Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qələvi
Qələvilər — suda həll olan əsaslara deyilir. Qələvilərə LiOH, NaOH, KOH, RbOH, CsOH, Ca(OH)2, Sr(OH)2, Ba(OH)2 əsasları aiddir. Digər əsaslar ya suda az həll olur, ya da həll olmur: Zn(OH)2, Fe(OH)2, Cr(OH)2 və.s. == Alınması == 1) Aktiv metalların (Li,Na, K, Rb, Cs, Ca, Sr, Ba) su (H2O) ilə qarşılıqlı təsiri zamanı əvəzetmə reaksiyası ilə alınır: 2 Li + 2 H 2 O ⟶ 2 LiOH + H 2 {\displaystyle {\ce {2Li + 2H2O -> 2LiOH + H2}}} 2) Qələvi və qələvi-torpaq metalların hidridlərinin su ilə reaksiyasından alınır: KH + H 2 O ⟶ KOH + H 2 {\displaystyle {\ce {KH + H2O -> KOH + H2}}} == Qələvilərin adlandırılması == Əvvəlcə, sabit valentli metalın adı, sonra hidroksid sözü deyilir.
Bank qarəti
Bank qarəti, xüsusən də bank işçiləri və müştərilərə qarşı güc, şiddət və ya zorakılıq tətbiq edərək və ya onları təhdid edərək bir bankdan pul oğurlamaq cinayətidir. Bu qatar, zirehli nəqliyyat vasitəsi və ya (tarixən) poçt arabası kimi bankın mülkiyyətində olan digər mülklərdən fərqli olaraq birbaşa bir bank filialının, bank xəzinəsinin və ya xəzinədarının qarətidir. ABŞ-də federal cinayətdir. Federal Təhqiqat Bürosunun vahid cinayət hesabatı proqramına əsasən, soyğunçuluq “bir insanın və ya insanların kontrolundan və ya nəzarətindən hər hansısa dəyərli bir şeyi almaq və ya almağa cəhd etmək” kimi müəyyən edilmişdir.
Nataliya Qayoviç
Nataliya Qayoviç (d. 30 sentyabr 1983) — Ukrayna əsilli Azərbaycanı təmsil edən həndbolçu. Nataliya Qayoviç, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Nataliya Qayoviç, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.
Qələvi metallar
Qələvi metallar - Elementlərin dövrü cədvəlinin ilk qrupunda (şaquli sırasında) olan metallardır. Fransium xaricində hamısı, yumşaq quruluşda və parlaq görünüşdədir. Asanlıqla əriyə bilər və uçucu hala keçə bilərlər. Nisbi atom kütlələri artdıqca, ərimə və qaynama nöqtələri da eniş göstərir. Digər metallara müqayisədə, öz kütlələri də olduqca aşağıdır. Hamısı da, reaksiyalarda aktivdir. Ən yüksək əsas enerji səviyyələrində bir tək elektron daşıyırlar. Bu elektronu çox asan itirərək +1 yüklü ionlar meydana gətirə bildikləri üçün, qüvvətli reduksiyaedicidirlər. İstilik və elektriki çox yaxşı çatdırırlar. Suyla qarşılıqlı təsirləri çox güclüdür, suyla reaksiya nəticəsində hidrogen qazı ortaya çıxarırlar.Qələvilərə aiddir: LiOH, NaOH, Ca(OH)2 == Xarici keçidlər == "Group 1: The Alkali Metals".
Xəsənqata Qabəşi
Xəsənqata Qabəşi — tatar tarixçisi, din alimi, qazı. == Həyatı == Xəsənqata Qabəşi 1863-cü il yanvarın 11-də Keçe Sılabaş kəndində molla ailəsində doğulmuşdur. Onun atası Möxəmməd və babası Kəlimulla Qobeydulla oğlu kənd təsərrüfatı işləri ilə məşğul olmaqla yanaşı, əlyazma kitablarının üzünü köçürmək və qəbir daşları üzərində ölənlər haqqında bilgi yazmaqla da məşğul olarlarmış. Xəsənqata da ilk təhsilini evdə atasından və babasından aldığından mədrəsədə ibtidai siniflərdə oxumayıb. Atası onu 1875-ci ildə Kazandakı Vəli həzrətləri mədrəsəsinə göndərib. Bu mədrəsə o dövrdə Üsul-i Qədim, yəni köhnə qaydalarla dərs verən təhsil ocağı sayılırdı. Avropanın təsiri ilə formalaşan, yeni üsulla dərs verən, yəni proqramında riyaziyat, coğrafiya, kimya və başqa fənlər tədris edilən, xarici dillər öyrədilən mədrəsələrlə Üsul-i Qədim adlandırılan mədrəsələr arasında bir qarşıdurma, açıq və gizli bir ziddiyət vardı. Ata və babası Xəsənqatanın mühafizəkar bir təhsil ocağında oxumasını istəsələr də, o, rus dilini, riyaziyyatı, coğrafiyanı, təbiət elmlərini, tarixi öyrənmişdir. Xəsənqata Qabəşi 12 il mədrəsədə oxumuş, 5 ildən çox da orada dərs demişdir. Kazan mühiti onun dünyagörüşünün formalaşmasına güclü təsir göstərmişdir.
