Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sığıncaq
Sığıncaq — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Masallı rayonunun Təklə kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Sığıncaq kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Əhalisi == Əhalisi 1943 nəfərdir.
Sığınacaq
Sığınacaq — əhalini və qoşunların şəxsi heyətini bütün qırğın vasitələrinin zədələyici təsirindən qorumaq üçün tikilən xüsusi qurğu. Sığınacaq mülki müdafiədə kollektiv mühafizə vasitələrinin əsas növüdür. Sığınacaqdan ilk dəfə Birinci dünya müharibəsi zamanı istifadə edilmişdir. İkinci dünya müharibəsi illərində isə bomba və qaz sığınacaqları geniş tətbiq olundu. Sığınacaq mohkəm inşaat materiallarından tikilir (nüvə partlayışının zərbə dalğası təsirindən qorunmaq üçün), radioaktiv, kimyəvi, bakterioloji maddələrdən qorunmaq üçün hermetik olur, ventilyasiya qurğusu ilə təchiz edilir və burada adamların 2-3 gün qalması üçün şərait yaradılır. Sığınacaqlarda adamların yerləşdiyi əsas otaqlardan başqa ərzaq, su ehtiyatları saxlanan otaqlar, sanitariya qovşağı və digərləri üçün nəzərdə tutulan yardımçı otaqlar, kanalizasiya, isitmə sistemi, qəza halları üçün giriş və çıxış yolları və sığınacaq olur. Metropoliten stansiyaları, yeraltı qazmalar və digərlərindən də sığınacaq kimi istifada edilə bilər.
Sığınaq
Sığınaq, Sığınacaq və ya Bunker (alm. Bunker‎) — nüvə silahı, adi silahlar, bioloji və kimyəvi hərb maddələrinin təsirlərindən və təbii fəlakətlərdən insanlar tərəfindən, insanların yaşaması və ölkənin müharibə vaxtı və ya sonrası varlıqları və əşyaları qorumaq məqsədi ilə inşa edilən qorunma yərləridir. == Məqsədinə görə sığınaq növləri == Sığınaqlar məqsədinə görə iki yerə ayrılır: Özəl sığınaqlar: Evlərdə, rəsmi və özəl idarə, fabrika ve müəssəsələrin zirzəmilərində və ya baxçalarında qurulur. Buralarda oturan ailə, məmur və işçilərin qorunması üçün qurulan tikintilərdir. Geniş sığınaqlar: Əhali və nəqliyyat çox olduğu yerlərdə xalqın qorunması üçün qurulan tikintilərdir. == İstifadəsinə görə sığınaq növləri == Sığınaqlar istifafəsinə görə iki yerə ayrılırlar. Təzyiq sığınaqları: Nüvə silahların anı (işıq, istilik, təzyiq və ilk radiasiya) və onun qalığı (radioaktiv tullantılar) təsirləriylə, adi silahların təsirlərinə, kimyəvi və bioloji hərb maddələrinə qarşı qorunmaq məqsədi ilə dövlət tərəfindən inşa edilən sığınaqlardır. Səpinti sığınaqları: Nüvə silahların radioaktiv səpinti təsirlərinə qarşı qorunmaq məqsədi ilə inşa edilən sığınaqlardır. Bu sığınaqlar; kimyəvi və bioloji hərb maddələrinə, nüvə silahların zəifləmiş təzyiq və istilik təsirlərinə və adi silahların dəriyə tesirlərindən qorunması üçün inşa edilən sığınaqlardır.
