Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Meolan-Revel
Meolan-Revel (fr. Méolans-Revel, oks. Meulans e Revèl) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Le-Loze-Yubey kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04161. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 330 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 237 nəfərdən (15-64 yaş) 164 nəfəri iqtisadi cəhətdən fəal, 73 nəfər hərəkətsiz (fəaliyyət göstərici 69.2%, 1999-cu ildə 77.4%) idi. Fəal olan 164 nəfərdən 151 nəfəri (88 kişi və 63 qadın), 13 nəfəri işsizdir (9 kişi və 4 qadın).
Raçel Ueisz
İngiltərəli aktrisa.
Rebel Heart
Rebel Heart — Madonnanın 13-cü studiya albomu. Albom 6 mart 2015 tarixində satışa çıxarıldı və alboma dəstək məqsədi ilə Madonna 9 sentyabr 2015 tarixindən eyni adlı konsert turnesinə start verdi..
Regel paxladəni
Astragalus echinops — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar”– NT. Azərbaycanın nadir, endemik növüdür. Regional IUCN Statusu: NT. == Qısa morfoloji təsviri == Gövdəsinin hündürlüyü 30-90 sm olan, sıx a tükcüklərlə örtülmüş çoxillik bitkidir. Yarpaqları 10-16 cütdür, yarpaqcıqları ellipsivari və ya uzunsov-yumurtaşəkillidir, ititəhərdir, üzəri ağ tükcüklüdür. Yarpaqların qoltuğunda yerləşmiş çiçəklər kürəşəkilli çiçək qrupuna aiddir. Tacı sarıdır. Paxlası tükcüklüdür, yuxarı uc hissədə dörtdillidir. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə iyun, meyvəvermə iyul-avqust aylarına təsadüf edir. Orta dağ qurşağında, quru , daşlı yamaclarda və qayalı ərazilərdə rast gəlinir. Mezokserofitdir. == Yayılması == Naxçıvanın dağlıq hissəsi (Culfa rayonu-Xəzindərə, Ərəfsə kəndinin ətrafı; Ordubad rayonu – Biləv, Paraqa, Tivi və Bist kəndlərinin ətrafı; Babək rayonu- Buzqov kəndinin ətrafı).
Reqel çatılotu
Reqel çatılotu (lat. Euphrasia regelii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çatılotu cinsinə aid bitki növü.
Retel (rayon)
Retel (fr. Rethel) — Fransanın Şampan-Ardenn regionunun rayonlarından biri. Departament — Ardenlər. Suprefektura — Retel. Rayon əhalisi 2006-cı ildə 35 152 təşkil edirdi. Əhalinin sıxlığı — 29 nəf./km². Sahəsi — 1200 km².
Revel-Turdan
Revel-Turdan (fr. Revel-Tourdan) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Boreper kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38335. Kommunanın 1999-cu il üçün əhalisi 842 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 267 ilə 444 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 45 km cənubda Qrenobldan 60 km qərbdə yerləşir.
Revel (İzer)
Revel (fr. Revel) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38334. Kommunanın 2012-ci il üçün əhalisi 1413 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 299 ilə 2840 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 12 km şərqdə yerləşir.
Reyçel Cekson
Reyçel Cekson (ing. Rachel Donelson Robards Jackson; 15 iyun 1767[…], Halifaks[d], Virciniya – 22 dekabr 1828[…], Neşvill) — ABŞ siyasətçisi, 5-ci Prezidenti Endryu Ceksonun həyat yoldaşı.
Reyçel Fattal
Reyçel Fattal (d. 10 noyabr 1993) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Reyçel Fattal, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Reyçel Makadams
Reyçel Anna Makadams (ing. Rachel Anne McAdams; d. 17 noyabr 1978) — kanadalı kinoaktrisa. == Həyatı == Kanadanın Ontario əyalətinin London şəhərində dünyaya gəlib. Atası Lans yük maşını sürücüsü, anası Sendi isə tibb bacısı idi. Keylin adlı balaca bacısı və Daniel adında kiçik qardaşı var. Reyçel 13 yaşında yay düşərgəsində Şekspir pyeslərində rol almağa başladı. Liseyi bitirdikdən sonra universitetdə oxumağı planlaşdırmışdı. Teatr müəllimi onu aktyorluq təhsilini davam etdirməsi üçün cəsarətləndirdi. Nəhayət Torontodakı York Universitetinin Teatr fakültəsindən fərqlənmə ilə məzun oldu.
