Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kataniya
Kataniya (it. Catania) — İtaliyanın Siciliya muxtar vilayətindəki eyniadlı Kataniya vilayətinin mərkəzidir. Bələdiyyə sərhədləri içindəki əhalisi (30.06.2010 etibarilə) 294.756 nəfər olub əhali baxımından Sicilyanın ikinci böyük bələdiyyəsi, İtaliyanın 10-cu böyük şəhəri və 10-cu sırada olmasına baxmayaraq, bir İtalyan inzibati region mərkəzi olmayan tək böyük əhalisi olan şəhəridir. Metropoliten Katanya bölgəsi üçün əhali 752,895 nəfərdir. İtaliyanın ada şəhərlərindən biri olan Katanyanın Aralıq dənizinə sahilində yerləşir. == Coğrafi mövqe == Katanya şəhəri Siciliya adasının şərqində İyonyen dənizi sahillərində Messina ilə Sırakuza şəhərləri arasında və Etna Dağı vulkanı ətəklərində qurulmuşdur. Şəhərin dərhal ətraflarındakı dəniz sahilləri yanardağ lavalarından və qara bazalt kayalarından heyəti böyük yarları ibarətdir. Lakin şəhərin qurulduğu mövqeyi cənubunda "Simento Çayı" var və bu çay Siciliya adasının ən geniş (2000 hektarı aşan sahədə) mümbit düzənliklərində biri olan və Katanya şəhərinin əhəmiyyətli hissələrinin qurulmuş olduğu Katanya düzənliyində Katanya Körfəzinə yerləşir. Şəhərin limanı və ticarət və sənaye bölgələri bu düzənlikdə çayın ağızına doğru yerləşir. == Tarixi == Katanya şəhərini uzun və çox hadisələrə dolu bir tarixi vardır.
Kataniya FK
Kataniya (it. Catania Società Sportiva Dilettantistica)- İtaliya futbol klubu. 1953-1954-cü illərdə klub 1960-1961, 1963-1964, 1964-1965 və 2012-2013-cü illərdə ən yaxşı yer kimi səkkizinci yeri tutaraq, 17 çempionat oynadığı kateqoriyada ilk dəfə İtaliya A Seriyasına yüksəldi. O, Birinci Divizion çempionluğu, İtaliya B Seriyası çempionluğu və altı İtaliya C Seriyası çempionluğu qazanıb.
Bataviya
Bataviya — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 15600 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13,6 km²-dir. Ərazinin 13,4 km² hissəsi quru, 0.2 km² hissəsi isə sudur. == Əhali == 2000-ci ilin statistikalarına əsasən şəhərdə 16256 şəxs, 6457 ev və 3867 ailə vardır. Əhalinin tərkibi 90,23% ilə ağdərililərdən, 5,43% ilə qaradərililər və yaxud afroamerikalılardan, 0,48% ilə yerli amerikalılardan, 0,87% ilə asiyalılardan, 0,02% ilə Sakit okean adalılarından, 1,06% ilə digər etnik qruplardan ibarətdir.
Britaniya
Birləşmiş Krallıq (ing. United Kingdom) və ya rəsmi adı ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (ing. United Kingdom of Great Britain and Northern Ireland) — Şimal-qərbi Avropada dövlət. Birləşmiş Krallıq Böyük Britaniya adasını, İrlandiya adasının şimal-şərq hissəsini və Britaniya adaları daxilində bir çox kiçik adaları əhatə edir. Şimali İrlandiya vasitəsilə İrlandiya Respublikası ilə quru sərhədini bölüşür. Birləşmiş Krallıq şərqdə Şimal dənizi, cənubda La-Manş boğazı, cənub-qərbdə Kelt dənizi, qərbdə isə Atlantik okeanı ilə əhatə olunub. İrlandiya dənizi Böyük Britaniya və İrlandiya adalarını bir-birindən ayırır. Krallığın tərkibində dörd dövlət İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiya olmaqla konstitusiyalı monarxiyadır. Paytaxtı və ən böyük şəhəri London, ümumi sahəsi 242,495 kvadrat kilometrdir. Birləşmiş Krallıq bəzən qısa şəkildə Böyük Britaniya və ya Britaniya kimi də adlandırılır.