Siyasi sığınacaq
Sığınacaq hüququ (bəzən də siyasi sığınacaq hüququ və ya siyasi sığınacaq da adlandırılır; qədim yunan dilindəki ἄσυλον sözündən götürülüb) — qədim dövrlərdən mövcud olan hüquqi konsepsiyadır və orta əsrlərdə şəxsin vətəndaşı olduğu ölkədə məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün başqa dövlətə və ya kilsəyə sığınması mənasında işlədilirdi. Bu hüquq hələ qədim misirlilər, qədim yunanlar və qədim ibranilər tərəfindən tanınmış və Qərbdə ənənəyə çevrilmişdir. Müvafiq dövlətlər təqibə məruz qalanlara müdafiə olunmaq barədə təklif verdiyinə görə Rene Dekart Niderlanda, Volter İngiltərəyə, Tomas Hobbs Fransaya sığınmışdır. Misirlilər, yunanlar və ibranilər cinayətkarları (və ya cinayət törətməkdə ittiham olunanları) qanuni hərəkətlərdən müəyyən dərəcədə qoruyaraq dini "sığınacaq haqqını" tanıyırdılar. Bu prinsip sonralar xristian kilsəsi tərəfindən qəbul edilmiş və kimlərə sığınacaq verilməsi və hansı səviyyədə müdafiə ilə təmin olunmaq barədə normalar təfsilatı ilə işlənib hazırlanmış və inkişaf etdirilmişdir. == Müasir siyasi sığınacaq == Ümumdünya insan hüquqları bəyannaməsinin 14-cü maddəsinə görə, "Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir". Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyası və 1967-ci il Qaçqınların statusuna dair Protokol siyasi sığınacaqla bağlı milli qanunvericiliyi rəhbər tutur. Bu razılaşmalara əsasən, qaçqın irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və ya müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. === Ölkələr üzrə === ==== Avropa İttifaqı ==== Avropa İttifaqına üzv dövlətlərdə sığınacaq məsələsi yarım əsrdən uzun bir müddətdə 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası ilə tənzimlənmişdi. Şengen razılaşması (hansı ki daxili sərhədləri aradan qaldırırdı) ilə əlaqədar 1990-cı illərdə belə bir ümumi siyasət formalaşmışdı ki, bir üzv dövlətdə sığınacaq tapa bilməyən şəxs digər üzv dövlətə sığınacaqla bağlı təkrar müraciət edə bilməz.
Sığınacaq axtaran
Sığınacaq axtaran — öz ölkəsindən qaçıb başqa bir ölkəyə daxil olan və sığınacaq üçün, yəni bu ölkədə beynəlxalq qorunma hüququ üçün müraciət edən şəxs. Sığınacaq axtaran şəxs miqrantın bir növüdür və qaçqın və köçkünlər bu qrupa aid edilə bilər, lakin iqtisadi miqrantlar bura aid edilmir. Miqrantların sığınacaq axtaran olması tələb olunmur. Şəxs başqa ölkədə qalmaq üçün rəsmi müraciət etdiyi andan sığınacaq axtaran şəxs statusu qazanır və həmin müraciət nəticələndiyi vaxta qədər bu status qalır. Əgər şəxsin müraciəti qəbul edilərsə və şəxsə sığınacaq verilərsə, ona "sığınacaq almış şəxs" deyilir. Sığınacaq ölkəsinin miqrasiya məsələləri üzrə səlahiyyətli orqanları sığınacaq verilməsi ilə bağlı əsasların olub-olmadığını müəyyən edirlər. Buna uyğun olaraq, ya sığınacaq axtaran şəxs müdafiə ilə təmin olunur və rəsmi olaraq qaçqın (sığınacaq almış şəxs) kimi tanınır; ya da sığınacaq verməkdən imtina olunur və şəxs ölkəni tərk etməli olan, hətta deportasiya edilə bilən qanunsuz miqranta çevrilir. Əgər şəxsin vəziyyəti 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyada və ya sığınacaq üçün Avropa İttifaqına üzv dövlətlərə müraciət edildiyi halda tətbiq edilən Avropa İnsan Hüquqları Konvensiyası kimi qaçqınların hüquqi statusunu tənzimləyən digər beynəlxalq sənədlərdə qeyd olunan mənada "qaçqın" anlayışının təsir dairəsinə düşərsə, sığınacaq axtaran şəxs qaçqın kimi tanına və ona qaçqın statusu verilə bilər. Bununla belə, qaçqın konvensiyasına üzv dövlətlər sığınacaq axtaranların müdafiəsi ilə əlaqədar məsələləri öz siyasətləri çərçivəsində həll edirlər və barəsində sığınacaq verilməsindən imtina olunan şəxslərin sayı ölkədən ölkəyə və ildən ilə fərqlənir.
