Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rumul
Rumul (fr. Roumoules, oks. Romolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Rye kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04172. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 722 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 78 nəfər (15-64 yaş) arasında 37 nəfər iqtisadi fəal, 41 nəfər fəaliyyətsiz olmuşdur (fəaliyyət göstərici 47.4%, 1999-cu ildə 66.0%). Fəal olan 37 nəfərdən 33 nəfəri (16 kişi və 17 qadın), 4 nəfər işsiz (2 kişi və 2 qadın) idi.
Rumus
Rumus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. == Haqqında == Üstüpü bələdiyyəsinin ərazisində, rayon mərkəzindən 45 km şimal-qərbdə, dağlıq ərazidədir. Hazıda kənddə yaşayış yoxdur. Oranın torpaq və yaylaqlarından qonşu kədlərin əhalisi istifadə edir. Yerli əhali arasında Urmus da adlandırılır.
Mumu
Mumu (konfet) — Mumu (povest) — povest Mumu (film, 1998) — 1959-cu ildə çəkilmiş film. Mumu (film, 1959) — 1959-cu ildə çəkilmiş film.
Ruku
Ruku - qurşaq təzimi də adlanır. Namazda rukuya getmək o deməkdir ki, normal halda ayaq üstə əllər dizlərə çatana qədər olan vəziyyətdə qalmaq. Namaz qılan, hər rük'ətdə qiraətdən sonra barmaqlarının ucu dizlərinin üzərinə qoya biləcək qədər əyilməlidir. Bu əmələ rüku deyilir.Əgər insan rüku ölçüsündə əyilsə, amma əllərini dizlərinə qoymasa, eybi yoxdur.Əgər rükunu normal şəkildə yerinə yetirməsə, məsələn, sola və sağa əyilsə, əlləri dizlərə qoysa da, səhih deyildir.Əyilmək, rüku məqsədilə olmalıdır. Belə ki, əgər başqa bir iş məqsədilə, məsələn, bir həşəratı öldürmək üçün əyilərsə, onu rüku hesab edə bilməz. Belə olan təqdirdə, düzəlib yenidən rüku etmək üçün əyilməlidir. Bu əməl vasitəsilə rükn artıqlığı meydana gəlmir və namazı da batil deyildir.Əl və ya dizləri başqalarının əl və dizlərindən fərqli olan şəxs, məsələn, qolu çox uzun olur və azacıq əyildikdə dizlərinə çatarsa və ya dizləri normal insanlardakından daha aşağıda olur və əllərini dizlərinə çatdırması üçün çox əyilməsi lazım gəlirsə, normal səviyyədə əyilməlidir.Oturaq halda rüku edən şəxsin, üzü dizlərinin müqabilinə yetişincəyə qədər əyilməsi lazımdır. Amma üzü səcdə yerinə yaxınlaşıncaya qədər əyilməsi daha yaxşıdır.Normal halda, rükuda üç dəfə Subhanəllah və ya bir dəfə Subhanə rəbbiyəl-əzimi və bihhəmdih deməsi daha yaxşıdır. Zahir budur ki, rüku zamanı, bu miqdarda olan hər zikri söyləmək kifayətdir. Amma əgər vaxt dar olur və ya məcburiyyət qarşısında qalırsa, bir dəfə Subhanəllah deməsi kifayətdir.Rükunun zikri, gərək ardıcıl surətdə və ərəbcə düzgün deyilsin.
