Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Qursaq
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Quymaq
Qırımçaq dili
Qırımçaq dili — Krımda türk-yəhudi qırımçaqların (yəhudilərin bir subetnik qrupu) danışdıqları türk dili. Ümumiyyətlə, krım-tatar dilinin bir ləhcəsi sayılır. Bu dildə danışanların sayı 785 nəfərdir.
Sərt quramat
Anal qarmaq
Anal qarmaq - anal cinsi əlaqə və ya digər cinsi fəaliyyətlər üçün istifadə olunan, görünüşcə balıq qarmağına bənzəyən seks oyuncağı. Anal qarmaqlar daha çox paslanmaz poladdan hazırlansa da, müxtəlif materiallardan hazırlana bilər. Anal qarmağın dizaynı adətən bir ucunda metal top, digər tərəfində halqa olan əyri çubuqdur. Dildolar və anal muncuqlar kimi penetrasiya üçün nəzərdə tutulmuş digər oyuncaqlardan fərqli olaraq anal qarmaqlar daha sərt materiallardan hazırlandıqları üçün doğru istifadə olunmadıqları təqdirdə ciddi yaralanmalara səbəb ola bilər.
Coğrafi qurşaq
Coğrafi qurşaq — coğrafi təbəqənin ən iri yüksəklik və enlik bölgüsü. Aralarındakı fərq iqlimlə əlaqədardır. C.q.ekvatorial, subekvatorial, tropik, subtropik, mülayim, subqütb, qütb qurşaqlarına ayrılır. Coğrafi qurşaq termik şəraitin ümumiliyi ilə səciyyələnir. Coğrafi qurşağın rütubətliyi bir cür deyil. Bu da onun daxilində müxtəlif coğrafi zonaların əmələ gəlməsinə səbəb olur.Coğrafi qurşaq 2 yerə bölünür: Rütubətli ekvatorial meşələr zonası Dəyişkən rütubətli meşələr (o cümlədən musson) == Yer səthinin enlik zonallığı bölgüsü == C.Q. istilik və rütubət rejimi, hava kütlələri və su dövranı, torpaq örtüyü, bitki örtüyünün vegetasiyası və s. xüsusiyyətləri ilə səciyyələnir. Qütb qurşağı (arktik və antarktik), subqütb qurşağı (subarktik və subantarktik), mülayim qurşaq (şimal və cənub), subtropik qurşaq (şimal və cənub), tropik qurşaq (şimal və cənub), subekvatorial qurşaq (şimal və cənub), ekvatorial qurşaq növləri mövcuddur. Hər C.Q.-ın özünə xas iqlim xüsusiyyəti və canlılar aləmi var. Lakin qurşaq daxilində iqlim amilləri kəskin dəyişilə bilər, bu da hər bir C.Q.-ı müxtəlif coğrafi zonalar və yarımzonalara bölməyə imkan verir.
Nival qurşaq
== Nival qurşaq == Nival qurşaq (lat. nivalis-qarlı, soyuq)-qütbətrafı ərazilərin və qar xəttindən yuxarıda yerləşən yüksək dağlıq rayonlarına bərk atmosfer çöküntülərinin üstünlüyü ilə səciyyələnən sahələrinə deyilir. Nival qurşaqda fiziki aşınma, xüsusilə şaxta aşınması, soliflükasiya və qravitasiya prossesləri üstünlük təşkil edir.
Qurama tikmə
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu. == Texnika == Məişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.
Qurcaq (Miyanə)
Qurcaq (fars. قورجاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (47 ailə).
İsti qurşaq
İsti qurşaq - İsti qurşağın sərhəddi həm Şimal yarımkürəsində, həm də Cənub yarımkürəsində təqribən 300 şimal enliyi və 300 cənub enliyi paralelləri boyunca keçən illik +200 izotermləri ilə müəyyən edilir. Ümumiyyətlə ekvatorial qurşaq, subekvatorial qurşaq və tropik qurşaq birlikdə isti qurşaq adlanır..