Sığınacaq hüququ
Sığınacaq hüququ (bəzən də siyasi sığınacaq hüququ və ya siyasi sığınacaq da adlandırılır; qədim yunan dilindəki ἄσυλον sözündən götürülüb) — qədim dövrlərdən mövcud olan hüquqi konsepsiyadır və orta əsrlərdə şəxsin vətəndaşı olduğu ölkədə məruz qaldığı təqiblərdən yaxa qurtarmaq üçün başqa dövlətə və ya kilsəyə sığınması mənasında işlədilirdi. Bu hüquq hələ qədim misirlilər, qədim yunanlar və qədim ibranilər tərəfindən tanınmış və Qərbdə ənənəyə çevrilmişdir. Müvafiq dövlətlər təqibə məruz qalanlara müdafiə olunmaq barədə təklif verdiyinə görə Rene Dekart Niderlanda, Volter İngiltərəyə, Tomas Hobbs Fransaya sığınmışdır. Misirlilər, yunanlar və ibranilər cinayətkarları (və ya cinayət törətməkdə ittiham olunanları) qanuni hərəkətlərdən müəyyən dərəcədə qoruyaraq dini "sığınacaq haqqını" tanıyırdılar. Bu prinsip sonralar xristian kilsəsi tərəfindən qəbul edilmiş və kimlərə sığınacaq verilməsi və hansı səviyyədə müdafiə ilə təmin olunmaq barədə normalar təfsilatı ilə işlənib hazırlanmış və inkişaf etdirilmişdir. == Müasir siyasi sığınacaq == Ümumdünya insan hüquqları bəyannaməsinin 14-cü maddəsinə görə, "Hər bir şəxs digər ölkələrdə təqibdən sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququna malikdir". Birləşmiş Millətlər Təşkilatının 1951-ci il Qaçqınların statusu haqqında Konvensiyası və 1967-ci il Qaçqınların statusuna dair Protokol siyasi sığınacaqla bağlı milli qanunvericiliyi rəhbər tutur. Bu razılaşmalara əsasən, qaçqın irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və ya müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. === Ölkələr üzrə === ==== Avropa İttifaqı ==== Avropa İttifaqına üzv dövlətlərdə sığınacaq məsələsi yarım əsrdən uzun bir müddətdə 28 iyul 1951-ci il tarixli Qaçqınların statusu haqqında Cenevrə Konvensiyası ilə tənzimlənmişdi. Şengen razılaşması (hansı ki daxili sərhədləri aradan qaldırırdı) ilə əlaqədar 1990-cı illərdə belə bir ümumi siyasət formalaşmışdı ki, bir üzv dövlətdə sığınacaq tapa bilməyən şəxs digər üzv dövlətə sığınacaqla bağlı təkrar müraciət edə bilməz.
Sığınacaq (film, 2007)
Sığınacaq (ing. Shelter) — 2007-ci ildə rejissor Conah Markovitz tərəfindən çəkilmiş ABŞ istehsalı olan dram filmi. == Məzmun == Zak kolleci bitirmiş bir gəncdir. 4 ildir ki, sevgilisi ilə problemi var. Bütün vaxtını bacısının uşağı Kodiyə baxmaq, işləmək və küçə sənətçiliyi ilə keçirir. Kodi hər kəs tərəfindən azarlanır. Yalnız Zakı atası olduğunu fikirləşdiyinə görə onun sözünə baxır. Bu arada Zakın dostlarından biri öz dostu Şaunla birgə kəndə gəlir və onlar birgə gəzib dolaşırlar, dost olurlar. Şoun Zakın problemlərini görüb ona kömək etmək istəyir. Zakın bacısı Kodilə maraqlanmadığı halda Zakdan Kodiyə və xəstə atalarına baxmağı və Şaunla görüşməməyi tələb edir.