Yəhuda Haləvi
Yəhuda Haləvi (təq. 1075, Tudela – təq. 1141, Qüds) — orta əsrlərdə İspaniyada yaşayıb-yaratmış tanınmış yəhudi alimi və mütəfəkkiri. == Həyatı == Tanınmış yəhudi ilahiyyatçı və şairi Yəhuda Haləvi 1075-ci ildə müsəlman İspaniyasının Tudela şəhərində doğulmuşdur. O, öz dövrünə görə mükəmməl təhsil almış, ərəb və yəhudi dillərini öyrənmişdir. Təhsilini İshaq Əlfazidən almışdır. Haləvinin digər məşhur yəhudi mütəfəkkiri İbn Əzra ilə yaxın münasibətləri olduğu tədqiqatçılara məlumdur. O, daha sonra İspaniyanın ən böyük mədəniyyət mərkəzi olan Qranada şəhərinə köçmüşdür. Burada uzun müddət yaşayıb-yaradan mütəfəkkir daxili müharibələr nəticəsində Əndəlüsü tərk etmiş, Toledo, Sevilya, Kordova, Lusena şəhərlərində yaşamışdır. Həyatının sonlarına yaxın Fələstini ziyarət etmək niyyətinə düşmüş, lakin İsgəndəriyyədə xəstəlikdən vəfat etmişdir.
Hidayət ayəsi
İnzar ayəsinə (آیه انذار) məşhur olan ayə Rəd surəsinin yeddinci ayəsidir. İnsan toplumlarının hər zaman bir yol göstərici və lideri olmasının dəlili və habelə bəzi sünnü və şiə mənbələri və inanclarına görə Əli bin Əbu Talib-in peyğəmbərdən sonra müsəlmanların lider və rəhbəri olmaqdan xəbər verir ki şiələr ona imam deyillər. inzar ərəbcədə xəbardarlıq vermək və uyarmaq mənasını verir. == Yazı və tərcüməsi == {{{1}}} وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ az: Kafir olanlar: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan (xəbərdarlıq edənsən). Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır! == Təfsir(açıqlama) == Sünnü baxışı: Təbəri İbn Abbasdan öz təfsirində bu ayənin altında belə nəql edir ki: "انما انت منذر و لکل قوم هاد" ayəsi nazil olanda, peyğəmbər əlini sinəsinə goyub buyurdu: Mən münzirəm (xəbərdarlıq edən) və hər qovm və tayfa üçün hadi (yol göstərən) var. O, zaman Əlinin çiyninə işarə edib buyurdu: Yalnız səninlə məndən sonra hidayət olunmuşlar hidayət olacaqlar. bu rəvayət həmçinin "Məcməül-bəyan" kimi şiə mənbələrindədə gəlmişdir.Şiə Baxışı: Əllamə Təbatəbai özünün yazdığı Əl-mizan təfsirində bu ayənin altında belə açıqlama gətirir: Bu şərif ayədən belə anlaşılır ki, yer heç bir zaman camaatı haqq yoluna yonəldəcək hidayətçisiz (yol göstərənsiz) olmaz, ya gərək bir peyğəmbər ola ya da bir başqa hadi ki, Allah əmri ilə hidayət edə.
Mübahilə ayəsi
Mübahilə ayəsi — Müsəlmanların müqəddəs kitabı Quranın 3-cü surəsi Ali-İmran surəsinin 61-ci ayəsinə verilən ad. Ayə onda işlənən «nəbtəhil» kəlməsinə əsasən "mübahilə" adı ilə məşhurdur. Ərəb sözü olan Mübahilə kəlməsinin kökü elə ərəbcə olan "bəhl" sözündəndir və mənası "lənət etmək"dir. Bu sözün lüğətdə də mənası budur. Amma sonralar mənasını dəyişib, hər cür dua etmək mənasında işlənmişdir. == Ayə == Ayənin əsli, ərəbcəsi: فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُ أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ وَنِسَاءَنَا وَنِسَاءَكُمْ وَأَنْفُسَنَا وَأَنْفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللَّهِ عَلَى الْكَاذِبِينَ Ayənin Azərbaycan dilinə olan tərcümələri: (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” Hər kəs (İsa barəsində) sənə elm gəldikdən sonra səninlə mübahisəyə qalxsa (və haqqı qəbul etməkdən imtina etsə), de: Gəlin, biz də öz övladlarımızı çağıraq, siz də öz övladlarınızı çağırın, biz də öz qadınlarımızı çağıraq, siz də öz qadınlarınızı çağırın, biz də öz nəfslərimizi (canlarımızı) çağıraq, siz də öz nəfslərinizi çağırın. Sonra Allah dərgahında mübahilə edib yalançılara Allahın lənət etməsini istəyək. Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih-əleyhissəlam haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni oğulları, Fatiməni qadın və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular.) Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.
Qardaşlıq ayəsi
Qardaşlıq ayəsi (ər:آیه اخوت) Uxuvvət ayəsi — Hucurat surəsinin onuncu ayəsidir ki onda islamın ən təməl və önəmli qaydalar və inanclarından biri yəni müsəlmanlar arasında qardaşlığa baxış salıb, önəmsəyib və ona əmr edibdir. habelə İslam peyğəmbəri və əmisi oğlu Əli bin Əbu Talib arasında qardaşlığı bəyan edir. == Yazı və tərcüməsi == {{{1}}} إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ az: Doğrusunda möminlər bir-birlərilə qardaşdılar, onda qardaşlarınızın arasında bağış sağlayın və Allahdan qorxun ümid ki Allahın rəhmətinə gələsiz. en:The believers are but brethren, therefore make peace between your brethren and be careful of (your duty to) Allah that mercy may be had on you. == Təfsiri == === Sünni mənbələrində === "İbni Ərəbi", "Əltəhrilül Tənvir" və "Təfsirül Quranül Əzim" kimi sünnü təfsirlərində bu ayəyə belə açıqlama gətiriblər ki, müsəlmanlar bir-birləri ilə birdilər və onların qəbilə, qohum, el və soyları onlara üstünlük gətirməz və üstünlüyü yalnız təqva bəlli edər, qardaşlar arasında barış yaratmağın önəmliyi və möminlərin qardaş olması bu təfsirlərdə keçibdir. === Şiə mənbələrində === "Məcməül-Bəyan" və "Təfsiri Burhan"da bu ayə belə təfsir edilib: Ayə nazil olduqdan sonra Məhəmməd müsəlmanlar arasında qardaşlıq yaratdı, Əbu Bəkr, Ömər, Osman və Əbdürrəhman aralarında və başqaları arasında hər kəsin öz yeri və məqamına baxaraq qardaş etdikdən sonra Əli bin Əbu Talib-ə dedi: Sən də mənim qardaşım və mən də sənin qardaşınam.