Quraq iqlim
Quru və ya arid iqlim (lat. aridus – quru) — rütubət əmsalının vahiddan çox kicik olduğu, torpaqda rütubatin kəskin çatişmadğı iqlim şəraiti. Yayı isti və quru keçən illik yağıntının miqdarı isə 450 mm-dən artıq olmayan iqlimdir. Mülayim enliklərin çöllərində qış soyuq, subtropik və tropik zonaların çöllərində isə mülayim isti keçir. Təkcə tranzit çaylar (Nil, Amudərya və b.) arid iqlim zonasını kəsib keçir, az sulu çaylar isə axımsız göl və şoranlıqlar əmələ gətirirlər. Bitki örtüyü ya olmur, ya da çox seyrək və quraqlığa davamlı formalardan ibarətdir. Quru kövrək süxurlar küləklə asanca aşınır və alevrit hissəcikləri səhra hüdudlarından kənara aparılaraq, qumsal süxurda eol relyef formaları əmələ gətirir. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Qurddağ
Qurddağ — Azərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərq hissəsində yerləşir (hünd. 1319,0 m). Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin suayırıcısında zirvə. Tirəni eninə kəsən Sirabçayla Qahabçayın arasında, Sirab kəndindən 3 km şərqdədir. Üst Oliqosenin Xatt mərtəbəsinə aid Darıdağ lay dəstəsinin vulkanogen-çökmə süxurlarını yarıb çıxan Alt Miosen yaşlı andezit-dasit və kvarslı andezit tərkibli ekstruziv günbəzdir. Cənub-qərb yamaclarında iki daha kiçik eynitərkibli maqmatik kütlə açılır, həmçinin şimal-qərb istiqamətli fay-yerdəyişmə qırılma pozulmaları izlənilir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında müşahidə edilən Sirab sinklinalını şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik fay qırılmasının yatan qanadında yerləşir.
Gurdağ
Gurdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 2741,0 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 2 km-dək şərqdə, Artım dağından 600 m şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərindən təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxma zonasının cənub-qərb kənar hissəsində yerləşir.
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Qrimas
Qrimas (fr. grimace) — müxtəlif mimik hərəkətlər, üz-gözün müxtəlif şəkillərə salınması. == İstinadlar == Viktor Hüqo - Paris Notr-Dam Kilsəsi, s 23.
Quriya
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Nuriman rayonu
Nuriman rayonu (başq. Нуриман районы) — Rusiya Federasiyası, Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Krasnaya Qorka kəndidir. == Coğrafiyası == Rayon Ufa çayının aşağı axınının sol sahilində, Ufa şəhərinin şimal-şərqində yerləşir. Başqırdıstan Respublikasının İqlin, Blaqoveşensk və Karaidel rayonları, cənub-şərqdə Çelyabinsk vilayəti ilə həmsərhəddir. Rayonun sahəsi 2 634 km²-dir. Rayonun şimal hissəsi Ufa yaylasında, cənub hissəsi Pribelskaya təpəli düzənliyində yerləşir. Meşələr ərazinin 78% -ni (205,5 min ha) tutur. Rayonda küknar, şam, ağcaqayın, cökə, palıd ağacları ilə örtülü meşələr vardır. Hidroqrafik şəbəkə Ufa çayı tərəfindən meydana gətirilir.
