Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Elephantulus rozeti
Şimali Afrika atlanqaçı (lat. Elephantulus rozeti) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin atlanqaçlar dəstəsinin atlanqaçlar fəsiləsinin uzunqulaq atlanqaç cinsinə aid heyvan növü.
Rozetta daşı
Rəşid daşı və ya Rozetta daşı (ər. [Həcərur-Raşid ]- حجر رشيد‏, fr. la pierre de Rosette, ing. Rosetta Stone) – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər aralı yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) yazıya malik daş yazı abidəsidir. Qədim yunan dili dilçilərə məlum olduğundan demotik və heroqlifik Misir yazısını onunla uzlaşdırmaqla bir çox Misir yazılarının açılmasında ondan açar kimi istifadə olunmuşdur. 1802-ci ildən Rəşid daşı Britaniya muzeyində saxlanılmaqdadır. == Daş kitabənin ölçüsü == Hündürlüyü: 114,4 sm; Eni: 72,3 sm; Qalınlığı: 27,9 sm; Kütləsi: 762 kq.Tünd boz rəngli bu qranit kitabə e.ə. 196-cı ilə məxsusdur. Daş kitabə zədəli halda günümüzə gəlib çatdığından heroqlif mətnin 2/3-si itirilmişdir. == Tapılması == 1799-cu ildə Napolean Bonapart Misir uğrunda gedən müharibədə türklərlə və ingilislərlə döyüşə girəcəkdir.
La-Roşet
La-Roşet (Yuxarı Alplar)
Qriqori Rozen
Qriqori Vladimiroviç Rozen (rus. Григорий Владимирович Розен; 11 oktyabr 1782 – 18 avqust 1841, Sankt-Peterburq və ya Moskva)—alman əsilli rus hərbçisi, Qafqaz canişini. == Həyatı == Qriqori Vladimiroviç Rozen 1782-ci ildə anadan olmuşdu. Baron Rozen 1831–1837-ci illərdə Qafqazın sərdarı olub. Qafqazın baş hakimi Baron Rozen Mirzə Fətəli Axundovu Şərq dilləri və elmləri sahəsində mükəmməl hazırlığından razı qalaraq onu dövlət xidmətinə — Qafqaz hakiminin baş dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul edib. "Tiflis əxbarı" qəzetinin materiallarını Mirzə Yeprem Yenikolopov redaktə edirdi. O, şərq dillərini bilirdi. Arxiv materiallarından məlum olur ki, Azərbaycan dilində "Tiflis əxbarı"qəzeti farsca çıxan qəzet bağlandıqdan sonra buraxılmışdır. Farsca çıxan qəzetin abunəçiləri az olduğundan çox davam edə bilməmişdir. Bunu Qafqazın baş hakimi olmuş Baron Rozenin 1831-ci il dekabrın 30-da maarif naziri K. A. Livenə yazdığı məktubdan da bilmək olar.
Viktor Rozen
Viktor Romanoviç Rozen (21 fevral (5 mart) 1849, Tallin – 10 (23) yanvar 1908, Sankt-Peterburq) — Rusiya şərqşünası == Həyatı == Viktor Romanoviç Rozen 5 mart 1849 -cu ildə anadan olmuşdu. Viktor Rozen 23 yanvar 1908-ci ildə vəfat edib. == Əsərləri == «Древнеарабская поэзия и её критика» (СПб., 1872), «Известия Ал-Бекри и других авторов о Руси и славянах» (в Приложении к XXXII т. «Записок Императорской Академии Наук», 1878), «Император Василий Болгарский» (Прил. к XLIV т. «Записок Имп. Академии Наук», 1883), «Заметка о летописи Агапия Манбиджского» («Журнал Мин. Народного Просвещения», 1884), «Notiz über eine merkwürdige arab. Handschrift» («Bulletin de l’Ас. Imp.