Rumlu
Rumlu tayfası — Bu boy başlıca olaraq Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı digər yörələr və Toqat – Amasya bölgələrindəki kəndli Qızılbaşlar tərəfindən meydana gətirilmişdi. Rumlular Səfəvi dövlətinin qurulmasında önəmli bir rol oynamışlar. Onlar Şah İsmayıl Səfəvi ilə anlaşma imzalamış, lakin ona xəyanət edərək Səfəvi dövlətinin süqutunda böyük rol oynamışdır. == I Şah İsmayıl dövrü == Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan bu təşəkkülün ən tanınmış bəyləridir. Div Sultanın əsl adı Div Əli Bəydir; onun Toqat bölgəsi xalqından olduğu anlaşılır. Göründüyü kimi Div Sultan, dövlətin quruluşuna qatılmışdı. Dirliyi (tiyul) Çuxurusəd (İrəvan bölgəsi) olub, əmir əl-üməralığa sadəcə şəxsi qabiliyyətləri sayəsində yüksəlmişdir. Özündən başqa yenə Rumludan Badıncan Sultan (Ərdəbil valisi), Qazaq Sultan, Sofiyan Xəlifə və Ayqud Bəyi tanıyırıq. == I Şah Təhmasib dövrü == Rumluların başlıca olaraq Sivas, Toqat bölgəsi əhalisindən meydana gəldiklərindən və bundan dolayı da onlara Rumlu deyildiyindən daha öncə bəhs edilmişdi. Rumlular, yalnız və ya çoxluqla kənd və şəhər əhalisindən mütəşəkkil idilər.
Urmu
Urmiya və ya Urmiyə (az.-əbcəd اۇرمیه‎, fars. ارومیه‎), yerli əhali arasında Urmu (az.-əbcəd اۇرمۇ‎) — İranın Qərbi Azərbaycan ostanı və Urmiya şəhristanının inzibati mərkəzi və ən böyük şəhəri, Azərbaycanın ən qədim və böyük şəhərlərindən biri, böyük mədəniyyət və dini mərkəzi. Urmiya şəhəri dəniz səviyyəsindən 1,330 metr (4,360 ft) yüksəklikdə, Urmiya gölündən 18 km qərbdə yerləşir. Urmiya gölü dünyanın ən duzlu göllərindən biridir və şəhərin şərq sərhəddi boyunca uzanır. Əyalətin dağları onu Türkiyə və İraqdan ayırır. Urmiyada hava qışda soyuq, yayda mülayim və sərindir. 2012-ci ildə həyata keçirilən siyahıyaalınmaya əsasən şəhər əhalisinin sayı 667.499 nəfər təşkil edir. Şəhərdə 197.749 ailə yaşayır. 2016-cı ildə aparılmış rəsmi siyahıyaalmanın yekunlarına əsasən əhalisinin sayı 736,224 nəfərlə İranda ən çox əhalinin yaşadığı 10-cu şəhərdir. Şəhər sakinləri əsasən Azərbaycan dilində danışan azərbaycanlılardır.
Rum
Rum, rumilər və ya rumlular (ərəb. الرُّومُ‎‎, təkdə رُومِيٌّ) — romalıların və bizanslıların tarixi adı.
Arı mumu
Arı mumu — bal arılarının şan düzəltmək üçün hasil etdikləri maddə. Arı mumu olduqca davamlıdır. Onu uzun müddət saxlandıqda belə, belə xarab olmur. Havanın temperaturu və nəmliyi ona təsir köstərmir. Mum havada oksidləşmir, havanın nəmliyini özünə çəkmir və qurumur. Beləliklə də, onun çəkisi daim dəyişilməz qalır. Mum demək olar ki, heç bir zərərvericilərlə zədələnmir. Torpaq mikrobları demək olar ki, bütün üzvi maddələri parçaladığı halda, muma çox az təsir göstərir. Torpaqda 20 il taxta qabda qalmış mum tapılmışdır. Həmin mum qabından əsə- əlamət qalmadığı halda, mumun bəzi hissələrinin səthi 2 mm- ə qədər dəyişilmiuşdir.
Cəlaləddin Rumi
Mövlana Cəlaləddin Bəlxi (fars. مولانا جلال الدین محمد رومی‎ Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 30 sentyabr 1207 – 17 dekabr 1273[…], Konya, Rum Səlcuqlu dövləti) — İslam və təsəvvüf dünyasından olan fars şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin nümayəndəsi. Molavi, Mövlana və Rumi kimi tanınan Cəlaləddin Məhəmməd Bəlxi (6 Rəbiul-əvl 604 – 5 Cümadi əl-Sani 672 h.) İran farsdilli şairdir. Onun tam adı "Məhəmməd bin Məhəmməd bin Hüseyn Hüseyni Xətibi Bəkri Bəlxi"dir və sağlığında "Cəlaləddin", "Xodavəndgər" və "Mövlana Xədvəndgər" titulları ilə çağırılıb. Sonrakı əsrlərdə (görünür, IX əsrdən) onun üçün “Mülvi”, “Mulana”, “Mülvi Rumi” və “Mula Rumi” titullarından istifadə edilmişdir. == Həyatı == Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir. Mövlana Cəlaləddin Rumi ("Rumi" ləqəbi ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Ağa" mənasına gələn "Mövlana" ləqəbi isə ona qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) İranın Xorasan vilayətinin (indiki Əfqanıstanın ) Bəlx şəhərində anadan olmuşdur.
Kiyevin ruhu
Kiyevin kabusu (ukr. Привид Києва) — 24 fevral 2022-ci ildə Kiyev döyüşlərində Rusiyaya məxsus 6 döyüş təyyarəsini vuran ukraynalı hərbi pilota verilən ləqəb. Bu, böyük ehtimalla bir şəhər əfsanəsidir.MiQ-29 pilotu olan Kiyevin xəyaləti Rusiyanın Ukraynaya hücumunun ilk 30 saatında Kiyev üzərində 2 Su-35. 2 Su-25, 1 Su-27 və 1 MiQ-29 təyyarəsini vurmuşdur. Ukrayna Müdafiə Nazirliyi bildirmişdir ki, əgər bu hərbi pilot haqqında deyilənlər təsdiqlənsə, Kiyevin xəyaləti işğalda Ukrayna Silahlı Qüvvələrinin sıralarına vuruşan ən təcrübəli hərbi pilotlarından biri ola bilər. Ukraynanın eks-prezidenti Petro Poroşenko sonradan bir hərbi pilotun fotosunu paylaşaraq onun gerçək bir şəxsiyyət olduğunu qeyd etmişdir.
Kumu muzeyi
Kumu muzeyi (est. Kumu Kunstimuuseum) — Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən incəsənət muzeyi. Muzey Baltikyanı ölkələrdə ən böyük, Şimalı Avropada isə ən böyük incəsənət muzeylərindən biridir. Bura Estoniya İncəsənət Muzeyinin 5 qolundan biridir və əsas ofisləri buradadır. Muzeydə həm daimi, həm də müvəqqəti sərgilər təşkil olunur. Əsas kolleksiyası sosialist realizminə aid və XVIII əsrdən bu yana tarixlənən əsərləri əhatə edir. Kumu sözü eston dilindəki "Kunstimuuseum" (incəsənət muzeyi) sözünün abrivaturasıdır. Muzeyin memarı 1994-cü bu haqqı müsabiqə yolu ilə qazanmış fin memar Pekka Vapuvuoridir. 2003–2006-cı illərdə tikilmişdir. Tikili Lasnamae təpəsinin əhəng yamacında uğurla qurulmuş və qədim Kadriorq parkının yanında yerləşdirilmişdir.
Mumu (povest)
Mumu — rus yazıçısı İvan Turgenyevin 1852-ci ildə yazdığı povest. Əsər ilk dəfə Sovremennik jurnalında çap olunub. Povestin baş qəhrəmanları Gerasim adlı lal-kar nökər və onun itidir. == Maraqlı faktlar == Film 1959-cu ildə Mumu adlanırdı. Amma 1998-ci ildə Mu–Mu adlandırıldı. == Haqqında == Bu əsərdə Gerasim adlı rus kəndlinin taleyindən söz açılır. Gerasim lal və kar olsa da çox güclü adam olur. Rusiyanın kəndində yaşayır. Bir gün kəndə imkanlı bir qadın gəlir. Qadın kənddən gedəndə mindiyi arabanın təkəri palçığa batır.
Rumi Utsuqi
Rumi Utsuqi (d. 5 dekabr 1988) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 111 oyun keçirib, 6 qol vurub.
Rumi təqvim
Rumi təqvim (türk. Rumi takvim) — təqvim, Osmanlı İmperiyasında 1840-cı ildən başlamaqla istifadə edilmiş və Türkiyə Respublikası zamanına — 1926-cı ilə qədər, istifadəsi davam etmiş rəsmi təqvim. == Tarixi == Osmanlı İmperiyasında 1839-cu ilə —Tənzimat dövrünə, qədər bütün islam ölkələrində olduğu kimi rəsmi təqvim Hicri-qəməri təqvimi idi. Hicri-qəməri təqvimin isə 33 ili təxminən 32 tropik ilə bərabərdir. Ay səhifələrinin dəyişməsinə əsaslanan Hicri-qəməri təqvim ili tropik ildən təx. 11 gün qısa olduğuna görə onda fəsillər daima yerlərini dəyişir. Məsələn, Hicri-qəməri təqvimin ayı həm qış fəslinə və həm də yay fəslinə təsəadüf edə bilər; başqa sözlə, haçansa qış fəslinə təsadüf edən Hicri-qəməri təqviminin ayı, 15-16 il sonra yay fəslinə təsadüf etməlidir. Bu hal isə Osmanlı İmperiyasında mövsümü işlərin planlaşdırılmasında və icrasında, o cümlədən, məhsula görə vergilərin toplanmasında və hesalanmasında çətinliklər yaradırdı. Hələ 1677-ci ildə Sultan IV Mehmedin baş xəzinədarı Həsən paşanın təşəbbüsü ilə Hicri-qəməri təqvimin hər 33 ilində günəş təqviminə nisbətən yaranan 1 artıq ili atmaq yolu ilə maliyyə sənədlərini qaydaya salmağa başlamışdılar. 1740-ci ildə - I Mahmudun hakimiyyəti dövründə isə xəzinədar Atıf əfəndinin təklifi ilə maliyyə ilinin 1-ci ayı kimi Hicri-qəməri təqviminin məhərrəm ayı əvəzinə Yuli təqviminin mart ayı əsas götürüldü və vergilər də bu aydan başlayan dövrülük əsasında toplandı.
Rumlu eli
Rumlu tayfası — Bu boy başlıca olaraq Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı digər yörələr və Toqat – Amasya bölgələrindəki kəndli Qızılbaşlar tərəfindən meydana gətirilmişdi. Rumlular Səfəvi dövlətinin qurulmasında önəmli bir rol oynamışlar. Onlar Şah İsmayıl Səfəvi ilə anlaşma imzalamış, lakin ona xəyanət edərək Səfəvi dövlətinin süqutunda böyük rol oynamışdır. == I Şah İsmayıl dövrü == Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan bu təşəkkülün ən tanınmış bəyləridir. Div Sultanın əsl adı Div Əli Bəydir; onun Toqat bölgəsi xalqından olduğu anlaşılır. Göründüyü kimi Div Sultan, dövlətin quruluşuna qatılmışdı. Dirliyi (tiyul) Çuxurusəd (İrəvan bölgəsi) olub, əmir əl-üməralığa sadəcə şəxsi qabiliyyətləri sayəsində yüksəlmişdir. Özündən başqa yenə Rumludan Badıncan Sultan (Ərdəbil valisi), Qazaq Sultan, Sofiyan Xəlifə və Ayqud Bəyi tanıyırıq. == I Şah Təhmasib dövrü == Rumluların başlıca olaraq Sivas, Toqat bölgəsi əhalisindən meydana gəldiklərindən və bundan dolayı da onlara Rumlu deyildiyindən daha öncə bəhs edilmişdi. Rumlular, yalnız və ya çoxluqla kənd və şəhər əhalisindən mütəşəkkil idilər.
Rumlu tayfası
Rumlu tayfası — Bu boy başlıca olaraq Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı digər yörələr və Toqat – Amasya bölgələrindəki kəndli Qızılbaşlar tərəfindən meydana gətirilmişdi. Rumlular Səfəvi dövlətinin qurulmasında önəmli bir rol oynamışlar. Onlar Şah İsmayıl Səfəvi ilə anlaşma imzalamış, lakin ona xəyanət edərək Səfəvi dövlətinin süqutunda böyük rol oynamışdır. == I Şah İsmayıl dövrü == Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan bu təşəkkülün ən tanınmış bəyləridir. Div Sultanın əsl adı Div Əli Bəydir; onun Toqat bölgəsi xalqından olduğu anlaşılır. Göründüyü kimi Div Sultan, dövlətin quruluşuna qatılmışdı. Dirliyi (tiyul) Çuxurusəd (İrəvan bölgəsi) olub, əmir əl-üməralığa sadəcə şəxsi qabiliyyətləri sayəsində yüksəlmişdir. Özündən başqa yenə Rumludan Badıncan Sultan (Ərdəbil valisi), Qazaq Sultan, Sofiyan Xəlifə və Ayqud Bəyi tanıyırıq. == I Şah Təhmasib dövrü == Rumluların başlıca olaraq Sivas, Toqat bölgəsi əhalisindən meydana gəldiklərindən və bundan dolayı da onlara Rumlu deyildiyindən daha öncə bəhs edilmişdi. Rumlular, yalnız və ya çoxluqla kənd və şəhər əhalisindən mütəşəkkil idilər.
Urmu Gölü
Urmiya gölü, Urmiyə gölü (az.-əbcəd اۇرمیه گؤلۆ‎) və ya Urmu gölü (az.-əbcəd اۇرمۇ گؤلۆ‎) — Şərqi Azərbaycan və Qərbi Azərbaycan əyalətləri arasında, Türkiyə ilə sərhəddən bir qədər aralıda yerləşən qapalı, duzlu göl. Əgər coğrafi ədəbiyyatda göl adlandırılan Xəzər dənizi nəzərə alınmazsa Urmiya gölü nəyinki Azərbaycanın həm də Qərbi Asiyanın ən böyük gölü sayılır. Duzluluq dərəcəsinə görə isə dünyada üçüncü yeri tutur. Göl özünün əsrarəngiz gözəlliyi ilə seçilir. Köçəri quşların mühüm miqrasiya xətti üzərində qərarlaşdığından onun əhəmiyyəti artır. Burada xüsusi ilə köç mövsümündə quşların sayının artdığını müşahidə etmək olur. Gölün tarixi yatağı 6,000 km² çatırdı. Hazırda isə fasiləsiz quraqlıq, gölə axan çayların üzərində su anbarlarının inşası ilə əlaqədar gölün qurumasına baş verir. Göl quruyaraq səviyyəsi azalır və yerində min tonlarla duzlaqlar meydana gəlir. Bu hal davam edəcəyi halda bitki və heyvanlarla yanaşı insanların həyatına böyük təhlükə törədə bilər.
Özbəkistan sumu
Özbəkistan Sumu (Özbəkcə: soʻm, сўм, ISO 4217 kodu: UZS) Özbəkistanda 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Rubl 1992-ci ilə qədər istifadə olunmağa davam edildi və sonra Sum Kupon adlı pul vahidi istifadə olunmağa başlandı. O illərdə yeni qurulmuş müstəqil iqtisadiyyat səbəbindən sürətlə dəyərini itirən Sum Kupon əskinasları dövriyyədən çıxarıldı və yeni Sum əskinasları ilə əvəz olundu. Özbəkistan Prezidenti İslam Kərimovun 16 iyun 1994-cü il tarixli və 870 nömrəli qərarı əsasında 1 iyul 1994-cü il tarixində Sum kuponu əvəzinə Sum istifadə edilməyə başlandı. == Etimologiyası == Sum sözü Qırğız, Uyğur, Özbək və bir çox digər türk dillərində "təmiz"(saf) mənasını verir. == İlk Sum == 15 Noyabr 1993-cü ildə Özbəkistanın yeni pul vahidi olan Sum təqdim edildi.
İstiqamət rulu
Gəmi sükanı, dəniz nəqliyyatı və avianəqliyyat vasitələrində defolt hərəkətini həyata keçirmək üçün nəzərdə tutulan şaquli stabilizatordakı nəzarət səthi. Gəmi sükanının iki növü mövcuddur - hidravlik və joystick. == Aviasiyada == Təyyarələrdə sükanı hündürlük sükanından ayırmaq üçün çox vaxt istiqamət sükanı terminindən istifadə olunur. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı bir təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması, bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. === İş prinsipi === Gəmi sükanı, ümumiyyətlə, quyruqun arxa kənarına yerləşdirilir. Pilot sol pedala basanda sükan sola dönür və rulda yüksək təzyiq zonası yaranır. Sükan sıfıra çatmayana qədər (notrlanmadıqca), təyyarə əyilməyə davam edir. Bəzi təyyarələrdə rulda trim nişanı vardır.
Əhməd Rumlu
Kəblə-Əhməd Məmmədqulu oğlu Əhmədov (tanınır: Əhməd Rumlu (Ruminski); 12 avqust 1902, Bakı – 13 noyabr 1982, Bakı) — Azərbaycan teatr və kino aktyoru, şair və dramaturq. == Həyatı == Əhməd Rumlu 1902-ci ilin avqustunda Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində dünyaya gəlib. Lakin onun ailəsi Əhməd doğulmamışdan XIX əsrin ikinci yarısında Cənubi Azərbaycandan mühacirə edilmişdi. Atası İranda anadan olmuşdu. Oğlunu axund görmək istəyən Məmmədqulu kişi bu məqsədlə onu molla məktəbinə qoyur. Əhməd Bakıda dövrün tələblərinə uyğun olaraq, mollaxanada təhsil alır. Təhsilini mədrəsədə davam etdirən Əhməd ərəb və fars dillərini gözəl bildiyinə, öz yaşıdlarından zehni və çalışqanlığı ilə seçildiyinə görə axundlar onu Nəcəfi-Əşrəf şəhərinə göndərməyi qərara alırlar. 20–30 il oğlundan ayrı düşəcəyini düşünən ata bu təklifdən boyun qaçırır. Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyardı. Əsrin ortalarına doğru bu mərasimlər xalq teatrları ilə əvəz olundu və istedadlı gənc "kos-kosa", "qodu-qodu" kimi məhəlli oyunlarda özünə pərəstişkarlar qazandı.
Rumi pendiri
Rumi pendiri (məsri. جبنه رومى, gebna rūmi; İsgəndəriyyədə gebna romi və ya gebna turki kimi də tanınır) — Misirdə pendirin əsas növlərindən biri. Kəskin bir qoxusu və yaşından asılı olaraq müxtəlif dərəcələrdə duzluluğa malikdir. == Təsvir == Ruminin yunan kefalotiri pendirindən əldə edildiyi güman edilir. Misirin əsas sərt pendiridir. Pekorino Romano və Mançeqo ilə eyni ailəyə aiddir. Rumi pendiri inək südündən və ya inək və camış südünün qarışığından hazırlanır. Fermentasiya başlanğıcı kimi istifadə edilmir. Südü təbiidir, tam qaymaqlıdır. Qara bibər əlavə etmək olar.
Zamanın ruhu
Zeytgeyst (alm. "zeitgeist" — zamanın və ya dövrün ruhu) — müəyyən dövrə məxsus düşüncə tərzini müəyyən edən və standartlaşdıran intellektual moda və ya hegemon düşüncə ənənəsidir. Məsələn, 20-ci əsrin arxitekturasına və digər incəsənət sahələrinə modernizm ideyaları mühüm təsir göstərmişdir. Zeytgeyst termini filosof Hegelin adı ilə əlaqələndirsələr də, o heç vaxt bu termindən istifadə etməmişdir. O tarix üzrə mühazirələrində Geist seiner Zeit (öz dövrünün ruhu) ifadəsini işlətmişdir. O yazırdı ki, heç kim öz dövründən irəliyə düşünə bilməz, çünki həmin dövrün ruhu elə insanın ruhudur. Bu cür ideyaları Qerder, Spenser və Volter kimi filosoflar da səsləndirmişlər.
Rum Sultanlığı
Rum sultanlığı və ya Anadolu Səlcuqlu Dövləti (1073–1308) — Səlcuqluların Anadoluda qurduğu dövlət. Qurucusu Qutalmışın oğlu Süleyman şahdır. == Tarixi == Türklərin Anadoluya yerləşməsi 1071-ci ildəki Malazgirt müharibəsindən sonra sürətlənmişdir. 1073-cü ildə Süleyman şah Sultan-ı Rum (yəni Anadolu (Türkiyə) Səlcuqlu hökmdarı) olaraq Anadoluya getmiş və Rum sultanlığını qurmuşdur. O, 1075-ci ildə İznik və İzmiti fəth etmiş, İzniki paytaxt elan edərək 1078-ci ildə Çanaqqala boğazına qədər irəliləmiş, 1084-cü ildə Çukurova Tarsus bölgəsini və Hatayı ələ keçirmişdir. 1086-cı ildə Hələbi mühasirəyə almış, amma ələ keçirmədən vəfat etmişdir. == Bayrağı == Anadolu Səlcuqlu Dövləti bayrağı Böyük Səlcuqlu bayrağının əsasında düzəlsə də, ona çox bənzəsə də, müəyyən cəhətlərdən "original"-dan fərqlənir. Belə ki, bu bayraqda yay və ox ikibaşlı qartalın üstündə deyil, qartala "geydirilmiş" vəziyyətdədir. == Mənbə == Fazlı Konuş, Selçuklular Bibliyografyası (Temel kaynakların Açıklaması ile Beraber), Konya 2006.
Rum Surəsi
30-cu surə — ər-Rum (Rumlular) surəsi (Məkkədə nazil olmuşdur, 60 ayədir).
Rum rəqəmləri
Roma say sistemi — Qədim Romada istifadə edilən say sistemi. Sistem qədim dövrlərdən istifadə edilmiş, orta əsrlərdə müəyyən qədər dəyişdirilmiş və müasir vəziyyətə düşmüşdür. Mövqesiz say sistemi olduğu üçün bu say sistemində riyazi hesablamalar aparmaq çətindir. Bu sistemdə rəqəmləri müvafiq hərflərlə əvəz edirlər. Roma rəqəmləri əsasən nömrələnmiş siyahılarda, siferblatlarda, tarixlərin və s. yazılmasında istifadə olunur. == Simvollar == Roma rəqəmlərinin yazılışında 7 simvoldan istifadə olunur Bu simvollar təkraralanma üsulu ilə Ərəb rəqəmlərinin yazılmasında istifadə olunur. Lakin bəzi hallarda qısalaşdırmaq üçün yerdəyişmədən də istifadə olunur. Məsələn 4 rəqəmi qısa olması üçün onu IIII yox IV kimi yazırlar; 40 rəqəmi də həmçinin XXXX yox, XL kimi yazılır. 5 milyondan yuxarı rəqəmlərin yazılışı müxtəlif cür olur.
Guru Guru
Guru Guru — 1968-ci ildə vurma alətlər ifaçısı Mani Noymayer tərəfindən Heydelberqdə yaradılmış alman kraut-rok qrupudur. 40 ildən çoxdur ki, fəaliyyət göstərən qrup, bu müddət ərzində 20 studiya albomu buraxmış və bu albomlar 500 000-dən çox satmışdır. 1960-cı illərin sonları və 1970-ci illərin başlanğıcında qrup, sol siyasi baxışın tərəfdarı idi və bunu öz konsert çıxışlarında da əks etdirirdi. Qrup bəzən «Alman Sosialist Tələbə Birliyi» ilə birlikdə konsertlər təşkil edirdi. Bu konsertlərdə siyasi məzmunlu mahnılar səsləndirən qrup üzvləri bir neçə dəfə bu mahnılara görə həbs edilmişdir. Qrup üzvlərindən ekstravaqant və anarxist olanları, Alman, Odenwald regionunda yaşayırdı. Mani Noymayer ilk Finkenbach Krautrok-Festivalının təşkilatçılarından biridir. Qrup bir çox konsertlərdə, filmlərdə, radio və televiziya proqramlarında yer almışdır. Guru Guru, 1976-cə ildə, alman WDR kanalında yayımlanan «Rockpalast» verlişinə qonaq olan ilk alman qrupudur.