Təthir ayəsi
Təthir ayəsi (ərəb. تطهیر‎) — Əhzab surəsinin 33-cü ayəsinə verilmiş ad. == Etimologiya == Təthir ərəbcədə paklamaq və təmizləmək mənasını verir. == Ayənin mətni == {{{1}}} «وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا» Tərcümə: Öz evlərinizdə qalın və cahiliyyət dönəmi kimi camaat içində görünməyin, namaz qılıb zəkatı verin, Allah və Rəsulunu itaət edin. Allah fəqət istəyir siz Əhli-Beyti pislik və günahdan üzaqladıb pak etsin. == Adının məşhurluq səbəbi == Bu ayə Təthir ayəsinə məşhurdur.Bu ayə Quranın şiə və sünnü müfəssirləri arasında mücadiləli və ixtilaflı ayələrindəndir. Şiələr ayənin mətni üzrə, şəni nizul və ona görə nəql olunmuş rivayətlərə dayanaraq onu beş nəfərlik əhlibeytin isməti(Günahsızlıq) və imamətinə nədən biliblər. amma sünnülər ayənin ön və arxa sözlərinə dayanaraq şiə dediklərini qəbul etməyib peyğəmbərin zövcələrinidə Əhli-Beyt-dən sayıblar. == Əhli beyt kimlərdir? == Əhli-Beytin kimlər olduğuna görə üç baxış var: Əkrəmə-dən nəql olunur: sonrakı və öncəki ayələrə istinad edərək deyir: Əhli-beytdən mənzur yalnız peyğəmbərin zövcələridirlər.
Vilayət ayəsi
Vilayət ayəsi — müsəlmanların müqəddəs kitabı Quranın maidə surəsinin 55-ci ayəsinə verilən ad. On beş Quran təfsiri kitabı bu ayəni Əli bin Əbu Talib-in islam peyğəmbərindən sonra müsəlmanların vəlisi olmağına dəlil biliblər. == Yazı və tərcüməsi == {{{1}}} إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ az: Sizin vəliniz yalnız Allah, rəsulu və o iman gətirən kəslərdir ki, namazı bərpa edir və ruku halında zəkat verirlər.fa: {{{1}}} ولی و دوست شما تنها خدا و پیامبر اوست و کسانی که ایمان آورده‏اند همان کسانی که نماز برپا می‏دارند و زكات ميدهند در حالي كه در رکوع نمازند. == Mənaları == انما:(İnnəma) Ərəb dilində inhisar və azərbaycan dilində isə fəqət və yalnız ona məxsus mənasını yetirir. ولی:(Vəli)Ayədə mənası qəyyumluq, maddi və mənəvi liderlik və təsərrüfdür. == Şəni nizul (ayənin nazil olma səbəbi) == Az bir fərqlə istinadlarda olan mənbələrdə rəvayət eidlir ki, bir gün yoxsul bir insan peyğəmbər məscidinə gəlib ordakılardan maddi yardım istədi, heç kim ona yardım etmədi. O da əllərin göyə qaldırıb dedi: "Ey Allah özün şahidsən ki, peyğəmbərin məscidində yardım istədim amma mənə cavab verən olmadı!" Bu əsnada namazın rüküsunda olan Əli bin Əbu Talib kiçik barmağıyla ona işarə etdi, yoxsul da yaxınlaşıb Əlinin barmağından üzüyünü çıxartdı və bu ayə nazil oldu.Əbuzər Qafarıda bu rəvayəti nəql edib, ardınca deyir: O, zaman peyğəmbər namazdaydı və bu macəranı gördü. Namazı bitdikdən sonra göyə sarı başını qaldırıb dedi: Allahım! qardaşım Musa səndən ruhunun genişliyi, işlərinin asanlaşması və dilinin düyününün açılmasını istədi ki camaat dediklərini rahatlıqla anlasınlar, habelə istədi ki, qardaşı Harunu vəzir və əməkdaşı edib onunla gücü artıb yardımcısı olsun. Allahım!
