Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qüds
Qüds (ərəb. القدس‎ əl-Qüds ) və ya Yerusəlim (ivr. ‏יְרוּשָׁלַיִם‏‎ Yerushalayim ) — Yaxın Şərqdə, Aralıq dənizi ilə Ölü dəniz arasında yerləşən və dünyanın ən qədim şəhərlərindən biri. İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır. Dünyanın ən qədim şəhərlərindən biri olan Qüdsün adı qədim Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir. Yəhudilərin şəhər üzərində hakimiyyəti dövründə e.ə. 9-cu əsrdə (İkinci Dəmir dövrü) Qüdsdə əhəmiyyətli tikinti işləri həyata keçirilmiş və 8-ci əsrdə şəhər İudeya krallığının dini və inzibati mərkəzinə çevrilmişdir. Böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilmişdir. Qüdsün David Şəhəri adlandırılan ən qədim hissəsi e.ə.
Süd
Süd — qida məhsulu. Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
Qüds (İran)
Qüds (farsca: قدس) — İranda şəhər, Tehran ostanının Qüds şəhristanının inzibati mərkəzi. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 230.147 nəfərdir.
Qüds Gücü
Qüds qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir. İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa Ayətullah Seyyid Əli Xameneidən göstərişlər alır. 1998-2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.
Qüds Mühacir
Qüds Mühacir (fars. مهاجر‎, “İmmiqrant”) Qüds Aviasiya Sənayesi Şirkəti tərəfindən 1980-ci illərdən dörd əsas variantda istehsal olunan taktiki PUA-dır. Mühacir ailəsi əsasən kəşfiyyat üçün istifadə olunur və ən yetkin və tanınmış İran PUA-ları arasındadır. İran və İraq arasındakı qarşıdurmanın pik vəziyyətində İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən İraqdakı mövqeləri izləmək məqsədilə ”Mohajer-1” PUA-larının yaradılmasına başlanıb. Dörd prototip 1981-ci ildə quruldu və əvvəlcə Şalamçekdəki rəqib xətlərinə nəzarət etmək üçün istifadə edildi. Sonradan “Mohajer-1” adlandırılan bu pilotsuz təyyarə İranın PUA istehsalına atdığı ilk addım idi. “Mohajer-1” müharibənin sonuna qədər İraq qüvvələrinin fotoşəkillərini çəkməyə davam etdi və 619 dəfə havaya qalxdı və 53772 şəkil çəkmişdir. “Mohajer-1” düşmən mövqelərinə hücum etmək üçün 6 ədəd RPQ-7 ilə silahlanaraq həm də İranın ilk zərbə PUA-sı oldu. Sənədlərin olmaması M1 pilotsuz vasitəsinin qiymətləndirilməsinə ciddi mane olur. M1 dronları ilə bağlı video və foto materialların əksəriyyəti 1990-cı ildə yayımlanan “Mohajer” filmindən əldə edilib.
Qüds dairəsi
Qüds dairəsi — İsrailin yeddi inzibati ərzi vahidindən biri. Ərazisi 653 km² (Şərqi Qüds də daxil olmaqla). İnzibati mərkəzi həm də İsrailin paytaxtı olan Qüds şəhəridir. İsrailin Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2011-ci ildə dairədə 945 000 nəfər yaşayırdı: Yəhudilər: 635 200 nəfər (67,2 %) Ərəblər: 293 800 nəfər (31,1 %) Digəriləri: 16 000 nəfər (1,7 %) Qeyri-yəhudi əhalinin sayı 28,3 % müsəlman, 1,8 % xristian və 1,4 % dinini qeyd etməyənlərdir..
Qüds günü
"Qüds günü" — Fələstinin azadlığına dəstək aksiyası İlk dəfə 1982-ci ildə İran islam inqilabının lideri ayətullah Xomeyninin təşəbbüsü ilə Fələstinin azadlığına dəstək üçün keçirilib. O vaxtdan İranda, Livanda və bəzi başqa müsəlman ölkələrində hər il Ramazan ayının sonuncu cümə günü bu cür tədbirlər keçirilir. Son illər "Qüds günü" Azərbaycanda və İraqda şiələr yaşayan bölgələridə də qeyd olunur. 2011-ci ildə "Qüds günü" avqustun 26-na düşmüşdür.