Nyu-York sığınacaq evi
Nyu-York sığınacaq evi (ing. New York House of Refuge) ― ABŞ-da azyaşlı cinayətkarlar üçün açılmış ilk islahedici müəssisə. Müəssisə 1824-cü ildə Nyu-York şəhərinin Manhetten borosunun Baueri küçəsində açılmışdır, 1839-cu ildə yanğın nəticəsində dağılmış və 23-cü küçəyə köçürülmüşdür, 1854-cü ildə isə Rendels adasında yerləşdirilmişdir.111 illik tarixi ərzində islahedici müəssisə şəxsi mənbələrdən maliyyələşdirilirdi, dövlət qurumlarından ancaq rəhbərlik, nəzarət və əlavə maliyyə alırdı. 1901-ci ildən başlayaraq qadın məhkumlar yeni açılan qadınlar üçün Nyu-York sığınacaq evinə (ing. New York House of Refuge for Women), indiki Takonik islah müəssisəsinə köçürüldü. 1930-cu illərdə yaşca daha kiçik kişi məhkumlar (12 ilə 15 yaş arası) Vorikdə yerləşən yeni dövlət təlim məktəbinə köçürüldü, yaşca daha böyük oğlanlar isə yeni tikilmiş Koksaki dövlət həbsxanasına köçürüldülər. Sığınacaq evi 11 may 1935-ci ildə bağlandı.
Sığnaq
Siqnaxi və ya Sığnaq — Gürcüstanın Kaxeti mxaresində yerləşən kiçik şəhər. Sığnaq (Xocalı) — Xocalı rayonunda kənd.
Sığnaq (Gürcüstan)
Siqnaxi (gürc. სიღნაღი — Siğnaği) və ya Sığnaq — tarixi Qızıq mahalında, hazırda Gürcüstan Respublikasının Kaxeti mxaresində yerləşən kiçik şəhər, Siqnaxi bələdiyyəsinin inzibati mərkəzidir. 2014-cü ilin rəsmi siyahıyaalmanın nəticələrinə əsasən, 1485 nəfər əhalisi olan Siqnaxi ölkənin ən kiçik şəhərlərindən biri sayılır. Siqnaxi şəhərinin iqtisadiyyatında şərab, xalça və Gürcüstanın ənənəvi Mtsvadi adlı qidasının istehsalı üstünlük təşkil edir. Bu şəhər və onun ətrafı həmçinin öz landşaft nümunələri və tarixi abidələri ilə də tanınır. Siqnaxi bu yaxınlarda fundamental yenidənqurma proqramını keçmiş və Gürcüstanın turizm sənayesinin əhəmiyyətli bir mərkəzinə çevrilmişdi. == Tarix == Şəhərin yerləşdiyi müəsir əraziyə hələ paleolit dövründən məskən salınmışdı və Orta əsrlərdə mövcud olmuş Hereti dövlətinin tərkibində idi. Həmçinin bura Kiziki tarix-coğrafi bölgəsinin mərkəzi sayılır. Buna baxmayaraq, yaşayış məskəni kimi Siqnaxinin adı XVIII əsrin əvvəlində qeyd olunur (şəhərin adı Sığnaq — yəni sığınacaq sözündən yaranıb). 1762-ci ildə Kartli və Kaxetiya kralı II İrakli şəhərin inşasını başlatmış və Dağıstan qəbilələri tərəfindən baş verən soyğunçu hücumları dayandırmaq məqsədilə müdafiə qalasını ucaltmışdı.
Sığnaq (Qazaxıstan)
Sığnaq (Sığınaq) — Müasir Qazaxıstanın Qızıl orda vilayəti ərazisində, Tümən-Arıq dəmiryolu stansiyasından 18 km şimal-şərqdə, Sırdərya çayından 20 km şimalda tapılan qədim şəhər. 15 qullələri ismən qalan daş hasarla əhatələnən şəhristanın sahəsi 10 ha yaxındır. Torpaq xəndəklə əhatələnən həndəvəri ilə birlikdə -13 ha. Ərazisində məsçid, mədrəsə, türbə və yaşayış tikililəri var. Su şəhərə 20 km kanal vasitəsi, eləcə də Karatay yamaclarındakı dağ çaylarından daxil olurdu. İlk dəfə X əsrdə ərəb coğrafiyaçısı əl-Məqdisi tərəfindən, oğuzların şəhəri kimi qeyd edilir. XI əsrin ortalarında qıpçaq şəhəri, Tən-Şan dağlarından Sırdərya ilə aşağı sonra isə Xəzərin müasir sahilinə qədər kedən karvan yolunda iri ticarət və sənətkarlıq mərkəzi idi. 1219 ildə monqollar tərəfindən dağıdılıb, lakin XIII sərdə dirçəlib, Qızıl Ordanın pul sikkəxanalarından biri. XIV əsrin ortalarından Göy Ordanın paytaxtı. XIV-XV əsrlərdə Teymurun və Teymurilərin imperiyasının tərkibində idi.