Pak Roze
Roseanne Park (ing. Roseanne Park;11 fevral 1997, Oklend), Park Chaeyoung (kor. 박채영) və ya daha çox tanınan səhnə adı ilə Rose (kor. 로제) Yeni Zelandiyada doğulmuş müğənni və model. YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı "Blackpink" qız qrupunun əsas vokal və lider rəqqasəsidir. == Həyatı == === 1997–2015: İlk İllər === Roseanne Park 11 Fevral 1997-ci ildə Yeni Zelandiyanın Aukland şəhərində anadan olmuşdur. Valideynləri Koreyalı olan müğənninin özündən yaşca böyük bir bacısı var (Park Alisa). Rose 7 yaşı olanda ailəsi ilə Avstraliyanın Melburn şəhərinə köçdü. Rose əvvəlcə 2009-cu ildə Kev East İbtidai məktəbində oxudu, orta təhsili üçün Melburndakı Canterbury Qızlar Orta Kollecində oxudu.Uşaqlıqdan mahnı oxumağa başladı və gitara və fortepiano çalmağı öyrəndi və kilsə xorlarında çıxış etdi. 15 yaşında ikən, atasının tövsiyəsi ilə 2012-ci ildə Avstraliyada Sidney şəhərində keçirilən YG-nin seçmə mərhələsində iştirak etdi.
Roze (müğənni)
Roseanne Park (ing. Roseanne Park;11 fevral 1997, Oklend), Park Chaeyoung (kor. 박채영) və ya daha çox tanınan səhnə adı ilə Rose (kor. 로제) Yeni Zelandiyada doğulmuş müğənni və model. YG Entertainment tərəfindən qurulan Cənubi Koreyalı "Blackpink" qız qrupunun əsas vokal və lider rəqqasəsidir. == Həyatı == === 1997–2015: İlk İllər === Roseanne Park 11 Fevral 1997-ci ildə Yeni Zelandiyanın Aukland şəhərində anadan olmuşdur. Valideynləri Koreyalı olan müğənninin özündən yaşca böyük bir bacısı var (Park Alisa). Rose 7 yaşı olanda ailəsi ilə Avstraliyanın Melburn şəhərinə köçdü. Rose əvvəlcə 2009-cu ildə Kev East İbtidai məktəbində oxudu, orta təhsili üçün Melburndakı Canterbury Qızlar Orta Kollecində oxudu.Uşaqlıqdan mahnı oxumağa başladı və gitara və fortepiano çalmağı öyrəndi və kilsə xorlarında çıxış etdi. 15 yaşında ikən, atasının tövsiyəsi ilə 2012-ci ildə Avstraliyada Sidney şəhərində keçirilən YG-nin seçmə mərhələsində iştirak etdi.
Nişi-Rozen sazişi
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş. Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır. == Haqqında == Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər. Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir. Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir.Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi. Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir. Saziş iki tərəfi də məmnun etmişdir. Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır. == Həmçinin bax == Yamaqata-Lobanov sazişi == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka).
La-Roşet (Yuxarı Alplar)
La-Roşet (fr. La Rochette, oks. La Rocheta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. La-Bati-Nyov kantonuna daxildir. INSEE kodu — 05124. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 380 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 246 yaşda olan (15-64 yaş arasında) 169 nəfər iqtisadi cəhətdən fəal, 77 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,7%, 1999-cu ildə 70.6%). Fəal olan 169 nəfərdən 156 nəfər (89 kişi və 67 qadın), 13 nəfər işsiz (4 kişi və 9 qadın) idi.
Qross-Rozen həbs düşərgəsi
Qross-Rosen həbs düşərgəsi (alm. Konzentrationslager Groß-Rosen‎) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Polşada yaradılmış Nasist həbs düşərgəsi.
La-Roşet (Yuxarı Provans Alpları)
La-Roşet (fr. La Rochette, oks. La Roqueta) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Antrevo kantonuna daxildir. Kommunanın dairəsi — Kastellan. INSEE kodu — 04170. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 57 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 39 yaşda (15-64 yaş arasında) 24 nəfər iqtisadi cəhətdən fəal, 15 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61.5%, 1999-cu ildə 69.7%). Fəal olan 24 nəfərdən (13 kişi və 11 qadın) çalışdı, işsizlər yox idi.
Rövzət Dəmirçizadə
Rövzət Dəmirçizadə (d. 3 yanvar 1939, Nuxa (indiki Şəki şəhəri) – ö. 15 aprel 2010, Bakı) — şair, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. == Həyatı == Rövzət Dəmirçizadə məşhur dilçi alim, professor Əbdüləzəl Dəmirçizadənin qardaşı oğlu idi. Lakin Əbdüləzəl Dəmirçizadə onu rəsmən oğulluğa götürmüşdü. Rövzət Dəmirçizadə 20 yaşında olarkən, bədbəxt hadisə nəticəsində şikəst olmuşdu və bundan sonra ancaq əlil arabası ilə hərəkət edirdi. Buna baxmayaraq, o, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almış, 1980-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdir. 2010-cu ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == İlk şeirlər kitabı 1968-ci ildə, səkkizinci və sonuncu kitabı isə 2008-ci ildə nəşr olunub. Şəkidə nəşr olunan "Şəki fəhləsi", "İpəkçi" və "Şəkinin səsi (qəzet)|Şəkinin səsi" qəzetlərində müxtəlif vaxtlarda Rovzətin onlarla şeiri dərc edilib.