Qüds krallığı
Yerusəlim krallığı — birinci səlib yürüşü iştirakçılarının 1099-cu ildə Qüdsü işğal etdikdən sonra yaratdıqları dövlət. XII əsrin əvvəllərində qəti bərqərar oldu. 1291-ci ildə Misir qoşunları Aqra şəhərini tutduqdan sonra Yerusəlim krallığı süqut etdi. Krallıq Yerusəlim krallığı və 3 vassal (əslində müstəqil) dövlətdən – Tripoli, və Elista qraflıqlarından və Antioxiya knyazlığından ibarət idi. Bu dövlətin ilk başçısı Bulonlu Qodfrey olmuşdur. Ancaq bir ildən sonra ölən Qodfridin yerinə qardaşı Boduin kral taxt-tacına oturdu. Krallığın ərazisi Qüds şəhərindən başqa Beyrut, Qeysəriyyə, Xayfa, Akka, Yaffa, Sayda, Sur şəhərlərindən və Qalileya vilayəti ilə sahil torpaqlarından ibarət idi. Bu krallıq səlibçilərin əsas dövləti idi və ona digərlərinin üzərində süzeren hüquqları verilmişdi. Bu dövləti əhəmiyyətli edən digər amil, Tampliyer və Qospitalyer ordenlərinin mərkəzlərinin burada yerləşməsi ilə bağlı idi.
Qüds mükafatı
Qüds mükafatı (ivr. ‏פרס ירושלים‏‎) — cəmiyyətdə fərdi azadlığını müdafiə edən yazarlara ədəbi mükafat. 1963-cü ildən bəri Qüdsdə iki ildə bir dəfə Beynəlxalq Kitab Sərgisi tərəfindən mükafatlandırılır. 1963 — Bertran Rassel (1872—1970) 1965 — Maks Friş (1911—1991) 1967 — Andre Şvarts-Bart (1928—2006) 1969 — İnyatsio Silone (1900—1978) 1971 — Xorxe Luis Borxes (1899—1986) 1973 — Ejen İonesko (1909—1994) 1975 — Simona de Bovuar (1908—1986) 1977 — Oktavio Pas (1914—1998) 1979 — İsayya Berlin (1909—1997) 1981 — Qrem Qrin (1904—1991) 1983 — Vidiadxar Suracprasad Naypol (1932—2019) 1985 — Milan Kundera (d. 1929) 1987 — Con Maksvell Kutzee (d. 1940) 1989 — Ernesto Sabato (1911—2011) 1991 — Zbiqnev Xerbert (1924—1998) 1993 — Stefan Qeym (1913—2001) 1995 — Mario Varqas Losa (d. 1936) 1997 — Xorxe Semprun (1923—2011) 1999 — Don Delillo (d. 1933) 2001 — Süzen Zontaq (1933—2004) 2003 — Artur Miller (1915—2005) 2005 — Antonio Lobo Antuneş d. 1942) 2007 — Leşek Kolakovski (1927—2009) 2009 — Xaruki Murakami (d. 1949) 2011 — İen Makyuen (d.
Qüds qüvvələri
Qüds qüvvələri (Farsca: نیروی قدس Nīrū-ye Qods və ya سپاه قدس Sepâh-e Qods) – İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan hərbi birləşmədir. İranın dövlət xaricində həyata keçirilən əməliyyatlar üçün birbaşa Ayətullah Seyyid Əli Xameneidən göstərişlər alır. 1998-2020-ci illər aralığında komandiri əfsanəvi general General-mayor Qasım Süleymani idi. 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-yə məxsus pilotsuz uçuş aparatından endirilən raket zərbələri nəticəsində general Süleymani qətlə yetirilmiş, bundan sonra isə briqadaya komandir General-mayor İsmail Qaani təyin olunmuşdur. 2007-ci ildə saylarının təxminən 15. 000 peşəkar əsgərdən ibarət olduğunu güman edirdilər.
