Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
After School
After School — amerikalı müğənni-bəstəkar Melani Martinesin dördüncü mini-albomu. 25 sentyabr 2020-ci ildə Atlantic tərəfindən buraxılıb. Melani, mini-albomun "daha şəxsi və Cry Baby personajının kənarında" olduğunu bildirib. == Fon == Martines 2019-cu ilin sentyabrında V jurnalına verdiyi müsahibədə əvvəlki albomu K-12-yə uyğun mahnılar buraxacağını, lakin mahnıların "daha şəxsi və daha həssas" olacağını dedi. O, 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə K-12 dövrünə aid olan After School adlı mini-albom buraxacağını açıqladı. Mini-albomun ilkin olaraq 2020-ci ilin yazında buraxılması planlaşdırılırdı. Martines həmçinin daha əvvəl iki film çəkəcəyini və hər ikisinin albomlarla müşayiət olunacağını demişdi. Martines 9 fevral 2020-ci ildə Instagram hekayəsi vasitəsilə mini-albomum yazda çıxacağını bildirdi, lakin o, sonra bunu sentyabrın 25-nə təxirə saldı. Ertəsi gün, fevralın 10-da o, amerikalı reper və bəstəkar Tierra Whack ilə birlikdə ifa etdiyi "Copy Cat" adlı sinqlı buraxdı. Mahnının əvvəlcə mini-albomda yer alacağı planlaşdırılırdı, lakin Martines mini-albomda 8 mahnının çox olacağını düşündüyü üçün mahnını mini-alboma daxil etmədi.
Adobe After Effects
Adobe After Effects — Adobe Systems tərəfindən yaradılmış, hərəkətli qrafikalar və vizual effektlər yaratmağa imkan verən bir proqramdır. Adobe After Effects ilə 2 və 3 ölçülü (2D və 3D) mühitlərdə animasiyalar yaradıla bilər. Dünyanın bir sıra kino və animasiya studiyaları tərəfindən istifadə olunan bir proqramdır. Video redaktə və dinamik şəkillər, resepturası inkişafı, animasiya və xüsusi effektlər üçün Adobe Systems – tərəfindən hazırlanmışdır . Bu geniş proqram, animasiya (televiziya və internet üçün) istehsalı, bədii və televiziya filmləri, eləcə də tələb edilən digər vəzifələri, bir sıra görüntüləri, (rəng korreksiyası, post-istehsaıl), reklam yaradılması, musiqi video müalicəsində istifadə olunur və digital video effektləri ilə zəngin istifadə imkanı yaradır. Bu mexanizm qısa müddət ərzində əyani məlumat saxlamaq imkanı verir və retina sensor yaddaşdan istifadə edir.
Cigarettes After Sex
Cigarettes After Sex — 2008-ci ildə Qreq Qonzales tərəfindən Texas ştatının El Paso şəhərində yaradılmış amerikan drim-pop qrupu. Qrup efirli, limerent və tez-tez yuxuya bənzəyən musiqi üslubu, tez-tez romantika və sevgi mövzularına əsaslanan sözlər, həmçinin Qonzalesin "androgin" kimi təsvir edilən səsi ilə tanınır. Ambient pop qrupu kimi bilinsə də, Cigarettes After Sex həm də şouqeyz, slowcore və indi-rok hesab olunur.
Day After Day
Day After Day (azərb. Günbəgün‎) — 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdikləri mahnı. Mahnının sözləri Zəhra Bədəlbəylinin, musiqisi isə Gövhər Həsənzadənindir. "Day After Day" mahnısı fevralın 2-də Azərbaycanın Avroviziya təmsilçisinin seçilməsi üçün təşkil olunan "Odlar Yurdu" adlanan konsert proqramında ifa olundu. Mahnıda şər və xeyir qüvvənin mübarizəsi və bu mübarizədə xeyir qüvvənin şər qüvvə üzərində qələbə qazanması əks olunur. Bu mahnı ilə Azərbaycan Avroviziyada debüt etdi. Yarımfinal mərhələsində Elnurla Samir yeddinci nömrə altında bu mahnını ifa etdilər və 19 mahnl arasında 66 xalla 6-cı yeri tutaraq finala yüksəldi. Finalda bu mahnı 20-ci nömrədə ifa olundu və yekunda finalda yarışan 25 mahnı arasında 132 xalla 8-ci oldu.
Calm After The Storm
Calm After The Storm (azərb. Fırtınadan Sonrakı Səssizlik‎) — Niderlandın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
The Day After Tomorrow
Birisigün (ing. The Day After Tomorrow) — 2004-cü il ABŞ istehsalı elmi fantastika, fəlakət filmi. Film qlobal istiləşmə və onun yarada biləcəyi problemlərdən bəhs edir. Baş rollarında Dennis Kueyd, Ceyk Cilenhol, Sela Vord, Emmi Rossum və İen Holm çəkilmişlər. == İstinadlar == == Xarici keçidlər == 20thcenturystudios.com/movies/the-day-after-tomorrow — Birisigün rəsmi saytı The Day After Tomorrow — Internet Movie Database saytında.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Baster
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Daster
Dəstər — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəstər Lerik rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Ləmər çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali Daster kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olmuşlar. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyata keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dasdar (TalıŞərq "əl dəyirmanı, kirkirə") adlandırılmışdır.
