Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Böyük sıçrayış
Böyük sıçrayış (çin. 大躍進) — 1958-ci ildən 1960-cı ilə qədər Çində həyata keçirilən iqtisadi və siyasi kampaniya, sənaye bazasını və ölkə iqtisadiyyatının kəskin yüksəlişini gücləndirmək məqsədi daşımış bu kampaniya Çin xalqı üçün faciəli nəticələrə səbəb olmuşdur. Bu zaman Çin 90% aqrar ölkə idi və müasirləşməyə ciddi ehtiyacı var idi. Mao Tsedun marksist məhsuldar qüvvələr nəzəriyyəsindən istifadə edərək Böyük sıçrayış siyasətini əsaslandırdı, lakin onun kəskin kollektivləşdirmə yolu ilə iqtisadi artımı artırmaq və peşəkarlığı həvəskarlıqla əvəz etmək cəhdi, eləcə də kənd təsərrüfatı sahəsində verilən yanlış qərarlar fəlakətə çevrildi: Böyük sıçrayış nəticəsində 20-40 milyon insan həlak oldu və bu, onu XX əsrin ən böyük sosial fəlakətinə çevirdi (İkinci Dünya müharibəsi istisna olmaqla). == Tarixi zəmin == Böyük sıçrayışdan əvvəl Çin tarixində mürəkkəb hadisələr baş vermişdi. Ölkə uzun müharibədən sonra tədricən bərpa olunur, sənaye təşkil olunurdu. Bu zaman bir sıra islahatlar aparıldı - xüsusən də dini təşkilatlar və mistik ayinlər qadağan edildi, qismən kollektivləşdirmə aparıldı və kiçik kəndli təsərrüfatları formalaşdı, kənd təsərrüfatı məhsullarının paylanmasını dövlət öz üzərinə götürdü. Çin əvvəlcə SSRİ təcrübəsini təqlid etməyə çalışdı və sovet mütəxəssislərindən istifadə etdi. Mao tərəfindən bəyənilməyən Stalinin şəxsiyyətinə pərəstişin ifşasından sonra Çin və SSRİ arasında fikir ayrılıqları yarandı. Mao Tsedunun göstərişi ilə Çin mətbuatı Çin xalqında “qeyri-sağlam maraq” oyatmamaq üçün Sov.İKP-ninXX qurultayının qərarlarını gizlədildi.
Hidravlik sıçrayış
Hidravlik sıçrayış (ing. Hydraulic jump) - hidravlika elmində, çaylar və suaşıranlar kimi açıq kanal axınında tez-tez müşahidə olunan bir hadisədir. Yüksək sürətlə sıvı(maye) aşağı sürətlə bir bölgəyə töküldükdə, sıvının səthində qəfildən artım olur. Sürətlə axan sıvı qəflətən yavaşlayır və hündürlükdə artır, bu da axının ilkin kinetik enerjisinin bir qismini potensial enerjinin artmasına çevirir. Enerjisinin birazı da çalxanmaq (türbülans) yoluyla istilik şəkilində yox olurlar. Tanımlama: Hidravlik sıçrayış, axının daşqın rejimindən (supercritical'dan) çay rejiminə (subcritical'a) keçdiyi və su səthində qəfildən yüksəliş yaradan bir hadisədir.
Heçliyə sıçrayış (roman)
Heçliyə sıçrayış (rus. Прыжок в ничто) - Aleksandr Belyayev tərəfindən elmi-fantastika janrında yazılmış roman. Əsərdə bir qrup qərbli kapitalistin kommunizm inqilabından qaçmaq macəralarından bəhs olunur. Kapitalistlər qəti qərar çıxarırlar ki, Yer planetində onlara xilas yoxdu. Odur ki, kapitallarının köməkliyi ilə kosmik gəmi - Nuhun gəmisi -ni tikdirərək kosmosa qaçırlar. Siolkovskinin ideyalarına əsaslanan və Venera planetində baş verən macəralar olduqca maraqlı və düşündürücüdür. Yazıçı bu əsəri nəşriyyata ona ad vermədən təqdim edib. Üzərində çox düşünsə də romanı adlandırmaqda çətinlik çəkib. Nəşriyyatda romanı adlandırmaq üçün hətta mükafat da təyin edilib. Buna baxmayaraq elə yazıçının özü əsəri adlandırmağa müvəffəq olub.