Qüds sindromu
Qüds sindromu — şəhərin mistik atmosferi tərəfindən Qüds şəhəri və ya həcc ziyarəti edən turistlərdə yaranmış yanlış fikirlər, müqəddəsləşdirmə, dini mərkəzli motivlər kimi psixozların yaratdığı bir sindromdur. Bu sindrom tək bir dinə və məzhəbə aid deyildir, həm yəhudilərə, həm xristianlara və müsəlmanlara təsir edə bilər. Əvvəllər ədəbiyyatda tanımlanmamış sindrom, adi bir isteriya olaraq təyin olunurdu. 1930-cu illərdə psixiatr Heinz Hermanın tərəfindən isteriyadan ayrılması bir çox alim tərəfindən aşkar edilmiş və tanınmışdır. Oxşar psixoloji problemlər digər din mərkəzli şəhərlər kimi Məkkə və Roma şəhərlərində də görülmüşdür. 2000-ci ildə son dərəcə yaxşı psixolojisi olan insanlar bu sindromu kollektiv davranışlar sərgiləyib xəstəxanalara düşdülər və sindromun nüfuzu artdı. Bu qəribə sindrom bir çox digər sindrom kimi müzakirə etmək üçün açıqdır və bir çox şəxslər tərəfindən qəbul edilmir. Psixiatr M. Kalian və E. Vitztum Qüds sindromu olaraq adlandırılan şeyin əvvəlki psixoloji problemləri olan insanlar tərəfindən yaşanan bir sıra tutmalardan ibarət olduğunu iddia edirlər. Qüdsə gələn insanların psixi rahatsızlıqları olur və şəhərə gəlir-gəlməz içində qaldıqları ağır dini atmosfer bu sindromu üzə çıxarır. Bu insanlar qatı dindar olub, Qüdsdə yarım qalmış dini missiyanı tamamlayacaqlarını və ya din adına gerçəkləşdirilməsi lazım olan bir məqsəd olduğuna inanırlar.
Qüds şəhristanı
Qüds şəhristanı (fars. شهرستان قدس‎) — Tehran ostanında inzibati ərazi vahidi. İnizbati mərkəzi Qüds şəhəridir. 2006-cı il siyahıyaalınmasına əsasən əhalisi 62.355 ailədə 237.077 nəfərdir.
Riyazül-Qüds
Riyazül-Qüds — Azərbaycan yazıçısı və mütəfəkkiri Abbasqulu ağa Bakıxanovun Kərbəlada baş verən hadisələrə, şiələrin əsas müqəddəslərinin həyat və əməllərinə həsr olunmuş nəsr dini şeiri. Tədqiqatçı Ənvər Əhmədov əsərin Bakıxanovun həyatının Quba dövrünə aid olduğunu qeyd edir. Əsər 1820-ci ilin payızında şiə sakinlərin xahişi ilə Azərbaycan dilində yazılıb (müəllifin sözlərinə görə o, bu əsəri hicri təqvimi ilə 1236-ci ildə Qubalı şiə təəssübkeşləri üçün yazmışdır). Əsər Hz. Əlinin oğlu İmam Hüseynin faciəli taleyi və Kərbəla hadisəsinə həsr olunub. Şiələrin zülm olunan haqqı qələmə alınıb. "Riyazül-Qüds" Bakıxanovun ilk nəsr əsərlərindən biri sayılır və xronoloji olaraq onun ilk böyük epik əsərlərindəndir. "Riyazül-Qüds" on dörd fəsildən ibarətdir. Hər bir fəsildə müəyyən hadisə təsvir olunur. Fəsillər bir-biri ilə bağlı və bir-birini tamamlayan müstəqil novellalar kimi təqdim olunur.
Süls xətti
Süls xətti (hərfi mənası "üçdə bir" deməkdir) – Ərəb əlifbasında yazılan klassik xətt növlərindən biri sayılan süls X əsrdə məşhur ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muğlə tərəfindən yaradılmışdır. Bu xətt növündə hərflərin üçdə bir hissəsi əyri, qalan hissəsi isə düz cizgidə yazılır ki, bu da sözlərin bir-birinə toxunaraq yazılmasına imkan verir. Süls xətti özünəməxsus gözəlliyə malik olduğu üçün xətt ustadları onu "ummul-xutut", yəni "xətlərin anası" adlandırmışlar. Qədim xəttatlar belə hesab etmişlər ki, süls ilə yaza bilən bir şəxs çox asanlıqla ruqə, tərfi, müsəlsəl və nəsx kimi xətlərlə də yaza bilər. Çünki xətlərə mükəmməl yiyələnməyi, möhkəm əli və böyük məharəti daha çox süls xətti tələb edir. İslam memarlığında məscid və ziyarətgahların bəzədilməsinə xüsusi diqqət yetirildikdən sonra süls xəttindən də günbəzlərin tavanlarının, minarələrin, ziyarətgahların, habelə qəbir daşlarının yazılmasında geniş istifadə edilmişdir.
