Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəcəz
Rəcəz (Ərəbcə: رجز), Ərəb ədəbiyyatında Ərəb şeirinin en yayılmış formalarından biridir. Rəcəz, nəzm ilə əlaqəli bir termindir. Klassik Ərəblərin, qəsidə və rəcəz başda olmaqla bir sıra şeir növləri mövcuddur. == Satirik Rəcəzlər == Ərəb ədəbiyyatında satirik rəcəzlər, həcv sənətinin ortaya çıxma müddətindəki ikinci və ya üçüncü mərhələyə rast gəlinir. Həcvin əvvəlcə mənsur və ya ritmik ünsürlərlə qarışaraq keçdiyini, daha sonra Ərəb kahinləri vasitəsiylə səcin həcvlərə çevrildiyini ve önceki halının ləğv edildiyi hesab olunduğunda, rəcəzin vücuda gəlişi satirikliyin üçüncü keçidinə yerləşdirilir. == Hərb Rəcəzləri == İslamdan əvvəl və sonra, Ərəblərin hərb meydanlarında rəcəz şeirləri söylədikləri bilinir. Müharibə bölgəsində söylənən bu tərz şeirlər, hərb rəcəzi olaraq adlandırılır. Bu şeirlər adətən bədahətən söylənən və sünilikdən uzaq misralardan meydana gəlir. Mərhab ibn əl-Həras və Kəb ibn əlMâlik dövrünün hərb rəcəzi söyləyən şairlərini misal göstərmək olar.
Rəcəb
Rəcəb – Hicri təqviminin 7-ci ayı, Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisi və haram aylardan biridir. == Quranda rəcəb ayı == Aşağıdakı ayələr rəcəb ayı haqqındadır: Tövbə surəsi 36-37-ci surələr; == Tarixi günlər == Rəcəbin 1-i İmam Baqirin döğum günü. Rəcəbin 3-ü İmam Hadinin vəfatı. Rəcəbin 5-i İmam Hadinin doğum günü. Rəcəbin 8-i (hicri 20-ci il) – İslam dininin Misirə gəldiyi gündür. Rəcəbin 9-u İmam Hüseynin oğlu Əli Əsgərinin doğum günü. Rəcəbin 10-u (hicri 195-ci il) İmam Təqinin doğum günü. Rəcəbin 12-i (hicri 36-cı il) Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir. Rəcəbin 13-ü İmam Əlinin dögüm günü (hicrətdən 23 il əvvəl). Rəcəbin 15-i (besətin 5-ci ili) müsəlmanların ilk hicrəti – Məkkədən Həbəşistana getmələri baş vermişdir.
Aşıq Rəcəb
Aşıq Rəcəb (XVIII əsrin sonu—XIX əsrin əvvəlləri) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış aşıq. == Həyatı == Aşıq Rəcəb XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşadığı güman edilir. Samurun Əhrak kəndində yaşayıb. Dərdənddə "Haqq aşığı", "Kor aşıq" adları ilə tanınıb. Şeirlərinin əksəriyyəti o vaxtlar toplanmadığı üçün, təəssüflər olsun ki, günümüzə gəlib çatmamışdır.Təkcə bəzi gəraylı, qoşma və divaniləri bizə məlumdur. Onun əlimizdə olan bu şeirlərində aşıq kimi ustalığı dərhal özünə diqqət çəkir. "Kəklik" rədifli şeri belə şerlərdəndir. Yeri kəklik sənin sinən aladı, Görənlərin gözü səndə qaladı, Ayaqların dağda bitən lalada. Yerişin gördüm, get ağa, kəklik. Diğər aşıqlar kimi Aşıq Rəcəbin də yaradıcılığında qəm-kədər, bəxtdən küskünlük, yalnızlıq kimi hisslərin ifadəsi və təbiət təsvirləri üstünlük təşkil edir.
Rəcəb Aktuğ
Rəcəb Aktuğ (13 may 1954, İzmir – 14 yanvar 2020, İstanbul) — Türkiyə aktyoru və müğənnisi. == Həyatı == 13 may 1954-cü ildə İzmirdə doğulub. Rəcəb Aktuğ 14 yanvar 2020-ci ildə İstanbulda 65 yaşında dünyasını dəyişib.15 yanvar 2020-ci ildə Zəncirliquyu qəbiristanlığında dəfn edilib. === Ailəsi === Qızı Zeynəb Aktuğdur. == Yaradıcılığı == Rəcəb Aktuğ Türkiyənin bir çox məşhur seriallarında əsas rol ifaçılarından biri kimi çıxış edib. Aktyora ən çox məşhurluq qazandıran "Kurtlar Vadisi Pusu" serialında Ender bəy və "Aşk-Memnu" serialında Hilmi bəy obrazı olub.