Sığnaq (Xocalı)
Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi.1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi.
Sığnaq bələdiyyəsi
Siqnaxi bələdiyyəsi (gürc. სიღნაღის მუნიციპალიტეტი) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi. 2006-cı ilədək Sığnaq rayonu adlanıb. İnzibati mərkəz Siqnaxi şəhəridir.
Sığnaq qəzası
Sığnaq qəzası (rus. Сигнахский уезд; gürc. სიღნაღის მაზრა siğnağis mazra) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Sığnaq şəhəri idi. == Tarix == 30 dekabr 1800-cü ildə Kartli–Kaxetiya krallığının Rusiya İmperiyasına birləşdirilməsindən və 18 mart 1801–ci ildə ləğvindən sonra bu krallığın ərazilərini əhatə edən Gürcüstan quberniyası tərkibində, 24 sentyabr 1801-ci ildə təşkil edilmişdir. Kartli–Kaxetiya krallığı dövründə Kaxetiya krallığı 2 mahala bölünürdü: Qaxet mahalı və Qızıq mahalı. Yeni təşkil edilmiş Sığnaq qəzası keçmiş Qızıq mahalını, Telavi qəzası isə Qaxet mahalını əhatə edirdi. 22 aprel 1840-cı ildə Sığnaq qəzası ləğv edildi, onun ərazisi yeni təşkil edilmiş Gürcüstan–İmeretiya quberniyasının Telavi qəzasına verildi. 26 dekabr 1846–cı ildə Gürcüstan–İmeretiya quberniyası ləğv edildi, inzibati–ərazi vahidi olaraq Sığnaq qəzası yeni yaradılmış Tiflis quberniyası tərkibində yenidən təşkil edildi. == Əhali == Rusiya İmperiyasının Zaqafqaziyadakı ərazilərində ilk kameral sayım 14 aprel 1803-cü ildə başladılmış və 1805-ci ilədək davam etmişdir.
Dəli yığıncağı
Əsər təxminən 1926 və ya 1927-ci ildə yazılmışdır. AMEA-nın Əlyazmaları İnstitutunun arxivində 6 müxtəlif əlyazma nüsxəsi mühafizə olunur. İlk dəfə H.Səmədzadə 1938-ci ildə əsəri Bakıda kitab halında nəşr etdirmişdir.Əsər rejissor Mehdi Məmmədov tərəfindən 1928-ci ildə Bakıda tamaşaya qoyulmuşdur. == İstinadlar == == Mənbə == Cəlil, Məmmədquluzadə. Əsərləri (PDF). Öndər. 2004. səh. 664. ISBN 9952-416-17-1.
Lukka Yığıncağı
Lukka yığıncağı (Lukka şəhərində keçirildiyi üçün belə adlandırılıb) —e.ə. 56-cı ildə Qay Yuli Sezar ilə siyasi müttəfiqləri Qney Pompey və Mark Krass arasında baş tutmuş görüşdür. Həmi dövrdə Roma qarışıqlıq içində idi. Klodiusun populist kampaniyaları Krass və Pompey arasındakı münasibətləri pozmuşdu, habelə, həm Krass, həm də Pompey Sezarın Qalliya səfərində qazandığı şöhrətdən narahat idi. E.ə. 56-cı ilə qədər üç nəfər arasındakı bağlar pozulmuşdu. Sezar əvvəl Krassı, sonra isə Pompeyi Lukkaya görüşə çağırdı. Bu görüş, tərəflər arasında yaradılmış I Triumvirat ittifaqını yenilədi. Pompey və Krass növbəti il keçiriləcək konsulluq seçkiləri üçün namizədliyə razılaşdılar. Seçiləndən sonra, Sezarın Qalliyadakı komandanlığı 5 illiyinə uzadılacaqdı.
