CÜMƏ
CÜMHURİYYƏTÇİ
OBASTAN VİKİ
Mahabad Cümhuriyyət
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. == Dövlətin yaradılması və süqutu == 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Cümhuriyyət (Qars)
Cümhuriyyət — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 754 nəfərdir (2022).
Cümhuriyyət (dəqiqləşdirmə)
Cümhuriyyət — hakimiyyət orqanlarının xalq tərəfindən seçildiyi idarəetmə formasıdır.
Cümhuriyyət Muzeyi
Cümhuriyyət Muzeyi (türk. Cumhuriyet Müzesi) və ya II Türkiyə Böyük Millət Məclisinin binası — 1924-1960-cı illər arasında Türkiyə Böyük Millət Məclisinin fəaliyyət göstərdiyi bina. Muzey, Ankaranın Altındağ mahalının Ulus rayonunda yerləşir. 1923-cü ildə memar Vədat Tək (1873-1942) tərəfindən Cümhuriyyət Xalq Partiyasının toplantı yeri kimi layihələndirilib inşa edilən bu binadan, sonradan funksiyası dəyişdirilərək parlament binası kimi istifadə edilmişdir. == Tarixi == I Türkiyə Böyük Millət Məclisi binasının vəziyyətinin qəzalı olması və inkişaf etməkdə olan Cümhuriyyət Türkiyəsi parlamentinin ehtiyaclarını ödəyə bilməməsi səbəbindən binada bəzi dəyişikliklər edilmiş, daha sonra 18 oktyabr 1924-cü ildə II Türkiyə Böyük Millət Məclisi olaraq istifadəyə verilmişdir. 1924-1960-cı illərdə Atatürkün prinsip və islahatlarının həyata keçirildiyi II Türkiyə Böyük Millət Məclisində; Cümhuriyyətin inkişafı üçün Türkiyənin beynəlxalq aləmdə nüfuzunu artıran çox mühüm müasir qərarlar qəbul edildi və müqavilələr bağlandı. Türkiyənin siyasi tarixində mühüm yeri olan II Türkiyə Böyük Millət Məclisinin binası 27 may 1960-cı il hərbi çevrilişinə qədər 36 il müddətində fəaliyyətini davam etdirib. 1961-ci ildə yenidən istifadəyə verilən Assambleya, tikintisi başa çatan müasir binasına köçdükdən sonra bu bina Mərkəzi Müqavilə Təşkilatının istifadəsinə (CENTO) verilib. 1961-1979-cu illərdə CENTO-nun Baş Qərargahı kimi istifadə edilən bu bina, CENTO ləğv edildikdən sonra həmin il Mədəniyyət Nazirliyinin istifadəsinə verilib. Binanın ön hissəsinin Cümhuriyyət Muzeyi, arxa hissəsinin isə Qədim Əsərlər və Muzeylər Baş İdarəsinin xidməti binası kimi istifadə olunması qərara alınıb.
Araz Cümhuriyyət
Araz Türk Cümhuriyyəti — 1918-ci ilin noyabr ayında Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının dəstəyi ilə mərkəzi İğdır olmaq şərtilə yaradılmış tanınmayan dövlət. == Tarixi == === Zəmin === 1826–1828-ci illərdə Rusiya imperiyası ilə Qacarlar arasında gedən müharibə Türkmənçay müqaviləsi ilə başa çatdı. İrəvan və Naxçıvan xanlıqları Rusiya tərəfindən işğal edilir. 1828-ci ilin martın 21-də Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv edildi və bu xanlıqların ərazisində Qacar dövləti və Osmanlıdan köçürülməkdə olan ermənilər üçün qondarma "Erməni vilayəti" yaradıldı. Bu müqavilənin 15-ci bəndi əsas gətirilərək Qacarlar dövlətindən 10652 nəfər erməni köçürülür. 1830-cu ilin siyahıyaalınmasına əsasən bölgədə 13369 erməni vardı, halbuki bölgənin müsəlman əhalisi 17.138 nəfər təşkil edirdi. 1840-cı ildə Erməni vilayəti ləğv edilir. Əvəzində təşkil edilən İrəvan qəzası Gürcü-İmereti quberniyasının tərkibinə daxil edilir. 1849-cu ildə İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad və Yeni Bayazid qəzalarından ibarət İrəvan quberniyası təşkil edilir və 1917-ci ilə qədər bu struktur dəyişməz qalmışdır. 1918-ci ildə İrəvan quberniyası Azərbaycanın bir hissəsi olsa da, Andranik Ozanyan 1918-ci il 4 iyun Batum müqaviləsini tanımır və bölgənin istilasına çalışır.
Cümhuriyyət (zirvə)
Cümhuriyyət — Azərbaycan Respublikasında Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr hündürlükdə, Tufandağın yan silsiləsində yerləşən zirvə. == Haqqında == Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yeni zirvə fəth olunub. İlkin olaraq İlqar İsrafilov və İlqar Məmmədovun iştirakı ilə Babək İsgəndərovun rəhbərliyi altında 3 may 2018-ci il tarixində zirvəyə marşrut açılıb. 25 may 2018-ci il tarixində isə Böyük Qafqaz sıra dağlarında Tufandağın yan silsiləsində dəniz səviyyəsindən 3740 metr hündürlükdə yerləşən zirvəyə "Cümhuriyyət" zirvəsi adı verilib. Layihə Prezident İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamına əsasən həyata keçirilən tədbirlər çərçivəsində reallaşıb. Cümhuriyyət zirvəsi Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yaradılmşdır. === İdeya və layihə rəhbərləri === Sirxan Məmmədov Elçin Quliyev Mürsəl Qasımov === Büsdü hazırlayan === Azad Əliyev - əməkdar rəssam === Layihədə iştirak edənlər === Nərgiz Qurbani (RİİB) Zaur Mirzəyev, fotoqraf (BMM) Elman Məmmədov. operator (BMM) Nərmin Carçalova (PA) === Azərbaycan alpinistləri === İlqar İsrafilov Sima Səfərova Babək İsgəndərov Sirxan Məmmədov Təyin olunmuş zirvənin, əsas marşurut xətti (3740 metr hündürlükdədi ). Zirvəyə yol Qubanın Xınalıq kəndindən keçir, zirvəyə gedəcək vaxt məsafəsi, 2 gün və 26 km.
Cümhuriyyət Ağacı
Cümhuriyyət Ağacı Türkiyənin İzmir ilinin Konak ilçəsində, Gündoğdu Meydanı içərisində yerləşən abidədir. 2003-cü ildə tamamlanan abidə İstiqlaliyyət müharibəsini təmsil edir. Misdən hazırlanmış heykəlin hündürlüyü 5 metr, mərmərlə örtülü pedestalın hündürlüyü 8,5 metr, abidənin bütöv hündürlüyü 13,5 metrdir. == Tarixi == 1997-ci ildən etibarən dəniz dolğusu ilə genişləndirilən Kordon üzərində 2000- ci ildə Gündoğdu Meydanı salındı. İzmir Böyükşəhər Bələdiyyəsi meydana abidə qoyulmağı üçün heykəltaraş Fərid Özşen ilə razılaşdı. 2003-cü ildə tamamlanan abidə eyni il Cümhuriyyətin elan edilməsinin 80 illiyi münasibətiylə 29 oktyabrda açıldı. 2014-cü ildə Türkiyə yerli seçkilərindən əvvəl 16 mart tarixində Gündoğdu Meydanında təşkil edilən AKP mitinqində abidə vandalların hücumuna məruz qaldı. == Memarlığı == Cümhuriyyət Ağacı 8,5 m hündürlüyündə mərmərlə örtülü pedestal və bu pedestalın üzərinə yerləşdirilən on atlının təmsil edildiyi mis heykəldən ibarətdir. Ümumi uzunluğu 13,5 metr olan abidənin pedestalında Hitit, Səlcuqlu və Osmanlı mədəniyyətlərini və cümhuriyyətin qurulmasından bəhs edən qabartmalar və yazılar yerləşdirilib. İstiqlaliyyət müharibəsini təmsil edən heykəl daha yaxşı işıq alması üçün üzü qərbə tərəf tikilmişdir.
Cümhuriyyət tələbələri
Azərbaycan Xalq Cümhuriyyəti tələbələri — 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Qərbi Avropa, Rusiya və Türkiyədə ali təhsil almaq üçün seçilmiş və böyük hissəsi xarici universitetlərdə təhsil almış bir qrup tələbə. Cəmiyyətin müxtəlif təbəqələrindən təxminən 100 tələbə xaricə göndərilmiş, Təhsil Nazirliyinə isə buna görə 7 milyon rubl təsis edilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra, Qırmızı Ordunun ölkəyə girişi nəticəsində ölkənin bolşeviklər tərəfindən işğalı ilə tələbələr əsasən, 1922-ci ildən etibarən maddi problemlərlə üzləşmiş, təhsil haqqını ödəyə bilmədiyi üçün ağır işlərdə çalışmağa məcbur qalanlar, həbsxanaya düşənlər olmuşdur. Tələbələrin bir hissəsi təhsilini davam etdirməyə müyəssər olmuş, ardınca Azərbaycana dönmüş, zavod rəhbərləri və neft yataqlarının idarəçiləri kimi əhəmiyyətli uğurlar əldə etmişlər. Onların arasında hətta Lenin ordeni kimi dövlət mükafatları ilə təltif edilənlər də olmuşdur. Buna baxmayaraq, Azərbaycana dönmüş tələbələr ardıcıl surətdə təqib olunmuş, hətta 1930-cu illərdə onların bir qismi, Azərbaycanın müstəqilliyinin bərpa edilməsi və Almaniya üçün casusluq ittihamı ilə NKVD tərəfindən repressiyaya uğramışdır. == Tələbələrin xaricə göndərilməsi ilə bağlı qərar == 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. İbtidai və orta məktəblər üçün dərsliklər nəşr olundu, respublikanın müxtəlif bölgələrində seminariyalar açıldı, Bakı Dövlət Universitetinin əsası qoyuldu, kənd təsərrüfatı institutunun yaradılması haqqında qanun qəbul edildi. Ölkə hökuməti təkcə universitet açmaqla kifayətlənməyərək, lazımi mütəxəssislərin yetişdirilməsi, xüsusən də azərbaycanlı gənclərin ali təhsil alması üçün xaricə göndərilməsi yollarını axtarırdı. Ağır hərbi-siyasi vəziyyətə baxmayaraq, azərbaycanlıların Avropa universitetlərində oxumaq üçün xaricə göndərilməsi qərara alındı.