Kaftar
Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var.
Krater
Krater (vulkan) — Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Krater (qab) — çaxır və suyu qarışdırmaq üçün antik qab.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Həyatı == === Erkən illəri === Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. === Məşhurlaşması === 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Rafael
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael Süleymanov Rafael Qvaladze — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1985–1990). Rəfail Oğuztürk Dağlı Digər Rafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Rafute
Rafute (ラフテー) – Yaponiyanın Okinava mətbəxinə aid donuz qabırğasından hazırlanan yemək. Rafute dərisi soyulmamış donuz qabırğasının soya sousunda və qəhvəyi şəkərdə pörtlədilməsi ilə hazırlanır. Yaponiya inancına görə ömrü uzadan yeməkdir. Rafute Okinava Krallıq Mətbəxinin yeməklərindən biri olmuşdur. Havay adalarında rafute "şoyu donuz əti" adı ilə tanınır. və boşqablarda qəlyanaltı kimi servis edilir. Rafuteni Havay adalarına 1900-cü illərin əvvəlində Okinava immiqrantları gətirmişdilər. Etnik okinavalılar Havay adalarının paytaxtı Honolulu şəhərində bir çox restoran işlətmişdilər.
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. == Elmi əsərləri == Flora caroliniana. 1788. == Ədəbiyyat == Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Router
Marşrutlaşdırıcı (Ruter və ya Router ingilis dilindən tərcüməsi ing. router /ˈɹu:tə(ɹ)/ və ya /ˈɹaʊtəɹ/, /ˈɹaʊtɚ/) — şəbəkə trafikinə yol göstərir (istiqamətləndirir). Şəbəkədə göndərilən verilənlər kiçik paketlərə bölünür. Paketlərin hamısı eyni yolla (marşrutla) hərəkət etmir; paketlərin biri bir yolla, digəri isə başqa bir yolla gedə bilər. Paketlər təyinat yerinə çatdıqda ilkin formada birləşdirilir. Mürəkkəb, yəni çoxlu hissəsi olan şəbəkələrdə yönləndiricilər göndərilmiş paketləri qəbul edir və onları mövcud marşrutlardan ən səmərəli olanı (ən qısası) üzrə göndərir. Şəbəkənin hər hansı bir hissəsində nasazlıq olarsa, yönləndirici paketləri alternativ yollara istiqamətləndirə bilər. Marşrutlaşdırıcının şəbəkə kommutatorundan (Switch) və şəbəkə qovşağından (HUB) əsas fərqi OSİ modelinin şəbəkə (3-cü) səviyyəsində işləməsindədir. Beləki digər 2 avadanlıq uyğun olaraq 1 və 2-ci səviyyəli OSİ modelləri ilə işləyirlər. == İş prinsipi == Adətən marşrutlaşdırıcı paket başlığında göstərilən ötürülən ünvandan istifadə edir və marşrutlaşdırma cədvəlindən məlumatların ötürüləcəyi yolu müəyyənləşdirir.
Aster
Çayırçiçəyi (lat. Aster) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çayırçiçəyini çox vaxt kiçik təpələrdə əkirlər. Belə əkilmə şəraitində bitki daha cəzbedici görünür. Bu bitkinin gülləri ulduz formasında olduğuna görə adı yunancadan "ulduz" sözündən götürülmüşdür. Çoxillik çayırçiçəklərinin Şimali və Cənubi Amerikada, Avrasiya və Afrikada bitən 500-ə yaxın növü məlumdur. Onların 80 növündən bəzək bağçılığında istifadə olunur və aşağıdakı növlər xüsusilə geniş yayılmışdır: Alp çayırçiçəyinin (A.alpinus) çoxsaylı hamaşçiçəkləri səbətləri ilə fərqlənir. Dilcik formalı çiçəklər bənövşəyi, mavi, ağ rəngli olur. Boru formasında olan çiçəkləri sarıdır. Azərbaycanda Böyük və Kiçik Qafqazın Alp zonasında yabanı halda bitir.
Adam Rayner
Adam Rayner (alm. Adam Rainer‎; d. 1899 - ö. 4 mart 1950) – tarixdə qeydə alınmış həm karlik, həm qiqant olan yeganə şəxs. Akromeqaliyadan əziyyət çəkdiyi güman olunur. == Bioqrafiya == Rayner Avstriya-Macarıstan imperiyasının Qrats şəhərində anadan olmuşdur. 1917-ci ildə 18 yaşı olarkən boyu 122,55 sm olaraq ölçülmüşdür. 1918-ci ildə 19 yaşında olarkən isə boyu 111,5 sm olaraq ölçülmüşdü. Yetkinlik yaşında boyu 147 santimetr idi. Lakin hipofiz vəzindəki şiş onun boyunun qəfil və sürətli artmasına səbəb olmuşdur.