Quriya Respublikası
Quriya Respublikası – qərbi Gürcüstandakı Quriya bölgəsində Rusiya imperiyasına qarşı üsyan etmiş xalqın qurduğu dövlətdir. == Arxa plan == Quriyada hələ XV əsrdə müstəqil və yarımmüstəqil formada mövcud olmuş Quriya knyazlığı qurulmuşdu. Knyazlıq Rusiya imperiyasının himayəsinə daxil olduqdan qısa müddət sonra – 1829-cu ildə ləğv edilmiş və 1840-cı ildə birbaşa Rusiya imperiyasına daxil edilmişdir. Bu dövrdən sonra Rusiya hakim dairələrinin yerli gürcü kilsəsinə münasibəti, həmçinin ağır vergi siyasəti xalqın narahatlığına və zaman-zaman üsyanlara səbəb olmuşdur.1902-ci ildə ərazilərin örüş haqları üstündə çıxan üsyanlarla başlayan üsyan hərəkatının tarixçəsi respublikanın elanından on illərlə əvvələ gedib çıxır. Vergiləndirmə, ərazi mülkiyyəti və iqtisadi faktorlar da daxil olmaqla, böyük ölçüdə kəndli əhalinin qarşı-qarşıya qaldığı problemlər üsyanın başlamasında böyük rol oynamışdır. Gürcü sosial-demokratların cəhdləri sayəsində meydana çıxan üsyanlar 1905-ci ildə Birinci Rus inqilabı dövründə daha da qüvvətləndi və getdikcə daha mütəşəkkil hal almağa başladı.Rusiya hakim hərbi dairələri bu geniş xalq üsynalarını yalnız 1906-cı ildə böyük hərbi güc tətbiq etməklə yatıra bildilər. == Respublika == Quriya Respublikası 1905-ci ildə kəndli üsyanları nəticəsində elan edilmiş və 1906-cı ilə qədər qısamüddətli mövcud olmuşdur. Respublika varlığı boyunca muxtar bölgə olmuşdur. Problemlərin və təkliflərin müzakirə edildiyi kəndli məclislərindən ibarət öz hökumət sistemləri var idi. Məhkəmə sahəsində isə məhkəməyə qatılanlar veriləcək cəzaya səs verə bilirdilər.
Quriya diyarı
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Quriya knyazlığı
Quriya knyazlığı – Gürcüstanda mövcud olmuş tarixi dövlət. Quriya kəlməsi meqrelcə və lazca kökənli kəlimədir, qəlb və ya mərkəz deməkdir. Gürcüstanın cənub-qərb bölgəsində yerləşən Quriya Qara dənizlə Kiçik Qafqaz dağlarının arasında yerləşir. 1463-cü ildən 1829-cu ilə qədər Qurieli sülaləsinə mənsub 22 şahzadə tərəfindən idarə edilmişdir. Gürcüstan çarlığının parçalanmasından sonra ortaya çıxmış və sərhədləri Osmanlı ilə davamlı meydana çıxan müharibələrə görə tez-tez dəyişmişdir. 1829-cu ildə Rusiya tərəfindən ləğv edilənə qədər müxtəlif muxtar hüquqlara malik olmuşdur. == Tarixi == Quriya knyazlığı Rioni və Çoruh çaylarının arasında olan, XIII əsrin əvvəllərindən bəri monarxiya yolu ilə başa keçən hakimlər (eristavi) tərəfindən idarə edilən Gürcüstan krallığının bir bölgəsi idi. Gürcüstan çarlığının Qurieli rütbəsini verdiyi Quriyalı ailə Gürcüstanın monqollar tərəfindən istilasını fürsət bilərək 1280-ci illərdə müstəqilliyini elan etsə də, 1330-cu illərdə monqolların təzyiqi ilə V Georginin hakimiyyətini qəbul etməyə məcbur oldular. V Baqratın hakimiyyətə keçməsindən sonra Quriyanın şimalında svanlar üsyan qaldırdılar. V Baqrat üsyançıları məğlubiyyətə uğratdı, lakin 1362-ci ildə Quriyanı Svaneti knyazlığına verdi və Quriya Vardanidze sülaləsi tərəfindən idarə edilməyə başlandı.1460-cı illərdə Vardanidze və Qurieli sülalələri Gürcüstan çarlığı hakimi Baqrationi sülaləsinin iqtidarının zəiflədiyi dövrlərdə kral VIII Georginin hakimiyyətini qəbul etməyən qərbi Gürcüstan kralı Baqrat tərəfindən idarə edilən üsyana qatıldılar.