Zemstvo yığıncağı
Zemstvo yığıncağı — XVI əsrin ortaları -XVII əsrin sonlarında Rusiyada silklərin nümayəndələrindən ibarət təsisat. Müqəddəs kilsənin, Boyar Dumasının, "hökmdar sarayı"nın üzvlərindən, eləcə də seçkili və əyalət zadəganlarından və şəhərin yuxarı təbəqələrindən ibarət idi. Zemstvo yığıncağında xarici siyasət, maliyyə, vergi qoyulması və s. kimi mühüm dövlət əhəmiyyətli məsələlərə baxılırdı. Çar hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı olaraq, Zemstvo yığıncaqları getdikcə daha az, özü də yalnız hökumətin təşəbbüsü ilə çağırılmağa başlandı.
Karnunt yığıncağı
Karnunt yığıncağı — 11 noyabr 308-ci ildə Roma imperiyasında, Pannoniya vilayətinin inzibati mərkəzi olan Karnuntda (indiki Avstriyanın Petronell-Karnuntum kommunası) baş tutan yığıncaq. Qərbin avqustu titulu ilə bağlı mübahisəni həll etməyə çalışmaq üçün imperator Qaleri tərəfindən çağırılmışdır. Bu, 307-ci ildən Qaleri və Severin Maksensi və Maksimianın idarə etdiyi İtaliyanı işğal etdiyi vaxtdan bəri davam edən münaqişələrə son qoymuşdur. Bu yığıncaqda 305-ci ildə hakimiyyətdən istefa vermiş Diokletian və Maksensinin atası Maksimian da iştirak etmişdir. Bu yığıncaqda Maksimianın öz imperatorluq vəzifəsindən həmişəlik uzaqlaşdırılması və qəsbkar hesab edilən Maksensini devirmək məqsədi ilə Qalerinin keçmiş sərkərdəsi Lisininin Qərbin avqustu təyin edilməsi haqqında razılığa gəlinmişdir. Buna baxmayaraq, I Konstantin və Maksimian kimi dövrün böyük nüfuzlu şəxslərinin əksəriyyətini qəbul edilən qərarlardan narazı qalmışdır. I Konstantin vəzifəsinin yüksəldiləcəyini gözləyirdi, Maksimian isə devrilməsindən narazı qalmışdı və Qalliyada Konstantinin sarayında son konspirasiya cəhdi etmişdir. Lisini Maksensini devirmək üçün sonradan aparılan hərbi kampaniyalarda iştirak etməmişdi. == Zəmin == Təxminən b.e. 293-cü ildən bəri Roma imperiyası hər biri bir avqust və sezar tərəfindən idarə olunan iki hissəyə bölünmüşdür.
Firuz-1 sığınacağı
Firuz-1 düşərgəsi — Qobustan ərazisində Kiçikdaş dağının şərq ətəyində arxeoloji abidə. == Arxeoloji tədqiqi == Firuz-1 düşərgəsi Qobustanda Kiçikdaş dağının şərq ətəyinin orta hissəsində, dəmir yolu xəttindən aralıda qədim qayaüstü təsvirlər kolleksiyasının 80 №-li daşın üstünü örtmüş, uzunluğu 20 m, parçasının şərq və şimal tərəfləri altında əmələ gəlmiş, 2–3 m dərinliyində örtülü sahədə aşkar edilmişdir. Düşərgədə 1970 və 1971-ci illərdə arxeoloji qazıntılar aparılmışdır. Düşərgədə iki tarixi mərhələnin – Mezolitdən Neolitə keçid və ilk Tunc dövrünə aid maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Düşərgədə Daş və Tunc dövrlərinə aid mədəni təbəqəyə rast gəlinmişdir. Görünür düşərgənin örtülü sahəsində son Mezolit – ilk Neolitdən sonra Tunc dövrünə aid sakinlər tərəfindən burada özlərinə qədərki nə varsa, mədəni təbəqə qalıqlarını da kənara atmışlar. Çöl sahədə saxlanmış qalıqların üstü isə sahənin şərqə tərəf maili olması, yağış suları ilə yuyulması və güclü küləyə məruz qaldığından örtülməmişdir. “Firuz-1” düşərgəsində örtülü sahənin şərq hisəsində 20-30 sm qalınlığında Mezolit dövrü təbəqəsi arada lal təbəqə olmadan bilavasitə Tunc dövrü təbəqəsinin altından başlanır. “Firuz-1” düşərgəsində aparılmış arxeoloji qazıntılar nəticəsində Mezolit Neolitə keçid mərhələsinə aid alt təbəqədən 4 yerdə ocaq qalığı, 9 minə yaxın arxeoloji material və kollektiv qəbir aşkar edilmişdir. Ocaqlardan üçünün altına əhəngdaşı layı düzülmüş, birində isə od bir qədər çökəldilmiş sahədə yandırılmışdır.
