Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dopamin
Dopamin— İnsan bədənində təbii yaranan kimyəvi maddədir. Simpatik sinir sistemində təsirləri dərman olaraq ürək döyüntülərinin artırılması və qan dövranını yüksəltmək üçün işlədilir. Normal insanın beynində onun axıcı və əlaqəli hərəkətini təmin edən dopamini ifraz edən hüceyrələr var. Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə, bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi ziyan görəndə və ya azalanda dopamin ifraz edilə bilmir. Dopamin ifraz edən hüceyrələrin 60-80 faizi itkiyə uğrayanda bədəndə titrəmə, yavaş hərəkətetmə və tarazlığın pozulması halları ortaya çıxır. Bunlar Parkinson xəstəliyinin əlamətləridir. Kimyəvi formulu belədir: C6H3(OH)2-CH2-CH2-NH2. Kimyəvi adlandırılması "DA" şəklindədir.
Rogalin
Rogalin (pol. Rogalin) [roˈgalin]) — Polşanın Mosina qminasında yerləşən kənd. Poznan şəhərndən 20 km. cənubunda, Varta çayının ətrafında yerləşir. Əhalisi 770 nəfərdir. Kəndin ilk qeyd olunması XIII əsrə təsadüf eləyir. XVIII ərdə isə kənd, Velikopolşanın general gözətçisi, marşal Kazimir Raçinskinin mülkiyyətinə daxil edilir. Barokko üslubda klassik saray, park XVIII əsr Müqəddəs Marcelin kostyolu Rogalin qalereyası pl:Krzysztof Arciszewski (1592—1656) - polşa şlyaxtiçi, holland generelı və Reç Pospoltanın artilleriyasının generalı.
Adamin
Adamin — mineral, Zn2[OH|AsO4]. Bu, adətən sink filizi əmələgəlmələrinin üstündəki oksidləşmiş və ya aşınmış zonada baş verən mineraldır. Təmiz adamit rəngsizdir, lakin adətən Fe birləşmələrinin qatqısına görə sarı rəngə malikdir. Yaşıl rənglər də yaranır və mineral quruluşda mis əvəzlənməsi ilə bağlıdır. Olivenit adamitlə izostruktur olan mis arsenatdır və sink və mis arasında əhəmiyyətli dərəcədə əvəzetmə var, nəticədə kuproadamit adlı ara məhsul yaranır. Zinkolivenit CuZn(AsO4)(OH) formuluna malik ara mineral olan bu yaxınlarda kəşf edilmiş mineraldır. Quruluşda manqan, kobalt və nikel də əvəz olunur. Analoji sink fosfat, tarbuttit məlumdur. == Haqqında == Rombik. Habitus prizmatik, bəzən lövhəcikvari, yaxud izometrik.
Ramin
Ramin — Azərbaycan kişi adı. Ramin Hacılı — Azərbaycanlı siyasi aktivist Ramin Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Mahmudzadə — Ramin Hacıyev — Azərbaycan rejissoru, aktyor. Ramin Musayev — Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti.
Kondamin (En)
Korvesya (fr. Condamine) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Breno kantonuna daxildir. Kommunanın dairəsi — Nantüa. INSEE kodu — 01112. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 404 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi. 38 hərəkətsiz 11 nəfər arasında şagird və ya tələbə, 19 nəfər təqaüdçü, 8 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
La-Kondamin
La-Kondamin (fr. La Condamine, it. La Condamina)- Monako krallığının ən müasir inkişaf etmiş rayonlarındandır. Monte-Karlo şəhərinin bölünməsindən yaranıb. 2008-ci ilin məlumatlarına əsasən şəhər əhalisinin sayı 3694 nəfər, sahəsi isə 267 324 m²-dir. == Coğrafi mövqeyi == Monako-Ville, Monte-Karlo şəhərləri ilə Monte-Karlo rayonunu (Moneqetti) arasında yerləşir. Şəhərin sahillərini Aralıq dənizi suları yuyur. Şəhər öz limanları ilə seçilir. Belə ki, ölkənin başlıca ticarət şəhərlərindəndir. Monako Krallığının ən iri limanları olan Monako və Qerkules buradadır.