İnək südü
Süd — qida məhsulu. Südün yaşından asılı olmayan bütün insanların orqanizminə çox böyük xeyri var. Onu heç bir zaman 47 dərəcə temperaturdan yuxarı qaldırmaq olmaz, çünki 54 dərəcədə bütün onun içindəki fermentlər məhv olur.Ona görə də heç vaxt pasterizə süd qəbul etmək məsləhət görülmür.Keçini sağan kimi südünü içmək lazımdır. Keçi südünü yalnız 2 gün soyuducuda qapaqlı qabda saxlamaq olar. Körpə üçün ən xeyirli ana südüdür. Bu gün ana südündə, şiş əleyhinə effektli üç maddənin olduğu təsdiqlənib: laktoferrin, poli doymamış yağ turşuları və alfa-laktalbumin. Laktoferrin şiş hüceyrələrinin böyüməsinin və metastazının qarşısın ala bilmə qabiliyyətini sübut edib. Ana südündə olan poli doymamış yağ turşuları (olein, linolen, qammalinolen turşuları) şiş hüceyrələrini kənarlaşdırma xassəsinə malikdir ki, bu da in vitro və heyvanlar üzərində təcrübələrdə nümayiş etdirilib. Ana südünün tərkibində şaxəli hüceyrələr var ki, onlar istənilən başqa hüceyrəyə çevrilə bilir: sümük, qığırdaq, yağ, beyin, qaraciyər, mədəaltı vəz. Bu vəziyyət – xərçəngdən qorunmaq üçün müalicə səviyyəsi kimi izah oluna bilər.
Ana südü
Ana südü — qadının süd vəzilərinin istehsal etdiyi qidalandırıcı maye. Həm hamiləlik - doğuş - ana südü ilə qidalanırma - ağuz - keçid - yetkin süd, həm də hər qidalanma zamanı - ön süd - arxa süd mərhələlərinə görə tərkibini dəyişir. Tərkibi körpəlik dövründə uşağın qidalanma tələblərinə cavab verir, həmçinin immuniteti qorumaq və uşağın böyüməsini tənzimləmək funksiyalarını yerinə yetirir. == Tərkibi == Quru maddələr — 11,9 % Yağ — 3,9 % Zülal — 1,0 % (в том числе казеина — 0,4 %) Laktoza — 6,8 % Mineral maddələr — 0,2 % Laktasiya dövründə ana südünün tərkibi laktasiya dövründən, günün vaxtından və hətta hər qidalanmanın əvvəlindən sonuna qədər dəyişir. Bəzi komponentlərin, məsələn, suda həll olunan vitaminlərin (asкorbin turşusu, nikotin turşuları, tiamin, riboflavin, piridoksin) tərkibi müəyyən dərəcədə ananın pəhrizindən asılıdır. Dəmir kimi digər komponentlərin tərkibi ananın pəhrizindən asılı deyildir . === Zülallar === Ana südündə zülalların ümumi miqdarı 0,9-1,0% təşkil edir ki, bu da inək südündən 2-3 dəfə azdır. Laktasiyanın başlanğıcında kazeinin tərkibi aşağıdır (zərdab proteini/kazein nisbəti 90:10); yetkin süddə kazeinin nisbəti daha yüksəkdir (zərdab proteini/kazein nisbəti 60:40). Kazein misellərinin ölçüsü 42 nm-dir. Qismən açılmış alfa-laktalbumin (ana südündən olan zərdab zülalı) və HAMLET adlanan olein turşusu kompleksi (iuman Alpha-Lactalbumin Made Lethal to Tumor Cells abbreviaturasıdır) həm in vitro, həm də şiş hüceyrələrinin - in vivo proqramlaşdırılmış ölümünə (apoptoza) səbəb olur. .
Arı südü
Arı südü – arıçılıq məhsuludur. Arı südü cavan arılarda xüsusi vəzlərdə yaranır. Əvvəlcə o, qatı, ağtəhər-şəffaf, jeləyəbənzər kütlə, sonra parıltısız sarımtıl çalarlar əldə edir. O, spesifik iyə və dada malikdir. Arı südünün tərkibi mürəkkəbdir. Onda zülallar, yağlar, karbohidratlar, vitaminlər, aminturşuları, fermetnlər, yağ turşuları, hormonabənzər maddələr var, amma zülallar və vitaminlər üstünlük təşkil edir. Arı südündə 65% su, 14–18% zülal maddələri, 9–10% şəkər, 1,-5,7% yağ var. Onun tərkibində 22 aminturşusu aşkar edilmişdir. Arı südündə dəmir, qızıl, gümüş, kükürd, xrom və sink kimi mikroelementlər aşkar edilmişdir. Arı südü 5–15 günluk körpə işçi arıların udlaq və üst çənə vəzilərində hazırlanır.
