Quşçular — Azərbaycan Respublikasının Goranboy rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Quşçular kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçular kənd inzibati-ərazi vahidi yaradılmışdır.[1]
Quşçular | |
---|---|
40°26′ şm. e. 47°08′ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 57 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Kəndin adı quşçu (etn.) sözü və -lar (cəmlik, lakin toponimlərdə yer, məkan bildirir) şəkilçisindən düzəlib. Yaşayış məntəqəsi quşçu tayfasının adı ilə bağlıdır.[2]
Quşçular kəndinin adı qədim mifoloji inamlara söykənir. Belə ki, qədim dövrlərdə Azərbaycan türkləri arasında quş onqonu geniş yayılmışdır. Odur ki, nağıl və dastanlarımızda quşlara xüsusi yer verilmişdir. Hətta oğuz qəbilələri quşu özləri üçün simvol seçmişlər. Xalq arasında, eləcə də nağıl və dastanlarımızda geniş şəkildə özünə yer almış "Dövlət quşu" haqqında rəvayətlər imkan verir deyək ki, quş var-dövlət, başda ağıl simvolu sayılmış, Dövlət quşu kimin başına qonarsa onu padşah seçərmişlər. Azərbaycan xalqının əski mifologiyasında Simurq, Səməndər, Humay, Şahin və s. quşlara insanın köməkçisi, uğur gətirən bir varlıq kimi baxmışlar. Odur ki, Azərbaycan xalqının quş onqonuna inamının nəticəsidir ki, Azərbaycanda quş adları toponim kimi geniş yayılmışdır. Ehtimal olunur ki, bu yer adları türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Bu tayfa məskunlaşdığı ərazini quşçu tayfasının yaşadığı ərazi kimi adlandırmışlar.
Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır: "Quşçu dağı" (Şamaxı və Daşkəsən rayonları), "Quşçu yol ayrıcı" (Laçın rayonu), "Quşçu qalası dağı" (Laçın rayonu), "Quşçular dağı" (Xocavənd rayonu, Tyan kəndi), "Quşçunun yalı" (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki, quş etnoimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. Azərbaycanda Aşağı Quşçu, Dondar Quşçu (Tovuz rayonu), Quşçu (Daşkəsən rayonu), Quşçu (Yevlax rayonu) və Quşçu Şamaxı rayonlarının inzibati ərazi vahidində kənd adları hazırda da mövcuddur. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxmışdır.[3]
Kənd düzənlikdə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 838 nəfər əhali yaşayır.[4]
Goranboy rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |