Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəddarə
Qəddarə —Hər iki tərəfi kəsən ağır qılınc. == Tarixi == Şərq aləmində qəddarədən istifadə edilib. Həm döyüş silahı kimi, həm də cəllad silahı kimi.
Sərdabə
Sərdabə — farsca sərdab – zirzəmi, yeraltı otaq deməkdir. Daxilində bir və ya bir neçə məzarın olduğu memarlıq abidəsi, tikilidir. Belə sərdabələrdə əsasən yüksək rütbəli şəxslər və onların ailə üzvüləri dəfn olunurdu.
Səddam
Səddam Hüseyn (ərəb. صدام حسين عبد المجيد التكريتي‎), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[…], Əl-Аudcа, Səlahəddin mühafəzəsi, İraq krallığı[d] – 30 dekabr 2006[…], Kazımiyyə[d], Bağdad) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2005), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2005), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979). 1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir. == Həyatı == === Uşaqlıq illəri === 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi. === Gənclik illəri === Maddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu.
Sədan
Sədan — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Sədan kəndi mərkəz olmaqla Sədan kənd Soveti yaradılmışdır. == Toponimikası == Bu ad mənbələrdə XII əsrdən məlumdur. XVIII əsrdə toponim Siadon şəklində qeydə alınmışdır. Oykonim tat dilindəki siya (qara) və bir çox qədim dillərdə "su, çay, nəhr" mənasında işlənən dan sözlərindən düzəlib, "qara su, qara bulaq" deməkdir. Bu coğrafi ad hələ qədim zamanlardan ərazidə aşkar olunmuş neft yataqları ilə bağlı yaranmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə Qara-Dindar qalası, Sədan qalası var. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ildə kənd əhalisinin sayı 580 nəfər olub. Əhalisi tatlar idi.
Sərdabə (Ərdəbil)
Sərdabə (fars. سردابه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (4 ailə).
Sərvanə (Soyuqbulaq)
Sərvanə (fars. ساروانه‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (10 ailə).
Sədayə Mustafayeva
Sədayə İsmayıl qızı Mustafayeva (15 iyul 1926, Nuxa – 13 avqust 2004, Gəncə) — Azərbaycan teatr və kino aktrisası, Azərbaycanın xalq artisti (1981). == Həyatı == Sədayə Mustafayeva 1926-cı il iyul ayının 15-də Şəki şəhərində anadan olmuşdur. 5 illik orta təhsilini bitirdikdən sonra Böyük Vətən Müharibəsi başladığından atası İsmayılı və qardaşı Məhəmmədi müharibəyə yola salan Sədayə Şəkidə fəaliyyət göstərən İpəkçilik kombinatında Lətifə adlı bir ustanın yanında işləməyə başlamışdır. Şəkidə boyu çox uca olduğundan və həmişə də səmaya baxdığından Günəbaxan Muxtar adı ilə tanınan bir şəxsin vasitəsilə Şəki Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bir müddət burada bir-birinin ardınca maraqlı obrazlar qaleriyası yaradan xalq artisti Sədayə Mustafayeva daha sonra fəaliyyətini Ağdaş və Göyçay teatrlarında davam etdirmişdir. 1950-ci ilin mart ayında Gəncə Dövlət Dram Teatrının direktoru, respublikanın xalq artisti, teatr və kino aktyoru, rejissor Məhəmməd Bürcəliyevin dəvəti ilə Sədayə xanım Gəncə Dövlət Dram Teatrına aktrisa kimi gətirilmişdir. Bu teatrın səhnəsində 400-dən artıq maraqlı obrazlar qalereyası yaratmışdır. "Vaqif" də Xuraman, Gulnar, "Aydın"da Gültəkin, "Pəri Cadu" da Pəri, "Solğun çiçəklər" də Sara, Pəri, Gülnisə, "Otello"da Emilya, "III-Riçard"da Yelizaveta, "Sokratla söhbətlər"də Ksantipa, "İtkin gəlin"də Səbihə, "Yad qızı"nda Həcər xanım, "Dairəni genişləndirin"də Aliyə, "Təbilçi qız"da Nila, "Kəndçi qız"da Bənövşə, "Dəli Kür"də Şahnigar, "Ana vüqarı"nda Ana, "Bəraət"də Rəşidə xanım, "Atayevlər ailəsi"ndə Dilşad xanim, "Xurşudbanu Natavan"da Natavan, "Qonşular"da Mətanət, "Almaz"da Almaz, "Sən həmişə mənimləsən"də Nargilə, "Mahnı dağlarda qaldı"da Rəxşəndə xanım və s. obrazları xalq artisti S. Mustafayeva yaradıcılığının ən gözəl nümunələrindəndir. Bu gün Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərən əksər aktyor və aktrisa truppası məhz S. Mustafayeva məktəbinin yetirməsidir.
Səddam Bayramov
Səddam Ələddin oğlu Bayramov (29 yanvar 2002, Təzəkənd, Beyləqan rayonu – 17 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səddam Bayramov 29 yanvar 2002-ci ildə Beyləqan rayonu Təzəkənd kəndində anadan olmuşdur. 2008-2019-cu illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Səddam Bayramov 29 yanvar 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. O, Azərbaycan-Ermənistan təmas xəttinin Tərtər rayonu istiqamətində yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Səddam Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Səddam Bayramov 17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşmüşdür. 16 noyabr tarixində nəşi tapılmış və 22 noyabrda doğulduğu Beyləqan rayonunun Təzəkənd kəndində dəfn olunmuşdur.
Səddam Hüseyn
Səddam Hüseyn (ərəb. صدام حسين عبد المجيد التكريتي‎), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[…], Əl-Аudcа, Səlahəddin mühafəzəsi, İraq krallığı[d] – 30 dekabr 2006[…], Kazımiyyə[d], Bağdad) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2005), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2005), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979). 1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir. == Həyatı == === Uşaqlıq illəri === 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərindən 13 kilometr uzaqlıqda yerləşən Əl-Audca kəndində kasıb bir ailədə anadan oldu. Atası Səddam Hüseyn dünyaya gəlməmişdən əvvəl öldü. Anası ona ərəbcə "müqavimətçi" mənasını verən Səddam adını verdi. === Gənclik illəri === Maddi sıxıntılar səbəbi ilə anası Səddam doğulandan sonra onu Dəclə çayının sahilində yerləşən Tikrit şəhərində yaşayan dayısı Hayrallahın yanına göndərdi. Səddam həyatının dörd ilini dayısı Hayrallahın yanında keçirdi. Dayısı 1941-ci ildə İraqdakı Britaniya əsarətinə qarşı keçirilən üsyana qoşuldu.
Səddam Hüseynov
Səddam Rafiq oğlu Hüseynov — (1 sentyabr 1997, Çeşməli, Tovuz rayonu – 13 sentyabr 2022) == Həyatı == Səddam Rafiq oğlu Hüseynov 1997-ci il Sentyabr ayının 1-də Tovuz rayonunun Çeşməli kəndində anadan olmuşdur. == Hərbi xidməti == 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər, 1997-ci il təvəllüdlü Hüseynov Səddam Rafiq oğlu 15 sentyabrda Tovuz rayonunda dəfn olunub. Şəhidimiz Tovuz rayonunun Çeşməli kənd qəbiristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub. Vida mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Aqil Abbas, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Dəfn mərasiminin sonunda üçrəngli Azərbaycan bayrağı təntənəli şəkildə şəhidin atası Rafiq Hüseynova təqdim olunub.
Səddam Həsənov
Səddam Həsənov (tam adı: Səddam Aydın oğlu Həsənov; 15 oktyabr 1992; Talıbxanlı, Beyləqan rayonu — 17 oktyabr 2020; Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səddam Həsənov 15 oktyabr 1992-ci ildə Beyləqan rayonunun Talıbxanlı kəndində anadan olub. == Hərbi xidməti == Xüsusi Təyinatlı Qüvvələrin Giziri olan qəhrəmanımız cənub istiqamətindəki bütün döyüşlərdə iştirak edən xüsusi dəstə qruplarından birini təmsil edib. Ona tapşırılan ən çətin əmr və tapşırıqların öhdəsindən şərəflə gəlib. Murovdağ zirvəsinin alınmasında, Füzuli rayonun azad edilməsində xüsusi qəhrəmanlıqlar göstərib. 17 oktyabr tarixində İkinci Qarabağ müharibəsinin Hadrut cəbhəsində qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səddam Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səddam Həsənov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağa, cəddinə qurban
Ağa, cəddinə qurban qısametrajlı sənədli filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 1993-cü ildə çəkilmişdir. Film Azərbaycanfilm kinostudiyası və "Metropol" kino şirkətinin istehsalıdır. Film xalq arasında böyük hörmət sahibi, xəstələrə şəfa vermək, onları sağaltmaq qabiliyyətinə malik Mir Mövsüm Ağa (Mirmövsümov) haqqındadır. == Məzmun == Film xalq arasında böyük hörmət sahibi, xəstələrə şəfa vermək, onları sağaltmaq qabiliyyətinə malik Mir Mövsüm Ağa (Mirmövsümov) haqqındadır.
Sədan mahalı
Sədan mahalı — Quba xanlığında mahal. Hacı Səfərəli bəyin idarə etdiyi Sədan mahalı cəmi 5 kənddən ibarət idi. Bu kəndlər Ataçay və Gilgilçay arasında dağ yamacında yerləşirdi. Həm də kəndlərin ikisində - Calğan və Uqahda deyəsən o zaman daimi yaşayan əhali yox idi, çünki siyahıda bu kəndlərin qarşısında adam sayı sütunu boş idi. Ən böyük kəndlər 40 həyətdən ibarət Sədan və 30 həyətdən ibarət Dağ Quşçu kəndləri idi. Çıraqqala da bu mahalın tərkibində idi. Mənbənin verdiyi məlumata görə Fətəli xan sıldırım qayada yerləşən bu qalada özü üçün ev inşa etdirmişdir. Çıraqqala regionun mühüm istehkamlarından biri idi. Sədan mahalında maldarlıq və taxılçılıq inkişaf etmişdir. == Kəndlər == == Tanınmışları == == İstinadlar == Mustafazadə Tofiq.
Səddə bayramı
Səddə bayramı — Novruza 50 gün qala keçirilən bayram. == İcrası == Səddə bayramı da insanların qışa qarşı münasibətlərini, qışdan qorxmadıqlarını nümayiş etdirən bir bayramdır. Xalqımız Səddə deyimini yanvarın son günü, iki çillə arasındakı sərhəddə, Böyük çilləni əvəzləyən Kiçik çillənin sərt şaxtalarının qarşısını almaqdan ötrü çəkilən böyük maneə, odlu-alovlu bənd, yaxud sədd kimi mənalandırıb. Bayramın bütün tədbir və ayinləri də məhz bu məqsədə xidmət etmişdir. Novruza nə az, nə çox, düz əlli gün qaldığını bildirmək üçün icra olunan Səddə bayramında insanlar axın-axın gəlib təyin olunmuş meydana toplaşır. Meydanda böyük bir tonqal yandırılır. Toplaşanlar əl-ələ tutub tonqalın çevrəsinə dolanır, "əlli gün Novruza qədər, yüz əlli gün biçinə kimi" sözlərilə başlanan mahnı oxuyur, şənlik keçirir, rəqs edib əyləncəli tamaşalar göstərirlər. == İstinadlar == Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
Sedan
Sedan — minik maşının baqaj hissəsi salonundan ayrılmış, adətən iki və ya üç tamölçülü oturacaqlar sırası olan və avtomobillərdə ən geniş istifadə olunan ban növü. == Xüsusiyyətlər == Sedanlarda arxa şüşə demək olar ki bütün hallarda arxa çərçivədə sıx yerləşir, qalxıb/düşmür, baxmayaraq, ki arxa oturacağın arxasında lyuk ola bilər, hətta o, uzun əşyaları daşımaq üçün özü də yığıla bilər. Keçmiş SSRİ və inkişaf edən ölkələr kimi ərazidə avtomobilizasiya yeni başladığından dördqapılı sedanlar hələ çox populyar olacaqlar. Hətta SSRİ-də 80-ci illərdə hetçbeklərin kütləvi istehsalına keçmək eksperimenti alınmadı və 90-cı illərdə sedanlar yenə öz yerlərini möhkəmləndirdilər. İnkişaf edən ölkələrdə Peugeot 206 və Volkswagen Polo kimi avtomobillərini sedan banında istehsal edirlər.
Şəddə
Şəddə – xovsuz xalçalar qrupuna aid olan xalça. == Ümumi == Toxuma texnkiası baxımından şəddə zolaqlı palaz ilə oxşardır. Burada da zolaqlı palazda olduğu kimi əriş düzümü hər dəfə müəyyən saydan sonra fasiləsiz tərzdə təkrarlanan müxtəlif rəngli iplərdən təşkil olunmuşdur. Şəddələr çox zaman şahmatsayağı iri kvadratlara malik bəzəklərdən ibarət olurdu. Bu təqdirdə onun həm ərişi, həm də arğacı rəngli iplərdən təşkil edilirdi. Eyni rəngə malik əriş və arğac iplərini artırıb çoxaltmaqla toxucu həmin kvadratların ölçülərinin dəyişdirilməsinə nail olmağa imkan yaradırdı. Şəddələr üzərində ən çox yayılmış naxış növü və ya kompozisiyası ritmik üfüqi zolaqlar təşkil edən dəvə karvanı təsviri idi. == Bədii analiz == Şəddə müxtəlif növə, müvafiq olaraq bir neçə emal üsuluna malikdir. Şəddənin üç növü var: BirrəngliBirrəngli şəddə sadə naxış toxuma üsulu ilə hazırlanır. DamalıDama rəsmli şəddə palaz və cecim prinsipi ilə hazırlanır.
Ağa, Cəddinə Qurban (1993)
Seylanə (Urmiya)
Seylanə (fars. سيلانه‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 75 nəfər yaşayır (20 ailə).
Seydan (Urmiya)
Seydan (fars. سيدان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,220 nəfər yaşayır (217 ailə).
Şeydan (Salmas)
Şeydan (fars. ‎شيدان‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 479 nəfər yaşayır (78 ailə).
Şəddad Cəfərov
Şəddad Cəfərov — Azərbaycan yazıçısı, ölkənin ilk poliqrafçı alimi. == Həyatı == Milli poliqrafiyamızın inkişafında böyük xidmətləri olan Şəddat Cəfərov 1940-cı ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. O, 1955-ci ildə 44 saylı orta məktəbin yeddinci sinfini bitirərək 26 Bakı Komissarı adına (indiki 1 saylı) mətbəədə sinkoqrafiya sexində şagird kimi əmək fəaliyyətinə başlamış, təhsilini 57 saylı axşam fəhlə-gənclər məktəbində davam etdirmiş və 1959-cu ildə orta təhsilini başa vurmuşdur. Sonra hərbi xidməti borcunu yerinə yetirmişdir. Ordudan tərxis olunduqdan sonra yenə öz doğma kollektivində sinkoqrafçı işləmiş və 1966-cı ildə mühəndis vəzifəsinə keçmişdir. Şəddat öz işində yeniliklər axtarmağa başlamış, daha səmərəli üsullar taparaq, avtomatlaşdırılmış axın xəttini tətbiq etməklə mətbəədə böyük iqtisadi səmərə əldə edilməsinə nail olmuşdur. İstehsalatla bərabər elmi işlə də məşğul olan Şəddad namizədlik dissertasiyası müdafiə etmiş, iqtisad elmləri namizədi adını almışdır. O öz istedadı və rəhbərlik bacarığına görə məsul vəzifələrə irəli çəkilmişdir. "Yeni kitab" mətbəəsində direktor, sonra isə "Kommunist" nəşriyyatında təsərrüfat işləri üzrə baş direktor müavini vəzifəsində işləmişdir. 1985-ci ildə Sov.
