KEÇƏL

Mənbələrdə bu sözün yerinə qılçan kəlməsi işlədilib. Görünür, qılyok kimi olub (müqayisə et: qol yox – çolaq), sonra qılçan, nəhayət, keçəl formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

KEÇƏ
KEÇİ
OBASTAN VİKİ
Keçəl
Keçəl – başında tük olmayan və ya saçı tökülmüş adam. Keçmişde keçəllik çox yayılmış xəstəlik olmuşdur. Bu antisanitariya vəziyyətindi olan ailələrdə başın tez-tez yuyulmaması, qırxılmaması, bit-sirkə düşməsi üzündən törəyirdi. Kirli, uzun dırnaqlarla başı qaşımaq, başda çirkdən qatmaq bağlamaq halları başın dərisində iltihablı yaralar əmələ gətirirdi. Xalq təbabətində bu xəstəliyin müalicəsi üçün müxtəlif bitkilərin çiçəklərindən, meyvə qabıqlarından istifadə edilir. Məsələn, gəndəlaşın yetişmiş meyvələrini əzib yaraların üstünə qoymaq olar. İt soğanı, zanbaq şəklində başında bənövşəyi çiçəkləri olan bitkilər bu xəstəliyin dərmanı hesab olunurdu. Onun köklərini əzib yumurta ağına qatıqdan sonra başdakı yaralara yaxırlar. Pəlpətöun bitkisinin bitkisinin şirəsini çıxara və ya sirkəyə qatmaqla alınan məhlulla yaralıların qanını və irini təmizləyərmişlər. Yaralar sağaldıqdan sonra yara düşən dəriyə bir də tük gəlmədiyindən başda keçəllik qalarmış.
Keçəl (oyun)
Keçəl - Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, əsasəndə Novruz bayramı ərəfəsində uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Mənbə == Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.108.
Keçəl (İran)
Keçəl (fars. كجل‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (127 ailə).
Keçəl Məmmədli
Keçəl Məmmədli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Soltanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Keçəl çərkəz dağı
Keçəl çərkəz dağı – Culfa rayonu ərazisində dağ (hünd. 1356,1 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincəçayın sol sahilində, Kırna kənddən 3 km cənub-şərqdə yerləşən zirvə. Alt Miosenin Qafqaz və Sakaraul regiomərtəbələrinə aid Vayxır və Qızılboğaz lay dəstələrinin vulkanogen-çökmə və çökmə süxurlarından təşkil olunmuş günbəzvari, cənub yamacları sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahında izlənilən Toğluca antiklinalının şimal-qərb periklinal hissəsində yerləşir.
Kosa və keçəl
Kosa və keçəl — Azərbaycan xüsusilə Novruz bayramında məşhur personajlardır. Novruz şənliklərinin əsas personajları təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: "Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin "Köhnə Bakı" əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Vaxtilə indiki "Azad qadın"ın heykəli, yerləşdiyi ərazi də daxil olmaqla, "beşmərətəbə"nin yaxınlığında böyük bazarlar olardı, həmin yerdə Novruz şənlikləri keçirilərdi. Sarabski də öz əsərində həmin bazar meydanında Bakının qədim bayram ənənələrindən bəhs edib.
II Keçəl Karl
II Keçəl Karl (qəd. fr. Karlo, fr. Charles le Chauve; 13 iyun 823[…], Frankfurt-Mayn – 6 oktyabr 877[…]) — 843-cü ildən Qərbi Frank krallığının ilk hökmdarı, 831–833-cü illərdə Şvabiya kralı, 839–843-cü və 848–854-cü illərdə Akvitaniya kralı, 869-cu ildən Lotaringiya kralı, 875-ci ildən Provans kralı və Qərb imperatoru, 876-cı ildən Karolinqlər sülaləsindən İtaliya kralı. Atası I Mömin Lüdovikin hakimiyyəti dövründə bir sıra vətəndaş müharibələrindən sonra Karl Verden müqaviləsi (843) ilə imperiyanın qərb üçdə birini əldə etməyə müvəffəq olmuşdur. O, Böyük Karlın nəvəsi idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === This article incorporates text from a publication now in the public domain: Kisholm, Hyu, redaktorCharles II. // Britannika Ensiklopediyası. 5 (XI). Cambridge University Press. 1911.