Cümhuriyyət Xalq Firqəsi
Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abreviaturası “CHP”dir. Onun simvolu Altı Oxdur. Türkiyə Böyük Millət Məclisində 133 deputatla ana müxalifəti təmsil edən partiyadır. Onun sədri Özgür Özəl. 22 may 2010-cu il tarixində CXP-nin XXXIII qurultayında CXP sədri Kamal Kılıçdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona "Qandi Kamal" (türk. Gandi Kemal) ləqəbi verilmişdir.
Cümhuriyyət abidəsi (İstanbul)
Cümhuriyyət abidəsi — İstanbulda mövcud olan, Taksim meydanında yerləşən abidədir.
Cümhuriyyət bayramı (Türkiyə)
Türkiyədə Cümhuriyyət bayramı — 1925-ci ildən etibarən hər il 29 oktyabr tarixində Türkiyədə qeyd olunan dövlət bayramı 1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yəkun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir. Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir. 1925-ci ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.
Taksim Cümhuriyyət Abidəsi
Cümhuriyyət abidəsi — İstanbulda mövcud olan, Taksim meydanında yerləşən abidədir.
Türkiyədə Cümhuriyyət bayramı
Türkiyədə Cümhuriyyət bayramı — 1925-ci ildən etibarən hər il 29 oktyabr tarixində Türkiyədə qeyd olunan dövlət bayramı 1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yəkun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir. Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən genişmiqyaslı islahatların banisidir. 1925-ci ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.
Cümhuriyyət Xalq Partiyası (Türkiyə)
Cümhuriyyət Xalq Partiyası (türk. Cumhuriyet Halk Partisi) — 9 sentyabr 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abreviaturası “CHP”dir. Onun simvolu Altı Oxdur. Türkiyə Böyük Millət Məclisində 133 deputatla ana müxalifəti təmsil edən partiyadır. Onun sədri Özgür Özəl. 22 may 2010-cu il tarixində CXP-nin XXXIII qurultayında CXP sədri Kamal Kılıçdaroğlu seçilmişdir. Onun namizədliyini 1200 qurultay nümayəndəsi dəstəkləmişdir ki, bu da CXP üçün rekord rəqəmdir. Qurultaydan əvvəl mətbuatın dili ilə ona "Qandi Kamal" (türk. Gandi Kemal) ləqəbi verilmişdir.
Gəncədə Xalq Cümhuriyyəti binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. “Cümhuriyyət evi”, “Cümhuriyyət binası” kimi tanınan bu binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yerləşib. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü XX əsrdə dövlətçilik tariximizin təməl daşlarının əsasının qoyulduğu böyük tarixi dövürdür. == Haqqında == Bina 1897-ci ildə, Gəncənin memarlıq üslubuna uyğun olaraq kərpicdən tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. Binanın memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. 1920-ci il noyabrın 14-də Nəriman Nərimanovun təşəbbüsü ilə Bakı Politexnik Məktəbinin bazasında M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutu təsis edilib. 1929-cu il mayın 15-də institutun kənd təsərrüfatı fakültəsinin bazasında ayrıca təhsil müəssisəsi - Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılıb.
Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti)
Hərbi məhkəmə — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı. == Yaradıldığı tarix == İlk dəfə Nazirlər Şurasının 1918-ci il 5 dekabr tarixli qərarı ilə Gəncə (Yelizavetpol) dairə məhkəməsinin nəzdində yaradılmışdı; tərkibinə sədr, iki üzv, prokuror, prokuror müavini və başqa şəxslər daxil idilər. Sonradan hərbi məhkəmə strukturu və səlahiyyətləri daha da genişləndirilməklə müstəqil quruma çevrildi. 1919-cu il yanvarın 12-də general-mayor Dubrovski hərbi məhkəmənin sədri təsdiq edildi. Hərbi məhkəmənin sədri hərbi nazirin təqdimatı əsasında Nazirlər Şurası tərəfindən təsdiq edilir və nazirin əmri ilə bütün orduya elan olunurdu. 1919-cu il iyulun 14-də general-mayor Dubrovski hərbi nazirliyin hərbi ədliyyə hissəsinin rəisi təyin edildiyindən, hərbi məhkəmənin rəisi vəzifəsinə Teymur bəy Makinski təyin olundu. == Vəzifəsi == Azərbaycanda baş hərbi məhkəmə təsis edildikdən sonra hərbi dairə məhkəmələrinin qərarlarına kassasiya qaydasında şikayət verilməsi ləğv olundu. Hərbi məhkəmə haqqında Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 14 aprel tarixli qanununa əsasən, belə şikayətlər birbaşa hərbi nazirin özünə verilə bilərdi. Hərbi məhkəmlərin qərarlarının icrası ilə bağlı hərbi nazirin geniş səlahiyyətləri var idi. O, məhkəmə işinin yenidən və yeni heyət tərəfindən aparılmasına qərar verə bilər, təyin edilmiş cəzaları dəyişdirə və yügülləşdirə bilərdi.