Rəcəb Baxırcı
Rəcəb Hüseynov
Rəcəb Nazim oğlu Hüseynov (3 yanvar 1994; Aşağı Quşçu, Tovuz rayonu — 9 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəcəb Hüseynov 1994-cı il yanvarin 3-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000–2011-ci illərdə İ. Bayramov adına Aşağı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Rəcəb Hüseynov 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rəcəb Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rəcəb Hüseynov noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Hüseynov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəcəb Musayev
Rəcəb Musayev — azərbaycanlı müğənni, aparıcı == Həyatı == 1975-ci il 25 may tarixində anadan olmuşdur. Əslən Yardımlı rayonundan olan sənətçi orta təhsilini Bakı şəhərində yerləşən 88 saylı məktəbdə başa vurmuşdur. İlk ali təhsilini Türkiyənin Anadolu Universitetində almışdır. İkinci təhsilində isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi olmuşdur. 2004 və 2005-ci illərdə SOY şirkətinin rəhbərliyi ilə ATV kanalında yayımlanan "Yeni Ulduz-2" musiqi müsabiqəsinin qalibi olmuşdur. Daha sonra AzTv kanalında yayımlanan əsgərlər üçün hazırlanan "Əsgər anı" adlı yumoristik verilişin həm aparıcılarından həm də aktyorlarından biri olmuşdur. 2011-cu il yanvarın 8-də axşam saatlarında Sabunçu rayonu ərazisində yol qəzası törətmişdir. Qəzadan sonra onu 3 saylı Sabunçu rayon xəstəxanasına çatdırsalar da, yolda dünyasını dəyişib. Sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan "Tanrım" mahnısının ifaçısıdır.İlk və son klipini də məhz bu mahnı üçün çəkdirmişdir.
Rəcəb Məmmədov
Rəcəb Məmmədov (əsgər, 1995) — əsgər, Vətən müharibəsinin şəhidi. Rəcəb Məmmədov (əsgər, 1996) — əsgər, Vətən müharibəsi şəhidi.
Rəcəb Paşa
Kürəkən Rəcəb Paşa (ö. 1726) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən alban olub, saraydakı qohumları vasitəsilə Əndəruna alınmışdır. Ardından saray xəzinədarı olaraq xidmət etdikdən sonra 1707-ci ilin sentyabrında vəzirliklə Diyarbəkir, 1710-cu ildə Van, 1711-ci ildə Sivas, 1712-ci ildə Trabzon valisi təyin edildi. Bu vəzifədə ikən 1712-ci ildə Sultan Mustafanın qızlarından Əminə Sultanla nigahlandı. 1713-cü ildə Təkə, 1714-cü ildə Qüds, 1716-cı ildə Şam, 1717-ci ilin iyulunda Vidin, 1719-cu ilin fevralında Hələb, 1720-ci ildə Misir bəylərbəyi oldu. Ancaq bir il sonra vəzifədən alındı və çox keçmədən yenidən Hələbə təyin olundu. Daha sonra 1724-cü ilin martında Tiflis, 1725-ci ilin mayında Diyarbəkir, 1726-cı ildə İrəvan bəylərbəyi oldu. Ancaq həmin il vəfat etmişdir. == Mənbə == Sicill-i Osmani IV cild, səh.
Rəcəb Pekər
Mehmet Rəcəb Pekər (5 fevral 1889, Konstantinopol – 2 aprel 1950, İstanbul) — Türk hərbçi və siyasət adamı. 1931–1936 illəri arasında Cümhuriyyət Xalq Partiyası Ümumi katibi qismində, Atatürk və İnönünün yanında rejimin "üçüncü adamı" olaraq seçildi Faşist İtaliya və Nazı Almaniyasına yaxın bir siyasəti müdafiə etdi. 7 Avqust 1946–10 Sentyabr 1947 tarixləri arasında baş nazirlik etdi.Milliyəti ləzgi.