Ufada Dövlət Yığıncağı
Ufa Dövlət Konfransı (eyni zamanda Ufa Dövlət Konfransı, Ufa Konfransı olaraq da bilinir) — 1918-ci il 8–23 sentyabr tarixlərində Rusiyanın Cənub bölgəsindəki Ufa şəhərində (indiki Başqırdıstan Respublikasının paytaxtı, Rusiya) anti-bolşevik hökumətlərinin, siyasi partiyaların, kazak qoşunlarının və Rusiyanın şərqindəki yerli hökumətlərin ən çox təmsil olunan forumu idi. Təsis Məclisi ( Samara ) Üzvləri Komitəsindən, Müvəqqəti Sibir Hökumətindən ( Omsk ), Uralın Müvəqqəti Regional Hökumətindən ( Yekaterinburq ), kazak qoşunlarının hərbi hökumətlərindən (Həştərxan) 23 nümayəndə heyəti (200 nəfər) var idi. Yenisey, İrkutsk, Orenburq, Semirechensky, Sibir, Ural), bir sıra milli dövlət qurumlarının hökumətləri ( Alaş Muxtariyyəti hökuməti, Başqırdıstan hökuməti, Türkistan muxtariyyəti hökuməti, Türk Tatarları Müsəlmanları Milli İdarəsi Daxili Rusiya və Sibir, Estoniya Müvəqqəti Hökuməti ), bir neçə ümumrusiya siyasi partiyaları var idi. İclasda, müxtəlif anti-bolşevik qüvvələrinin məcburi və son dərəcə qeyri-sabit kompromisi nəticəsində Müvəqqəti Ümumrusiya Hökuməti (sözdə " Ufa Kataloqu ") yaradıldı. Nikolay Avksentiyev hökumətin sədri seçildi. Müvəqqəti Ümumrusiya Hökumətinin "Ümumrusiya Təsis Məclisinin çağırılmasına qədər Rusiya dövlətinin bütün məkanında yalnız ali hakimiyyət sahibidir" olduğu müəyyən edildi. Akt "" Müvəqqəti Ümumrusiya Hökumətinə, lazım olduğu qədər qısa müddətdə verilməsi "," Yaradılmış şərtlər nəzərə alınmaqla müvəqqəti olaraq bölgə hökumətləri tərəfindən təhvil alınan ali hakimiyyətin bütün funksiyalarını "təmin etdi. Beləliklə, sərhəd bölgələri "Müvəqqəti Ümumrusiya Hökümətinin müdrikliyindən" asılı olan "bölgələrin geniş muxtariyyəti" ilə əvəz olunan regional qurumların suverenliyi ləğv edildi.Ümumrusiya hökumətinin təsis Məclisinin çağırışını sürətləndirməsinə kömək etməli və gələcəkdə qeyd-şərtsiz "ölkədə yeganə ali hakimiyyət orqanı" olaraq itaət etməli idi. Rusiyanın milli-dövlət sisteminin əsasları federal prinsiplərə söykənməlidir: "Həm coğrafi, həm də iqtisadi əsas götürərək, ayrı-ayrı ərazilər üçün geniş muxtariyyət hüquqlarının tanınması əsasında emanipasiya edən Rusiyanın qurulması. etnik xüsusiyyətlər olaraq, təsis assambleyasının tam səlahiyyətləri ilə federativ əsasda dövlət təşkilatının son quruluşunu qəbul edərkən …, ayrı bir ərazini işğal etməyən milli azlıqların mədəni və etnik öz müqəddəratını təyin etmə hüquqlarının tanınması.