Keçəldağ
Keçəldağ (Qarabağ) — Azərbaycanda, Qarabağ yaylasında dağ. Keçəldağ (Şahbuz) — Azərbaycanın Şahbuz rayonu ərazisində dağ. Keçəldağ (Sarıqaya) — Azərbaycanda, Abşeron rayonu, Novxanı qəsəbəsi, Sarıqaya yaşayış massivi ərazisində yerləşən təpə. Keçəldağ palçıq vulkanı — Abşeron yarımadasının qərbində, Ceyranbatan su anbarının şərq sahilində Sumqayıt yolunun kənarında yerləşir. Keçəldağ obsidian yatağı Keçəldağ — Abşeron yarımadasında palçıq vulkanı. Masazır gölündən qərbdə yerləşir. Hünd. 114 m. Keçəldağ — Ağdam rayonu ərazisində dağ; Keçəldağ — Gədəbəy rayonunda sıra dağlar. Keçəldağ — Gədəbəy rayonunun qərbində dağ.
Keçəldağ (Qarabağ)
Keçəldağ — Azərbaycanda, Qarabağ yaylasında hündürlüyü 3,171 metr (10,404 ft) olan sönmüş vulkan konusudur. Üst Pliosenin vulkan suxurlarından təşkil olunmuşdur. Yamaclarında qədim buzlaq relyefi formaları inkişaf etmişdir. Zirvəsi qayalıqdır. Alp çəmənlikləri, perlit yatağı var. Kəlbəcər rayonu ərazisindədir. == Coğrafi xüsusiyyətləri == Həkəri çayı hövzəsini və qismən də Tərtərçayın yuxarı hövzəsini əhatə edir. Relyefi dərin erozion parçalanmaya məruz qalmış, bəzi yerlərdə lava və vulkanogen-prolüvial çöküntülər altında basdırılmışdır. Tektonik-denudasiya və litostruktur mənşəli silsilə və tirələr, intruziv massivlər, dağarası çökəkliklər səciyyəvidir. Suayırıcılarda və yamaclarda düzəlmə səthi qalıqları, Mıxtökən, Çalbayır silsilələrinin yamaclarında qayma tipli səpintilər, çay dərələrində terraslar müşahidə edilir.
Keçəldağ (Sarıqaya)
Keçəldağ — Azərbaycanda, Abşeron rayonu, Novxanı qəsəbəsi, Sarıqaya yaşayış massivi ərazisində yerləşən təpə. Təpənin hündürlüyü 109 metrdir. Təpə Abşeron yarımadasının şimal hissəsində yerləşən ən hündür zirvələrdən biridir.
Keçəldağ (Şahbuz)
Keçəldağ — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində dağ. Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin yaylaq yeridir. Alp yamacları var. Mərkəzində vulkan püskürmələri olur. Günbəzvari formadadır (hünd. 3118,9 m). Dərələyəz silsiləsinin şimal-şərq qurtaracağının suayırıcısında zirvə. Naxçıvançay və Küküçayın mənbə hissəsində, Qanlıgöldən 3 km şimal-şərqdədir. Qanlıgöl kalderasının şimal-şərq kənarında erkən pliosen maqmatizminin törəmələri olan andezit, andezit-dasit və dasitlərdən ibarət subvulkanik kütləyə uyğun gələn, cənub-qərb yamacı sıldırımlı konusvari yüksəklikdir.
Keçəldağ obsidian yatağ
Keçəldağ obsidian yatağı
Keçəldağ palçıq vulkanı
Keçəldağ palçıq vulkanı — Abşeron yarımadasının qərbində, Ceyranbatan su anbarının şərq sahilində Sumqayıt yolunun kənarında yerləşir. Mütləq hündürlüyü 114 m-dir. 2000-ci il oktyabrın 10-da vulkanın ilk qeydə alınan püskürməsi baş verdi. Püskürmə fasilələrlə 1.5 saat davam etdi. Şahidlərin sözlərinə görə qaz alışması baş vermədən vulkan palçığı 40–50 m hündürlüyə atılırdı. Bir qədər sakitləşən vulkan axşam saat 21:00-da yenidən aktivləşərək 1 saat müddətində palçıq püskürdü. Nəticədə, vulkan ağzı ətrafında dairəvi çatlar əmələ gəldi və kraterin divarları uçularaq aşağı töküldü: vulkanın kalderaya oxşar krateri yarandı. Vulkan yer səthinə 190 min m³ vulkan brekçiyası tulladı. Brekçiya vulkanın yamacını qismən örtərək qərbə, su anbarına tərəf axaraq bəzi yerlərdə suya qarışmış və anbarın kənarında olan yarımçıq yaşayış evlərini örtmüşdü. Brekçiyanın örtdüyü sahə 3.9 ha olmuşdur.
