Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quşçular
Quşçular — Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adı və ya adlarının tərkib hissəsi: Quşçular — Cəbrayıl rayonunda kənd. Quşçular — Goranboy rayonunda kənd. Quşçular — Xocavənd rayonunda kənd. Quşçular — Laçın rayonunda kənd. Aşağı Quşçular — Xocalı rayonunda kənd. Yuxarı Quşçular — Xocalı rayonunda kənd.
Aşağı Quşçular
Aşağı Quşçular — Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Malıbəyli kənd Sovetindən Aşağı Quşçular kəndi Quşçular kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib. == Toponimikası == "Aşağıda yerləşən Quşçular kəndi" deməkdir. Etnotoponimdir. == Tarixi == Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar. Bundan sonra ermənilər Şuşa şəhərinin işğal edilməsi məqsədilə onu mühasirəyə almağa başladılar.
Qusçular hərəkatı
Husçular hərəkatı (həmçinin Husçu müharibələri və Bohemiya müharibələri kimi də adlanır) — Yan Qus tərəfdarlarının 1419–1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirdiyi reformasiya xarakterli hərakat. Bu müharibələr Avropada odlu silahların həlledici rol oynadığı ilk müharibə idi. Husçu döyüşçülərinin çoxu piyadalar idi, onların daha çoxsaylı zirehli cəngavər orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr müharibələr tarixində inqilab yaratdı. Lakin sonda, bu hərəkat qəti nəticəsi olmayan hərəkat idi. XIV əsrin ortalarında Çexiya kralı IV Karl (1342–1378) Müqəddəs Roma imperiyasında imperator seçildi. Çexiya bu imperiyanın tərkibində ən güclü dövlətə çevrildi. Çexiya kralı imperator seçmək hüququ almış knyazlar içərisində birinci yeri tutdu. IV Karl müharibələrə etməkdən çəkinirdi. Lakin o torpaq satın almaq, övladlarına dövlət üçün sərfəli olan nikahlar bağlatmaq yolu ilə Çexiya krallığının ərazisini genişləndirə bildi. IV Karl iri feodalların da hüquqlarını məhdudlaşdırmağa da cəhd göstərsə də, bu sahədə böyük uğur qazana bilmədi.
Quşçular (Cəbrayıl)
Quşçular — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Quşçular kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 23 avqust 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 28 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Quşçular (Goranboy)
Quşçular — Azərbaycan Respublikasının Goranboy rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Quşçular kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçular kənd inzibati-ərazi vahidi yaradılmışdır. Kəndin adı quşçu (etn.) sözü və -lar (cəmlik, lakin toponimlərdə yer, məkan bildirir) şəkilçisindən düzəlib. Yaşayış məntəqəsi quşçu tayfasının adı ilə bağlıdır. Quşçular kəndinin adı qədim mifoloji inamlara söykənir. Belə ki, qədim dövrlərdə Azərbaycan türkləri arasında quş onqonu geniş yayılmışdır. Odur ki, nağıl və dastanlarımızda quşlara xüsusi yer verilmişdir. Hətta oğuz qəbilələri quşu özləri üçün simvol seçmişlər. Xalq arasında, eləcə də nağıl və dastanlarımızda geniş şəkildə özünə yer almış "Dövlət quşu" haqqında rəvayətlər imkan verir deyək ki, quş var-dövlət, başda ağıl simvolu sayılmış, Dövlət quşu kimin başına qonarsa onu padşah seçərmişlər. Azərbaycan xalqının əski mifologiyasında Simurq, Səməndər, Humay, Şahin və s.
Quşçular (Xocavənd)
Quşçular — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun faktiki mövcud olan Quşçular kəndi dəqiqləşdirmə qaydasında rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş və Günəşli kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Quşçular kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Quşçular (dəqiqləşdirmə)
Quşçular — Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adı və ya adlarının tərkib hissəsi: Quşçular — Cəbrayıl rayonunda kənd. Quşçular — Goranboy rayonunda kənd. Quşçular — Xocavənd rayonunda kənd. Quşçular — Laçın rayonunda kənd. Aşağı Quşçular — Xocalı rayonunda kənd. Yuxarı Quşçular — Xocalı rayonunda kənd.
