Quşçular — Azərbaycan Respublikasının Laçın rayonununda keçmişdə mövcud olmuş kənd.
Quşçular | |
---|---|
39°30′41″ şm. e. 46°37′55″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Azərbaycan SSR-nın 1963-cü il üçün inzibati-ərazi bölgüsündə Laçın rayonunun Aşağı Fərəcan kənd Sovetinin tərkibində Quşçular kəndi göstərilir[1]. Amma qeyd olunan Quşçular kəndi 1968-ci il üçün tərtib olunmuş Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsündə Laçın rayonun tərkibində artıq göstərilmir[2]. Bu faktı nəzərə alaraq, sözügedən Quşçular kəndinin 1963-1968 illər ərzində ləğv olunmasını ehtimal etmək olar. Azərbaycan Respublikasının 2020-ci il üçün tərtib olunmuş inzibati-ərazi bölgüsü təsnifatında Laçın rayonunun tərkibində Quşçular kəndi mövcud deyil[3].