Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mahiyyət
Mahiyyət — obyektin başlıca, əsas və müəyyənedici tərəfi.
Rəiyyət
Rəiyyət — mülkədardan asılı, onun torpağını icarəyə götürən (çox vaxt irsən) kəndli. İcarə haqqı əsasən natural (ərzaqla), bəzən isə pulla ödənilirdi.Bundan başqa rəyyətin üzərində bir çox mükəlləfiyətlər var idi: yol, arx, körpü tikmək; müharibə və sülh vaxtı vaxtı ərazidə yerləşən qoşunu və məmurları təmin etmək. Avropa kəndlisindən fərqli olaraq Müsəlman Şərqində rəiyyət biyara əsasən getmirdi. Mülkədarın torpağı bütünlüklə rəiyyətin arasında bölüşdürülürdü. Zaman-zaman kəndlilərin təhkim olunması baş versə də, Avropada olduğu kimi burada kəndlilər klassik mənada təhkimli sayılmırdılar, onlar nəzəri olaraq istənilən vaxt ağanı tərk edib başqa ağanın torpağına köçə bilərdilər, amma praktikada bu elə də asan deyildi. Elatdan (yarımköçəri mardarlar) fərqli olaraq rəiyyət daha çox vergi ödəyirdi. Dövlətin əsas vergi yükü rəiyyətin üzərinə düşürdü. Rəiyyət şəxsən azad olsa da, mülkədardan torpağa görə asılı idi.
Ruhiyyət sarayı
Ruhiyyət sarayı (Türkmən dilində: Ruhyýet köşgi) — Türkmənistanın paytaxtı Aşqabadda yerləşən saraydır. Sarayda rəsmi hökumət tədbirləri, forumlar, görüşlər və açılış tədbirləri həyata keçirilir. Bina Fransanın Bouyges tikinti şirkəti tərəfindən tikilmişdir.
Rəbiyyət Aslanova
Rəbiyyət Nurullah qızı Aslanova (4 iyul 1951, Kəlbəcər) — Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sabiq sədri. Fəlsəfə elmləri doktoru, professor. BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri. Yeni Azərbaycan Partiyasının üzvüdür. ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü olub. Rəbiyyət Aslanova 1951-ci il iyulun 4-də Kəlbəcər şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra 1973–1976-cı illərdə universitetin aspiranturasında oxumuş, 1977–1978-ci illərdə Bakı Dövlət Universitetində assistent olmuşdur. 1981-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004-cü ildə "İslam mədəniyyət sistemində" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Xasiyyət Rüstəmova
Xasiyyət Rüstəmova (özb. Xosiyat Rustamova, 19 mart 1971, Nəməngan və ya Çust rayonu[d], Nəməngan vilayəti) — yazıçı, tərcüməçi, çoxsaylı ssenarilərin müəllifidir, Özbəkistan Respublikasının "Şöhrət ordeni" laureatı. Hazırda "Kitob dunyosi" qəzetinin baş redaktoru və Əlişir Nəvai adına Dil və Ədəbiyyat Universitetində müstəqil tədqiqatçıdır. 2022-ci ildən Dünya Poeziya Hərəkatının (Kolumbiya) Özbəkistandakı koordinatoru. Xasiyyət Rüstəmova 1971-ci il mart ayının 19-da Özbəkistanın Namanqan şəhərində anadan olmuşdur. Ali təhsilini Özbəkistan Milli Universietinin jurnalistika fakültəsində , daha sonra isə 2001–2004-cü illərdə Ali Ədəbiyyat Universitetində almışdır. Xasiyyət Rüstəmova 1993–1997-ci illərdə "Dan ulduzu" qəzetində çalışmışdır. 2015-ci ildən "Kitab dünyası" qəzetinin baş redaktoru vəzifəsini icra etməkdədir. 2021-ci ildə ABŞ-ın Ayova Universitetində Beynəlxalq Yazıçılar Proqramını bitirmişdir. İlk şeirlərini hələ tələbəlik illərindən çap etdirən Xasiyyət Rüstəmovanın şeirləri dövrü mətbuat orqanlarında dərc edilmişdir.
Zaviyyət-Kunta
Zaviyyət-Kunta (ərəb. زاوية كنتة‎) — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. Şəhər vilayətin mərkəzi hissəsində, Böyük Səhranın mərkəzi vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 1090 kilometr cənub-cənub-qərbdə məsafədə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 252 metrdir. Zaviyyət-Kunta kommunası Tinduf vilayətinin Tamest, İn-Zqmir, Timokten və Umm əl-Assel kommunaları ilə həmsərhəddir. Sahəsi 9140 km2-dir. 2008-ci ilin rəsmi siyahıyaalınmasına əsasən, kommunanın əhalisi 17,116 nəfər idi. Kişilər əhalinin 49,99%-i, qadınlar isə 50,01%-i təşkil etmişdir. Əhalinin savadlılıq səviyyəsi 73,3% olmuşdur.
Raziyyə Rüstəmova
Raziyyə Əli qızı Rüstəmov— ( 14 iyul 1936-cı il, Noraşen rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1966), əmək qabaqcılı. 1936-cı il iyul ayının 14-də, keçmiş Noraşen rayonunun (Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının hazırkı Şərur rayonu) Qarahəsənli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1955-ci ildə İlyiçevski rayonunun "SSRİ-nin 50 illiyi" (daha əvvəl "Şura" kolxozu) adlı kolxozunda sıravi kolxozçu kimi başlamışdır. Daha sonra manqa başçısı olmuşdur. 1972-ci ildən həmin kolxozda üzümçü kimi işləmişdir. 1965-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Hazırda pensiyaçıdır. 1966-cı il aprel ayının 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Rüstəmova Raziyyə Əli qızı xam pambıq istehsalının genişləndirilməsində əldə edilən nailiyyətlərə görə Sosialist Əməyi Qəhərəmanı adına layiq görülmüşdür. O, eyni zamanda "Lenin ordeni", "Çəkic və Oraq" qızıl medalı ilə mükafatlandırılmışdır. 2002-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının prezidentiin sərəncamı ilə Azərbaycanın elm və təhsil, mədəniyyət və icəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrindəki böyük xidmətlərinə görə Rüstəmova Raziyyə Əli qızı Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Raziyyə Şirinova
Raziyyə Şirinova (1940) – müğənni, aktrisa, film iştirakçısı. Azərbaycan Respublikasının əməkdar artisti(2006), Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdçüsü(2005) R. Şirinova 1962–64-cü illərdə A. Zeynallı adına Bakı Musiqi texnikumunda qocaman xanəndə Seyid Şuşinskinin kursunda təhsil almış, daha sonra – 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Hələ tələbə ikən "Lalə" qızlar ansamblının, 1964–1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. 1968-ci ildə gənc muğam ustalarının respublika müsabiqəsinin qalibi adına layiq görülmüşdür. 1980-ci ildə R. Şirinova Azərbaycan Dövlət Akademik Opera və Balet teatrına solist vəzifəsinə qəbul edilmiş, 2005-ci ilə kimi teatrda çalışmışdır. Teatrda çalışdığı illərdə o bir çox yadda qalan obrazlar – "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Tutu , Əmi qızı, "Leyli və Məcnun"da Məcnunun anası və s. rollarda çıxış etmişdir. R. Şirinova bir konsert müğənnisi kimi də böyük uğur qazanmışdır. Sənətdə olduğu bu illər ərzində respublika televiziyası və radiosu ilə ifa etdiyi muğam, xalq və bəstəkar mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. 10 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının mədəni həyatında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə" layiq görülüb 16 sentyabr 2006-cı ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adı ilə təltif olunub.