Klassik cümhuriyyətçilik
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Kuban Xalq Cümhuriyyəti
Kuban Xalq Respublikası (rusca: Кубанская Народная Республика) — Rusiya İmperiyasının süqutundan sonra Kuban vilayəti və Kuban Kazak Ordusunun ərazilərində yaradılan və 1918-1920-ci illərdə mövcud olmuş keçmiş dövlət quruluşu. == Tarixi == === Arxa plan === Rusiya imperiyası zamanı Kuban bölgəsi Adıgeylərin (Çərkəzlərin) torpaqları idi. Bir çox başqa vilayətlər kimi Kuban xalqı da digər Rusiya quberniyalarından fərqli təşkil edilmişdi. Qərb bölgələri 1792-ci ildə Ukraynadakı Qara dəniz Kazak ordusunun soyundan gələnlərə, cənub və şərq bölgələr isə Don Kazaklarının soyundan gələn Qafqaz Xətti Kazak ordusuna aid olmuşdur. Daha əvvəllər Kuban Kazakları, 1860-cı ildə 60 il boyunca Qafqaz müharibəsində Dağlı xaqlarına qarşı Rusiya imperiyası sərhədlərini qorumaq üçün istifadə olunmuşdur. Bundan baqşa Kazaklar Rusiya imperiya ordusu ilə birlikdə döyüşmələri üçün böyük ordu birləşmələrinə də göndərilmişlərdir. Hətta Kazaklar Çarın şəxsi qorumaları olaraq da xidmət etmişlər. Bu vəzifələrə görə Kazaklar vergidən azad edilmişdilər. Onların hərbi yaşayış şəkli bölgənin inzibati idarəçilik formasına da təsir göstərmişdir. Stanista adlı yaşayış bölgələri də ənənəvi rus kəndlərinə bənzəyir.
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri
Könüllü ordu ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında demarkasiya xətləri — Anton Denikinin Könüllü ordusunun işğal etdiyi ərazilərdə Azərbaycan Xalq Cümhuriyyəti arasında müəyyən olunmuş sərhəd nişanları. Könüllü ordunun işğalı nəticəsində Dağlılar Respublikasının süqutu Azərbaycan üçün ciddi təhlükə yaradırdı. == Demarkasiya xəttinin yaradılması == Denikin Azərbaycan sərhədlərinə yaxınlaşırdı. Bunu nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi müttəfiq qoşunların komandanlığına müraciət edərək, cənuba doğru irəliləyən bu ordunun qarşısının alınması və onun hissələrinin Dağıstandan çıxarılması üçün tədbirlər görülməsini tələb etdi. 1919-cü ilin, yanvarında Bakıdakı Böyük Britaniya qoşunlarının baş komandanı general Uilyam Tomson Qafqaz dağları boyunca Dağıstanın şimal hissəsindən keçən demarkasiya xəttini müəyyənləşdirmişdi. Lakin buna məhəl qoymayan Denikinin Könüllü ordusu Dərbəndi tutdu. Azərbaycanla Könüllü ordu arasında demarkasiya xətti pozuldu. Yeni demarkasiya xəttinin müəyyənləşdirilməsinə və Könüllü ordunun bu xətdən geri çəkilməsi haqqında ingilis komandanlığının tələbinə baxmayaraq, Denikinin hərbi qüvvələri Dərbənddə və bütün Dağıstanda qalmaqda davam edirdi. Bundan ciddi narahat olan Cümhuriyyət hökümətinin başçısı Nəsib bəy Yusifbəyli Cənubi Qafqazda ingilis qoşunlarının komandanı general Q.Kori ilə görüşmüşdü. General Q.Kori 1919-cu il iyunun 11-də Nəsib bəy Yusifbəyliyə göndərdiyi məktubunda general Denikinlə Cənubi Qafqaz respublikaları arasında yeni demarkasiya xəttinin keçdiyi əraziləri müəyyənləşdirmişdi.
Mahabad Cümhuriyyəti
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. == Dövlətin yaradılması və süqutu == 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Mart soyqırımı Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında
Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı-Azərbaycan Xalq Cumhuriyyətinin mətbuatında 1918-ci il martın 31-de ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım hadisəsinin işıqlandırılması. Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmiş, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu. 1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı. == Mart soyqırımının milli mətbuata təsiri == Mətbuat informasiya mənbəyi, ictimai maarifçilik institutu olmaqla bərabər həm də tarixi salnamədir. Tarixin müxtəlif dövrlərinin öyrənilməsində həmin dönəmlər işıq üzü görmüş qəzetlərdəki məlumatlar, siyasi-analitik yazılar, ədəbi nümunələr etibarlı mənbəə kimi tədqiqatlara daxil edilir, araşdırmanın elmi tutumunu zənginləşdirir. Azərbaycan tarixinin öyrənilməsində, ictimai-siyasi proseslərin mahiyyətinə varılmasında mətbu nümunələrimiz qiymətli məxəz kimi tədqiqatçıların elmi araşdırmalarında əhəmiyyətli yer tutur. Xalqımızın azadlıq, istiqalliyyət mücadiləsi, dövrün çətinliklərinə qarşı mübarizəsi, ictimai-siyasi mühitdən doğan problemlər mətbuatımızda kifayət qədər faktlarla öz əksini tapır.
Məhabad Cümhuriyyəti
Məhabad Cümhuriyyəti (kürd. Komarî Mehabad) və ya Kürdüstan Milli Hökuməti — 1946–1947-ci illərdə mövcud olmuş kürd dövləti. Məhabad Cümhuriyyəti 1946-cı ilin 22 yanvarında SSRİ-nin dəstəyi nəticəsində yaradılmışdır. BMT tərəfindən tanınmayan Məhabad Cümhuriyyəti, 1947-ci ilin 30 mart tarixində dağılmışdır. Cümhuriyyət 13 nazirdən təşkil olunmuş komitə tərəfindən idarə olunurdu. Qazı Məhəmməd Məhabad Cümhuriyyətini ilk və tək dövlət başçısı olmuşdur. Məhabad Cümhuriyyətinin paytaxtı Məhabad şəhəri olmuşdur. Cümhuriyyətin adı da elə bu şəhərdən götürülmüşdür. 1945-ci ilin noyabr ayında SSRİ-nin yardımı ilə İranda birinci Azərbaycan Demokrat Firqəsi yaradıldı. Bundan sonra İranda yaşayan kürdlərin silahlandırılması başlandı.
Naxçıvan İctimai Şuralar Cümhuriyyəti
Naxçıvan Sovet Sosialist Respublikası və ya Naxçıvan İctimai Şuralar Cümhuriyyəti (qısaca: Naxçıvan SSR və ya Naxçıvan İŞC) — Azərbaycan SSR tərkibində respublika. Naxçıvan İctimai Şuralar Cümhuriyyəti 1920-ci ildə yaradılmışdır. Naxçıvan SSR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov Azərbaycan SSR XKS-nin sədri N.Nərimanova göndərdiyi məktubda yazırdı: "Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir…" 1921-ci il yanvarın 21-dən Naxçıvan Diyar İnqilab Komitəsi (DİK) adlandırıldı. 1922-ci ilin əvvəlində yerli Sovetlərə seçkilər başa çatdırıldı; yanvarın 25-də Naxçıvan şəhərində işə başlayan Naxçıvan Respublikasının I Sovetlər qurultayında NİK ləğv edildi, Naxçıvan MİK və onun 7 üzv və 2 namizəddən ibarət rəyasət heyəti, həmçinin XKS-in heyəti seçildi.
Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına Memorandumu
Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına Memorandumu — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris Sülh Konfransına təqdim etdiyi tarixi sənəd. 1918-ci il dekabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti parlamentin üzvlərinin iştirakı ilə Paris Sülh Konfransına göndəriləcək Azərbaycanın nümayəndə heyətinin tərkibini müəyyən etdi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinə Məmməd Həsən Hacınski, Əhməd bəy Ağayev, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov, Mir Yaqub Mehdiyev və Ceyhun bəy Hacıbəyli daxil idilər. İstanbula gedən nümayəndə heyəti üç ay orada gözlədik sonra, nəhayət, 1919-cu il aprelin 22-də İtaliya ilə gəmisi Fransaya yola düşdü və mayın əvvəllərində Parisə çatan nümayəndə heyəti hələ İstanbulda ikən Ə.Topçubaşov Ə.Ağayev və C.Hacıbəyli tərəfindən hazırlanmış "Qafqaz Azərbaycanı Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu" adlı sənəd üzərində yenidən işləyərək, onu daha da təkmilləşdirdi. Məqsəd memorandumu Paris Sülh Konfransının keçirildiyi ingilis və fransız dillərində kitabça şəklində hazırlayıb konfrans iştirakçılarına paylamaq Ə.Topçubaşov 1919-cu il iyunun 8-10-da Azərbaycan Cümhuriyyəti Nazirlər Şurası sədrinə yazdığı məktubda memorandum üzərində gedən gərgin iş barədə məlumat verərək bildirirdi ki, "indi nümayəndə heyətinin bütiin üzvləri həmin məsələ ilə məşğuldurlar. Ümid edirik ki, memorandumu tezliklə başa çatdırıb lazımi yerlərə və şəxslərə təqdim edəcəyik". Həmin il iyulun 8-9-da yazdığı digər məktuda isə o, memorandumun iyunun 12-də, ümumən, yazılıb başa çatdırıldığını, onun nümayəndə heyəti üzvlərinin təklif əlavə və düzəlişləri əsasında yenidən təshih olunub fransız dilinə tərcümə edildiyini bildirirdi. Azərbaycan Hökumətinin memorandumu, hələ kitabça şəklində çap edilməzdən əvvəl, ingilis və fransız dillərində əlyazması şəklində Sülh Konfransının katibliyinə təqdim olunmuşdu. "Qafqaz Azərbaycam Cümhuriyyətinin Paris Sülh Konfransına memorandumu" on dörd bölmədən ibarət idi. "Azərbaycanın mənşəyi-müstəqil xalqlar və onların tənəzzülü" adlanan 1-ci bölmədə Azərbaycan xalqının mənləyi və formalalma prosesi, Azərbaycanın qədim coğrafı hüdudları, müstəqil xanlıqların yaranması və onların Rusiya imperiyası tərəfindən işğalı barədə Sülh Konfransı iltirakçılarına, Avropa və Amerika ictimaiyyətinə qısa məlumat verilirdi.
Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında
Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında — XX əsrdə Azərbaycanın azadlıq müharibəsində iştirak etmiş Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyəti mətbuatında əhatə edilməsi. Nuru Paşanın rəhbərlik etdiyi 12-14 min Osmanlı əsgərindən ibarət olan, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə sayı təqribən 20 min olmuş Qafqaz İslam ordusu, Bakı şəhərində törədilən Mart soyqırımından sonra Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaq və Dağıstan müsəlmanlarına yardım etmək məqsədi ilə Osmanlı dövləti tərəfindən təşkil edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi günlərdən 1918-ci ilin noyabr ayına qədər fəaliyyət göstərmişdir. XX əsrin əvvəlində başlayan istiqlaliyyət hərəkatı və bu hərəkatın məntiqi nəticəsi kimi yaranan Azərbaycan Xalq Cümhuriyyəti milli mətbuatda davamlı şəkildə aparılan ideoloji mübarizələr meydanında təşəkkül tapdı. Muxtariyyətçilik fikrindən istiqlalçılığa, cümhuriyyətçiliyə keçidin siyasi-ideoloji təməlini yaradan milli mətbuat orqanları say etibarilə əks mövqedə dayanan qəzetlərə nisbətən çox az olsa da, fəaliyyətləri millətin xeyrinə nəticələndi. 1918-ci ilin mart hadisələrinədək Azərbaycanda türk dilində 15-dək qəzet və jurnal çap olunurdu. Bu dövrə qədər isə bütövlükdə nəşr olunan qəzetlərin, jurnal və dərgilərin sayı 80-i ötüb-keçmişdi. Partiyalaşma prosesinin sürətləndiyi bu illərdə, demək olar, müxtəlif istiqaməti, siyasi-ideoloji dünyagörüşü özündə əks etdirən qəzetlərin əksəriyyəti partiyalı mətbuat ömrünün yeni inkişaf mərhələsini və çətinliklərini yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuat tədqiqatçıları və biblioqraflarının apardıqları araşdırma və tədqiqatların nəticəsində maraqlı bir mənzərə yaranıb. Milli mətbuatımızın ilk nümunəsi olan "Əkinçi" qəzetinin yaranmasından 1918-ci ilin mayına qədərki dövrdə cəmi 40 adda qəzet çıxmışdısa, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq hakimiyyəti dövründə qəzetlərin sayı 200-ə yaxın olmuşdur. Dövri mətbuatın statistikasındakı bu qeyri-adi artımın səbəbləri hər şeydən əvvəl Azərbaycanda olan mövcud demokratik idarəçilik sistemi, əks-fikirliliyə tolerant yanaşma, polemika və diskussiyalara verilən meydan ilə bağlı idi.
Qars Demokratik Cümhuriyyəti
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batum və İrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət. Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi. Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. Fəxrəddin bəy Yusif Kənan bəy və Rza bəy Qaraşarlı rəhbərliyində yaradılan Qars Gizli İslam Komitəsində fəaliyyət göstərmişdir.
Qars İslam Cümhuriyyəti
Cənub-Qərbi Qafqaz Cümhuriyyəti (türk. Güney-Batı Kafkasya Cumhuriyeti; osman. Cenub-ı Garbi Kafkas Hükümet-i Cumhuriyesi) və ya Qars Demokratik Cümhuriyyəti (türk. Kars Demokratik Cumhuriyeti) — Birinci Dünya Müharibəsi dövründə Rusiya imperiyasının Qars, Batum və İrəvan quberniyalarının ərazisində mövcud olmuş dövlət. Birinci Dünya müharibəsinin sonunda, 30 oktyabr 1918 tarixində imzalanmış Mudros barışığı nəticəsində Osmanlı ordusu Cənubi Qafqazdan çəkilmişdir. Razılaşmaya görə 4 dekabr 1918 tarixində Osmanlı əsgərləri 1877 Rusiya-Osmanlı sərhədlərinədək geri çəkilcəkdi, lakin Osmanlı tərəfi Qarsdan 2 ay gec çəkilmə qərarı almışdı. Bu qərarın səbəbi yerli xalqın hökumət qurmasına vaxt tanımaq idi. Əks halda bölgə Ermənistan tərəfindən işğal təhlükəsi ilə üzləşə bilərdi. Beləliklə 29 oktyabr 1918-ci ildə Axısqa və Axalkələk ətrafında Axısqa Müvəqqəti Hökuməti, 3 noyabr 1918 tarixində Əmir bəy Nərimanbəyov rəhbərliyində Araz Türk Cümhuriyyəti qurulmuşdur. Fəxrəddin bəy Yusif Kənan bəy və Rza bəy Qaraşarlı rəhbərliyində yaradılan Qars Gizli İslam Komitəsində fəaliyyət göstərmişdir.
Quzey Qıbrıs Türk Cümhuriyyəti
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.
Qüzey Kipr Türk Cümhuriyyəti
Şimali Kipr (türk. Kuzey Kıbrıs) və ya rəsmi adı ilə Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) — Kipr adasının şimalında yerləşən de-fakto dövlət. Şimali Kipr Türk Respublikası beynəlxalq aləmdə yalnız Türkiyə tərəfindən tanınır. Digər dövlətlər isə onu Kipr Respublikasının bir hissəsi olaraq qəbul edir. Şimali Kipr şimal-şərqdə Karpaz yarımadasından Gözəlyurd körfəzinə, qərbdə Qoruçam burnundan Ərənköyə (anklav) qədər uzanır. Cənubda isə Birləşmiş Millətlər Təşkilatının nəzarəti altındakı təhlükəsizlik xətti Şimali Kiprlə adanın digər hissəsi arasında uzanır. Paytaxtı və ən böyük şəhəri Şimali Nikosiya, ümumi sahəsi 3,355 kvadrat kilometr, əhalisinin sayı 300 min nəfərdən çoxdur. ŞKTR Kipr adasının 36,4%-ni tutur. Kipr adasında ilk insan məskunlaşmasının e.ə 10.000-ci illərdə başladığı təxmin edilir.