Quriya mxaresi
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Öykü Gürman
Öykü Gürman (4 avqust 1982, İstanbul) — Türk pop və flamenko müğənnisi, aktrisa. 2007-ci ildə əkiz qardaşı Berk ilə birlikdə Öykü və Berk qrupunu qurdu. Qrup 2010-cu ildə == Şəxsi həyatı == Öykü Gürman 2015-ci il avqustun 4-də Yavuz Bingöllə ailə qurub, 2016-cı il aprelin 15-də boşanıb. dağıldı. == Musiqi karyerası == O, Aralıq dənizi və Ərəb musiqisini qarışdıraraq musiqi yaradan sənətkardır. Onlar əkiz qardaşı Berk ilə YouTube-də "Evler Önü Boyalı Direk" adlı mahnını oxuyub paylaşaraq tanınıblar. Bu video 2008-ci ilin may ayına kimi 10 milyon 800 min dəfə, albom etdikdən sonra çəkdirdikləri kliplər isə 6 milyon 850 min dəfə izlənilib, lakin onların videoları 2008-ci ilin avqustunda silinib. İlk albomları olan "Kısmet"-də cəmi 10 mahnı var. Onlar Berk imzası olan mahnılarla yanaşı, xalq mahnılarını da flamenko ilə qarışdıraraq alboma daxil ediblər. Debüt etdikdən sonra TRT1 ekranlarında "Boyalı Direk" adlı musiqili və söhbət proqramına ev sahibliyi ediblər.
Çətinliyə baş vurmaq (teleserial, 2008)
BədBəxt və ya Çətinliyə baş vurmaq (ing. Breaking Bad) – Vins Qilliqanın prodüserliyi ilə istehsal olunmuş ABŞ neo-vestern cinayət teleserialı. Serial AMC kanalında 5 mövsüm olmaqla 20 yanvar 2008-ci ildən 29 sentyabr 2013-cü ilə kimi yayımlanmış və 62 seriya davam etmişdir. Hekayə ağciyər xərçəngi diaqnozu qoyulan çalışqan kimya müəllimi Volter Vaytdan (Brayan Krenston) bəhs edir. Öldükdən sonra ailəsinə pul qoymaq istəyən Vayt keçmiş tələbəsi Cessi Pinkman (Aaron Pol) ilə partner olur və metamfetamin istehsal edib pul qazanmaq qərarına gələrək kriminal dünyaya daxil olur. Serialın orijinal adı olan "breaking bad" ABŞ-nin cənubunda işlədilən ifadə olub, "qiyamət qoparmaq" və ya "cinayətə yönəlmək" mənalarını verir. Volterin ailəsi həyat yoldaşı Skayler (Anna Qann) və uşaqları Vayt (Ar Cey Mitt) ilə Hollidən (Elanor Anna Uenriç) ibarətdir. Skaylerin bacısı Mari Şreyder (Betsi Brandt) və onun əri, Narkotik ilə Mübarizə Administrasiyasının əməkdaşı Henk Şreyder (Din Norris) də hekayədəki vacib personajlardır. Teleserialda yer alan digər əsas personajlar Vaytın vəkili Sol Qudman (Bob Odenkerk), şəxsi müfəttiş Mayk Ermantraut (Conatan Benks) və narkotik taciri Qustavo Frinqdir (Cankarlo Espozito). Beşinci və son mövsümdə Tod Alkist (Cessi Plemons) və Lidiya Rodart-Kueyl (Lora Freyzer) personajları görünür.
Sevməkdən qorxmaq lazım deyil (film, 1998)
Sevməkdən qorxmaq lazım deyil (hind: प्यार किया तो डरना क्या, Rom: Pyaar Kiya To Darna Kya) — Hindistan melodramıdır. Hind dilində çəkilmiş olan bu film 27 mart 1999-cu ildə yayımlanmışdır. == Süjet xətti == Muskan (Kajol) və qardaşı Vişal (Arbaz Xan) valideynlərinin ölümündən sonra əmiləri Thakur Ajay Singh (Dharmendra) ilə birlikdə yaşayırlar. Gözəl Muskanın pərəstişkarlarının, aşiqlərinin sayı-hesabı yoxdur, lakin Vişal bacısının yanında güclü bir kişini görmək istədiyi üçün bir-birinin ardınca gələn taliblərdən imtina edir. Muskan kollec üçün Mumbaya getməyə qərar verəndə, qardaşı istəmədən və yalnız valideynlərinə onun arzusunu yerinə yetirəcəyinə söz verdiyi üçün onu kollecə buraxır. Kollecdə qız zəngin bir iş adamının oğlu Surac Khanna (Salman Khan) ilə tanış olur. Suracın atası ilə olan münasibətləri çox gərgindir və ona nifrət edən ögey anası ucbatından evi tərk etmək məcburiyyətində qalmışdır. O, Muskana aşiq olur, lakin Muskanın yanına gələn Vişalla görüşəndən sonra onu Muskanın sevgilisi zənn etdiyinə görə onu özünə rəqib kimi görür və onunla arasında mübahisə və dava-dalaş yaranır. Potensial qohumların arasındakı münasibətlər ümidsiz bir formada getdikcə pozulur və bundan sonra Suracın inadkar Vişalı bacısı üçün uyğun bəy olduğuna inandırması üçün hələ çox iş görməsi lazım gəlir.