Balıq südü
Balıq südü — ərzaqdır. İlk dəfə Çilidə peyda olubdu. Onu suya töküb həll edib içmək olar. == İstehsalı == Balıq südünü Santiyaqoda balıq sənayesində istehsal olunur. Onlar zavodda balıq südününü toz variantda istehsal edirlər. Məhsul balıq iyi vermir. Çilidə deyillər ki, balıq südünü iri buynuzlu mal-qaranın qidalanmasında istifadə etmək olar. Buna görə 1970-ci ildən başlayaraq Çilidə bu sahədə yeni dövr başlayır. Həmçinin dondurma və pendir istehsalında istifadə edilir.
Şərqi Qüds
Şərqi Qüds və ya Şərqi Yerusəlim (Ərəbcə : Ərəbcə : القدس الشرقية , Əl-Qudlar Ash-Sharqiya ; İbrani , Mizraḥ Yerushalayim) , Qərb sektorundan fərqli olaraq 1948 Ərəb-İsrail müharibəsi əsnasında İordaniya tərəfindən işğal edilmiş Yerusəlimin sektorudur şəhərin, İsrail tərəfindən işğal edilmiş Qərbi Qüds . 1967-ci il Ərəb-İsrail müharibəsindən bəri Şərqi Qüds beynəlxalq ictimaiyyət tərəfindən İsrail tərəfindən işğal edilmiş hesab olunur . Bu əraziyə Qüdsün Köhnə Şəhəri və İudaizm , Xristianlıq və İslamın ən müqəddəs yerlərindən bəziləri , məsələn, Məbəd dağı , Qərb divarı , əl-Əqsa məscidi , Qaya günbəzi və Müqəddəs Qəbiristanlıq Kilsəsi daxildir. eləcə də bir sıra qonşu məhəllələr. İsrail və Fələstin tərifləri fərqlidir. Fələstinin rəsmi mövqeyi 1949-cu il atəşkəs sazişlərinə əsaslanır, İsrailin mövqeyi isə əsasən Qüdsün mövcud bələdiyyə sərhədlərinə əsaslanır. Bunlar 1967-ci ilin İyun Altı Günlük Müharibədən bəri İsrail bələdiyyə orqanlarının qərar verdiyi bir sıra inzibati genişlənmələrlə müəyyən edilib . Adına baxmayaraq, Şərqi Qüds İçəri Şəhərin şimalında, şərqində və cənubunda və terminin daha geniş tərifində, hətta Qərbi Qüdsün bütün bu tərəflərindəki məhəllələri əhatə edir. Beynəlxalq ictimaiyyət Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrini beynəlxalq hüquqa uyğun olaraq qeyri-qanuni hesab edir . İsrail bu şərhə etiraz edir.
Pal süd
Qatılaşdırılmış süd
Qatılaşdırılmış süd — təbii südün tərkibindəki su miqdarının azaldılaraq, şəkər əlavə etməklə qatılaşdırılan süd məhsulu. Qatılaşdırılmış süd olduqca qatı, şirin bir məhsuldur və konservləşdirilmiş halda ikən açılmasa, soyuducuda olmasa belə illərlə saxlanıla bilər. Məhsul bir çox ölkələrdə çoxsaylı desertdə istifadə olunur.Tarixi 1820-ci ildə Fransada Nikolas Appert, 1853-cü ildə ABŞ-də Qeyl Bordan qatılaşdırılmış süd əldə etməyi bacarmışdır. 1864-cü ildə Bordan, New York-da qatılaşdırılmış süd fabrikini qurur.
Kakaolu süd
Südlü kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. == Tərkibi == Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: == Hazırlanma qaydası == Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az-az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır. Kakao içkisini fincanlarda və ya altılıqlı stəkanlarda süfrəyə verirlər. Stəkana çalınmış qaymaq və ya yumurta sarısı əlavə etmək olar. Bu məqsədlə bir ədəd pəhriz yumurtasının sarısı 4–5 ç. q. toz-şəkərlə çalınır və hər stəkana 2–3 çay qaşığı yumurta çalıntısı əlavə edilib qarışdırlmadan süfrəyə verilir. Bu içki Varşavasayağı kakao adlanır.
