçaların restavrasiyasıda və səhvlərin düzəldilməsində istifadə edilir. Belə bıçaqlardan xaça toxunması zamanı istifadə edilmir.
Qarmaqlı sümük
Qarmaqlı sümük (lat. os hamatum) — əlin bilək nahiyəsinə aid sümüklərdən biri. Onun aypara sümüyə məxsus yuxarı, İV və V daraq sümüklərinə məxsus aşağı, üçvəcli sümüyə məxsus basıq içəri və başlı sümüyə məxsus hamar bayır səthi vardır.
Qaryagin qəzası
Cəbrayıl qəzası (1905-ci ildən Qaryagin) — Yelizavetpol quberniyasının bölgələrindən biridir. Hazırkı Cəbrayıl, Füzuli, qismən də Xocavənd, Beyləqan, Qubadlı və Zəngilan rayonlarını əhatə edirdi. Qaryagin qəzası 1867-ci ildə Cəbrayıl qəzası kimi yaranıb. 1905-ci ildən I Rus-İran müharibəsinin iştirakçısı polkovnik Pavel Karyaginin şərəfinə Qaryagin qəzası adlanıb. 1906-cı ildə Qəza rəisi Tsımbalov, böyük köməkçisi Mixail İvanoviç Kutateledze, məmurlar: Fyodr Yefremoviç Lavrov, Mirzə Əbdürrəzzaq bəy Teymurazbəyov, Yevgeni Yevdokimoviç Prişelov, Mixail Mixailoviç Yakovlev, İbrahim bəy Əlibəyov, Qriqori Markaroviç Avetisov, Muxtar bəy Məliknamazəliyev, Rzaqulu bəy Vəzirov, İsrail Meliksetoviç Ter-İohanesiyan, Bəylər bəy Vəzirov, Yakov Yakovleviç Pşirkov, Tiqran Sergeyeviç Gəncümov, Aruşan Balasanyants. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan az sonra, Hökumətin 1918-ci il 30 iyul tarixli qərarı ilə qəzanın əvvəlki adı olan Cəbrayıl qəzası bərpa edilmişdi. 1919-cu il 13 yanvar tarixli qərar əsasında Cavanşir, Şuşa və Zəngəzur qəzaları ilə birlikdə müvəqqəti general-qubernatorluqda birləşdirilmişdi. Cəbrayıl qəzasının mərkəzi Xələfi rayonunda 1918-ci ildə Xudafərin Körpüsü bərpa edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin və yerli idarə orqanlarının tədbirlərinə baxmayaraq, erməni-daşnak silahlı dəstələri qəzanın yerli türk-müsəlman əhalisinə qarşı soyqırımları törətməyə can atırdılar. 1918-ci il dekabırın son günlərində ermənilər qəzanın azərbaycanlı əhalisinə qarşı silahlı qətllərə başlamışdılar.
Qaryagin rayonu
Füzuli rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi. Birinci Qarabağ müharibəsi'ndə 1993-cü ildə Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilir. 1994-cü il Horadiz əməliyyatı zamanı rayonun bir hissəsi 1 şəhəri Horadiz və 21 kəndi Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı işğaldan azad edilib. 2020-ci il 17 oktyabr tarixində Füzuli şəhəri işğaldan tam azad olunmuşdur. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Ayıdağ (Azərbaycan), Xəzər dağı Məngələnata dağı yerləşir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Rayonda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.