Rozalin Karter
Rozalin Karter (ing. Rosalynn Carter; 18 avqust 1927[…], Pleyns[d], Corciya[…] – 19 noyabr 2023[…], Pleyns[d], Corciya[…]) — ABŞ Prezidenti Cimmi Karterin həyat yoldaşı. Eleanor Rozalin Smit 18 avqust 1927-ci ildə ABŞ-də, Corciya ştatının Pleyns şəhərində anadan olmuşdur. Onun atası fermer idi və öz avtomobil təmiri sexinə sahib idi, anası isə dərzi kimi çalışırdı. Rozalinin 13 yaşı olanda atası leykozdan vəfat etmişdir. Ailənin böyük uşağı olan Rozalin anasına iki qardaş və bacısını böyütməkdə kömək edirdi. Orta məktəbi bitirdikdən sonra kollecə daxil olmuş, lakin tezliklə oranı tərk etmişdir. Vikianbarda Rozalin Karter ilə əlaqəli mediafayllar var.
Canni Rodari
Canni Rodari (it. Gianni Rodari, 23 oktyabr 1920[…] – 14 aprel 1980[…], Roma) — italyan uşaq yazarı və jurnalist. == Həyatı == Canni Rodari 1920-ci il oktyabrın 23-ü İtaliyada, çörəkçi ailəsində dünyaya gəlib. Canni 10 yaşı tamam olmamış atasız qalır. Rodari və iki qardaşı – Çezare və Mario anasıyla birgə kəndə köçməli olublar, ehtiyac içində böyüyən balaca çəlimsiz Canninin qəlbində kitaba sevgi özünə yuva qurub, yaşa dolduqdan sonra isə özünü yazıçılıq işinə həsr edib. 1948-ci ildə jurnalist kimi çalışarkən uşaqlar üçün də əsərlər yazmağa başlayır. Bu sahədə böyük uğur qazanıb. C.Rodari yaradıcılığa şeirlə başlayıb, 1951-ci ildə “Şən şeirlər kitabçası” adlı ilk şeir kitabını buraxdırıb, daha sonra isə ona dünya şöhrəti qazandıran “Çippolinonun macəraları” kitabını yazıb. Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilir. 1970-ci ildə yazıçı çox prestijli Hans Kristian Andersen mükafatını alır.
Romain Mahiyeu
Romain Mahiyeu (17 fevral 1995) — Fransalı peşəkar kişi BMX velosipedçisi. Romain Mahiyeu Fransanı beynəlxalq yarışlarda təmsil edir. Romain Mahiyeu 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.294 saniyəlik nəticəsi ilə 29-cu yeri tutdu.
Romain Rikkardi
Romain Rikkardi (26 iyul 1988) — İtaliyalı peşəkar kişi BMX velosipedçisi. Romain Rikkardi İtaliyanı beynəlxalq yarışlarda təmsil edir. Romain Rikkardi 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.074 saniyəlik nəticəsi ilə 57-ci yeri tutdu.
La-Kondamin-Şatlar
La-Kondamin-Şatlar (fr. La Condamine-Châtelard, oks. La Condamina e lo Chastelar) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barselonnet kantonuna daxildir. Kommunanın dairəsi — Barselonnet. INSEE kodu — 04062. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 149 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 101 yaşında (15-64 yaş arasında) 78 nəfər iqtisadi fəal, 23 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77,2%, 1999-cu ildə 76.9%). Fəal 78 nəfərdən 75 nəfər (44 kişi və 31 qadın) işləyir, 3 nəfər işsizdir (1 kişi və 2 qadın).