Hazaniya
Hazaniya (lat. Gazania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hazaniya orta qurşaq şəraitində birillik bitki kimi becərilən çoxillik ot bitkisidir. Hündürlüyü 40 sm-ə çatan budaqlı,sallaq,boz-yaşıl yarpaqlı və uzun çiçək saplağında yerləşən iri hamaşçiçəkləri (diametri 8 sm-ə qədər) olan bitkidir.Qılçıq gülləri növündən asılı olaraq qırmızı,narıncı və ya ağ rəngli olur.Boruşəkilli gülləri qara rəngdədir.Növ və hibridlər hündürlüyünə,hamaşçiçəyin ölçüsünə,qılçıq güllərin miqdarına və rənginə görə bir-birindən fərqlənir.Hazaniya bitkisi toxumla çoxaldılır.Solmuş bitkiləri qopartmaq lazımdır.Hazaniya qayalıq sahələrdə yaxşı bitir.Əgər payızda bitkini çıxarıb dibçəyə köçürsək,yazda çiçəkləmə müşahidə ediləcəkdir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Latakiya
Əl–Laziqiyyə (ərəb. اللاذقية‎) — Suriyada şəhər, eyniadlı mühafəzənin, məntəqənin və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 84.460 ailədə 195.430 nəfəri kişilər və 188.356 nəfəri qadınlar olmaqla cəmi 383.786 nəfərdir. Türkiyəli bəzi müəlliflərə görə şəhərdə əhalinin təqribən 15%–ni türkmanlar təşkil edir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Əl–Laziqiyyə şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Əl–Laziqiyyə şəhəri SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Nataliya
Nataliya — Ukraynada ad. Nataliya Leqonkova — Ukraynalı marafonçu. Nataliya Sançez — Kolumbiyalı oxatan. Natalya Lavrova — Rusiyanı təmsil edən bədii gimnast. Natalya Sneqovaya — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru Natalia Ginzburq — italyan yazarı Nataliya Sinişin — Ukrayna əsilli Azərbaycanlı güləşçi Nataliya Budilo — Belarusu təmsil edən bədii gimnast. Nataliya Kelli — Avstriya müğənnisi Nataliya Barbu — məşhur moldovalı müğənni, skripka ifaçısı.
Aroaniya
Aroaniya (yun. Αροάνια ) və ya Helmos (Χελμός ) — Yunanıstanda, Peloponnesin şimalında yerləşən dağ silsiləsi. 2355 metr hündürlüyü ilə Aroaniya dağları Mora yarımadasında üçüncü ən yüksək dağdır.
Romaniya
Rumıniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Alaniya
Alaniya — Müasir Rusiya federasiyası (Şimali Qafqaz)ərazisində yerləşən qədim vilayətlərdən birinin adı. Orta əsrlərdə Şimali Qafqaz və Don çayı ilə Volqa çayı boyu əraziləri əhatə edirdi.
Azaniya
Azaniya (q.yun. Ἀζανία) və ya Barbariya (q.yun. Βαρβαρία) — qədim coğrafiyaşünaslıqda Şərqi Afrikada, Hind okeanı sahilində, Somalidəki Aromat burnundan (Qvardafuy) Tanzaniyadakı Rapta burnuna (lat. Raptum) qədər uzanan vilayət. Azaniya körfəzi yunanlar tərəfindən Barbariya körfəzi (q.yun. Βαρβαρικός κόλπος, lat. Sinus Barbaricus), romalılar tərəfindən isə Azaniya dənizi (lat. Mare Azanium) adlandırılırdı Azaniyaya Muxadan zeytun yağı və büxur, Avropadan isə dəmir, şüşə, buğda və şərab idxal olunurdu. Azaniyadan xaricə fil sümüyü, kərgədan buynuzu, tısbağa sümüyü və hindqozu ixrac olunurdu. Azaniyanın əsas ticarət şəhəri Rufici çayının mənsəbində yerləşən Rapta idi.