Xəyrülbəriyyə ayəsi
Xəyrülbəriyyə ayəsi (ər:خَيْرُ الْبَرِيَّةِ) — Bəyyinə surəsinin yeddinci ayəsidir ki, Təfsiri Əlmizan və Məcməül Bəyan təfsirlərinə görə Əli bin Əbu Talibin ləyaqət və dəyərlərindən bəhs edir. == Yazı və tərcüməsi == {{{1}}} إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ az: Onlar ki iman gətirib, yaxşı və saleh işlər gördülər, ən yaxşı məxluqlardılar.en: (As for) those who believe and do good, surely they are the -best of men.fa:{{{1}}} همانا کسانی که ايمان آوردند و کارهای شايسته انجام دادند، بهترين مخلوقاتند. == Şəni nizul (ayənin nazil olma səbəbi) == === Sünni təfsirlərində === ==== Həskani(عبیدالله بن عبدالله حَسکانی) ==== Hakim Həskani sünni alimlərindəndir və Şəvahidül Tənzil təfsirində belə deyir: Əbi Bərzədən nəql edir:Rəsulləllah (إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ) ayəsini oxudu və sonra dedi:Ey Əli xəyrülbəriyyə sən və sənin şiələrindirlər. Həskani eyni bu deyimi imam Baqirdən nəql edibdir. Cabir bin Əbdüllah Ənsaridən(جابر بن عبد الله انصاری) nəql edir:Biz Kəbə və Rəsulullahın yanında oturmuşduq, Əli gəldi və Rəsulullah dedi: Qardaşım gəldi, və ardıca dedi: Allahın evinə and olsun ki bu kişi sizin hamınızdan öncə Allaha iman gətirib hamınızdan çox onun itaətini edib Allahla qərarında hamınızdan vəfalıdır. hamıdan çox Allah hökümlərinə qəzavət edib beytülmal bolüşdürməsində adildir habelə yoxsullara hamıdan yaxşı davranıb məqamı hamınızdan üstündür, bu zamandaidi ki Xəyrülbəriyyə ayəsi nazil oldu. === Şiə təfsirlərində === ==== Şeyxi Təbərsi(Təbresi) ==== Şeyxi Təbərsi Məcməül Bəyan təfsirində ayənin altında İbni Əsakiri Dəməşqidən(ابوالقاسم علی بن الحسن) oda Şeyx Cabir Ənsaridən nəql edir: Biz Rəsulullahın yanındaidik ki Əli bin Əbu Talib gəldi, ozaman peyğəmbər buyurdu:And olsun o, kəsə ki mənim canım onun əlindədir bu kişi(Əli) və onun şiələri qiyamət günündə səadətməndlərdəndirlər. ozamanidir ki Xəyrülbəriyyə ayəsi nazil oldu. ==== Əllamə Təbatəbai ==== Əllamə Təbatəbai əl-Mizan təfsirində ayənin altında belə deyir: Yəzi ibni Şərahil belə deyir: Mən Əli-dən eşitdim, dedi: Rəsuləllah dünyadan gedirdi o, haldaki o, cənabın başını sinəmə dayamışdım, o, halda dedi: Ey Əli məgər eşidməyibsən ki Allah təala deyir:(إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ هُمْ خَيْرُ الْبَرِيَّةِ) bu Xəyrülbəriyyə sən və sənin şiələrindirlər. ==== Məkarim Şirazi ==== Məkarim Şirazi təfsiri nümunədə Əli və ardıcılları bəhsində belə deyir: Çoxlu rivayətlərdə ki məşhur Əli sünnət və şiə mənbələrində nəql olunub XəyrülBəriyyə ayəsi Əli və onun ardıcıllarıdırlar.
İnzar ayəsi
İnzar ayəsinə (آیه انذار) məşhur olan ayə Rəd surəsinin yeddinci ayəsidir. İnsan toplumlarının hər zaman bir yol göstərici və lideri olmasının dəlili və habelə bəzi sünnü və şiə mənbələri və inanclarına görə Əli bin Əbu Talib-in peyğəmbərdən sonra müsəlmanların lider və rəhbəri olmaqdan xəbər verir ki şiələr ona imam deyillər. inzar ərəbcədə xəbardarlıq vermək və uyarmaq mənasını verir. == Yazı və tərcüməsi == {{{1}}} وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ az: Kafir olanlar: "Məgər ona Rəbbindən bir möcüzə endirilməli deyildimi?" - deyirlər. Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan (xəbərdarlıq edənsən). Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri vardır! == Təfsir(açıqlama) == Sünnü baxışı: Təbəri İbn Abbasdan öz təfsirində bu ayənin altında belə nəql edir ki: "انما انت منذر و لکل قوم هاد" ayəsi nazil olanda, peyğəmbər əlini sinəsinə goyub buyurdu: Mən münzirəm (xəbərdarlıq edən) və hər qovm və tayfa üçün hadi (yol göstərən) var. O, zaman Əlinin çiyninə işarə edib buyurdu: Yalnız səninlə məndən sonra hidayət olunmuşlar hidayət olacaqlar. bu rəvayət həmçinin "Məcməül-bəyan" kimi şiə mənbələrindədə gəlmişdir.Şiə Baxışı: Əllamə Təbatəbai özünün yazdığı Əl-mizan təfsirində bu ayənin altında belə açıqlama gətirir: Bu şərif ayədən belə anlaşılır ki, yer heç bir zaman camaatı haqq yoluna yonəldəcək hidayətçisiz (yol göstərənsiz) olmaz, ya gərək bir peyğəmbər ola ya da bir başqa hadi ki, Allah əmri ilə hidayət edə.
Ağayev
Ağayev — soyad. === A === Ağa Ağayev (2002—2020) — Vətən müharibəsi şəhidi. Ağabala Ağayev (1997—2020) — Vətən müharibəsi şəhidi. Ağadadaş Ağayev (d. 1956) — azərbaycanlı müğənni. Ağadədə Ağayev (1912—1990) — İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı. Ağali Ağayev (1995—2020) — Vətən müharibəsi şəhidi. Ağamalı Ağayev (1996—2020) — Vətən müharibəsi şəhidi. Ağamir Ağayev (1996—2020) — Vətən müharibəsi şəhidi. Ağarəfi Ağayev (1911–1978) — Kimya elmləri doktoru, professor.
Ağayeva
Ağayeva — Azərbaycan soyadı. Anaxanım Ağayeva (d. 1995) — Azərbaycanlı boksçudur. Firuzə Ağayeva (d. 1955) — Alim, filologiya elmləri doktoru. Həcər Ağayeva (d. 1986) — Azərbaycan aktrisası. Xurşid Ağayeva (1906–1953) — ilk azərbaycanlı musiqişünas qadın, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). Xədicə Ağayeva (1885–1958) — müəllim, maarifçi. İlahə Ağayeva (d.