Rozalin Sasmen Yalou
Rozalin Sasmen Yalou(19 iyul 1921[…], Nyu-York, Nyu-York ştatı – 30 may 2011[…], Bronks, Nyu-York ştatı)—1977-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanmış Amerikalı həkim və alim. Bu mükafatı radioimmun (RİA) texnikasını inkişaf etdirdiyinə görə qazanıb. Gerti Koridən sonra Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını qazanan ikinci qadın amerikalı alimdir. Amerika biofiziki Rozalin Sasmen Yalou 1921-ci ilin 19 iyulunda Nyu-Yorkda, kağız fabriki sahibi olan Simon Sasmen və Klara (Zipper) Yalounun ailəsində anadan olub. Rozalin ibtidai təhsilini Bronks şəhərinin ümumtəhsil məktəbində alıb, sonra isə Velten orta məktəbinə daxil olub. 1937-ci ildə o, Hanter-kollecinə (hazırda Nyu-York Universitetinin bir hissəsi) qəbul edilib. Rozalin Sasmen Yalounun humanitar elmlər üzrə bakalavr dərəcəsi aldığı 1941-ci ilin yanvar ayında Hanter kollecini fizika dərəcəsi üzrə bitirən ilk qadın olub.
Ramin Cavadi
Ramin Cavadi (fars. رامین جوادی‎; 19 iyul 1974, Duysburq, Şimali Reyn-Vestfaliya) — İran-Alman əsilli bəstəkar. Marvel filmi Dəmir-Adam və HBO kanalında yayımlanan Taxt-tac oyunları serialına bəstələdiyi musiqilər ilə tanınır. Həmçinin o Titanların Müharibəsi, Sakit Okean Döyüşü, Varkraft, Zamanın fırlanması, Əbədilər, filminin, Həbsxanadan qaçış, Person of Interest, Cek Rayan, Qərb Dünyası seriallarının, Medal of Honor, Gears of War 4 və Gears 5 oyununun bəstəkarlığını etmişdir. 2018-ci ildə Taxt-tac oyunlarının "Əjdaha və Canavar", 2019-cu ildə isə "Uzun Gecə" epizodlarına görə ardıcıl Emmi Mükafatına layiq görülmüşdür.
Ramin Cavadov
Ramin Hacılı
Ramin Rasim oğlu Hacılı (2 sentyabr 1983, Arayatılı, Füzuli rayonu) — siyasi aktivist; "Üçüncü gələcək" jurnalının təsisçisi və baş redaktoru. Azərbaycan Avropa Hərəkatının prezidenti (2012 – indi) Ramin Rasim oğlu Hacılı 2 sentyabr 1983-cü il tarixində Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində doğulub. 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğalı etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakı şəhərinə köç edərək vaqonda məskunlaşıb. Orta təhsilini Bakı şəhəri, Nizami rayonu 220 saylı tam orta məktəbdə başa vurub. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə ali təhsil alıb. Türkiyə İstanbul Univeristetinin beynəlxalq münasibətlər ixtisası, ABŞ-də liderlik proqramı üzrə və Malta Respublikasının ixtisaslaşdırılmış ingilis dili kursunda təhsil alıb. 2002–2004-cü illərdə "Rəsulzadə — Elçibəy Ocağı"nın sədr müavini vəzifəsində çalışıb. 2005–2006-cı illərdə Dalğa Gənclər Hərəkatının təsisçilərindən biri və ilk sədri; 2007–2008-ci illərdə isə Dalğa Gənclər Hərəkatının təsis etdiyi "Demokratiya Məktəbi"nin direktoru olub. Hazırda "Demokratiya Məktəbi"nin təlimçisi, "Demokratiya Akademiyası"nın prezidentidir. 2006–2007-ci illərdə ABŞ-nin Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə Bakı şəhərində keçirilən "SAĞLAM TƏHSİL" kampaniyasına rəhbərlik edib.