Kiçik Britaniya
"Kiçik Britaniya" (ing. Little Britain) — BBC telekanalında yayımlanan satirik skeç-komediya janrında Böyük Britaniya teleserialı. Mett Lukas və Devid Uillyams komiklərin birgə rolu üzərində çəkilmişdir. Şounun adı "Böyük Britaniya" sözünün allyuziyasıdır. Serialın skeçləri "Britaniyada yaşayan adamlar" haqqında rəvayət şəklində tərtib edilmişdi. Serialın davamı olan Little Britain USA 2008-ci ildə efirə buraxılmışdı. Serial ABŞ-nin HBO, Kanadanın HBO Canada, Böyük Britaniyanın BBC One və Avstraliyanın Network Ten telekanallarında nümayiş olunmuşdu. == Tarix == === Radio şou === Kiçik Britaniya əvvəlcə BBC Radio 4-də radio şousu kimi nümayiş edilirdi və Edvard Flinn tərəfindən istehsal olunmuşdu. Radio 4 2004-cü ilin fevralında bütün 9 seriyanın təkrar nümayişinə başladı (lakin vaxt intervalına sığışmaq məqsədilə, seriallar bir az redaktə olunmuşdular). === Teleseriallar === Birinci mövsüm, 2003 Birinci teleserial 2003-cü ilin fevral ayında BBC rəqəmsal telekanalında nümayiş olunmuşdu.
Latakiya mühafazası
Əl-Laziqiyyə mühafəzəsi (ərəb. محافظة اللاذقية‎) — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 2,297 km², inzibati mərkəzi Laziqiyyə şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi təxminə əsasən mühafəzənin əhalisi 1.161 milyon nəfərdir. Mühafəzənin ərazisində 265 türkmən kəndi vardır.
Nataliya Aleksandrova
Nataliya Yuriyevna Aleksandrova (d. 8 avqust 1984) — Belarusu təmsil edən bədii gimnast. Nataliya Aleksandrova, 2004-cü ildə Belarusu XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Nataliya Aleksandrova, 2004-cü ildə Belarus bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yeniya Burlo, Qlafira Martinoviç, Zlatislava Nersesyan, Qalina Nikandrova və Mariya Popliko ilə birgə finalda 48.000 xal topladı və fəxri 4-cü yeri tutdu.
Nataliya Alekseyevna
Nataliya Alekseyevna (Rusca: Наталья Алексеевна; 25 iyun 1755, Prentslau[d], Brandenburq – 15 aprel 1776 və ya 1776, Sankt-Peterburq) — Rusiya imperatoru I Pavelin ilk xanımıdır.
Nataliya Arsenyeva
Nataliya Arsenyeva (tam adı: Nataliya Arsenyeva, belar. Наталля Аляксееўна Арсеньева, rus. Ната́лья Алексе́евна Арсе́ньева; 20 sentyabr 1903, Bakı – 25 iyul 1997, Roçester[d], Nyu-York ştatı) — Belarus dramaturqu, şairə və tərcüməçi. Françişak Kuşalın həyat yoldaşıdır. 1903-cü il sentyabrın 20-də Bakıda Rusiya işçilərinin ailəsində anadan olmuşdur. Birinci Dünya müharibəsi zamanı (1915) Arsenyev ailəsi Yaroslavl şəhərinə köçürülür, burada şairə ilk şeirini (rus dilində) yazır. 1920-ci ildə ailə Vilnüsə qayıdır. Nataliya gəncliyini Vilnüsdə keçirmiş və burada 1921-ci ildə Belarus gimnaziyasından məzun olmuşdur. Vilnüs Universitetinin incəsənət fakültəsində təhsil almışdır. Maksim Qoretski onun poetik bacarığına xüsusi diqqət ayırırdı.
Nataliya Aşumova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Nataliya Baliyeva
Nataliya Baliyeva (tam adı: Nataliya Gennadiyevna Baliyeva; 1954, Kuybışev) — aktrisa, Azərbaycan Respublikasının əməkdar artisti (2000). F.Volkov ad. Yaroslavl Teatr məktəbini bitirmişdir. 1975 ildən səhnə fəaliyyətinə başlamışdır. Azərb. Dövlət Rus Dram Teatrının səhnəsində müxtəlif səpkili obrazlar yaratmışdır: Fitnə ("Fərhad və Şirin", S. Vurğun), Dina Fyodorovna ("Kişi qadının yanına gəldi", S. Zlotnikov), Aynur ("Büllur sarayda", İ. Əfəndiyev), Nastasya Filippovna ("İdiot", F. Dostoyevski), Şarlotta ("Müqəddəs əjdahalar", J. Kokto) və s. N.Baliyeva 1975-ci ildə Yaroslavl şəhərinin teatr məktəbinin aktyor fakültəsini bitirmişdir. 1975-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatr səhnəsində 50-dən çox rol oynamışdır.