Rober-Jozef Potye
Rober-Jozef Potye (fr. Robert-Joseph Pothier; 9 yanvar 1699[…], Orlean – 2 mart 1772[…], Orlean) — fransız hüquqşünası.
Cozef
Cozef — şəxs adı. Cozef Stiqlits — amerikalı iqtisadçı. Cozef Debone Qrex — Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Cozef Liklyayder — Amerika alimi. Cozef Lui Prust — fransız kimyaçısı.
Jozef
Jozef — şəxs adı. Jozef Furye — fransız riyaziyyatçısı və fiziki. Jozef Göbbels — alman Jozef Karika — Slovakiyalı yazıçı və publisist Jozef Kruskal — amerikalı riyaziyyatçı, statistika mütəxəssisi Jozef Liuvill — Fransız riyaziyyatçısı; funksiyalar nəzəriyyəsi, diferensial tənliklər və mexanika üzrə əsərlərin müəllifi Jozef Lui Fransua Bertran — Fransa riyaziyyatçısı. Jozef Lui Laqranj — fransız riyaziyyatçısı, mexanik və astronomu Jozef Deken — Belçika mənşəli fransız botaniki. Jozef Babinski — polyak əsilli fransız həkim-nevropatoloq.
Komet
Kometa və ya Quyruqlu ulduz (q.yun. κομήτης, komḗtēs, tərc. uzun saçlı) — Günəş Sisteminin kiçik cisimlərindən biri. Kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər olub, toz və qazdan ibarət "quyruğa" malikdirlər. Çox zaman Günəş ətrafında fırlanırlar. Kometalar Günəş sisteminin kiçik cisimləridir. Onlar olduqca sıxılmış orbit boyunca hərəkət edirlər və Günəşə yaxınlaşdıqca formalarını kəskin dəyişirlər. Kometalar Günəşdən uzaq məsafədə olduqca dumanlı, zəif işıqlanan obyekt kimi görünürlər. Günəşə yaxınlaşdıqca əks tərəfə yönəlmiş "quyruğu" yaranır. Kometa yunanca "kometos" sözündən olub, "quyruqlu ulduz" deməkdir.
Kroket
Kroket (fr. croquer, dişləmək sözündən) — ət farşı və tərəvəzlərdən hazırlanan silindrik və ya dəyirmi formalı kulinariya yeməyi. Qızardılmış frityür (ərinmiş yağ) və ya suxarı da əlavə edilir. Suxaridən kartof püresi ilə birlikdə istifadə olunur. Kroket əsasən, Fransa mətbəxinə aid edilir. Delikates və sənayedə istehsal edilən fəstfud kimi dünya şöhrəti qazanmışdır.
Lozer
Lozer (fr. Lozère, oks. Losera) — Fransa cənubunda yerləşən, Oksitaniya regionun departamentlərindən biri. Sıra nömrəsi — 48. İnzibati mərkəzi — Mand. Əhalisi — 76607 nəfər (departamentlər arasında 101-ci yer, 2013-cü ilin məlumatları) . == Coğrafiyası == Ərazisi — 5167 km². Departamentin ərazisində Lo və Tarn çayları axır. Departamentə 2 rayon, 13 kanton və 158 kommun daxildir. == Tarixi == Lozer — 1790-ci ilin mart ayında Böyük Fransa inqilabı zamanı yaradılan gələn ilk 83 departamentdən biridir.
Mozel
Mozel (fr. Moselle, Dinlə; alm. Mosel‎; lüksemb. Musel) — Fransa, Lüksemburq və Almaniyada çay. Reyn çayının sol qolu. Uzunluğu 545 kilometrdir. Hövzəsinin sahili 28,2 min km2-dir. Vokez diyarından başlayır. Marna-Reyn kanalı Mozeldən keçir. Şərq kanalı onu Sena çayı ilə birləşdirir.
Qəzet
Qəzet — kütləvi informasiya vasitəsi olub, azı ayda 1 dəfə, daimi adla nəşr edilməsi nəzərdə tutulan mətbu nəşr. Hələ Yuli Sezarın dövründə "Senatın işləri" adlı indiki qəzetləri xatırladan gil lövhələr hazırlanırdı. Lövhələrdə hadisələr yazılırdı. "Qəzet" adı italyan xırda pul vahidi qaset ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaset - (it. gazza) ödənilirdi.. XX əsrə qədər Azərbaycan dilində qəzet yerinə Ruznamə sözü işlənirdi.Qəzetlər xəbərləri və maraqları faktları təqdim edən və dərc edən bir nəşr vasitəsidir. Qəzetlər ictimai fikrin formalaşmasında və baş verən hadisələr barəsində insanların məlumatlandırılmasında mühüm rol oynayırlar. == Tarixi == İlk qəzetlər əl ilə yazılmış vərəqələrdən ibarət idi və onları ictimai yerlərdən asırdılar. Ən birinci gündəlik qəzet Romada b.e.ə.
Raket
Raket, nadir hallarda raket (it. rocchetta – fırlanan ox) — reaktiv qüvvə ilə işləyən uçan aparat. O, ətraf mühitdən asılı olmayaraq işləyir və hətta havasız şəraitdə təcillənə bilir. Raket sözü geniş mənada tətbiq olunur, o bayramlarda istifadə olunan kiçicik raketlərdən tutmuş kosmosa uçana qədər böyük bir spektri əhatə edir. Öz idarə sisteminə malik raketlər fəzada mürəkkəb hərəkətlər edə bilir, onlar hətta uçan cismləri izləmək imkanına qadirdirlər. Atılan raketlərdən fərqli olaraq özü start götürənlər daha böyük təcillənmə vaxtına malikdirlər. Bu da gövdəyə düşən yükü azaldır. Nəticədə raketlərin gövdələrini yüngül hazırlamaq olur. == Tarixi == İlk raket tarixi mənbələrə əsasən 1266-cı ildə Çində mövcud olmuşdur. Monqollara qarşı müharibədə çinlilər Kay-Kenq adlı raketdən istifadə etmişlər.
Robert
Robert — dünyada çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar Robert Spreq — Frank Spreq və Harriet Spreqin oğlu Robert Boş — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. Robert Bradtke — ABŞ diplomatı. ABŞ-nin Xorvatiyadakı səfiri Robert Ekhart — kinorejissor. Robert Metkalf — Texas Universitetinin professoru Robert Parker — Amerika yazıçısı, detektiv romanlar müəllifi Robert Vaçet — Avstriyalı ağır atlet.
Robot
Robotlar (çex dilində "robota" yəni işləmək) — stasionar və ya hərəkətli şəkildə fəaliyyət göstərən maşınlar olub, verilmiş proqram əsasında müəyyən işləri yerinə yetirirlər. İllər keçdikcə robot sözünün mənası dəyişilmişdir. Robot sözü ilk dəfə olaraq Çexiya yazıçısı Yozef Karel Çapek tərəfindən yazılmış elmi fantastik əsərdə işlənmişdir. 1921-ci ildə Çapek "Rosum universal robotları" adlı teatr səhnəsində süni yetişdirilmiş, insana oxşar olan bir işçini təsvir edir. Bundan sonra "Robot" sözü müxtəlif avtomatlara da aid edilməyə başlayır. Bundan əlavə robot adlandırılan maşınların təyinatları arasında da böyük fərq mövcuddur. Məsələn, 1983-cü ildə Yaponiyada 47000 tətbiq olunmuş robot haqqında məlumat verilir. Bu robotların alman standartlarına görə isə heç 3000-i bu ada layiq deyildi. Ancaq ABŞ-nin Robot İnstitutunun işlədiyi standartlarla Almaniya standartı müəyyən dərəcədə oxşardılar. == Tarixi == Robotların yaranma tarixi qədim zamanlara gedib çıxır.