Ramin Hacıyev
Ramin Hacıyev (29 dekabr 1976, Kirovabad) — Azərbaycan rejissoru, ssenari müəllifi, aktyor. Ramin Hacıyev 1976-cı ildə Gəncədə anadan olmuşdur. 1983–1994-cü illərdə 18 saylı orta məktəbi, 1995–2000-ci illərdə Qafqaz Universitetinin "Biznes üzrə menecer" fakültəsini, 1999–2000-ci illərdə Türkiyənin İstanbul Kültür Universitesinin "Cinema Academy"nin Kinorejissorluğunu bitirmişdir. Bir neçə layihənin rejssoru və müəllifidir. 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Toy (film, 2005) — Cabbar Ailəm (film, 2006) Qonşular (film, 2006) — Əfsələddin Milçək (film, 2006) — Qədeş Koma 0,1 saniyədə (film, 2007) Bacanaqlar (teleserial, 2009) — Məhəbbət Qız atası (teleserial, 2014) Səfərin ailəsi (teleserial, 2014) — Baloğlan Qardaşlar (teleserial, 2015) Kişi sözü (teleserial, 2015) Ailəcanlı (teleserial, 2017) Xalxın evi (teleserial, 2017) Ay yay yay (teleserial, 2018) Mən kiməm?
Ramin Hüseynov
Ramin Həsənov
Həsənov Ramin Müzəffər oğlu (7 noyabr 1977) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri. Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994—1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998—2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir. Azərbaycan, alman, ingilis, rus və türk dilləri bilir. Evlidir, iki övladı var. Ramin Həsənov diplomatik xidmətə 1999-cu ildə başlamışdır. 1999—2000-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada idarəsində referent və attaşe vəzifələrində çalışmışdır.
Ramin Kərimli
Ramin Mahmudzadə
Ramin Əlinazim oğlu Mahmudzadə (31 avqust 1935, Bakı – 9 avqust 2022) — fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, Bakı "Bilik" Cəmiyyətinin nəzdində "İstehsalatda Riyazi üsullar" İctimai İnstitutunun rektoru (1985–1990), Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999–2003), Focal Point UNESCO-nun Azərbaycanda rəhbəri (2002–2005), Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri, əməkdar müəllim, 2005-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan alim kimi tanınır. XX əsrin ikinci yarısından yeni yaranan kompüter elmlərinin (informatika) Azərbaycanda inkişafında onun böyük rolu olmuşdur. Bu baxımdan o, həm də Azərbaycanın ilk proqramçısı sayılırdı. Ramin Mahmudzadə Əlinazim oğlu 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi Ukraynada bitirmişdir. 1953-cü ildə Dnepropetrovsk Dağ-Mədən İnstitununa daxil olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmiş, 1961-ci ildə oranı bitirmişdir. 1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində asisent işləmişdir.
Ramin Musayev
Ramin Musayev (26 aprel 1963, İncəoğlu, Bolnisi rayonu) — Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti (2008—2022). Musayev Ramin Namaz oğlu 1963-cü il 26 aprel tarixində Gürcüstanın Bolnisi rayonunun İncəoğlu kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun müddət Azərbaycanın hüquq-mühafizə sistemində calışıb, sonradan Neftçinin vitse-prezidenti işləyib. 2008-ci ildən Peşəkar Futbol Liqasının prezidentidir. O, 29 iyul 2022-ci il tarixində səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa vermişdir.
Ramin Məmmədli
Ramin Məmmədov
Ramin Məmmədov (siyasətçi)
Ramin Nurəhmədov
Ramin Nəsirli
Ramin Nəsirli (24 sentyabr 2002, Azərbaycan) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın yarımmüdafiəçisi. Ramin Nəsirli 19 fevral 2022-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi Bakı"nın heyətində "Şamaxı" ilə matçda debüt etmişdir.