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-də lobbiçilik cəhdləri
Azərbaycan Xalq Cümhuriyyətinin ABŞ-də lobbiçilik cəhdləri — Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə özünə tərəfdaş toplaması, ABŞ-la yaxınlaşmaq və beynəlxalq ictimamiyyət tərəfindən müstəqil dövlət kimi tanınmaq üçün etdiyi cəhdlərdən biri. Ən mühüm məqsədlərdən biri isə dövlət müstəqilliyinin ABŞ tərəfindən tanınmasına nail olmaq idi. == Arxa fon == Azərbaycan Respublikası və onun Parisdə olan nümayəndələri ABŞ-la iqtisadi və siyasi əlaqələr yaradılmasına, xüsusilə, Birləşmiş Ştatlar tərəfindən tanınmağa böyük səy göstərirdilər. Bu xeyli dərəcədə onunla bağlı idi ki, ənənəvi Avropa dövlətləri ilə yanaşı, Birinci dünya müharibəsindən sonra ABŞ iqtisadi cəhətdən çox qüvvətlənmiş və əslində dünya siyasətini müəyyən edən dövlətlərdən birinə çevrilmişdi. Müharibədən sonrakı ilk illərdə Birləşmiş Ştatlar dünyanın əsas bankiri rolunu oynayırdı, yaxud ABŞ dövlət katibi Lansinqin dili ilə desək, Amerika dünyanı iqtisadi cəhətdən idarə edirdi və siyasi cəhətdən də onu idarə etməyə hazırlaşırdı. Bundan əlavə, prezident Vudro Vilson dünya müharibəsindən sonra yaranan dünya sisteminin əsas memarı, yeni yaranmış dövlətlərin müdafiəçisi, kiçik xalqların dostu kimi tanınırdı. Paris Sülh konfransı dövründə Vilsonun Qafqaz respublikalarına soyuq münasibəti onunla bağlı idi ki, bir növ bu respublikalar Polşa, Finlandiya, Çexoslovakiya, Yuqoslaviya və digərlərindən fərqli olaraq, "gözlənilmədən" yaranmışdılar, yaxud Vilsonun 1918-ci ilin yanvarında elan edilmiş on dörd sülh prinsipində kiçik xalqların təyini müqəddəratı hüququ təsbit edilsə də, həmin prinsiplərdə Rusiya imperiyasının dağılması nəzərdə tutulmamışdı. Bir növ Vilson üçün Rusiyanın dağılması və onun hüdudlarında Gürcüstan və Azərbaycan adlı respublikaların yaranması tamamilə gözlənilməz bir hadisə idi. Qafqazda "qəflətən" meydana çıxan bu respublikalar haqqında, nəinki Amerika prezidentinin və siyasi dairələrinin, eləcə də Birləşmiş Ştatların ictimaiyyətinin məlumatı çox az idi. Bunu nəzərə alaraq Ə. M. Topçubaşov Azərbaycan və Gürcüstanı ABŞ-də təbliğ etməyi, onları siyasi cəhətdən tanıtmağı öz üzərinə götürmüş, Nyu-York şəhərindən ABŞ Konqresinin nümayəndələr palatasının üzvü, vəkil Valter Çandler vasitəsilə sentyabr ayının 26-da prezident V. Vilsona məktub və bir sıra materiallar göndərmişdi.
Cümhuriyyətin 9 şəkli
Cümhuriyyətin 9 şəkli — Azərbaycan Xalq Cümhuriyyəti haqqında çəkilmiş bədii-sənədli film. Ssenaristi Orxan Fikrətoğlu, rejissoru Elxan Cəfərov, baş prodüseri isə Əliağa Məmmədovdur. == Haqqında == Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş "Veysəloğlu" Şirkətlər Qrupunun maliyyə dəstəyi və təşəbbüsü ilə ərsəyə gələn "Cümhuriyyətin 9 şəkli" bədii-sənədli filmində baş rolu Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayev ifa edib. === Sujeti === Filmin ssenari müəllifi bir insanın taleyində cümhuriyyət dövrünün oynadığı rolu təsvir etməyə çalışıb. Burada Azərbaycan kinosunda ilk dəfə olaraq rəngkarlıq nümunələrinin canlanmasından istifadə edilib. Bu şəkillər vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin doqquz fərqli sahədə əldə etdiyi uğurlar təsvir edilir. Baş vermiş tarixi hadisələrə bədii qəhrəmanların vasitəsilə şərhlər verilir. Vizual mətnin əsas məqsədi iki illik tarixi bir insanın düşüncə süzgəcindən keçirə bilməsi, tamaşaçıya sadə dildə tarixin çatdırılmasıdır. İki ildə dövlət quruculuğu prosesinin bir çox sahələrə uğurla şaxələnməsi, hüquq-mühafizə, məhkəmə, bank, poçt-teleqraf sistemlərinin yaradılması, ordu quruculuğu və mədəniyyət sahəsində əldə edilmiş nailiyyətlər xüsusi olaraq filmdə vurğulanır. Film baba ilə nəvənin timsalında iki müxtəlif baxış bucağının, iki nəslin Azərbaycan Xalq Cümhuriyyətinə olan oxşar münasibətidir.
Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti
Apreldən əvvəl may... Azərbaycan Xalq Cümhuriyyəti tammetrajlı sənədli televiziya filmi 2001-ci ildə ANS televiziyasında istehsal edilmişdir. Film Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edir. == Məzmun == Film Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətindən bəhs edir.