Gəyəli
Aşağı Gəyəli
Qaleri
Qay Qaleri Valeri Maksimian (lat. Gaius Galerius Valerius Maximianus), Roma tarixşünaslığında daha çox Qaleri kimi tanınır (250, Roma Dakiyası – 5 may 311) — 293–311-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. O, xristianları təqib etməsi ilə tanınır. == Həyatı == Əslən İlliriyadan olan Qaleri 1 mart 293-cü ildə Diokletian tərəfindən sezar təyin edilmişdir. Diokletianın qızı Valeriya Qaleri ilə evlənmiş və Diokletian da öz növbəsində Qalerini övladlığa götürmüşdür. Qaleri həyat fəaliyyətinə savadsız çoban kimi başlamışdır, zorakı xarakterli və siyasi baxımdan əhəmiyyətsiz bir insan idi. O, sonradan bacarıqlı bir əsgər və Diokletianın sadiq köməkçisi olmuşdur. İmperiya Diokletian və Maksiminian arasında bölünəndə Qaleri Dunayboyu ölkələrə yiyələnmişdir. Onun rəsmi iqamətgahı Sirmiyada idi, lakin o, xüsusilə şərqdə, imperiyanın Diokletian payına düşən hissəsində fəal idi. Qaleri 293–295-ci illərdə Aşağı Dunayda german tayfalarına qarşı yürüşlər aparmış və onları dəfələrlə məğlub etmişdir.
Qayalı
KəndlərQayalı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qayalı (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qayalı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qayalı (Dərələyəz) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonun ərazisində kənd.BələdiyyələrQayalı bələdiyyəsi —DigərQayalı (Kəkildağ) düşərgəsi Qayalı dağlar — Şimali Amerika Kordilyer dağlarının şimalında dağ sistemi.
Bayuvi-Dupki — Cincirsa
Bayuvi-Dupki — Cincirsa qoruğu (bolq. Баюви дупки–Джинджирица) — Bolqarıstanın cənub-qərbindəki Pirin Milli Parkında yuerləşən təbiət qoruğu. Blaqoevgrad vilayətinin Razloq icmasında yerləşir. Bayuvi-Dupki — Cincirsa ölkənin ən qədim qoruqlarından biridir. Rumeliya və Bosniya şamından ibarət meşələri qorumaq üçün 1934-cü ildə qurulmuşdur (hər iki şam ağacı da Balkan endemikdir). Onun ərazisi 1976 və 1980-ci illərdə genişləndirilmiş və 2873 ha (28.73 km²) əraziyə çatdırılmışdır. 1977-ci ildə qorunan təbiət ərazisi YUNESKO-nun Biosfer Qoruğu elan edilmişdir. == Coğrafiya == Qoruq 1200 ilə 2907 m arası yüksəklikdə yerləşir. Geoloji cəhətdən Proterozoy mərmərləri üstünlük təşkil edir. Çoxsaylı mağaraları olan bir karst relyefi meydana gəlir.
Qələvi-torpaq metal
Qələvi torpaq metalları — Elementlərin dövrü cədvəlinin başdan ikinci sırasında (şaquli sırasında) olan elementlərdir. Sıxlıqla ağ rəngli olub, yumşaq və emal edilə bilər quruluşdadır. Həmçinin ərimə və qaynama istilikləri də daha aşağıdır. Ionlaşma enerjiləri də qələvi metallardan daha yüksəkdir. Torpaq elementləri adı, bu qrupdakı elementlərin torpaqda olan oksidlərinin, keçmiş kimyagerlər tərəfindən ayrı bir element olaraq düşünülməsindən gəlir. == Ümumi məlumat == Qələvi-torpaq metallar dövri cədvəlin 2-ci qrup elementləridir: Berillium (Be), Maqnezium (Mg) Kalsium (Ca), Stronsium (Sr) Barium (Ba) və Radium (Ra). Qələvi torpaq metalları dövri cədvəldə qrup üzrə hərəkət etdikcə kimyəvi xassələrdə baş verən dəyişiklikləri izzah etmək üçün gözəl qrupdur. Qələvi torpaq metallar gümüşü rəngli, yumşaq (bıçaqla kəsilə bilən), zəif elektromənfilikli elementlərdir (hallogenlərlə reaksiyada elektronlarını asanlıqla itirirlər). Lakin onlar su ilə qələvi metallara nisbətən zəif reaksiyaya girirlər. Məsələn əgər Natrium və Kalium su ilə reaksiyaya otaq şəraitində gedirsə, Kalsium yalnız qızdırılma şəraitində su ilə reaksiyaya girir.
Qələvi torpaq metalları
Qələvi torpaq metalları — Elementlərin dövrü cədvəlinin başdan ikinci sırasında (şaquli sırasında) olan elementlərdir. Sıxlıqla ağ rəngli olub, yumşaq və emal edilə bilər quruluşdadır. Həmçinin ərimə və qaynama istilikləri də daha aşağıdır. Ionlaşma enerjiləri də qələvi metallardan daha yüksəkdir. Torpaq elementləri adı, bu qrupdakı elementlərin torpaqda olan oksidlərinin, keçmiş kimyagerlər tərəfindən ayrı bir element olaraq düşünülməsindən gəlir. == Ümumi məlumat == Qələvi-torpaq metallar dövri cədvəlin 2-ci qrup elementləridir: Berillium (Be), Maqnezium (Mg) Kalsium (Ca), Stronsium (Sr) Barium (Ba) və Radium (Ra). Qələvi torpaq metalları dövri cədvəldə qrup üzrə hərəkət etdikcə kimyəvi xassələrdə baş verən dəyişiklikləri izzah etmək üçün gözəl qrupdur. Qələvi torpaq metallar gümüşü rəngli, yumşaq (bıçaqla kəsilə bilən), zəif elektromənfilikli elementlərdir (hallogenlərlə reaksiyada elektronlarını asanlıqla itirirlər). Lakin onlar su ilə qələvi metallara nisbətən zəif reaksiyaya girirlər. Məsələn əgər Natrium və Kalium su ilə reaksiyaya otaq şəraitində gedirsə, Kalsium yalnız qızdırılma şəraitində su ilə reaksiyaya girir.
