REPUBLIC

n respublika; the Azerbaijan ~ Azərbaycan Respublikası; people’s ~ xalq respublikası; sister ~ qardaş respublika

REPTILE
REPUBLICAN
OBASTAN VİKİ
Conch Republic
Conch Respublikası, ABŞ-yə məxsus olan Florida Keysin bir hissəsi sayılan Key Westdə yerləşən və heç bir ölkə tərəfindən tanınmayan bir mikrodövlətdir. 23 aprel 1982-ci ildə ABŞ-dən ayrılmasının elanından sonra regionun turizm fəaliyyəti artmışdır.
Islamic Republic of Iran
İran (fars. ایران) və ya rəsmi adı ilə İran İslam Respublikası (fars. جمهوری اسلامی ایران) — Qərbi Asiyada dövlət. İran şimal-qərbdən Azərbaycan və Ermənistan, şimaldan Xəzər dənizi, şimal-şərqdən Türkmənistan, şərqdən Əfqanıstan və Pakistan, cənubdan Fars körfəzi və Oman körfəzi, qərbdən Türkiyə və İraqla əhatə olunmuşdur. Paytaxtı və ən böyük şəhəri Tehran , ümumi sahəsi 1,648,195 kvadrat kilometr, əhalisinin sayı 83 milyon nəfərdən çoxdur. İran ərazi böyüklüyünə görə Yaxın Şərq regionunda ikinci, dünya ölkələri arasında on yeddinci, əhalisinin sayına görə isə on səkkizinci ölkəsidir. Ölkənin Avrasiyanın mərkəzində və Qərbi Asiyada yerləşməsi, həmçinin Hörmüz boğazına yaxınlığı ona geostrateji əhəmiyyət qazandırmışdırİran dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir. Hələ eramızdan əvvəl dördüncü minillikdə bu ərazidə Elam krallığı mövcud olmuşdur. Bu dövlət eramızdan əvvəl 7-ci əsrdə Madaylar tərəfindən işğal olunmuşdur. Eramızdan əvvəl 6-cı əsrdə isə Əhəmənilər İmperiyasının banisi olan II Kirin hakimiyyəti illərində bu imperiyanın ərazisi Şərqi Avropadan (yəni indiki Türkiyə əraziləri daxil olmaqla Bolqarıstan, Albaniya, Ukrayna, Krım, şimali və cənubi Qafqazdan) Hind çayına qədər uzanırdı ki, bu da həmin imperiyanı tarixin ən böyük dövlətlərindən birinə çevirmişdi.
Republic F-105 Thunderchief
1951-ci ildə “Republic Aviation” firması F-84F təyyarəsinin yerini alacaq supersonik taktiki bombardman təyyarəsi üstündə işləməyə başladı. Bunun nəticəsi olaraq F-105 “Thunderchief”, daha sonralar “Thud” olaraq adlandırılacaq təyyarə dünyaya gəldi. İlk prototip YF-105A 22 oktyabr 1955-ci ildə uçdu, fəqət ilk F-105D modelinin uçuşu 9 iyul 1959-cu ildə olmuşdur. F-105 qırıcı-bombardmançı hərbi təyyarəsi bir adamlıq “B” və “D” versiyası, və iki adamlıq “F” modellərində istehsal edilmişdirlər. Daha sonralar bəzi “F” modelləri F-105G olaraq modifikasiya edildilər. 610 ədəd F-105D modeli də, daxil olmaqla ümumi olaraq 833 ədəd F-105 “Thunderchief” istehsal edilmişdir. F-105D İkinci dünya müharibəsi dövründə istifadə edilmiş olan B-17 təyyarələrindən daha artıq bomba daşımağa qadir idi. 3600 kq-ı gövdə daxilində olmaqla 5500 kq ağırlığında strateji yük daşıya bilirdi. F-105D modelləri çox geniş şəkildə Vyetnam müharibəsi zamanı istifadə edilmiş və müharibənin ilk dörd ilində hava hücumlarının 75%-ini həyata keçirmişdir. SSRİ mənşəli MiQ-17 və MiQ-21 qırıcılarının qarşısında “asan” bir rəqib kimi görünmək ilə bərabər bu təyyarənin hava döyüşləri üçün deyil, taktiki bombardman üçün yaradılmış olması fikri gündəmə gəlir.