Demokratiya və Sıçrayış Partiyası
Demokratiya və Sıçrayış Partiyası (türk. Demokrasi ve Atılım Partisi) və ya qısaca DEVA — Türkiyədə keçmiş Baş nazir müavini Əli Babacan tərəfindən yaradılmış siyasi partiya. == Tarixi == Partiyanın adı və quruluş sənədi 9 mart 2020-ci il tarixində Türkiyə Daxili İşlər Nazirliyinə verilmişdir. Partiyanın təqdimat toplantısı 11 mart 2020-ci il tarixində keçirilmişdir. Təsisçilər heyətinin birinci toplantısında Əli Babacan səs çoxluğu ilə partiyanın sədri seçilmişdir. == Siyasət == Əli Babacan 11 mart 2020-ci il tarixində partiya proqramını açıqladığı toplantıda parlamentli sistem, hüququn üstünlüyü, mətbuat azadlığı, qadın hüquqları, peşəkar orduya keçid, kürd məsələsinin həlli, qaçqın probleminin həlli mövzularına toxunacaqlarını bildirmiş, Türkiyənin xarici siyasətində Atatürkün "Yurdda sülh, cahanda sülh" prinsipinə əsaslanan yeni bir konsepsiyanı mənimsəyəcəyini vurğulamışdır. == Rəmzlər == Partiyanın məcəlləsinə görə rəsmi abreviaturası "DEVA", simvolu isə su damcısı və "DEVA" yazısıdır. Partiyanın abreviaturası olan "DEVA" türk dilindən tərcümədə "əlac" və ya "dərman" deməkdir. == Təsisçi heyət == Partiyanın təsisçiləri arasında Türkiyə Böyük Millət Məclisi deputatı Mustafa Yenəroğlu, keçmiş Ədalət naziri Səədullah Ərgin, keçmiş Balıkesir meri Əhməd Ədib Uğur, keçmiş Elm, Sənaye və Texnologiya naziri Nihad Ərgün və keçmiş Dövlət naziri Selma Aliyyə Kavaf var.
Bütlərə sitayiş
Bütlərə sitayiş — sanki tanrı imiş kimi bir kult obrazına və ya "büt"ə ibadət etməkdir. İbrahimi dinlərdə bütlərə sitayiş dedikdə, sanki tanrı imiş kimi İbrahimi tanrıdan başqa bir şeyə və ya kiməsə ibadət etmək nəzərdə tutulur. Bu monoteist dinlərdə bütpərəstlik "saxta tanrılara ibadət" kimi qəbul edilmiş və on qüsurlu hərəkət kimi mətnlərlə qadağan edilmişdir. Bəzi digər monoteist dinlər də oxşar qaydalar tətbiq edilir."Saxta tanrı" ifadəsi İbrahimi olmayan paqan dinlərin kult obrazlarını və ya ilahlarını, eləcə də xüsusi əhəmiyyət kəsb edilən digər oxşar varlıqları və ya obyektləri təsvir etmək üçün İbrahimi dinlərdə istifadə edilən alçaldıcı bir termindir. Öz növbəsində, bəzi animist və politeist dinlərin ardıcılları müxtəlif monoteist dinlərin tanrılarını "saxta tanrılar" kimi qəbul edirlər. Heç bir tanrıya inanmayan ateistlər öz baxış bucaqları bütün tanrıları əhatə etsə də, adətən "saxta tanrı" terminindən istifadə etmirlər. Bu terminin istifadəsi ümumiyyətlə bəzi ilahlara ibadət etməyi, ancaq digərlərinə ibadət etməməyi seçən teistlərlə məhdudlaşır.Dinlərin tarixi bütlərə sitayiş ittihamları və inkarları ilə yadda qalmışdır. Bu ittihamlar heykəlləri və təsvirləri simvolizmdən məhrum hesab edirdi. Alternativ olaraq, bütlərə sitayiş mövzusu bir çox dinlər arasında və ya müxtəlif dinlərin məzhəbləri arasında fikir ayrılıqlarının mənbəyi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Swagato Ganguly (2017).
