Respublika (qəzet)

Respublika qəzeti — Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet.

Respublika
Növ Gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzet
Format A2
Təsisçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Qəzetin redaksiya heyəti
Baş redaktor Hümbət Musayev
Yaranma tarixi 1990 (33 il əvvəl) (1990)
Dil Azərbaycan dili
Qiymət 40 qəpik
Səhifə 8
Ünvan Bakı ş. Mətbuat pr. 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 7-ci mərtəbə.
Tiraj 7262
respublika-news.az

"Respublika" qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbuat orqanı kimi yaradılıb. Hazırda qəzetin təsisçiləri Prezidentin İşlər İdarəsi və redaksiya kollektividir. Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunur. 1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edir.