Rəcəb Qulamov
Rəcəb Xaydaroviç Qulamov (31 mart 1996; Sumqayıt, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəcəb Qulamov 31 mart 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Subay idi. == Hərbi xidməti == Rəcəb Qulamov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra mülki fəaliyyət göstərmişdir. 8 sentyabr 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qulamov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb Qulamov 1 oktyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir.
Rəcəb Quliyev
Rəcəb Elşən oğlu Quliyev (5 dekabr 1997, Dəmirçi, Şamaxı rayonu – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəcəb Quliyev 1997-ci il dekabrın 5-də Şamaxı rayonunun Dəmirçi kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Rəcəb Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rəcəb Quliyev noyabrın 9-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Quliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (18. dekabr 2020) — "Cəsur döyüşçü" medalı (ölümündən sonra) (24. dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) (25.
Rəcəb Qurbanov
Rəcəb Elşən oğlu Qurbanov (1 yanvar 2001, Kələntərli, Bərdə rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəcəb Qurbanov 1 yanvar 2001-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olmuşdur. == Hərbi xidməti == Rəcəb Qurbanov 2019-cu ildə müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Rəcəb Qurbanov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb Qurbanov 6 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb Qurbanov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.
Rəcəb İsmayılov
Rəcəb Nəcəf oğlu İsmayılov (16 sentyabr 2000, Əliqullar, İmişli rayonu – 30 oktyabr 2020, Güləbird, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Rəcəb İsmayılov 2000-ci il sentyabrın 17-da İmişli rayonunun Əliqulular kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rəcəb İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rəcəb İsmayılov 30 oktyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Rəcəb İsmayılovun uzun müddət tapıla bilməyən nəşi 3 fevral 2021-ci ildə İmişli rayonunun Əliqulular kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rəcəb İsmayılov ​ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Rəcəb Əfəndizadə
Rəcəb Əfəndizadə (1893, Nuxa – 20 dekabr 1956) – maarif xadimi, pedaqoq-alim, yazıçı, tərcüməçi, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasın məzunu. == Həyatı == Rəcəb Əsədulla oğlu Əfəndizadə 1893-cü ildə Nuxa şəhərində sənətkar ailəsində anadan olmuşdur.Şəkidə mollaxanada (1900–1901), altısinifli şəhər məktəbində (1902–1910), Qori Müəllimlər Seminariyasında (1910–1914) təhsil almışdır. Ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin pedaqogika fakültəsini bitirmişdir (1930). Göyçay ikinci dərəcəli şəhər məktəbində (1914–1915), Şəki kişi-qadın gimnaziyasında müəllim (1915–1922), Şəki Pedaqoji Texnikumunda (1922–1927), Tiflis Pedaqoji Texnikumunda (1928-1929) direktor, Ali Pedaqoji İnstitutda müəllim ve dosent (1929–1934), Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda tədris və elmi işlər üzrə direktor müavini, pedaqogika kafedrasının müdiri (1945–1949) işləmişdir. Rəcəb bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nuxa qəzasında Hökumətin xalq maarifi sahəsində təd-birlərini həyata keçirmiş, "Türk qiraəti" (1918) dərsliyini nəşr etdirmişdir. "İş otağı" (1933), "Müəllimlərin ixtisasını artırma işinin təşkili" (1934), "Xalq maarifi üzrə məlumat kitabı" (1935), "Fiziki coğrafiya" (1935), "Qiyabi təhsil sistemində şifahi konsultasiya" (1936), "İzahlı pedaqoji lüğət" (1939), "Şagirdlərin fiziki tərbiyəsi və hərbi hazırlığı" (1942), "Uşaqlarda səhiyyə vərdişləri tərbiyəsi" (1947) və s. əsərləri Azərbaycanda xalq maarifi və tərbiyə işlərinin elmi-metodik əsaslar üzərində qurulmasında mühüm rol oynamışdır. Avropa və rus pedaqogikasının klassikləri Y.A.Komenski ("Didaktik prinsiplər"), İ.H.Pestalotsi ("Seçilmiş pedaqoji əsərləri") və K.D.Uşinskinin ("Məktəbdə təlim-tərbiyə işləri haqqında") irsi Azərbaycan pedaqoji fikrinə ilk dəfə Əfəndizadənin tərcümələri vasitəsilə daxil olmuşdur. Əfəndizadə ali və orta məktəblər üçün Moskvada nəşr olunmuş "Psixologiya" və "Pedaqogika" dərsliklərinin də ilk tərcüməçisidir. Əfəndizadə bədii yaradıcılıqla da məşğul olmuş, uşaqlar üçün "İnsanlar bir-birinə möhtacdır" (1911), "Gimnazist Vahid" (1911), "Kimdir o", "Namus" (1915), "İntiqam" (1915) hekayələrini, "Axır çərşənbə" (1913) pyesini və s.