Ağdamın işğalı
Ağdam uğrunda döyüş (12 iyun-23 iyul 1993) — Qarabağ müharibəsinin gedişində baş vermiş döyüş. Döyüş 23 iyul 1993-ci ildə Ağdam şəhərinin erməni qüvvələri tərəfindən işğalı ilə bitmişdir. == Şəhərin əhəmiyyəti == SSRİ dağıldıqdan sonra Ağdamda yerləşən nəhəng hərbi anbar Azərbaycan ordusuna dövr edilir. Qarabağ müharibəsi zamanı hərbi baza Azərbaycan Ordusu tərəfindən hərbi istinadgah kimi istifadə edilmişdir. Xankəndində Ağdamın əhəmiyyətini anlayır və onu "düşmən yuvası" adlandırırdılar. Münaqişənin ilk mərhələlərində və hərbi əməliyyatların qızışmasına qədər ermənilər Ağdamın sakinlərini "ermənilərin hər kəsdən yaxşı istifadə etdiyi silah" olan terrorizmdən istifadə etməklə ruhdan salmağa çalışırdılar. Bu strategiyanı reallaşdırmaq üçün Ağdam ətrafında erməni millətçiləri tərəfindən bir neçə terror aktı həyata keçirilmişdir. Məsələn, 1990-cı ilin avqustunda erməni terrorçuları Tbilisi-Ağdam marşrutu ilə gedən avtobusu partlatdılar və nəticədə 20 dinc vətəndaş həlak oldu. 1991-ci ilin sentyabrında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutlarında müvafiq olaraq 5 və 8 sərnişinin həlak olduğu avtobus hücumları həyata keçirdilər. Nəhayət, 28 yanvar 1992-ci ildə ermənilər Ağdamdan Şuşaya uçan mülki helikopteri vurdular, nəticədə 41 dinc sakin, həmçinin 3 ekipaj üzvü həlak oldu.
Okamın ülgücü
Okkam ülgücü (ing. Occam's razor) — hipotezlər arasında seçimə əsaslanan metodoloji prinsip. Termin öz adını XIV əsr fransiskan monaxı, filosof Vilyam Okkamın (t. 1287–1347) adından alıb. Qısaca, bu prinsipə görə, ehtiyac olmadan müddəaları artırmaq lazım deyil. Başqa sözlə, əgər hər hansı fikri təsdiq etmək üçün sonda eyni nəticəni verən iki yol varsa və birinci halda sübut üçün A, B və C müddəaları, ikinci halda isə A, B, C və D müddəaları lazımdırsa, o halda Okkam ülgücü D müddəasından imtina etməyi tələb edir, çünki ona ehtiyac yoxdur. Okkam ülgücü termini ilk dəfə 1852-ci ildə, Okkamın ölümündən yüzillər sonra, ser Vilyam Hamiltonun işlərində ortaya çıxıb.
Romanın yağmalanması (846)
Romanın yağmalanması — 846-cı ildə saratinlərin Roma şəhərinə hücum etməsi və onu yağmalaması. 820-ci illərdə orta əsr italyanları tərəfindən saratinlər kimi tanınan ərəblər Siciliyanı fəth etməyə başlamışdılar. 842-ci ildə ərəb qoşunları Ponsanı tutmağa çalışmışdılar, lakin Neapol və Qaetanın birləşmiş donanması tərəfindən məğlub edilmişdir. Buna baxmayaraq, həmin il ərəblər Siciliyada Messinanı ələ keçirmişdilər. Təxminən eyni vaxtda vətəndaş müharibəsində düşmən olan I Beneventolu Radelxiz və Salernolu Sikonulf Kampaniyada döyüşmək üçün saratin muzdlularını cəlb etmişdilər. Kampaniyadan ərəblərin böyük bir dəstəsi gəmi ilə Porto və Ostiaya getmiş, 846-cı ildə orada quruya enmişdilər. Roma milisləri Roma divarlarının təhlükəsizliyinin arxasına sürətlə geri çəkilərkən saratinlər ilə vurmuşdular. Saratin basqınçıları şəhərdə nəhəng xəzinələrin varlığından xəbərdar idilər. Müqəddəs Pyotr kimi bəzi böyük bazilikalar Avrelian divarlarından kənarda idi və beləliklə, onlar üçün asan hədəf olmuşdu. Onlar zəngin liturgiya qabları və yeni toplanmış relikviyadan ibarət daş-qaşlı relikvari ilə dolu idi.