Masuyo Şirayşi
Masuyo Şirayşi (d. 24 sentyabr 1963) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Şirayşi Kunitomo
Hiraqa Qennay (平賀 源内, 1728[…], Şido[d] – 24 yanvar 1780, Tenma-ço həbsxanası[d], Tokio) – Edo dövründə yaşamış Yaponiya polimatı. O, təbiətşünas, farmakoloq, ranqaku alimi, həkim, ixtiraçı, yazıçı, dulusçu və rəssam kimi tanınmışdır. Samuray ailəsində doğulsa da, özünü elmə və incəsənətə həsr etməyə qərar vermiş, ronin olmuşdur. == Təxəllüsləri == Qennay həyatı boyunca müxtəlif təxəllüslərlə tanınmışdır. Təbiətşünaslıq və rəssamlıqla məşğul olarkən Kyukey ("Göyərçin dərəsi"), yazıçılıqla məşğul olarkən isə Furay Sancin ("Külək sürən") və Tenciku Ronin ("Xaricdən gələn ronin") təxəllüslərindən istifadə etmişdir. Coruri əsərlərini isə Fukuuçi Kiqay təxəllüsü ilə imzalamışdır. İstifadə etdiyi digər təxəllüslərə Kuvazu Hinraku ("Heç nə yemədən yoxsulluğun dadını çıxarmaq") və Hinka Zeninay ("Kasıb ev, pul yoxdur") aiddir.Qennayın istifadə etdiyi təxəllüslər özünə tərif, istehza, hikkə, qayğısızlıq kimi xüsusiyyətlər daşıyır. == Həyatı == === 1728–1763 === Hiraqa Qennay 1728-ci ildə Sanuki əyalətinin Takamatsu hanında doğulmuşdur. Atası Şirayşi Mozaemon aşağı rütbəli samuray idi. Ailəsinin başçısı olduqdan sonra soyadını Hiraqa olaraq dəyişmişdir.
Öküzə sitayiş (totemizm)
Öküzə sitayiş - qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması. == Qədim xalqların dini baxışlarında öküzə sitayiş == Bir çox tədqiqatçıların hesab etdiyi kimi, öküz ayini Şərq xalqlarının hələ ən qədim totemist təsəvvürlərinə gedib çıxır. Öküzə ehtiram Çatalquyukun saxsı qablarından əvvəlki dövrdə, neolitdə öz çiçəklənmə dövrünə çatmışdır. Paleolit dövründən başlayaraq və sonrakı dövrlərdə öküz müxtəlif tayfa və xalqlarda totem hesab edilmişdir. Məsələn, orta əsrlər türk tayfası oğuzların dastanında nəslin banisi Oğuz xaqanı haqqında deyilirdi: «Onun ayaqları öküzün ayaqları kimi, budları canavarın budu kimi, çiyinləri ayının çiyni kimi idi. Onu «öküz» adlandırırdılar». Bir çox tayfalar öz başlanğıcını öküzlə əlaqələndirirdilər. Hunlar, monqollar və buryatlar başlanğıcı öküz nəslindən götürürdülər. Öküzün buynuzlarını isə cəsarət, hünər və güc rəmzi ilə əlaqələndirirdilər. Qazaxıstan petroqliflərində olan öküz təsvirləri haqqında analoji fikirlər söylənilirdi.
İlana sitayiş (totemizm)
İlana sitayiş - qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması. == Haqqında == === Qədim xalqların dini baxışlarında ilana sitayiş === Dünyanın müxtəlif xalqları arasında qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür formalarından biri olan ilana sitayiş geniş yayılmışdır. Bu inam şifahi xalq yaradıcılığında - nağıllarda, əfsanələrdə, əsatirlərdə, toponimlərdə, arxeoloji və tarixi abidələr üzərindəki təsvirlərdə özünü göstərir. Qayaüstü rəsmlər arasında da ilan təsvirləri xüsusi yer tutur. E.ə.II minillikdə I minilliyin başlanğıcında bütün dünyada günəşin ilanlarla mübarizəsi haqqında əsatir yayılmışdır. İlanlarla əhatə olunmuş günəş səhnələrinə Tagil çayında yerləşən ilan dağında qayaüstü təsvirlərdə və Qafqazın Qızıl Qobu mədəniyyətinə aid olan saxsı qırıqlarında rast gəlmək olar. İlan bir çox xalqlarda qorxu hissi yaradırdı. Onların təsəvvürlərinə görə, ilan şamanların köməkçisidir. İlan müqəddəs və toxunulmaz idi. Lakin müqəddəs ilanlara sitayiş təkcə bu zəhərli və təhlükəli heyvan qarşısında qorxu ilə deyil, həm də onların əzəməti qarşısında ehtiramla bağlıdır.