Reyçel Ridel
Reyçel Ridel (5 sentyabr 1984, Vankuver, Britaniya Kolumbiyası) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Reyçel Ridel, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Reyçel Vays
Reyçel Hanna Vays (ing. Rachel Hannah Weisz; 7 mart 1970[…], Vestminster[d], Böyük London) — İngilis aktrisa.
Yürgen Rebel
Yürgen Rebel (17 iyul 1963) — Qərbi Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Yürgen Rebel Qərbi Almaniyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 21-ci pillənin sahibi olub.
Levin Reyçel
Reyçel Levin (ing. Rachel Levine, doğum adı Richard Levine) — Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət və siyasi xadimi . İxtisasca pediatr olan Reyçel 26 mart 2021-ci ildən Birləşmiş Ştatlar üzrə Səhiyyə Nazirinin köməkçisi vəzifəsində çalışır. O, bundan əvvəl 2017–2021-ci illərdə Pensilvaniya Səhiyyə Departamentinin katibi vəzifəsində çalışıb. Həmçinin Pensilvaniya Dövlət Tibb Kollecində pediatriya və psixiatriya professorudur və əvvəllər 2015–2017-ci illərdə Pensilvaniya ştatının baş həkimi vəzifəsində çalışıb. 24 mart 2021-ci ildə ABŞ Senatı onu Birləşmiş Ştatlar üzrə Səhiyyə Nazirinin köməkçisi vəzifəsinə təyin etdi . Reyçel Levin trans qadın olan azsaylı ABŞ hökumət rəsmilərindən biridir . O, tarixdə ölkə Senatı tərəfindən təsdiq tələb olunan vəzifəni tutan ilk trans qadın şəxsdir . == Şəxsi həyatı == Riçard Levin 28 oktyabr 1957-ci ildə Massaçusets ştatının Ueykfild şəhərində anadan olub . Milliyyətcə yəhudidir.
Reyçel Roks
Reyçel Roks (2 mart 1983[…], San Antonio, Texas) — amerikalı köhnə pornoaktrisa. == Həyatı == Reyçel Roks 2 mart 1983-cü ildə Texas ştatının San Antonio şəhərində anadan olub. 2002-ci ildə atasını itirib. 2007-ci ildə Los-Ancelesə, Kaliforniyaya köçərək böyüklər üçün kino sənayesinə girdi.
Evan Reyçel Vud
Evan Reyçel Vud (ing. Evan Rachel Wood; 7 sentyabr 1987, Roli, Şimali Karolina) — ABŞ aktrisası. O, "Emmi" və "Qızıl qlobus" mükafatlarına namizəd göstərilmişdir.
Keçəl
Keçəl – başında tük olmayan və ya saçı tökülmüş adam. Keçmişde keçəllik çox yayılmış xəstəlik olmuşdur. Bu antisanitariya vəziyyətindi olan ailələrdə başın tez-tez yuyulmaması, qırxılmaması, bit-sirkə düşməsi üzündən törəyirdi. Kirli, uzun dırnaqlarla başı qaşımaq, başda çirkdən qatmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirirdi. Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün müxtəlif bitkilərin çiçəklərindən, meyvə qabıqlarından istifadə edilir. Məsələn, gəndəlaşın yetişmiş meyvələrini əzib yaraların üstünə qoymaq olar. İt soğanı, zanbaq şəklində başında bənövşəyi çiçəkləri olan bitkilər bu xəstəliyin dərmanı hesab olunurdu. Onun köklərini əzib yumurta ağına qatıqdan sonra başdakı yaralara yaxırlar. Pəlpətöun bitkisinin bitkisinin şirəsini çıxara və ya sirkəyə qatmaqla alınan məhlulla yaralıların qanını və irini təmizləyərmişlər. Yaralar sağaldıqdan sonra yara düşən dəriyə bir də tük gəlmədiyindən başda keçəllik qalarmış.