Xoca Əhməd Yasəvi
Əhməd Yəsəvi (təq. 1100, Sayram – 1166, Türkistan) — XII əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından. == Həyatı == Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir. Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir. Əhməd bin İbrahim bin İlyas Yəsəvi - Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür. Kiçik yaşlarında anasını itirən Əhməd ilk dərslərini Sayramın ən məşhur vəlilərindən olan atası Şeyx İbrahimdən almışdır. Amma o 7 yaşında ikən atası da vəfat etmişdir. Atası öləndən sonra əvvələcə Yəsidə Arslan Babadan dərs alan Əhməd, qısa zaman içində təhsildə böyük uğurlar qazanmışdır. Arslan Baba dünyasını dəyişəndən sonra o, Buxaraya yollanmış və burada böyük övliya Yusif Həmədaninin şagirdi olmuşdur.
Əhməd Yasəvi türbəsi
Əhməd Yasəvi türbəsi (qaz. Қожа Ахмет Яссауи кесенесі, Qоjа Ахmet Yassaviy kesenesі) — Qazaxıstanın cənubunda, Türküstan şəhərində yerləşir. Böyük Teymur İmperiyası dövründə 1389-cu ildə Əmir Teymur tərəfindən tikdirilmişdir. == Mövqeyi == Əhməd Yasəvi türbəsi Qazaxıstanın cənub hissəsində hazırda Türküstan (keçmiş adı Həzrəti Türküstan) şəhərinin şimal-şərq kəsimində karvan yolu üzərində, keçmişdə Həzrət və daha sonra Yesi kimi tanınan qədim yaşayış yerində tikilibdir. Türbə tarixi bir qala yaxınlığıda, arxeloji qazıtılar aparılan bir bölgədə yerləşir. == Tarixi == Türk və İslam dünyasının ortaq xəzinəsi və mədəni dəyəri olan bu külliyənin yenilənməsi, Qazaxıstan respublikası ilə aparılan razılaşma nəticəsində Türkiyə Cümhuriyyəti öz üzərinə götürmüş və 1993-cü ildə başlamış və Öner Kabasakalın sədrliyi dövründə TİKA üslubu ilə yenidən təmir edilmişdir. 2002-ci ildə UNESCO tərəfindən dünya tarix əsəri olaraq qeydə alınmışdır. == Əhməd Yasəvi == Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir. Əhməd bin İbrahim bin İlyas Yəsəvi — Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir.
Əhməd əl-Yasəvi
Əhməd Yəsəvi (təq. 1100, Sayram – 1166, Türkistan) — XII əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından. == Həyatı == Əhməd Yəsəvi Qərbi Türküstanın Çimkənd şəhəri yaxınlığındakı Sayram qəsəbəsində dünyaya gəlmişdir. Orta Asiya Türkləri arasında İslamı yayan, Anadolunun türkləşməsində və müsəlmanlaşmasında böyük rolu olan Əhməd Yəsəvinin doğum tarixi dəqiq bilinmir. Əhməd bin İbrahim bin İlyas Yəsəvi - Pir Sultan, Xoca Əhməd, Kul Xacə Əhməd kimi də tanınmışdır. O, ilk təlim və tərbiyəsini Yəsi şəhərində almış və bu şəhərin adını özünə təxəllüs götürmüşdür. Kiçik yaşlarında anasını itirən Əhməd ilk dərslərini Sayramın ən məşhur vəlilərindən olan atası Şeyx İbrahimdən almışdır. Amma o 7 yaşında ikən atası da vəfat etmişdir. Atası öləndən sonra əvvələcə Yəsidə Arslan Babadan dərs alan Əhməd, qısa zaman içində təhsildə böyük uğurlar qazanmışdır. Arslan Baba dünyasını dəyişəndən sonra o, Buxaraya yollanmış və burada böyük övliya Yusif Həmədaninin şagirdi olmuşdur.
Qaysı
Adi ərik (lat. Prunus armeniaca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Ümumi == Adi ərik mart-aprel aylarında çiçəkləyir. Çiçəkləri ağ və ya açıq çəhrayıdır, yarpaqlarından çox əvvəl açılırlar. Çiçək saplaqları qısadır. Meyvələri iyun-avqust aylarında yetişir. Meyvələri birçəyirdəkli olub, rəngi ağ, sarı və qırmızı-narıncı olur. Meyvəsinin ağırlığı 3-18 q, forması isə müxtəlifdir. Ətliyi şirəli, şirin və ya turşa-şirindir. Adi ərik təzə halda istehlak edilir.
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Qayğı
Qayğı (film, 1943)
Qazi Burhanəddin Anəvi
Qazi Burhanəddin Əbu Nəsr ibn Məs’ud Anəvi — Azərbaycan da doğulmuş məşhur sufi, övliya == Həyatı == Qazi Burhanəddin Əbu Nəsr 1143-cü ildə Azərbaycanın şimal-qərbindəki Ani şəhərində dünyaya gəlmişdi. Həmin dövrdə Ani Şəddadi əmirliyinin hakimiyyəti altında idi. Burhanəddin Anəvinin babaları Böyük Səlcuqlu sultanı Alp Arslanın Anini fəthindən (1064) sonra gəlib bu şəhərdə məskunlaşmışdılar. Onun atası Məs’ud, Şəddadi əmirliyinin ordusunda xidmət edən zabit idi. İlk təhsilini Anidə alan Burhanəddin Əbu Nəsr şafi’i fiqhi ilə yanaşı fars dili və ədəbiyyatı, tibb, astronomiya kimi dəqiq elmlər sahəsində də mütəxəssis idi. Xaçpəsətlərin də yaşdığı Anidə xristian teologiyası və İncili öyrənən Burhanəddin Əbu Nəsr gənc yaşlarından etibarən şe’r yazmağa başlamışdı. 1161-ci ildə Anini işğalı vaxtı gürcülərə əsir düşən Burhanəddin Anəvi 6 illik əsarətdən sonra vətənə qayıda bilmişdi Əsirlikdən qayıdandan sonra Anidən Təbrizə gedən gənc Burhanəddin burada vaiz Mahmud Təbrizinin tələbəsi olmuş, ondan fiqh elminin incəliklərini öyrənmişdi. Ondakı şairlik istedadını görən vaiz Mahmud bu qabiliyyətini müsbət istiqamətdə inkişaf etdirməsini tövsiyə etmişdi. Burhanəddin Anəvi ustadının təşviqi ilə peyğəmbərlərin həyatını nəzm etmişdi. Təbrizdə təhsilini tamamlayan Burhanəddin Anəvi Əxlatşahlar hökmdarı əmir Seyfəddin Bəgtemürün (1183-1193) ölkəsinə gedərək burada yaşamış, əmirin yaxın adamlarından biri olmuşdu.