Nataliya Barbu
Nataliya Barbu — məşhur moldovalı müğənni, skripka ifaçısı. Nataliya Barbu 22 avqust, 1979-cu il tarixində Moldovanın Beltsı şəhərində anadan olmuşdur. Həmçinin skripka ifaçısı kimi də tanınan Nataliya hazırda SONY BMG şirkəti ilə əməkdaşlıq edir. Yerli “Moldstar”, beynəlxalq müsabiqələr - “Slavyan bazarı”, “Mamamia” və “Yeni dalğa” kimi yarışların mükafatçısıdır. Əsasən pop-rok və qotik-rok janrında mahnılar ifa edir. 2007-ci ildə “Fight” (“Döyüş”) adlı mahnı ilə Moldovanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 109 xal toplayaraq 10-cu olmuşdur.
Nataliya Borisenko
Natalya Borisenko (d. 3 noyabr 1975) — Ukraynanı təmsil edən həndbolçu. Natalya Borisenko Ukrayna yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Fransa yığmasını 18:22 hesabı ilə məğlub edən Ukrayna yığması, Afina Olimpiadasını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Nataliya Budilo
Nataliya Budilo (8 avqust 1979) — Belarusu təmsil edən bədii gimnast. Nataliya Budilo Belarusu 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 6-cı pillənin sahibi olub.
Nataliya Haşımova
Şarovskaya Natalya Yuryevna — Azərbaycan aktrisası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). N.Şarovskaya 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1985-1992 illərdə M.Qorki adına Gənc Tamaşaçılar teatrında, 1992-ci ildən S.Vurğun ad. Rus Dram teatrında aktrisa vəzifəsində işləyir. Teatrda işlədiyi müddətdə bir çox rollar oynamışdır. Onun yaratdığı: Tuanetta (Molyer "Mnimıy bolnoy"), Zoya (A.Ostrovski "Krasaves-mujçina"), Cozefina ("Napoleon I " F.Brukner), Süzanna (R.Toma "Vtoroy vıstrel"), Arkadina (A.P.Çexov "Çayka"), Qonerilya (U.Şekspir "Kral Lir"), Məryam (S.Vurğun "Fərxad və Şirin") kimi obrazları aktrisanın rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir. Aktyor Aleksandr Şarovskinin həyat yoldaşıdır.
Nataliya Karpenkova
Nataliya Vladimirovna Karpenkova (d. 1 fevral 1970) — Belarusu təmsil edən batut gimnastı. Nataliya Karpenkova, 2000-ci ildə Belarusu XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Dünya Çempionatlarında 1 gümüş və 1 bürünc medal qazanan Nataliya Karpenkova, həmdə Avropa Çempionatlarında 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olub. Nataliya Karpenkova, 2000-ci ildə Belarus bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Karpenkova, 35.80 xal topladı və 8 idmançı sırasında 5-ci yeri tutdu.
Nataliya Kelli
Nataliya Kelli — 18 dekabr 1994-cü ildə Hartford, Konnektikut ştatında, Amerika Birləşmiş Ştatlarında anadan olan Avstriya müğənnisidir. Nataliyanın atası Amerikalı, anası isə Braziliyalıdır. Nataliya Kelli 2013 Avroviziya Mahnı Müsabiqəsində İsveçin Malmö şəhərində Avstriyanı "Shine" mahnısı ilə təmsil edib.
Nataliya Kobrinska
Nataliya Kobrinska (ukr. Наталія Іванівна Кобринська) — ukraynalı yazıçı. Natalia Ozarkeviç 8 iyun 1855-ci ildə Beleluya kəndində keşiş ailəsində anadan olmuşdur․ O, beş uşağın ən böyüyü idi. İlk ukraynalı feministlərdən biri. Dul qaldıqdan sonra o, qadınların bərabər hüquqlarının fəal təbliğatçısı olur, qadınların universitetlərə daxil olmasına icazə vermək üçün petisiyalar göndərir, qadınların azad edilməsi mövzusunda romanlar yazır və Stanislavov şəhərində Rus Qadınları Assosiasiyasını qurur. 1889-cu ildə Olena Pçilka ilə birlikdə o, qadınlar tərəfindən redaktə edilən və nəşr olunan qadın jurnallarının əsasını qoyan "Birinci Vinok" almanaxını nəşr etdirir. Natalya İvanovna Kobrinska 1920-ci il yanvarın 22-də Bolexiv şəhərində tif xəstəliyindən vəfat etmişdir.