Abşerоn — Sovet dövründə Abşeronda nəşr olunmuş qəzet[1]
Abşeron | |
---|---|
Növ | sosial-siyasi və iqtisadi qəzet |
Format | A3 |
Təsisçi | Abşeron Rayon İcra Hakimiyyəti |
Yaranma tarixi | 1962 |
Dil | Azərbaycan dili |
Ünvan | Bakı ş. |
Tiraj | 2500 |
"Abşeron" qəzeti 1962-ci ilin may ayından Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin rayonlararası qəzeti kimi Abşeron və Dəvəçi (indiki Şabran; Xızı və Siyəzən rayonlarının əraziləri də daxil olmaqla) rayonlarının ərazilərinin sosial-siyasi və iqtisadi həyatını işıqlandırmaq məqsədilə təsis olunmuşdur.
1964-cü ilin mayından "Abşeron" qəzeti Azərbaycan KP Abşeron Rayon Komitəsinin və rayon XDS-nin orqanı kimi fəaliyyətini yalnız Abşeron rayonunun ictimai-siyasi həyatının işıqlandırılması ilə 1991-ci ilin sonlarınadək davam etdirmişdir.
1992–1994-cü illərdə "Abşeron" qəzeti Abşeron rayon XDS-nin orqanı kimi fəaliyyət göstərmiş, 1994-cü ildən həmin qəzetin nəşri müvəqqəti dayandırılmışdır. 1997-ci ilin avqsutunda "Abşeron" qəzetinin nəşri bərpa olunmuş və o, 1998-ci ilin yanvarından Abşeron Rayon İcra Hakimiyyətinin qəzeti kimi müntəzəm olaraq rayonun ictimai-siyasi həyatını işıqlandırır və 2000–2500 tirajla çıxır.
Qəzet 1962-ci ildən hal-hazıra kimi "Azərbaycan" nəşriyyatının mətbəəsində çap olunur.