Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səfəvilik
Səfəvi təriqəti və ya Səfəviyyə — XIV əsrdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində sufi Şeyx Səfi əd-Din tərəfindən əsası qoyulmuş İslami təriqət. Zamanında Cənubi Azərbaycan, Şərqi Anadolu və Cənubi Qafqaz ərazilərində böyük siyasi təsirə malik olmuş Səfəvi təriqətinin müridləri ilk öncə Sünniliyә etiqad etsələr də, daha sonra XVI əsrin əvvəlində Şiə məzhəbini rəsmi din kimi qəbul etmiş Səfəvilər dövlətinin əsasında durmuşdur. Ərdəbildə böyümüş Şeyx Səfi əd-Din İshaq, Şiraz gəzintisindən sonra Gilanda yerləşmiş və burada Şeyx Zahid Gilaninin tələbəsi olmuşdur. Daha sonra Zahidin qızı ilə ailə quran Şeyx Səfi əd-Din Zahidiyyə təriqətinin baş müridi olmuş və 1291-ci ildə Şeyx Zahidin vəfatından sonra təriqətin piri olmuşdur. O zamandan etibarən, təriqət Səfəviyyə adını daşımışdır. Şeyx Səfi Şeyx Sədrəddin Ərdəbili Şeyx Xacə Əlaəddin Əli Şeyx İbrahim Şeyx Cüneyd Şeyx Heydər Şeyx Sultan Əli Şah İsmayıl Xətai Təsəvvüf – (ərəbcə: تصوف) və ya Sufizm (ərəbcə: صوفية) — İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyan. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi – dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Bəzi sufilərə görə, təsəvvüf sülhü olmayan bir savaş, nəfsə qul olmamaq, şeytana alçalmamaq, nəfsin nəsibini tərk edərək Haqqın nəsibini axtarmaq, zahirdən uzaqlaşıb batinə yaxınlaşmaq, əziyyətləri gizləmək, comərdlik, zəriflik və təmizlik olaraq qiymətləndirilir. Təriqət qurucusu olan başlıca sufilər bunlardır: Əbdülqədir Geylani (Qadiriyyə), Əhməd Yəsəvi (Yəsəvilik), Əhməd Rifai (Rifailik),Nəcməddin Kübra (Kübrəvilik), Şihabəddin Ömər Sührəverdi (Sührəvərdilik), Əbul-Həsən əş-Şazili (Şazilik), Hacı Bəktaş Vəli (Bəktaşilik), Mövlana Cəlaləddin Rumi (Mövləvilik), Bəhaəddin Nəqşibənd (Nəqşibəndilik), Hacı Bayram Vəli (Bayramilik), Nəimi Təbrizi (Hürufilik), Şeyx Səfiəddin Ərdəbili (Səfəvilik), Ömər Xəlvəti (Xəlvətilik).
Bədəvilik
Bədəvilik-sufi təriqəti === Yaranması === Onları Əhmədilər də adlandırırlar. Təriqətin banisi Əhməd Bədəvi (vəfatı: 1276-cı il) Fəsdə (Mərakeşdə) dünyaya gəlmişdir. Öncə Qurani-Kərimi, hədisləri və müsəlman hüququnu öyrənmiş, sonra təsəvvüf yolunu seçərək Əbdülqadir Geylani, Əhməd Rifai kimi məşhur sufilərin təlimləri ilə tanış olmuş, onların məzarlarını ziyarət etmişdir. Onun şeyxi məşhur mütəsəvvif Bədrəd-Din Həsən Məğribi olmuşdur. Əhməd Bədəvi həyatının çox hissəsini Misirin Tanta şəhərində keçirmiş, elə ora da vəfat etmişdir. Görkəmli məmlük sultanı Bəybars ona alim kimi böyük hörmət göstərmişdir. Misirdə geniş yayılmış təriqətlərdən olduğuna görə, ölkənin ictimai həyatında da mühüm rol oynamışdır. Lakin təriqət Misirdən kənarda az yayılmışdır. Əhməd Bədəvi "Məhəmməd nuru" ideyası haqqında söhbət açmış ilk şeyxlərdən olmuşdur. O öz mənəvi silsiləsinin Əli ibn Əbu Talibə (ə) qədər yüksəldiyini də qeyd etmişdir.