Süd diş
Süd dişləri və ya müvəqqəti dişlər, əksər məməlilər də və digər yayıcıların ilk diş dəstidir. Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar. Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamalıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozulmasına və çirkin xarici görünüşə gətirib çıxarır. Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən də süd dişlərindəki çürüklərə biganə yanaşılmamalı və müalicə edilməlidir. Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində meydana gəlir.
Süd dişi
Süd dişləri və ya müvəqqəti dişlər, əksər məməlilər də və digər yayıcıların ilk diş dəstidir. Süd dişlərinin çıxması 3 yaşında bitir və bu dişlər beş yaşa qədər qalır, sonra isə tökülməyə və daimi dişlərlə əvəz olunmağa başlayırlar. Süd dişləri müvəqqəti dişlər olduğu üçün valideyinlər bir çox hallarda düşünürki bu dişlərə baxım edilməməli və müalicə olunmamalıdır. Lakin müalicə edilməyən süd dişi çürükləri ağrı, pis qoxu, çeynəmə çətinliyi, qidalanma pozulmasına və çirkin xarici görünüşə gətirib çıxarır. Süd dişləri normal dişlərin formalaşmasında mühüm rol oynayır. Beləki, vaxtından öncə tökülmüş süd dişləri daimi dişlərin əyri formalaşmasına və gələcəkdə ciddi ortodontik problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən də süd dişlərindəki çürüklərə biganə yanaşılmamalı və müalicə edilməlidir. Kariyes ən çox görülən diş xəstəliyidir. Kariyes süd dişlərində görünməyə başlayır və müalicə edilə bilmirsə, dişlər çürüyür və çıxarılmalıdır. Kariyes, dişi əhatə edən xarici təbəqədəki mineralların dağılması nəticəsində meydana gəlir.
Şokaladlı süd
Südlü kakao — Azərbaycanda qida qəbulundan (əsasən səhər və nahar yeməyindən) sonra, eləcə də soyuq havalarda, müxtəlif məclislərdə, qonaq qəbul edildikdə və başqa şadyanalıqda qəbul edilən içki. Bu içkidən 1 litr hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Kakao tozu və şəkər qazana tökülüb ciddi qarışdırılır, sonra üzərinə 100–150 ml qaynayan su əlavə edibilib bircininsli kütlə alınana qədər qarışdırılır. Qarışdırmanı dayandırmadan az-az qaynar süd əlavə edilir və qaynayana qədər qızdırlır. Kakao içkisini fincanlarda və ya altılıqlı stəkanlarda süfrəyə verirlər. Stəkana çalınmış qaymaq və ya yumurta sarısı əlavə etmək olar. Bu məqsədlə bir ədəd pəhriz yumurtasının sarısı 4–5 ç. q. toz-şəkərlə çalınır və hər stəkana 2–3 çay qaşığı yumurta çalıntısı əlavə edilib qarışdırlmadan süfrəyə verilir. Bu içki Varşavasayağı kakao adlanır.
Suus
"Suus" (azərb. Özünün, Şəxsi‎) — Kosovo-Alban ifaçı və bəstəkarı Rona Nişliu səsləndirməsində alban dilli folklor ballada. Mahnı musiqi mütəxəssisləri və tənqidçiləri tərəfindən müsbət rəylər alaraq, Avroviziya Mahnı Müsabiqəsinin "Həqiqi qalibləri" siyahısına daxil edilmişdir. Böyük musiqiçi kütləsi tərəfindən müsbət müzakirələrə hədəf olaraq "Şah əsər" adlandırılan "Suus" hüznlü sülh əsərinin sözləri Rona Nişliu, bəstəsi isə Florent Boşnyakuya məxsusdur. Mahnının mövzusu 1999-cu ildə baş verən dəhşətli Kosova müharibəsi və bu çətin günlərdə ifaçının məruz qaldığı həqiqi acıları əks etdirir. O, sözügedən böhranlı anlarda doğma vətəni Mitrovitsanı tərk etmək məcburiyyətində qalmışdır. Mahnının sözlərində yer alan "Bu dünyada artıq mərhəmət yoxdur, hətta zamanın belə bizə ayıracaq "Zamanı" qalmayıb. Dünənlərin heç bir əhəmiyyəti yoxdur, çünki dünən mövcud ola bilməyənlər onsuzda təlatümlü dənizlərdə məhv oldular. Sabahlar da heç bir ümid gətirməyəcək. Mənə ağlamağı öyrədin!
