Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Reformizm
Reformizm ya da təkamülçü sosializm, mərhələli artan demokratik irəliləmənin cəmiyyətin təməl iqtisadi əlaqələrini və siyasi funtamentini dəyişdirəcəyini deyən ideologiya. Bu ideologiya Marksist düşüncədə yer alan cəmiyyəti, spesifik anlamda təməli dəyişdirmək üçün inqilabın şərt olduğu yönündəki inqilabçı anlayışa qarşıdır. Bu səbəblə real sosialist və kommunistlər tərəfindən refizyonizm, opurtunizm, parlemantarizm kimi qavramlarla yan-yana qəbul edilir. Sosialist reformizm ilk dəfə iki məşhur sosial-demokrat Eduard Bernşteynin və Karl Kautsky tərəfindən ortaya atılmışdır. Bu görüş qısa müddətdə Roza Luksemburq və Lenin kimi inqilabçı filosofların və siyasətçilərin tənqidinə məruz qalmışdır. Bolşeviklərin Rusiyada idarəçiliyi ələ keçirməsindən sonra reformistlər Komintern tərəfindən Avropada şərtlərin yaranmasına baxmayaraq inqilabın önündə maneə təşkil edən burjuaziya sözçüsü sosial faşistlər olaraq qeyd edilmişdirlər. Günümüzdə reformistlər ölkədən ölkəyə tanım dəyişdirməklə bərabər ortanın solu olaraq adlandırılırlar. Daha çox reformizmin siyasi hərəkatı sosial-demokrat partiyaları nəzdində fəaliyyət göstərir.