Azərbaycan Xalq Cümhuriyyəti gerbi
Azərbaycan Respublikasının Dövlət Gerbi — Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, qalxanın düymələri və palıd qozaları qızılıdır. == Yaranma tarixi == Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil Azərbaycan Respublikasının Dövlət gerbinin layihəsi 1918–1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlansa da, o illərdə onun qanunvericilik səviyyəsində təsdiqi və qəbul edilməsi mümkün olmamışdır. Dövlət gerbinin və möhürünün təsvirinin hazırlanması ilə bağlı müsabiqə elan edilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası iki dəfə qərar qəbul etmişdir. Birinci qərara əsasən, 1919-cu ilin martın 23-də "Azərbaycan" qəzetində Azərbaycan Xalq Cümhuriyyətinin dövlət gerbi və möhürü layihələrinin hazırlanması üçün müsabiqə elan edilmişdi. Hökumətin qərarı ilə Azərbaycanın dövlət gerbi və möhürünün ən yaxşı təsvirinin hazırlanması üçün iki mükafat ("Ən yaxşı gerb layihəsi"nə görə 1000 rubl, möhürə görə isə 500 rubl) müəyyənləşdirilmişdi. Müsabiqənin müddəti həmin il aprelin 20-dək müəyyən edilmiş və bu işin təşkili və icrasına nəzarət Poçt və Teleqraf Nazirliyinə həvalə edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Bitərəflər fraksiyası
Bitərəflər fraksiyası — — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri. == Üzvləri == 1919-cu ilin oktyabr ayınadək 12 nəfər parlament üzvü fraksiyaya daxil idi: 1919-cu ilin oktyabr ayından sonra 4 nəfər parlament üzvü fraksiyaya daxil idi: == Parçalanma == 1919 ilin oktyabrında fraksiyada parçalanma baş verdi. 8 nəfərdən ibarət böyük əksəriyyət — Fətəli xan Xoyski, Mirzə Əsədullayev, Əsədulla Əhmədov, Cəlil bəy Sultanov, Yusif Əhmədzadə, Baxış bəy Rüstəmbəyov, Abuzər bəy Rzayev və Ağa Aşurov Müsavat fraksiyası ilə birləşərək Parlamentdə həlledici səsə malik olan Müsavat və bitərəflər fraksiyasını yaratdılar. Müsavatla birləşən bitərəflər, eyni zamanda, müstəqil səsvermə hüquqlarını özlərində saxladılar. "Bitərəflər" fraksiyasından ayrılmış 4 nəfər — Əhməd bəy Ağaoğlu, Bəhram bəy Axundov, Behbud xan Cavanşir və Əbdüləli bəy Əmircanov isə müstəqil olaraq yenidən bitərəflər qrupunu yaratdılar. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Erməni fraksiyası
Erməni fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fraksiyalarından biri; Azərbaycan Xalq Cümhuriyyətinin ümumbəşəri demokratiya ənənələrinə hörmət və sədaqətinin bariz nümunəsi. == Tarixi == Azərbaycan Milli Şurasının 1918 il noyabrın 19-da, Cümhuriyyət Parlamentinin formalaşdırılması ərəfəsində Bakıda keçirilmiş iclasında qeyd edilirdi ki, ölkədə yaradılacaq qanunvericilik və idarəçilik hakimiyyəti orqanlarında Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri təmsil olunmalıdır. Azərbaycan Milli Şurasının noyabrın 19-da qəbul etdiyi Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanunda Azərbaycan ərazisində yaşayan millətlərin onların sayına müvafiq surətdə Parlamentdə təmsilçiliyi təsbit olunurdu. Həmin qanuna əsasən, Azərbaycan Parlamentində 21 erməni nümayəndəsi təmsil olunmalı idi.Bu nümayəndələrin 16 nəfəri Gəncə və Şuşadan, yəni Gəncə 8 nümayəndə, Şuşa 8 nümayəndə kimi olmalı və 5 nümayəndə də Bakıdan olmalı idi. Azərbaycan Milli Şurasının Parlamentin çağırılması ilə bağlı Bütün Azərbaycan əhalisinə! müraciətində deyilirdi: Lakin Azərbaycan Milli Şurasının səylərinə baxmayaraq, Bakıda fəaliyyət göstərən erməni və rus milli şuraları nəinki Parlamentə öz nümayəndələrini göndərmədilər, əksinə, Azərbaycan Parlamentinin fəaliyyətə başlamasına cidd-cəhdlə mane oldular. Onlar 1918 il dekabrın 7-də açı-lan Azərbaycan Parlamentinin ilk iclasında iştirakdan imtina etdilər. Ermənilər Azərbaycan Parlamentini boykot etmək taktikasını iki aydan artıq davam etdirərək, yalnız 1919 ilin fevralından Parlamentin iclaslarına qatıldılar. Özü də ermənilər Azərbaycan Parlamentində iki fraksiya — 5 nəfərdən ibarət erməni fraksiyası və 6 nəfərdən ibarət "Daşnaksütyun" fraksiyası ilə təmsil olunmuşdular. Bu fraksiyaların Parlamentdəki sonrakı fəaliyyətləri göstərdi ki, erməniləein Azərbaycan Parlamentində iştirakı Azərbaycan dövlətçiliyinin formalaşmasına, ümumən, Azərbaycan iqtisadiyyatı və mədəniyyətinin inkişafına, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına hər vəchlə mane olmaq, özlərinin millətçi — separatçı "Böyük Ermənistan" yaratmaq xülyasının təbliği üçün yeni bir tribuna əldə etmək məqsədi güdmüşdür.

Digər lüğətlərdə