Səbuhi Rəcəb
Ülvi Rəcəb
Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə (9 yanvar 1903, Batum vilayəti – 2 yanvar 1938, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1933). == Həyatı == Ülvi Şaşıqzadə 1903-cü ilin yanvarında Batumi yaxınlığındakı Canivri kəndində anadan olub. Milliyyətcə acar olan Ülvi Rəcəbin babası Əhməd bəy keçmiş Suxumi knyazları nəslindən idi. Belə ki, Əhməd bəy evlənənədən sonra ailəsini də götürüb Batumiyə köçür və o, Canivri kəndində yaşamağa başlayır. Əhməd bəyin beş oğlu vardı. Onlardan dördü fanatik idi, lakin Ülvi Şaşıqzadənin atası Rəcəb bəy digər qardaşlarından fərqli olaraq, Avropa mədəniyyəti ilə tanışlığa can atırdı. Rəcəb bəy bütün Avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında onun söhbətləri mühüm rol oynamışdı.Rəcəb Şaşıqzadənin beş övladı vardi: Naziyə, İzzət, Altun, Ülvi və Nevrestan. Naziyə atasının istəyi ilə qız gimnaziyasına qəbul olur. O, gimnaziyada oxuyan ilk acar idi, buna görə də təhsil həyatında çətinliklərlə qarşılaşırdı. Naziyə gimnaziyada ancaq 3-cü sinfə kimi oxuya bilir.
İhrək Rəcəb
İhrək Rəcəb (1680, İxrək[d], Dağıstan MSSR – 1760) — XVIII əsr rutul əsilli Azərbaycan şairi. Şair Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid İhrək kəndində anadan olub. O, İhrək təxəlüssü ilə əsasən sevgi şeirləri yazıbdır. == Həyatı == İhrək Rəcəbin şəxsi həyatı barədə mənbələrdə demək olar ki, məlumat yoxdur. Onun adının Rəcəb olduğu və Səfəvilər Dövlətinin Şirvan bəylərbəyliyinə aid İhrək kəndində anadan olduğu məlumdur. Buna görə İhrək sözünü özünə təxəssül götürübdür. Onun XVIII əsrdə Səfəvilər Dövləti, Əfşar imperiyası və Quba xanlığı dövründə yazıb yaratdığı məlumdur. == Yaradıcılığı == İhrək Rəcəbin yaradıcılığında aparıcı yeri məhəbbət lirikası tutur. Bu lirikanın fərqləndirici xüsusiyyəti onun Huri adlı qıza həsr olunmasıdır. Xalq rəvayətlərinə görə, şair Şinaz kəndindən olan Huri adlı qızı sevirmiş.
Rəcəb Əşhəbəliyev
Rəcəb Əşhəbəliyev (10 sentyabr 1973, Bakı) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Rəcəb Əşhəbəliyev 1998-ci ildə Türkiyədə baş tutan Dünya Çempionatını, həmçinin 1999-cu ildə Macarıstanda baş tutan Avropa Çempionatını dördüncü pillədə başa vurdu.Rəcəb Əşhəbəliyev Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. 130 Kq. turnirində çıxış edən Rəcəb Əşhəbəliyev qrup mərhələsinin birinci görüşündə Ukrayna nümayəndəsi Merab Vəliyev ilə üz-üzə gəldi. Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibi üzərində vaxtından əvvəl təmiz qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə isə onun rəqibi Birləşmiş Ştatlar nümayəndəsi Keri Koy oldu. Həm Əşhəbəliyev, həm də Koy qrup mərhələsində bir dəfə qələbə qazanmaışdı və bu görüş həlledici idi. Həmin görüşdə Rəcəb Əşhəbəliyev rəqibinə 0:10 hesabı ilə məğlub oldu və mübarizəsini qrup mərhələsində dayandırdı. Ümumi nəticədə Rəcəb Əşhəbəliyev olimpiadanı doqquzuncu pillədə başa vurdu.