Rəcəb
Rəcəb – Hicri təqviminin 7-ci ayı, Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisi və haram aylardan biridir. == Quranda rəcəb ayı == Aşağıdakı ayələr rəcəb ayı haqqındadır: Tövbə surəsi 36-37-ci surələr; == Tarixi günlər == Rəcəbin 1-i İmam Baqirin döğum günü. Rəcəbin 3-ü İmam Hadinin vəfatı. Rəcəbin 5-i İmam Hadinin doğum günü. Rəcəbin 8-i (hicri 20-ci il) – İslam dininin Misirə gəldiyi gündür. Rəcəbin 9-u İmam Hüseynin oğlu Əli Əsgərinin doğum günü. Rəcəbin 10-u (hicri 195-ci il) İmam Təqinin doğum günü. Rəcəbin 12-i (hicri 36-cı il) Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir. Rəcəbin 13-ü İmam Əlinin dögüm günü (hicrətdən 23 il əvvəl). Rəcəbin 15-i (besətin 5-ci ili) müsəlmanların ilk hicrəti – Məkkədən Həbəşistana getmələri baş vermişdir.
Rəcəz
Rəcəz (Ərəbcə: رجز), Ərəb ədəbiyyatında Ərəb şeirinin en yayılmış formalarından biridir. Rəcəz, nəzm ilə əlaqəli bir termindir. Klassik Ərəblərin, qəsidə və rəcəz başda olmaqla bir sıra şeir növləri mövcuddur. == Satirik Rəcəzlər == Ərəb ədəbiyyatında satirik rəcəzlər, həcv sənətinin ortaya çıxma müddətindəki ikinci və ya üçüncü mərhələyə rast gəlinir. Həcvin əvvəlcə mənsur və ya ritmik ünsürlərlə qarışaraq keçdiyini, daha sonra Ərəb kahinləri vasitəsiylə səcin həcvlərə çevrildiyini ve önceki halının ləğv edildiyi hesab olunduğunda, rəcəzin vücuda gəlişi satirikliyin üçüncü keçidinə yerləşdirilir. == Hərb Rəcəzləri == İslamdan əvvəl və sonra, Ərəblərin hərb meydanlarında rəcəz şeirləri söylədikləri bilinir. Müharibə bölgəsində söylənən bu tərz şeirlər, hərb rəcəzi olaraq adlandırılır. Bu şeirlər adətən bədahətən söylənən və sünilikdən uzaq misralardan meydana gəlir. Mərhab ibn əl-Həras və Kəb ibn əlMâlik dövrünün hərb rəcəzi söyləyən şairlərini misal göstərmək olar.
Aşıq Rəcəb
Aşıq Rəcəb (XVIII əsrin sonu—XIX əsrin əvvəlləri) — XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış aşıq. == Həyatı == Aşıq Rəcəb XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşadığı güman edilir. Samurun Əhrak kəndində yaşayıb. Dərdənddə "Haqq aşığı", "Kor aşıq" adları ilə tanınıb. Şeirlərinin əksəriyyəti o vaxtlar toplanmadığı üçün, təəssüflər olsun ki, günümüzə gəlib çatmamışdır.Təkcə bəzi gəraylı, qoşma və divaniləri bizə məlumdur. Onun əlimizdə olan bu şeirlərində aşıq kimi ustalığı dərhal özünə diqqət çəkir. "Kəklik" rədifli şeri belə şerlərdəndir. Yeri kəklik sənin sinən aladı, Görənlərin gözü səndə qaladı, Ayaqların dağda bitən lalada. Yerişin gördüm, get ağa, kəklik. Diğər aşıqlar kimi Aşıq Rəcəbin də yaradıcılığında qəm-kədər, bəxtdən küskünlük, yalnızlıq kimi hisslərin ifadəsi və təbiət təsvirləri üstünlük təşkil edir.