Qavi (futbolçu)
Pablo Martin Paez Qavira (İspanca tələffüz: [ˈpa.βlo maɾˈtim ˈpa.eθ ɣaˈβiɾa]; 5 avqust 2004) — Qısaca olaraq Qavi (İspanca tələffüz: [ˈɡaβi]) kimi də tanınan, La Liqa təmsilçilərindən olan "Barselona" klubunda və İspaniya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar İspaniya futbolçusu.
Əl-Qavi
Əl-Qavi, Əl-Qaviy (ər. القويّ) — Allahın adlarından biri.
Akif Ağayev
Akiv Ağayev - fotoqraf, fotojurnalist. == Həyatı == Akif Ağayev 3 May 1946-cı il, Bakı şəhərində anadan olmuşdur. 1963-cü ildə, orta məktəbi bitirdikdən sonra o M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutun filologiya fakultəsinə daxil olmuşdur. Axırıncı kursda oxuyarkən "Bakı" qəzetində ştatdankənar fotomüxbir kimi çalışmışdır. İnstitutu bitirdikdən dərhal sonra, 1968-ci ildə o "Bakı" qəzetinin "Mədəniyyət və İncəsənət" şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. Bu qəzetin ən populyar rubrikalarından biri olan "Axtarışlar və tapıntılar" silsiləsinin yaradılması ideyası məhz ona məxsus idi. Həmin illərdə o Bakı şəhərinin, Azərbaycanın tarixi, memarlıq abidələri haqqında, tanınmış mədəniyyət xadimləri, təzə-təzə yazmağa başlayan, hal-hazırda isə bütün dünyada tanılan istedadlı yazıçılar, müğənnilər haqqında məqalələr yazardı və bu məqalələri öz cəkdiyi fotoqrafiyalarla müşaiət edərdi. Elə məhz bu silsilə məqalələrinə görə Azərbaycan Jurnalistlər Birliyi Akif Ağayevi "Qızıl qələm" mükafatı ilə təltif etdi. 1976-cı ildə o APN-nin (Aqenstvo Peçati Novosti) Azərbaycan bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 1984-cü ildən Akif Ağayev Qafqaz Müsəlmanları İdarəsinin informasiya şöbəsinə rəhbərlik etmişdir.
Alisma geyeri
Alisma gramineum (lat. Alisma gramineum) — baqəvərkimilər fəsiləsinin baqəvər cinsinə aid bitki növü. == Arealı == Alisma gramineum növü Şimal yarımkürəsi üçün endemik növdür. == Sinonim == Alisma arcuatum Michalet Alisma arcuatum var. angustissimum (DC.) Lunell Alisma arcuatum var. graminifolium (Wahlenb.) Casp. Alisma arcuatum var. lanceolatum (Buchenau) Lunell Alisma arcuatum var. pumilum Prahl Alisma geyeri Torr. Alisma geyeri var.
Aqşin Ağayev
Aqşin Şirvan oğlu Ağayev (1 iyun 1993, Ulacalı, Sabirabad rayonu – 27 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqşin Ağayev 1 iyun 1993-cü ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. 1999—2010-cu illərdə Ulacalı kənd tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. Zümrüd adlı qızı yadigar qaldı. == Hərbi xidməti == Aqşin Ağayev 2011-ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Gəncədə yerləşən Piyada Qoşunlarının "N" saylı hərbi hissəsində xidmət etmişdir. Qüsursuz xidmətiylə komandanlığın diqqətini çəkdiyinə görə ona "kiçik çavuş" rütbəsi verilmiş, həmçinin, o, "manqa komandiri" vəzifəsinə təyin olunmuşdur. 2013-cü ilin yanvarında hərbi xidmət müddətini başa vurmuşdur. 2020-ci ilin Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olunan Aqşin Ağayev sentyabr ayında "əsgər" rütbəsi ilə çağırılmışdır.
Ağa Ağayev
Ağa Əli oğlu Ağayev (4 aprel 2001, Yeni Həyat, Qusar rayonu – 25 oktyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağa Ağayev 2001-ci il aprelin 4-də Qusar rayonunun Yeni Həyat kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağa Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağa Ağayev oktyabrın 25-də şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağa Ağayev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağabala Ağayev
Ağabala İlqar oğlu Ağayev (3 mart 1997, Çölquşçu, Dəvəçi rayonu – 13 oktyabr 2020, Füzuli rayonu və ya Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, müddətdən artıq xidmət edən hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağabala Ağayev 3 mart 1997-ci il tarixində Azərbaycanın Şabran rayonunun (o vaxtlar Dəvəçi adlandırılırdı) Çölquşçu kəndində anadan olmuşdur. O, həmin kənddə orta təhsilini almışdır. == Hərbi xidməti == Ağabala Ağayev 2015-ci ildə hərbi xidmətə yollanmışdır. Kiçik çavuş olan Ağayev MAXE hərbi qulluqçusu vəzifəsində çalışmışdır. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Ağabala Ağayev Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, oktyabrın 13-də, 23 yaşında Füzuli-Cəbrayıl istiqamətində həlak olmuşdur. Ağabala Ağayev oktyabrın 14-də Çölquşçu kəndində dəfn edilmişdir.