Rəcəb Rəhimli
Rəcəb Rəhimli — Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Rəcəb Zakir oğlu Rəhimli 12 avqust 1973-cü il tarixində Naxçıvan MR, Ordubad rayonu, Dırnıs kəndində anadan olmuşdur. 1990-cı ildə Naxçıvan şəhəri 39 nömrəli orta məktəbini bitirmişdir. 1999-cu ildə Türkiyə Respublikası Ankara şəhəri Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri (İİBF) fakültəsini dövlət idarəçiliyi ixtisası üzrə bakalavr pilləsini (dövlət xətti ilə) bitirmişdir. 2000–2002-ci illər arasında Türkiyə Respublikasının Qazi Universitetinin Sosial Elmlər İnstitutunda dövlət idarəçiliyi ixtisası üzrə magistraturada təhsil almışdır (dövlət xətti ilə). 2003-cü ildə Türkiyə Respublikasının Ankara Universiteti Siyasət Elmlər fakültəsinə (SBF) dövlət idarəçiliyi ixtisası üzrə doktoranturaya qəbul olunmuş və 2008-ci ildə "Azerbaycanda memurlar: haklar, yükümlülüklər, denetim" mövzusunda dissertasiya işini müdafiə edərək doktorluq elmi dərəcəsi almışdır. Eyni zamanda, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası İnsan hüquqları üzrə Elmi-tədqiqat İnstitutunda 23.00.02 — "Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər" ixtisası — üzrə "Azərbaycanda yerli özünüidarənin yaranması və inkişafı (siyasi aspekt)" mövzusunda dissertasiya işini müdafiə edərək siyasi elmlər namizədi alimlik dərəcəsini, 2011-ci ildə isə siyasi institutlar və sistemlər ixtisası üzrə dosent elmi adını almışdır. Evlidir, iki övladı var. == Əmək fəaliyyəti == 05.02.2004–03.05.2004-cü il tarixində — Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi "Beynəlxalq əlaqələr" şöbəsində baş mütəxəssis; 03.05.2004–08.09.2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Rəyasət Heyətinin Elmi katibi; 08.09. 2010–02.05.2011-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun "Milli təhlükəsizlik və erməni araşdırmaları" şöbəsinin müdiri; 03.05.2011–03.09.2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində İqtisadi araşdırmalar İnstitutunun "Sosioloji tədqiqatlar və konsaltinq" şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır.
Bağe Rəcəb (Xoy)
Bağe Rəcəb (fars. باغ رجب‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Rəcəb Məmmədov (dəqiqləşdirmə)
Rəcəb Məmmədov (əsgər, 1995) — əsgər, Vətən müharibəsinin şəhidi. Rəcəb Məmmədov (əsgər, 1996) — əsgər, Vətən müharibəsi şəhidi.
Rəcəb Məmmədov (əsgər)
Rəcəb Xalid oglu Məmmədov — Azərbaycanlı şəhid. == Həyatı == Məmmədov Rəcəb Xalid oğlu 22 iyul 1995-ci ildə Ucar rayonunda anadan olmuşdur. == Hərbi xidməti == 2014-cü ildə hərbi xidmətə çağırılmışdır. II İkinci Qarabağ müharibəsi başlayan ilk gündən könüllü olaraq cəbhəyə döyüş bölgəsinə getmişdir. 06.10.2020-ci ildə Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində şəhidlik zirvəsinə ucalıb.
Rəcəb Paşa məscidi
Rəcəb Paşa məscidi — 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş məscid. == Haqqında == 1724-cü ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə 1725-ci ildə Qalanın içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb paşa məscidi adlandırılırdı. == Memarlıq quruluşu == Bu məscid düzgün paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi ornamentlərlə bəzədilmişdi. == Tarixi == İrəvan qalasının 1827-ci il oktyabrın 1-də rus qoşunları tərəfindən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər. Daha sonra onun xarici quruluşunda da dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vurulmuş, xristian məbədi formasına salınmışdı. Rəssam Frans Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi rəsmdə öndə Rəcəb paşa məscidi və onun minarəsi, arxa planda isə İrəvan xan sarayının yaxınlığında Sərdar məscidinin təsviri verilmişdir. 1930-cu illərdə aparılan "Allahsızlar" kampaniyası çərçivəsində Rus pravoslav kilsəsi də sökülərək məhv edilmişdir.