Dəcəl öpüş
Dəcəl öpüş (ing. Playful Kiss) — 2010-cu ilin Cənubi Koreya romantik-komediya teleserialıdır, baş rollarda JUNG SO MİN və KİM HYUN JOONG -dur. Bu serial MBC-də 2010-cu il sentyabrın 1-dən oktyabrın 21-ə qədər çərşənbə və cümə axşamı günləri saat 21:55-də yayımlanıb. == Sujeti == Serialın mövzusu orta məktəb illərində Baek Seung Jo'ya aşiq olan Oh Ha Ni'nin heç imtina etmədən Baek Seung Jo'yu əldə etməsidir. Təbii ki, olaylar yazıldığı qədər asan keçmir. Ha Ni necə Baek Seung Jo'ya aşiqdirsə, Boong Joon Go ( LEE TAE SUNG)-da Ha Ni-yə o cür aşiqdir.Ha Ni üçün așçı belə olmuştur. Amma Ha Ni onu 4 il sonra rəddetmişdir. Serial Ha Ni'nin atası ilə yaşadığı evin 2.2 bal gücü zəlzələ nəticəsində dağılması ilə başlamışdır .Atasının çox yaxın keçmiş dostu onları xəbərlərdə görəndə öz evlərinə dəvət edir. Ha Ni və atası yaxşı vəziyyətdə olmadıqları üçün bu təklifi qəbul edirlər .Ha Ni çamadanını alıb arxasını dönəndə Baek Seung Jo'nu qarşısında görür və çaşbaş qalır. Məgər Baek Seung Jo atasının dostunun oğlu imiş.
Handə Ərçəl
Handə Ərçəl (türk. Hande Erçel; d. 24 noyabr 1993) — məşhur türk aktrisası və model. O, Geneşin kızları, Aşk laftan anlamaz, Sən çal qapımı kimi seriallarda rolları ilə tanınır. İllər keçdikcə milli və beynəlxalq tanınmanın artması ilə əlaqədar qazanc əldə etməyi bacarır, və çoxsaylı rəsmi və qeyri-rəsmi mükafatlar alır. 2012, Handə Ərçəl, Miss Turkey tacına layiq görüldü və Miss World Civilization gözəllik festivalında ikinci yerə çıxdı. Handə Ərçəl Çalıkuşu serialında dəstəkçi aktrisa kimi debüt etmişdir. O, Çılgın Dersane Üniversitede digər seriallardada rol almışsdır. O, Hayat ağacı Selen Karahan obrazı ilə Türk dünyasında daha yaxşı tanındı. Güneşin kızlarından Selin Yılmaz rolunu canlandırıb.
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Keçəl (İran)
Keçəl (fars. كجل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (127 ailə).
Keçəl Məmmədli
Keçəl Məmmədli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Recep İvedik
Recep İvedik (personaj)
Rəcəb Aktuğ
Rəcəb Aktuğ (13 may 1954, İzmir – 14 yanvar 2020, İstanbul) — Türkiyə aktyoru və müğənnisi. == Həyatı == 13 may 1954-cü ildə İzmirdə doğulub. Rəcəb Aktuğ 14 yanvar 2020-ci ildə İstanbulda 65 yaşında dünyasını dəyişib.15 yanvar 2020-ci ildə Zəncirliquyu qəbiristanlığında dəfn edilib. === Ailəsi === Qızı Zeynəb Aktuğdur. == Yaradıcılığı == Rəcəb Aktuğ Türkiyənin bir çox məşhur seriallarında əsas rol ifaçılarından biri kimi çıxış edib. Aktyora ən çox məşhurluq qazandıran "Kurtlar Vadisi Pusu" serialında Ender bəy və "Aşk-Memnu" serialında Hilmi bəy obrazı olub.
Rəcəb Baxırcı
Brezel
Bretzel (alm. Breze(l)‎, ing. Pretzel) — diametri 10-15 sm və Alman dilində danışan ölkələrdə (Almaniya, Avstriya, İsveçrə, Cənubi Tirol və Elzas) simmetrik olaraq bükülmüş duzlu və ya şirin olan çörək növüdür. Adı latın sözü olan brachium ("qol"; çarpaz qolların görünüşü üçün) götürülüb. Ənənəvi bretzel forması seçilən simmetrik formada olur, uzun xəmir zolağının ucları bir-birinə bağlanır və sonra xüsusi bir şəkildə özünə doğru bükülür. Lakin bu gün bretzellər müxtəlif formalarda da hazırlanır. Duz bretzellərdə ən çox istifadə edilən ədviyyatdır. Yuyucu soda və ya lye (maye) tamamlayıcılarından biri olaraq, simitlərə Maillard reaksiyası nəticəsində əldə edilən ənənəvi dərini və ləzzəti verir. Digər ədviyyatlara xardal, pendirlər, şəkər, şokolad, darçın, şirin örtük, toxumlar və qoz-fındıq daxildir. Bretzel növlərinə hazırlandıqdan qısa müddət sonra yeyilməli olan yumşaq simitlər və uzun müddət saxlama müddəti olan bərk bişmiş simitlər daxildir.