Rodel
Rodel (fr. Rodelle, oks. Rodesla) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12303. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Rodez
Rodez (fr. Rodez, oks. Rodés) — Fransa cənubunda yerləşən şəhər, Averon departamentin paytaxtı. 26 min əhalisi, şəhərətrafı əhalisi - 50 minə qədər. == Tarix == Şəhər Averon çayına baxan bir təpədə yerləşir. Böyük Fransız inqilabından əvvəl Rodez Rueq əyalətinin paytaxtı idi. == Görməli yerlər == Əsas görməli yeri Notre Dame kafedralıdır. == İqtisadiyyat == Rodez ənənəvi kənd təsərrüfatı məhsullarının ticarət mərkəzidir. == Qalereya == == Xarici keçidlər == "La mairie de Rodez". 2007-06-16 tarixində orijinalından arxivləşdirilib.
Rolex
Rolex — saatlar və aksessuarlar istehsal edən İsveçrə saat şirkətidir. Rolex ildə yarım milyondan çox saat istehsal edir. Rolex saatları ən yaxşı xam materiallardan və detallara xüsusi diqqət ayırmaqla hazırlanır. Hər bir komponent ən yüksək standartlara uyğun şəkildə dizayn edilir, hazırlanır və istehsal edilir.
İzoet
İzoet (lat. Isoetes) — bitkilər aləminin plaunofitlər şöbəsinin i̇zoetopsidlər sinfinin i̇zoetçiçəklilər dəstəsinin i̇zoetkimilər fəsiləsinə aid bitki cinsi.
Abşeron (qəzet)
Abşerоn — Sovet dövründə Abşeronda nəşr olunmuş qəzet == Haqqında == "Abşeron" qəzeti 1962-ci ilin may ayından Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin rayonlararası qəzeti kimi Abşeron və Dəvəçi (indiki Şabran; Xızı və Siyəzən rayonlarının əraziləri də daxil olmaqla) rayonlarının ərazilərinin sosial-siyasi və iqtisadi həyatını işıqlandırmaq məqsədilə təsis olunmuşdur. 1964-cü ilin mayından "Abşeron" qəzeti Azərbaycan KP Abşeron Rayon Komitəsinin və rayon XDS-nin orqanı kimi fəaliyyətini yalnız Abşeron rayonunun ictimai-siyasi həyatının işıqlandırılması ilə 1991-ci ilin sonlarınadək davam etdirmişdir. 1992–1994-cü illərdə "Abşeron" qəzeti Abşeron rayon XDS-nin orqanı kimi fəaliyyət göstərmiş, 1994-cü ildən həmin qəzetin nəşri müvəqqəti dayandırılmışdır. 1997-ci ilin avqsutunda "Abşeron" qəzetinin nəşri bərpa olunmuş və o, 1998-ci ilin yanvarından Abşeron Rayon İcra Hakimiyyətinin qəzeti kimi müntəzəm olaraq rayonun ictimai-siyasi həyatını işıqlandırır və 2000–2500 tirajla çıxır. Qəzet 1962-ci ildən hal-hazıra kimi "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunur.
Ageratina rosei
Ageratina rosei (lat. Ageratina rosei) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ammocallis rosea
Çəhrayı qıfotu (lat. Vinca rosea) — qıfotu cinsinə aid bitki növü. == Sinonim == Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.
Gözək
Gözək – müxtəlif əşyaları bağlamaq üçün istifadə edilən ip, nazik kəndir, qaytan.. Gözək alaçıq çubuqlarını bir-birinə bənd etmək, çuvalın, xurcunun, məfrəşin və s. ağzını bağlamaq üçün toxunardı. == Toxunma qaydası == Toxunma qaydası aşağıdakı kimidir: Müəyyən uzunluqdakı ipləri iki, üç qat edib bir ucunu bir yerə (dirəyə) bağlayır. İp tağlarını bir halda sağ tərəf üstə digər halda isə sol tərəf üstə bir-birinin üstündən keçirib bərkitməklə toxuyur, sonda isə uclarına qotaz toxuyurlar.
Rəbət
Rəbət (fars. ربط‎‎)— İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 7,987 nəfər və 1,607 ailədən ibarət idi.
Rəzey
Rəzey — Cənubi Azərbaycanın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Ərşəq bəxşində şəhər və bu bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,749 nəfər və 413 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Öryət
Öryət — Azərbaycan Respublikasının Şəki rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Şəki şəhər inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Oryat kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == Kəndin adı XIII əsrdə məskunlaşmış monqol əsilli oyrat tayfasıyla bağlıdır. == Tarixi == === Tarixi abidələri === Kənddə 18 əsrə aid tarixi abidələr və qoruq var == Əhalisi == Kəndin əhalisi 4000 nəfərdən çoxdur.