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, Qasımpaşa[d] və ya Bəyoğlu) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən). == Həyatı == Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir. == Siyasi fəaliyyəti == Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Recep İvedik
Recep İvedik (personaj)
Bəcəh
Bəcəh (ərəb. بجح‎; q.misir znmwt) — tarixi Nubiya ərazisində, Nil çayı boyunca və Misirin cənubundakı Əsvan mühafəzəsi daxilində ada və arxeoloji sahə. 1902-ci ildə bəndin tikintisi başa çatdıqdan sonra ada Əsvan SES-in su anbarında yerləşir. == Qədim Misir == Ada əvvəllər Nil çayının birinci axarında yerləşirdi və onun istehkamı qədim Yuxarı Misir və Nubiyaya çıxışa nəzarəti təmin edirdi. File və Agilkiya adalarına, eləcə də onların su anbarındakı qədim arxeoloji sahələrinə yaxın yerdə yerləşən ada Ümumdünya İrsi siyahısına əlavə edilmişdir.Bəcəh adası qədim misirlilər üçün müqəddəs sayılırdı. Onlar inanırdılar ki, Osiris bu adada dəfn edilib və onun üzərində dayanan məbəd Abaton (yunanca "ayaqsız yer") kimi tanınırdı, çünki oraya yalnız kahinlərin ayaq basmasına icazə verilirdi. Məbəd həm Seneka, həm də Lukan tərəfindən qeyd edilmişdir.B.e. III əsrin ortalarında və ya axırlarında Kuş çarı Talaxidamaninin səfirliyi hədiyyələrlə Abatonu ziyarət etmişdir.
Gəzəz
Gəzəz (fars. گزاز‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 357 nəfər yaşayır.
Həcər
Hacər — İbrahim peyğəmbərin zövcəsi. == Tövratda Həcər == İbranicə Hagər olaraq adlandırılan bu sözün mənası “qaçmaq, qaçış” deməkdir. Həcər isə “getmək, hicrət etmək, şirkdən uzaq olmaq, yaşıdlarından üstün olmaq mənasını verən hecr kökünə aid ola bilər və Cənubi Ərəbistanda məskunlaşma mərkəzi olan Hecerlə əlaqəli olduğu güman edilir. Tövrata görə, Quranda adı çəkilməyən Həcər Misirli cariyədir. Tövratda açıq şəkildə bildirilməsə də, Həcər də Hz.İbrahimə verilən cariyələr arasında olmalıdır. Tövrata görə, uzun müddət övladı olmayan Sara dövrün qaydalarına uyğun olaraq Həcəri ərinə ikinci arvad kimi təqdim edir. Həcər hamilə qalanda Saraya münasibəti dəyişir; Sara onunla pis davranır və onu qaçmağa məcbur edir. == İslama görə == İslami mənbələrdə Həcərin Misir və Kıpt padşahlarından birinin qızı olduğu bildirilir. Atasının Menfis əhlindən olduğu və oranın şahı olduğu bildirildiyi kimi Həcərin Hz. İbrahimin Misirə gəldiyi zaman işdə olan fironun cariyələrindən olduğu da bildirilir.
Recep Tayyip Erdoğan
Rəcəb Tayyib Ərdoğan (türk. Recep Tayyip Erdoğan; 26 fevral 1954, Qasımpaşa[d] və ya Bəyoğlu) — Türkiyə siyasətçisi, Türkiyə Respublikasının 12-ci prezidenti, Türkiyənin baş naziri (2003–2014), Ədalət və İnkişaf Partiyasının sədri (2001–2014, 2017-ci ildən). == Həyatı == Rəcəb Tayyib Ərdoğan 26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa bölgəsində doğulmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. Həmin il İmam Xatib liseyinə daxil olmuş və 1973-cü ildə oradan məzun olmuşdur. Daha sonra ali təhsilini Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsində almışdır. Camialtı, İETT, və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır. 2007-ci ildə "NTV" dəki proqramda türk olduğunu söyləmişdir. == Siyasi fəaliyyəti == Milli Türk Birliyindəki fəaliyyətindən sonra 1976-cı ildə islami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul il (vilayət) başçısı seçilmişdir.