Adlinda (krater)
Adlinda – Yupiterin təbii peyki Kallistoda yerləşən ən böyük üçüncü çoxqatlı struktur (zərbə krateri). Diametri təxminən 1000 kilometrdir. Kallistonun cənub yarımkürəsində yerləşir. Adını İnuit mifologiyasından almışdır. Nisbətən daha gənc olan böyük Lofn krateri Adlindanın üzərində yerləşir. Bu kraterin parlaq səthi Adlindanın səthinin 30%-ni tutur və onun ətraflı tədqiqini əngəlləyir. Lofn da zərbə krateridir.
Alan Kalter
Alan Robert Kalter (21 mart 1943, Nyu-York, Nyu-York ştatı – 4 oktyabr 2021, Stamford) ― Amerika televiziya aparıcısı.
Apus caffer
Apus caffer (lat. Apus caffer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin uzunqanad cinsinə aid heyvan növü.
Baster Kiton
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[…] – 1 fevral 1966[…], Vudlend-Hillz[d], Kaliforniya) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı. == Bioqrafiya == Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır. Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Baster şəhəri
Fransa Qvadelupası inzibati mərkəzi Bas-Ter şəhəri ilə qarışdırmamalı Baster (ing. Basseterre, keçmiş Sent-Kristofer) — Sent-Kits adasının cənub hissəsində yerləşən şəhər, Sent-Kits və Nevis dövlətinin paytaxtı. Vest-Hindin ən qədim şəhərlərindən biri, 1627-ci ildə əsası qoyulub. Əhalisi 11 min nəfər (2003). 1867-ci ildə baş vermiş yanğından ciddi zərər çəkmişdir. O zaman cəmi bir neçə bina salamat qalmışdı. Şəhərin mərkəzi fontanı olan balaca ictimai parkdır, Müstəqillik meydanı adlanır. 1790-cı ildə bura qul bazarı kimi istifadə edilirdi. Təsərüffatından yeyinti sənayesi inkişaf etmişdir (şəkər, içkilər). Tarixi əşyalar saxlanan sent-Kristofer_Xeritic_Sisayeti muzeyi vardır.
Brenda Şaffer
Brenda Şaffer (1965, ABŞ) — Amerikalı-İsrailli professordur. Amerika Elmi Siyasi Assosiasiyasının Xarici Siyasət Bölməsinin keçmiş prezidenti, elmlər doktoru, professor, siyasi xadim. == Bioqrafiyası == Brenda Şaffer 1950-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olmuşdur. Doktorluq dissertasiyasını Təl-əviv universitetində müdafiə etmiş, bir neçə il həmin universitetdə tədqiqatçı və İsrail dövləti üçün siyasi təhlilçi olaraq çalışmışdır. Harvard universiteti nəzdindəki Kennedi hökumət məktəbində Xəzər təhsil proqramının araşdırma sədri kimi fəaliyyət göstərib. Hal hazırda siyasi elmlər sahəsi üzrə Haifa universitetində və Azərbaycan Diplomatik Akademiyasında çalışır. Professor Şaffer "Enerji Siyasəti" kitabının müəllifi və beynəlxalq münasibətlərdə enerji və Qafqaz regionunda enerji təhlükəsizliyi üzrə ekspertdir. Dr.Şaffer həmçinin Qafqazda kimlik və mədəniyyət mövzusu üzrə kitab müəllifidir. Hazırda ABŞ-nin Vaçiqton şəhərindəki Corctaun Universitetinin professorudur. İngilis, türk, rus, Azərbaycan və ivrit dillərini bilir.
Arkad (krater)
Arkad – Yupiterin təbii peyki Kallistoda yerləşən krater. Ölçüsü 60 kilometr təşkil edir. Mərkəzi çuxur zərbə krateri olduğu güman olunur. Kraterin yaxınlığında Qinandi adlı başqa krater yerləşir. Krater Yunan mifologiyasında Kallistonun oğlu Arkadın şərəfinə adlandırılmışdır.
Bulbophyllum taeter
Bulbophyllum taeter (lat. Bulbophyllum taeter) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Dəftər
Dəftər — ərəbcə əsli yunanca bir-birinə bərkidilmiş ağ vərəqlərdən ibarət informasiya daşıyıcısı, qeydlər üçün əşya, yazı üçün predmet. Dəftər vərəqləri ağ, düz xətli, perpendikulyar xətlərin kəsişməsindən əmələ gələn xırda çərçivəli və bucaq altında çərçivəli ola bilərlər. Məktəb dəftərlərinin kənarı da xətli ola bilər. Dəftərləri daha çox orta və ali məktəb şagird və tələbələri istifadə edirlər. Dəftərlər elmi qeydlər üçün də istifadə edilir. Ancaq bu ağ kağız topluları laborator jurnalları adlanır. Tibbdə isə onlara xəstəlik kartları deyilr.
Ramsər
Ramsər — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Ramsər şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,659 nəfər və 9,421 ailədən ibarət idi.