Şəhanə Yusifova
Ağa, cəddinə qurban (film, 1993)
Ağa, cəddinə qurban qısametrajlı sənədli filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 1993-cü ildə çəkilmişdir. Film Azərbaycanfilm kinostudiyası və "Metropol" kino şirkətinin istehsalıdır. Film xalq arasında böyük hörmət sahibi, xəstələrə şəfa vermək, onları sağaltmaq qabiliyyətinə malik Mir Mövsüm Ağa (Mirmövsümov) haqqındadır. == Məzmun == Film xalq arasında böyük hörmət sahibi, xəstələrə şəfa vermək, onları sağaltmaq qabiliyyətinə malik Mir Mövsüm Ağa (Mirmövsümov) haqqındadır.
Sedan (rayon)
Sedan (fr. Sedan) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ardenlər (departament). Suprefektura — Sedan. Rayon əhalisi 2006-cı ildə 62 129 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 78 nəf / km². Rayon sahəsi — 792 km².
Sedan (şəhər)
Sedan — Fransanın Maas çayı sahilində yerləşən şəhəridir. Şəhər Belçikaya yaxındır. Heç vaxt burada müharibə mərkəzi olmamışdır. Əhalisi 20110 nəfərdir (1990). == Tarixi == Şəhər Sedan qalasının adı ilə adlandırılır. Bu qala 1424-cü ildə tikilib. XVI əsrin sonunda qalanın sahəsi 30 000 kv.km idi. Bu Qərbi Avropanın ən böyük qalası idi. Onun müttəfiqi Buyon qalası idi. Bu qala İspaniyada yerləşir.
Sedan döyüşü
Sedan — Fransanın şimal-şərqindəki Ardenn departamentində, Möz (Maas)çayı qırağında şəhər. XIX-cu əsrin sonlarına qədər qala. Burada 1870-ci il sentyabrın 1-2-də, fransız Şalon ordusunun məğlubiyəti və Fransa imperatoru III Napoleonun əsir düşməsi ilə nəticələnən, Fransa–Prussiya müharibəsinin ən iri vuruşması baş verdi. == Döyüşün gedişi == Avqustun 23-də marşal M.E. Mak-Maqonun komandanlığı altında Şalon ordusu(120 min adam, 393 top, 76 mitralyez), Mez qalasında pruslar tərəfindən mühasiyərə alınmış A. Bazenin Reyn ordusunun mühasirəsini qaldırmaq üçün, cəmləşdiyi Reyms şəhəri rayonundan çıxdı. Mak-Maqon, Şalona və Paris üzərinə hərəkət edən(ümumi sayları 224 min adam və 813 top olan) 3-cü və 4 -cü alman ordularından Sedanı keçməklə yan ötmək istəyirdi. Mak-Maqonun ordusunun yola çıxdığından xəbər tutaraq, alman qoşunlarının faktiki komandanı, baş qərargah rəisi X.Moltke(formal olaraq qoşunlara prus kralı I Vilhelm başçılıq edirdi)onları, rəqibin ordularının birləşməsini qarşılamaq, Şalon ordusunu Belçika sərhədinə sıxmaq və darmadağın etmək üçün Verden, Bar-le-Dük xəttindən Sedana çevirdi. == Fransızların məğlubiyəti == 29 - 30 avqustda Şalon ordusu Möz çayını keçdi və 31 avqustun axşamına kimi, Mezyerdən keçərək Reymsə yürüşü davam etmək üçün Sedan yanında iki günlük dincəlməyə dayandılar. Moltke Mak-Maqonun hərəkətsizliyindən yararlandı, və alman orduları sentyabrın 1-nə keçən gecə cinahların yanından keçmə manevri ilə Şalon ordusunu mühasirəyə aldılar. Səhər başlayan döyüş gün bitənə kimi fransızların tam məğlubiyəti ilə bitdi. Fransız qoşunlarının qalıqları mühasirədən çıxmaq cəhdi etsələr də alınmadı(121 eskadrondan ancaq 20 çıxa bildi).