Ağadadaş Ağayev
Ağayev Ağadadaş Həmid oğlu (25 avqust 1956, Hasıllı, Astraxanbazar rayonu) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Ağadadaş Ağayev 1956-cı ildə Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977–1983). 1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olub. 1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib. 1984-cü ildən Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Azərbaycan Televiziyasının solistidir. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib.
Ağadədə Ağayev
Ağali Ağayev
Ağali Tağı oğlu Ağayev (29 aprel 1995, Siyəzən rayonu – 26 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağali Ağayev 1995-ci il aprelin 29-da Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olub. 2001–2012-ci illərdə Siyəzən şəhərində N. Əsədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Ağali Ağayev 2013–2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun kiçik giziri olan Ağali Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ağali Ağayev oktyabrın 26-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Siyəzən rayonunun Balaca Həmyə kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ağali Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağamalı Ağayev
Ağamalı Şamil oğlu Ağayev (23 sentyabr 1996, Masallı rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamalı Ağayev 1996-cı il sentyabrın 23-də Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 2001-2012-ci illərdə Çaxırlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Ağamalı Ağayev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ağamalı Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ağamalı Ağayev oktyabrın 19-da Füzulinin azad edilməsi zamanı yaralı hərbi qulluqçunu döyüş meydanından çıxaran zaman erməni tərəfinin snayper gülləsi nəticəsində şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ağamalı Ağayev ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağamir Ağayev
Ağamir Qüdrət oğlu Ağayev (14 iyul 1996, Biləsuvar rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağamir Ağayev 14 iyul 1996-cı ildə Biləsuvar rayonunda yerləşən 2 saylı çadır şəhərciyində anadan olmuşdur. Əslən Füzuli rayonunun Şükürbəyli kəndindən idi. 2001-ci ildə həmin kəndə köçmüş, 2003–2014-cü illərdə kəndin tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Ağamir Ağayev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2016–2017-ci illərdə müddətdən artıq hərbi xidmət edən Ağamir Ağayev 2017-ci ildə ordudan tərxis olmuşdur. Sonra mülki fəaliyyətini davam etdirmişdir.Azərbaycan Ordusunun əsgəri olan Ağamir Ağayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ağamir Ağayev 8 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ağarəfi Ağayev
Ağarəfi Hilal oğlu Ağayev (1911, Maştağa, Bakı qəzası – 1978) — kimya elmləri doktoru, professor. == Həyatı == Ağarəfi Ağayev 1911-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində bəy ailəsində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət fakültəsinə daxil olmuş, 1931-ci ildə həmin fakültəni bitirmişdir. 1934-cü ilə qədər orta məktəb direktoru işləmişdir. 1934-cü ildə Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasına daxil olmuş, 1938-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1938-ci ildən onun sonrakı fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. O, 1970-ci ilə qədər BDU-nun Qeyri-üzvi kimya kafedrasının dosenti, 1952–1957-ci illərdə həmin kafedranın müdiri vəzifələrində çalışmışdır. 1947–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1954–1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunda da dərs demişdir. 1972-ci ildə "qeyri-üzvi kimya" ixtisası üzrə professor adını almışdır. 1971–1978-ci illərdə BDU-nun Kimya-texnologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Ağayev Həmdəm
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Aşağı Gəyəli
Aşağı Gəyəli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənd.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Kənd dağətəyi ərazidədir. Oykonim yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlı yaranmışdır. Kəndi Yuxarı Göyəli kəndindən köçüb gələn ailələr salmışlar. Toponim XIX əsrdə Zəngəzur qəzasında yaşamış maldar göyəli tayfasının adını əks etdirir. Etnotoponimdir.
Babalı Ağayev
Babəli Ağayev (1 fevral 1932, Biləsuvar rayonu – 10 avqust 2019) — Lerik Rayon Partiya Komitəsinin birinci katibi. == Həyatı == 1932-ci ildə Biləsuvar rayonunda kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür, ali təhsili var – V. İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunu və Sovet İttifaqı Kommunist Partiyası MK yanında Ali Partiya Məktəbini bitirmişdir 1955–1965-ci illərdə Puşkin rayonunun məktəblərində pedaqoji işdə çalışmışdır. 1965–1968-ci illərdə Puşkin Rayon Partiya Komitəsinin katibi, partiya məktəbinin müdavimi olmuşdur. 1968–1970-ci illərdə Kürdəmir Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində işləmişdir. 1970-ci ildən Azərbaycan KP Lerik RK-nın birinci katibidir. Azərbaycan SSR Ali Sovetinin ticarət bə əhaliyə məişət xidməti komissiyasının üzvüdür. Azərbaycan KP təftiş komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Lerik seçki dairəsi). 4 övladı var. 87 yaşında vəfat etmişdir.
Balağa Ağayev
Ağayev Balağa Məmməd Hənifə oğlu (17 oktyabr 1899, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Balağa Ağayev 1919-cu ildə Bakıdakı kommersiya məktəbini bitirmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən tibb sahəsində təhsil almaq üçün Fransanın Paris Universitetinə göndərilmişdir. Sonrakı taleyi barədə məlumat hələlik aşkar olunmamışdır.
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi
Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi (?-?) — Həkkak. Naxçıvan həkkaklıq məktəbinin nümayəndəsidir. Ordubad şəhərində Yəhya bəy (Təkeşiyi-şiə təkyəsi) məscidinin kitabəsini yazmışdır. Həkkak öz adını da elə həmin kitabədə qeyd etmişdir. Gözəl nəstəliq xətti ilə həkk edilən bu kitabənin tarixinə (hicri 1241 il = 1825-1826 il) əsasən demək olar ki, həkkak Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi XVIII əsrin son rübü, XIX əsrin birinci yarısında yaşamışdır.