Keçəldağ çayı
Keçəldağ çayı — Kəlbəcər rayonu ərazisində çay. == Ümumi məlumat == Keçəldağ çayı Qaraxac çayının sağ qoludur. Mənbəyini Keçəldağın yamacından (3080 m. yüksəklikdən) alan bu çay tipik dağ çayı olub, dar dərələrdən axır. Çay eyniadlı dağın adı ilə adlandırılmışdır. Keçəlçay kimi də qeydə alınmışdır.
Keçəldərə
Keçəldərə (fars. كچل درق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 25 nəfər yaşayır (5 ailə).
Keçəli albalı
Keçəli albalı (lat. Prunus tomentosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Çin, Koreya, Yaponiya və Monqolustanda yabanı halda bitir. Çindən bitki bütün dünyaya yayılmış, XIX əsrin axırlarında isə Rusiyaya çatmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan, enli yumurtavari dağınıq çətirli koldur. Çoxillik budaqlarının qabığı boz-qonur rəngli olub, qalındır. Budaqları sıx keçə tükcüklüdür. Yarpaqları enli ellipsvari olub, 5 sm uzunluğundadır. Üstdən bozumtul-yaşıldır, payızda qırmızıdan sarı rəngə kimi müxtəlif çalarlarda olur. Çiçək tumurcuqları qısa saplaqlarda və ya budaqların üzərində yerləşir.
Keçəli qoz gənəsi
Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir. Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır.
Keçəllik
Alopesiya (keçəllik, q.yun. ἀλωπεκία lat. alopecia — keçəlləşmə, saş tökülməsi) — saçın pataloji tökülməsi, baş nahiyəsində saçların tam və ya qismən seyrəklənməsi. Alopesiyanın növləri : androgenetik (androgenetic), diffuz və simptomatik (effluviums), əsalə və yuva (areata), hissəli (scarring).
Keçəltəpə
Keçəltəpə (Babək)
Keçəltəpə (Babək)
Keçəltəpə — Azərbaycanın Babək rayonu ərazisində dağ. Arazın sol sahilində yerləşir. Naxçıvan şəhərindən 7 km. qərbdədir. Babək rayonu ərazisində dağ (hünd. 818,9 m). Naxçıvan dağarası çökəkliyinin tərkib hissəsi olan Naxçıvan düzünün qərbində, Araz su qovşağı su anbarının şimal sahilində, Naxçıvan şəhərindən 7 km qərbdədir. Orta Miosenin Çokrak regiomərtəbəsinə aid Xaçaparaq lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş erozion-denudasion mənşəli qalıq günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm yer tutan Duzdağ sinklinalının cənub-şərq qanadının tərkibində iştirak edir.
Keçəltəpə (Kəngərli)
Keçəltəpə – Kəngərli rayonu ərazisində dağ (hünd. 2744,0 m). Dərələyəz silsiləsinin suayırıcısında, Cəhriçayın sağ qolu Lizbirtçayın mənbə hissəsində zirvə. Alt Triasın Hind və Olenek mərtəbələrinə aid Qarabağlar lay dəstəsinin əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş sıldırım yamaclı kəsik konusvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadlı sinklinalın nüvə hissəsində yerləşir.
Keçələkəran
Keçələkəran — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Keçələkəran kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Vərov kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin adı yerli camaat arasında "keçəllər məhəlləsi" kimi izah olunur. Oykonimin, əslində, Gəcələkəran variantında olduğunu iddia edən tədqiqatçılar onu talış dilindəki kə (ev), cəl (dərin) və kəran (kənd) sözlərindən ("ə" bitişdirici saitdir) ibarət, talış zonasına məxsus xüsusi ev tipinin adı kimi yozurlar. Bəzi tədqiqatçılara görə isə, oykonim "damı olmayan, üstü açıq evlər" mənasındadır. Sözün birinci tərəfinə Azərbaycan ərazilərində əsasən, dağ və çay adlarında rast gəlinir. Məsələn, Keçəl təpə — Şərurda dağ adı, sözün fonetik variantlarında Keçili — Şahbuz rayonunda kənd, Keçiliqaya — Kəlbəcərdə kənd, Keçəldağ çayı — Kəlbəcər ərazisində Qaraxaç çayının sağ qolu və s. Keçi/keçə//keçəl//keçələ//keçələt sözlərinə dilimizin dialekt və şivələrində müxtəlif mənalarında rast gəlinir. Məsələn Yardımlı ərazisində Keçiqıran yer adı mövcuddur. Söz keçi — heyvan mənasında deyil, "soyuq qıran yer" mənasındadır.

Digər lüğətlərdə