Buds
Buds — ABŞ sörf-rok musiqi qrupu Surf Curse-ün debüt studiya albomu. 21 iyun 2023-cü ildə buraxılıb. Alboma daxil olan "Freaks" mahnısı 2020-ci illərin sonlarında TikTok-da populyarlıq qazanmışdır.
Sus
Sus (Laçın) — Laçın rayonunda kənd. Sus (Tunis) — Tunisdə şəhər. Sus — Qax rayonu ərazisində çay. Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Akiko Sudo
Akiko Sudo (d. 7 aprel 1984) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 15 oyun keçirib, 3 qol vurub.
Suda adası
Suda adası (yun. Σούδα)- Krit adasının şimal-qərbində Suda buxtasının sahilində yerləşən Yunanıstana məxsusdur. Mühüm strateji mövqeyə məxsus olan bu ada Suda buxtası sahillərində yerləşir. XVI əsrdə venesiyalılar burada adada qala inşa etmişdilər. 1669-cu ildə Krit adası Osmanlı İmperiyası tərəfindən işğal edildikdən sonra, 1715-ci ilə kimi 46 il ərzində ada venesiyalılar adada hökmranlıq etmişdirlər. Bu üç qala Venesiyanın mühüm ticarət yollarını qoruyurdu.Həmçinin türklərlə yeni bir müharibə üçün strateji əsaslar kimi xidmət edirdi. Hal-hazırda Suda körfəzinin suları mövcud NATO bazasıdır. Bu adaya turistlərin daxil olması belə qadağan edilmişdir. XVI əsrin Venesiya qalasının qalıqları adada saxlanılır.
Şiqemitsu Sudo
Şiqemitsu Sudo (d. 2 aprel 1956) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 13 oyun keçirib.
Vuds itburnusu
Vuds itburnusu (lat. Rosa woodsii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Vuds Rocers
Vuds Rocers (ing. Woodes Rogers; 1679[…], Bristol – 15 iyul 1732, Nassau) — ingilis kapitanı, kaperi, sonra isə Baham adalarında Britaniya imperiyasının ilk kral qubernatoru. O, Aleksandr Selkirki xilas edən gəminin kapitanı kimi tanınır. Onun taleyinin Daniel Defonun "Robinzon Kruzo" romanına ilham verdiyinə inanılır. Rocers iki dəfə Baham adalarının qubernatoru təyin edilmişdir. O, burada İspaniyanın hücumu təhlükəsinin qarşısını almağa və koloniyanı quldurlardan təmizləməyə nail olmuşdur. Rocers bu məqsədlə İngiltərə kralına sədaqətlə xidmət etməyə hazır olan kapitanları işə götürmüş, tez-tez bu işə Bencamin Horniqold kimi keçmiş quldurları cəlb etmişdir. Onun qubernator kimi ilk müddəti maddi cəhətdən bərbad olmuşdur. İngiltərəyə qayıtdıqdan sonra borcuna görə həbs edilmişdir. Rocers qubernator kimi ikinci müddətində təxminən 62 yaşında Nassauda vəfat etmişdir.
Suda (ensiklopediya)
"Suda" ( yun. Σοῦδα) və ya köhnəlmişdir "Svida" (yun. Σουΐδας, lat. Suidae Lexicon) — yunan dilindəki ən böyük ensiklopedik lüğət. X–XI əsrlərə aiddir. == Tərtibi == "Suda" lüğətinin tərtibi XX əsrin ikinci yarısında Bizansda başlamışdır. Müəllifin və ya müəlliflərin ruhani rütbəli şəxslərə aid olduğunu düşünməyə əsas olsa da, bu əsərin kim tərəfindən və necə tərtib edildiyi məlum deyil. Onun yaranma vaxtı mətnlərdə qeyd olunan Bizans imperatorlarının adları ilə təxmin edilir. "Suda" 970-ci ildən sonra yazılmağa başlanmışdır. Beləliklə, məsələn, onun "Adəm" məqaləsində hadisələr imperator I İoann Tsimisxinin ölümünə səbəb olur.