Anri Le Sidane
Anri Ejen Oqüsten Le Sidane (fr. Henri Eugène Augustin Le Sidaner; 7 avqust 1862[…], Port-Lui – 16 iyul 1939[…], Paris) — müxtəlif incəsənət cərəyanlarında çalışan fransız rəssam (İmpressionizm, simvolizm və baş.). == Həyat və yaradıcılığı == Rəssam gəmi kapitanı ailəsində anadan olmuşdur . 1870-1871-ci illərdə Franko-Prussiya müharibəsinin bitməsindən sonra, Le Sidane ailəsi Fransaya qayıdır və Dunkirkdə yaşayır. Burada, Anri ilk rəsm dərslərini yerli bir sənətçi Aleksandr Desmitdən alır. 1880-ci ildə Parisə gələn Le Sidane, 1882-ci ildə rəssam Aleksandr Kabanelin sinifində Paris Gözəl Sənətlər Məktəbinə daxil oldu olur . 1882-1887-ci illərdə Etaplda (Pa-de-Kale) yaşayır.
Səddam Hüseyn və Əl-Qaidə əlaqələri iddiası
Səddam Hüseyn və Əl-Qaidə ilə əlaqəli iddialar ABŞ hökuməti səlahiyyətliləri tərəfindən, 1992-2003 illəri arasında İraq prezidenti Səddam Hüseyn və radikal islamçı yaraqlı təşkilat Əl-Qaidə arasında, xüsusilə də iştirak etdiyi bir sıra görüşlər arasında yüksək gizli bir əlaqənin olduğunu iddia etdi. İraq Kəşfiyyat Xidməti. İraq müharibəsi ərəfəsində ABŞ prezidenti Corc Buş, Səddam Hüseyn və Əl-Qaidənin ABŞ-yə qarşı terror hücumlarına başlamaq üçün qəsd edə biləcəyini iddia etdi. və qeyriləri. Kəşfiyyat mütəxəssislərinin konsensusu, bu təmasların heç bir zaman əməliyyat əlaqəsi yaratmaması və konsensusun müstəqil 11 sentyabr Komissiyasının hesabatları və açıqlanmayan Müdafiə İdarəsi hesabatları , həmçinin Senatın Seçki Komitəsi tərəfindən dəstəklənməsidir. Müharibədən əvvəlki kəşfiyyat hesabatlarının araşdırılması II Fazasının 2006-cı il hesabatı olan Kəşfiyyat, Səddam Hüseyn və Əl-Qaidə arasında əlaqələrə dair heç bir sübut olmadığını nəticəyə gətirdi. Buş Administrasiyasının tənqidçiləri Bushun faktiki sübutlara baxmadan İraqla müharibə üçün bir iş qurduğunu söylədilər. 29 aprel 2007-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru George Tenet 60 Dəqiqə ilə əlaqədar, "Heç bir zaman İraq hakimiyyəti, rəhbərliyi və nəzarəti, Əl-Qaidə ilə 11 sentyabr tarixində bir əlaqəsi və ya Amerikaya qarşı hər hansı bir əməliyyat aktı olduğunu yoxlaya bilmədik. == Ümumi məlumat == ==== 11 sentyabr sonrası ==== Buş Administrasiyası 11 sentyabr hücumlarından sonra İraq diktatorunu islamçı radikallarla əlaqələndirməyə çalışdı. Prezident Buş iddianı Tony Blairə 14 sentyabr 2001-ci il tarixində verdi, baxmayaraq ki, Blair onu iddianı davam etdirməməyə çağırdı.