Recep İvedik (film)
Rəcəb İvedik (türk. Recep İvedik) — 21 fevral 2008-ci ildə yayımlanan, Şahan Gökbakarın rol canlandırdığı bədii film. Rəcəb İvedik rolunun TV-də yayımlanmasının üzrəinə çəkilmişdir. Fraqmenti, 2008-ci ilin may tarixində YouTube adlı video paylaşma saytında təxmini 5 milyon 750 min dəfə izlənilən film, topladığı böyük marağın sonrasından 21 fevral 2008-də 230 kopiya ilə teatra verilmişdir. İlk üç gündə 791.536 nəfər tərəfindən izlənilən Rəcəb İvədik, Türkiyədə ilk 3 gündə ən çox izlənilən filmlər siyahısında ikinci yeri tutmuşdur. 17 gündə 3 milyon 150 min nəfər tərəfindən izlənmişdir. == Məzmun == Rəcəp İvədik küçədə tapdığı bir cüzdanı Antalyalı çox önəmli bir iş adamına aid olduğunu öyrənəndə cənuba tərəf yola çıxır. Yol boyu birbirindən gülməli sürprizlərlə qarşılaşan Rəcəb sonunda Antalyaya gəlir və pul qabını turizmçi Muhsin bəyə təslim edir. Muhsin bəy ona pul ilə hotelində qalmasını təklif edir. Rəcəb bunu qəbul etmir və gedərkən, uşaqlıq sevgilisi Sibeli görür.
Recep İvedik 1
Rəcəb İvedik (türk. Recep İvedik) — 21 fevral 2008-ci ildə yayımlanan, Şahan Gökbakarın rol canlandırdığı bədii film. Rəcəb İvedik rolunun TV-də yayımlanmasının üzrəinə çəkilmişdir. Fraqmenti, 2008-ci ilin may tarixində YouTube adlı video paylaşma saytında təxmini 5 milyon 750 min dəfə izlənilən film, topladığı böyük marağın sonrasından 21 fevral 2008-də 230 kopiya ilə teatra verilmişdir. İlk üç gündə 791.536 nəfər tərəfindən izlənilən Rəcəb İvədik, Türkiyədə ilk 3 gündə ən çox izlənilən filmlər siyahısında ikinci yeri tutmuşdur. 17 gündə 3 milyon 150 min nəfər tərəfindən izlənmişdir. == Məzmun == Rəcəp İvədik küçədə tapdığı bir cüzdanı Antalyalı çox önəmli bir iş adamına aid olduğunu öyrənəndə cənuba tərəf yola çıxır. Yol boyu birbirindən gülməli sürprizlərlə qarşılaşan Rəcəb sonunda Antalyaya gəlir və pul qabını turizmçi Muhsin bəyə təslim edir. Muhsin bəy ona pul ilə hotelində qalmasını təklif edir. Rəcəb bunu qəbul etmir və gedərkən, uşaqlıq sevgilisi Sibeli görür.
Kəpəz
Kəpəz dağı — Azərbaycanda, Göygöl rayonu ərazisində və Gəncə şəhəri yaxınlığında yerləşən dağ. Kəpəz rayonu — Gəncə şəhərinin rayonlarından biri. Kəpəz bələdiyyəsi — Gəncə şəhərinin Kəpəz rayonuna bağlı bələdiyyə. Kəpəz — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Sünik mərzinin Gorus rayonunda dağ. Bu dağ Zəngəzurun Şurnuxu və (hazırda tərk edilmiş) Ağbulaq kəndləri yaxınlığında yerləşir. Kəpəz (Mahnişan) — Zəncan ostanındakı Mahnişan şəhristanının Ənquran bəxşinin Ənquran dehistanında yerləşən kənd. "Kəpəz" Peşəkar Futbol Klubu (Kəpəz PFK) — Gəncə şəhərini təmsil edən futbol komandası. Kəpəz (film, 1972) — film. ARB Kəpəz (2016-cı ilədək olan keçmiş adı Kəpəz Televiziyası) — Gəncə şəhərindən yayımlanan telekanal.
Ləcət
Ləcət (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ləcət (Qusar) — Azərbaycanın Qusar rayonunun inzibati ərazi vahidində kənd.
Hecet