Quşçular bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Quşçular
Yuxarı Quşçular — Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Yuxarı Quşçular kəndi Malıbəyli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçular kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Xocalı rayonunun tərkibinə daxil edilib. Yuxarı Quşçular kəndinin tarixi XVIII əsrdə buraya yerləşən əhali ilə başlayır. Bu əhali Tovuz ərazisindən köç etmişdir. Əhalinin mənşəyi Orta Asiyadan köç etmiş Kuşun tayfasındandır. Qarabağ müharibəsinin başlanğıcında Ermənistan qüvvələri Qarabağın ermənilər yaşayan hissələrini tamamilə ələ keçirdikdən sonra, azərbaycanlılar yaşayan məntəqələrə hücum etməyə başladılar. 1992-ci ilin yanvar ayında ermənilər Xankəndi şəhərindəki Azərbaycan XTPD qüvvələrini sıxışdıraraq çıxardılar.
Quşçular (Laçın)
Quşçular — Azərbaycan Respublikasının Laçın rayonununda keçmişdə mövcud olmuş kənd. Azərbaycan SSR-nın 1963-cü il üçün inzibati-ərazi bölgüsündə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetinin tərkibində Quşçular kəndi göstərilir. Amma qeyd olunan Quşçular kəndi 1968-ci il üçün tərtib olunmuş Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsündə Laçın rayonun tərkibində artıq göstərilmir. Bu faktı nəzərə alaraq, sözügedən Quşçular kəndinin 1963-1968 illər ərzində ləğv olunmasını ehtimal etmək olar. Azərbaycan Respublikasının 2020-ci il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsü təsnifatında Laçın rayonunun tərkibində Quşçular kəndi mövcud deyil.
Quşçuçay (Aşağı Tarım)
Quşçuçay və ya İmam arxı — İran Azərbaycanın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin Quşçu kəndinin yanından axan çay.
Malıbəyli və Quşçular qətliamı
Malıbəyli və Quşçular qətliamı - Qarabağ müharibəsi zamanı 10 fevral - 12 fevral 1992-ci il tarixləri arasında Erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlının qətlə yetirilməsidir. == Hadisələrin gedişatı və qətliam == Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri (adminstrativ olaraq Aşağı Quşçular və Yuxarı Quşçular olaraq ayrılır) rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxmini sayı 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi. Fevralın 5-də kəndlərin üstündə uçan bir vertolyot kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər payladı. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış vertolyotla mümkün idi. Şuşaya uçan axırıncı vertolyot yanvarın 28-də ermənilər tərəfindən vuruldu. Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edildi.
Quşçular və Malıbəyli qətliamı
Malıbəyli və Quşçular qətliamı - Qarabağ müharibəsi zamanı 10 fevral - 12 fevral 1992-ci il tarixləri arasında Erməni qeyri-qanuni silahlı birləşmələri tərəfindən Şuşa rayonunun Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndlərinə eyni zamanda edilən hücum nəticəsində təxminən 50-yə yaxın dinc etnik azərbaycanlının qətlə yetirilməsidir. Şuşa rayonunda əhali tərkibi azərbaycanlılardan ibarət olan Malıbəyli və Quşçular kəndləri (adminstrativ olaraq Aşağı Quşçular və Yuxarı Quşçular olaraq ayrılır) rayonun inzibati mərkəzi olan Şuşa şəhərinə yaxın dağlıq ərazidə - yaylaqlarda yerləşirdi. Kəndlərdə təxminən 4000 nəfərə yaxın əhali yaşayırdı. 1988-ci ildə Xocalıya olduğu kimi bu kəndlərə də Ermənistandan zorla çıxarılmış təxmini sayı 1500-ə yaxın köçkün yerləşmişdi. Qarabağ müharibəsi başlanan andan etibarən bu kəndlər erməni silahlı birləşmələrinin əsas hədəflərinə çevrilmişdi. 1991-ci ilin oktyabr ayından etibarən Malıbəyli tamamilə mühasirədə idi. Fevralın 5-də kəndlərin üstündə uçan bir vertolyot kəndlilərə üzərində yaşayış yerlərini tərk etmək üçün onlara iki gün vaxt verildiyi yazılan bildirişlər payladı. Bölgə 1991-ci ildən mühasirədə olduğu üçün yeganə giriş-çıxış vertolyotla mümkün idi. Şuşaya uçan axırıncı vertolyot yanvarın 28-də ermənilər tərəfindən vuruldu. Azərbaycan Silahlı Qüvvələrinin Xankəndi şəhərinin düşmən işğalından azad edilməsi üçün təşkil etdiyi hücumlara və yaxınlıqda yerləşən erməni kəndlərinə doğru edilən həmlələrə son qoymaq məqsədilə erməni zirehli daşıyıcıları və ağır artilleriyaları tərəfindən Malıbəyli və Quşçular kəndlərinə hücum edildi.