rozetka 2021
rozmarin
OBASTAN VİKİ
Rozetta daşı
Rəşid daşı və ya Rozetta daşı (ər. [Həcərur-Raşid ]- حجر رشيد‏, fr. la pierre de Rosette, ing. Rosetta Stone) – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər aralı yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) yazıya malik daş yazı abidəsidir. Qədim yunan dili dilçilərə məlum olduğundan demotik və heroqlifik Misir yazısını onunla uzlaşdırmaqla bir çox Misir yazılarının açılmasında ondan açar kimi istifadə olunmuşdur. 1802-ci ildən Rəşid daşı Britaniya muzeyində saxlanılmaqdadır. Hündürlüyü: 114,4 sm; Eni: 72,3 sm; Qalınlığı: 27,9 sm; Kütləsi: 762 kq. Tünd boz rəngli bu qranit kitabə e.ə. 196-cı ilə məxsusdur. Daş kitabə zədəli halda günümüzə gəlib çatdığından heroqlif mətnin 2/3-si itirilmişdir.