Republic F-84 Thunderjet
Arxaya doğru əyilmiş qanadlara sahib olan F-84F qırıcı-bombardmançı hərbi təyyarə modelləri düz qanadlı F-84 təyyarələrinin bazası əsasında yaradılmışdır. İlk prototip uçuşu 3 iyun 1950-ci ildə baş tutmuş və tədarükü quru qoşunlarına yardım təyyarəsi olaraq böyük çoxluqda Taktiki Hava Komandanlığına edilmişdir. “Republic” firması 2112 ədəd F-84F istehsal etmişdir. General Motors şirkəti də, əlavə olaraq 599 ədəd istehsal etmişdir. Bu rəqəmin 1301 ədədi NATO Hərbi Hava Qüvvələrinə verilmişdir. Eyni modelin RF-84F hava kəşfiyyat-foto modeli də yaradılmış və NATO ölkələrinə göndərilmişdir. 1950-ci illərin sonlarında supersonik North American F-100 Super Sabre təyyarəsi ilə dəyişdirilməsinə başlanılmışdır. Ancaq 1960-cı illərdəki Berlin böhranında təkrar xidmətə qəbul edilmişdir.
Republic P-47 Thunderbolt
P-47 Thunderbolt, ABŞ istehsalı olan İkinci Dünya Müharibəsi dövrünün qırıcı-bombardmançı təyyarəsidir. Bolşeviklərdən qaçan iki gürcü, Alexander de Seversky və Alexander Kartveli tərəfindən hazırlanmışdır. P-47 böyük və kobud bir təyyarədir. Ən əhəmiyyətli xüsusiyyəti möhkəmliyi və yaxşı sürətidir. Su ilə vurulan mühərrikləri var. Müttəfiqlər və Sovetlər tərəfindən müharibə zamanı istifadə edilmişdir. İlk uçuşunu 6 may 1941 -ci ildə etmiş və cəmi 15677 ədəd istehsal edilmişdir. İkinci Dünya Müharibəsindən sonra ABŞ-nin hərbi yardımı çərçivəsində Türkiyəyə ümumilikdə 180 ədəd P-47D gətirilmişdir. Bütün təyyarələr 1948 -ci ildə gətirilmişdir və 9, 5 və 8 -ci Hava Alaylarında yerləşdirilmişdirlər. 1951-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin yenidən təşkil edilməsi nəticəsində, “Hava Bazaları” (Hava Üssü — HÜ) sisteminə keçildikdən sonra, P-47-lər 5-ci Hava Bazasının 151/152 eskadronlarında, 8-ci Hava Bazasının 181/182 eskadronlarında və 9-cu Hava Bazasının 191/192 eskadronlarında xidmət etmişdirlər.
Fairchild Republic A-10 Thunderbolt II
A-10 Thunderbolt II, quru qoşunlarına yaxın aviasiya dəstəyi vermək üçün xüsusi olaraq hazırlanmış ilk avia platformadır. Orijinal ləqəbi “Warthog” (qısaca: Hog) olsa da, İkinci Dünya Müharibəsində quru qoşunlarına yaxın hava dəstəyi verən Republic P-47 Thunderboltun şərəfinə eyni adı daşıyır. Amerikanın Fairchild Republic şirkəti tərəfindən istehsal olunan A-10 Thunderbolt II, aşağı hündürlükdə və aşağı sürətdə manevr etməyi bacaran, effektiv vuruş qabiliyyəti olan sadə və etibarlı, hər cür yer hədəflərinə, xüsusilə tanklara və zirehli maşınlara hücum edərək onları məhv edə bilən, iki mühərrikli reaktiv təyyarədir. Soyuq müharibə zamanı Sovet tanklarını və zirehli maşınlarını aşağı uçuşlarda məhv etmək üçün hazırlanmışdır. Buna “Tank Qatili” deyilir. Döyüş meydanlarında 300 m -dən aşağı yüksəkliklərə enə bilər və geniş qanad sahəsi sayəsində yerdəki düşmən elementlərini atəş altında saxlaya bilər. Qısa və xam uçuş-enmə zolaqlarından enmə və qalxma qabiliyyəti Thunderbolta cəbhəyə yaxın ərazilərdə də tamamilə effektiv şəkildə işləməsinə imkan yaradır. Son dərəcə yüksək dayanıqlığa malik olan bir təyyarə olması, təyyarəyə böyük bir döyüş radiusu və uzun müddət döyüş meydanında qalma qabiliyyəti bəxş edir. Sistemi və zirehi sayəsində döyüş meydanlarında sağ qalma ehtimalı son dərəcə yüksəkdir. Zədələnməsinə baxmayaraq pilotun təyyarəni bazaya qaytara biləcək formada dizaynı və yükləmə diapazonu, təyyarənin diqqət çəkən elementləridir.