Hegel
Georq Vilhelm Fridrix Hegel (alm. Georg Wilhelm Friedrich Hegel‎; 27 avqust 1770[…], Ştutqart, Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası – 14 noyabr 1831[…], Berlin, Prussiya, Almaniya ittifaqı) — alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi. Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənmişdir. Klassik alman fəlsəfəsi Hegelin simasında öz zirvəsinə çatır. Hegel intellektual intuisiyanı fəlsəfi biliyin ən yüksək forması olduğu haqqında Şellinqin təlimini qəbul etməmişdir. O, əksinə sübut etməyə çalışmışdır ki, vahiddən çoxluğun yaranması rasional idrakın predmeti ola bilər. Bu idrakın instrumenti məntiqi təfəkkür, əsas forması isə anlayışdır. Lakin Hegel göstərirdi ki, bu xüsusi növ məntiqi idrakdır. Onun əsasında formal məntiq deyil, dialektik məntiq durur. Hərəkətverici qüvvəsini isə ziddiyyət təşkil edir.
Lepel
Lepel (belar. Лепель) — Belarusda şəhər. Vitebsk vilayətində yerləşən şəhər Lepel rayonunun inzibati mərkəzidir. Şəhər ölkənin paytaxtı olan Minsk şəhərindən 155 km, vilayətin mərkəzi olan Vitebsk şəhərindən isə 110 km məsafədə yerləşir.
Mezel
Mezel (fr. Mézel, oks. Mesèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04121. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 660 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 387 nəfərdən (15–64 yaş) 284 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 73,4%, 1999-cu ildə 69,6%) idi. Fəal 284 nəfərdən 250 nəfər (134 kişi və 116 qadın) işləyir, 34 nəfər işsizdir (13 kişi və 21 qadın).
Nevel
Nevel — Rusiya Federasiyasında yerləşən şəhər, Pskov vilayətinə daxildir.
Reper
Rep — repçi tərəfindən ifa edilən danışılan və ya oxunan qafiyələşmiş lirikadır. == Tarixi == "Rep" musiqisi 1970-ci illərdə Amerikada yaranmışdır. Ağdərililər tərəfindən qəbul edilməyən bu musiqi növü sıxışdırılıraq tənqid olunurdu. O vaxtın musiqi mütəxəssisləri repin zəncilərin öz içlərində böyüyüb elə öz içlərində də məhv olacağını söyləyirdilər. Lakin bütün bunlara baxmayaraq, qısa bir zaman çərçivəsində rep bütün Avropada yayılmağa başladı.
Requl
Requl α Şir bürcünün ən parlaq ulduzlardan biri olan Günəşdən təxminən 79 işıq ili uzaqlıqda olan Alpha LEONIS (α LEONIS, qısaldılmış Alpha Leo, a Leo) olaraq da adlandırılır. Regulus, iki cüt şəklində təşkil dörd ulduzdan ibarət olan misilli ulduz sistemidir. Requl A açıq-mavi əsas ulduzdan və digər komponenti birbaşa müşahidə etmək olmur, ancaq ağ cırtdan olduğu təxmin edilən spektroskopik qoşa ulduzdur. Daha uzaqda yerləşən Requl B, C və D ulduzları da baş ardıcıllıq ulduzlarıdı. Requl, "Aslanın Ürəyi" olaraq da bilinər. == Terminalogiya == Α LEONIS (Alfa Leonis'e Latinceed) ulduzun Bayer adıdır. Ənənəvi adı Regulus "şahzadə" və ya "kiçik kral" kimi Latıncada qeydə alınır. Beynəlxalq Astronomiya Birlik 2016-cı ildə ulduzlar üçün uyğun adları kataloqlaşdırılması və Standartlaşdırma üçün Star Names (WGSN) üzərinə bir Əmək Qrupu təşkil etdi. WGSN'nin iyul 2016 ilk bülletenində, WGSN tərəfindən təsdiqlənən ilk iki ad siyahısı toplandı; Bu ulduz üçün Requl qeydə alındı. Bu anda IAU Ulduz Adlarının kataloquna daxil edilmişdir.