Quriya üsyanı (1841)
Quriya üsyanı (gürc. გურიის აჯანყება, guriis agentq'eba ; rus. Мятеж в Гурии, myatezh v Gurii ) — Rusiya hökumətinin gürcü kəndlilər üçün təyin etdiyi yeni rüsumlar və vergilər səbəbindən o dövrdə Rusiya imperiyasının Gürcüstan-İmeretiya quberniyasının tərkibindəki Quriyada meydana çıxan üsyan. Quriya Gürcüstanın Rusiyaya birləşməsindən əvvəl knyazlıq kimi mövcud olmuşdur. Üsyana bir neçə zadəgan tərəfindən də dəstək verilmişdir. İlk dövrlərdə üsyançılar Quriyanın xeyli hissəsini ələ keçirməyi bacarsalar da, 1841-ci ilin sentyabrında rus ordusu və rus ordusunu dəstəkləyən digər gürcü zadəganları tərəfindən məğlub edildilər. == Üsyandan əvvəl == Qara dənizin sahilində yerləşən kiçik və kasıb Gürcü əyaləti olan Quriya 1810-cu ildən etibarən Rusiyanın hakimiyyəti altına keçmişdir. 1829-cu ildə ruslar yerli muxtar-knyazlıq idarəetmə sistemini ləğv etdilər və yerinə Rusiya idarəetmə sistemini gətirdilər. Həmçinin əyalətdə 1820-ci ildə də üsyan baş vermişdir. == Üsyan == 1841-ci ildə yerli şərait nəzərə alınmadan Rusiya hökuməti tərəfindən quriyalı kəndlilərə kartof əkmək və vergiləri rus pulu ilə ödəmək əmr edildi.
Əbdürrəhman Nafiz Gürman
Əbdürrəhman Nafiz Gürman (türk. Abdurrahman Nafiz Gürman; 1882, Bodrum, Muğla ili – 6 fevral 1966, İstanbul) — Türk əsgər və siyasətçi. Türkiyə Silahlı Qüvvələrinin 5-ci Qərargahının rəisi idi. == Hərbi fəaliyyəti == 1903-cü ildə Hərbi məktəbi leytenant rütbəsi ilə bitirdi. Eyni ildə daxil olduğu Hərbi Akademiyanı 1906-cı ildə bitirərək Qərargah komandiri oldu. Müxtəlif bölüylərdə Birlik komandiri, Tabur komandiri və Qərargah komandiri kimi vəzifələri yerinə yetirdi. Afrika Qruplarının Qərargah komandiri olduğu vaxtlarda 8 mart 1919-cu il — 8 oktyabr 1919-cu illər arasında fransız və italyanlar tərəfindən əsir alındı. Əsirlikdən azad olduqdan sonra Əskişəhər Cəbhə Komandirliyi və 1-ci korpusun qərargah rəisi vəzifələrinin ardından 8 fevral 1921-ci ildə Anadoluya döndü. Müxtəlif qərargahlarda və bölüklərdə xidmət etmişdir. 1926-cı ildə general-mayor rütbəsinə yüksəldi.
Yayı quraq olan mülayim-isti iqlim (iqlim tipləri)
Yayı quraq olan mülayim-isti iqlim — Əsasən Lənkəran vilayətində yayılmışdır. Kifayət və hətta ifrat rütubətlənmə ( illik yağıntının miqdarı mümkün buxarlanmanın ≥100 - 150% - ni təşkil edir), yumşaq qış, mülayim isti , quru yay və çox yağışlı payızla fərqlənir. 10º-dən yuxarı temperatur cəmi 3000-4000º təşkil edir.