Cəfərilik
Cəfərilik və yaxud İsna əşəriyyə, Azərbaycanca On ikiçilik (ərəb. اثنا عشرية‎ is̱nā ʿəşəriyyə) məzhəbi. On iki imam şiəliyi (əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə), İmamiyyə və yaxud İmamilik olaraq adlandırılır. Dünya şiələrinin ən böyük hissəsi məhz Cəfəri məzhəbinin nümayəndələridir. Hal hazırda İran İslam Respublikasının rəsmi məzhəbidir. İsmaililik və Zeydiliklə birlikdə İslam dinində, Şiə əqidəsinin fiqhi məzhəblərindən biri sayılır. == Tarixi == Cəfərilik şiələrin 6-cı imam olan İmam Cəfər-i Sadiqin adından alınmışdır və fiqhi məzhəblərin ortaya çıxdığı İmam Cəfər-i Sadiqin zamanında, yəni h.q. 2-ci yüzillikdə (m. 9–10-cu yüzillik) Cəfərilik o İmamın (ə) tərəfdarlarına verilən bir ad olaraq işlədilmişdir. Məsələn Kufədə Abbasi xəlifəsi Mehdi tərəfindən qazilik vəzifəsini tutan Şərik ibn Abdullah, İmam Cəfər-i Sadiq (ə) — in tələbələrindən Məhəmməd ibn Müslim və Əbu Kureybənin şahidliklərini "Cəfəri" günahlandırılması ilə rədd etmişdir.
Səfəvilər
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Sələfilik
Sələfiyyə və ya Sələfilik — Lüğətdə- əvvəl gəlmək, keçmək mənasında olan “sələf” (ərəb. سلف‎) sözündən törəyən sələfiyyə, ilk İslam alimləri və keçmiş İslam böyükləri ilə onların yolunu tutanlar mənasına gəlir. Bəzən buna “yaxşı”, ”xeyirli” mənasında “salih” sözünü də əlavə edərək , “sələfi-salihin” ifadəsi ilə İslamın ilk dövrlərindəki İslam alimləri nəzərdə tutulur. Sələfi əqidəsinin yəni İşid qruplaşmasın üzvləri açıq şəkildə hakimiyyətlərini yaymaqdan ötrü baş kəsmək zorakılıq icazəli hesab edirlər.Döyüşdə Şiələrlə mübarizədə məğlub olub qadın paltarı ilə (niqab,burqa) ilə qaçmışdırlar. Bu iddialar sələfi əqidəsi üçün deyil. Bu insanlar həvariclərdir ki, günümüzün bir çox cahil kütləsi Suriyada döyüşən terroristləri sələfilərlə səhv salır. Birincisi bu sələfi əqidəsinə tərsdir ona görə ki, sələfilikdə başçıya qarşı çıxmaq yoxdur. Hətta zülmkar olsa belə bunun əvəzində Allaha pənah apararaq səbir etməyi ən doğru hesab edirlər. Üstəlik də dövlət başçısının rızası olmadan özbaşına ölkədən çıxıb başqa bir ölkədə döyüşə qoşulmaq da qəbuledilməzdir Termin olaraq isə sələfiyyə- inanc mövzularına aid məsələlərdə ayə və hədislərdəki zahiri ifadə ilə kifayətlənib, bunları olduğu kimi qəbul edən fərqli izahlardan uzaq qalaraq təşbih və təcsimə düşməyən qruplar deməkdir. İlk İslam böyükləri səhabə və tabiindən çıxmışdır.
Yəsəvilik
Yəsəvilər — sufi təriqəti Bu sufi təriqəti əslən türk olan Əhməd Yəsəvinin (vəfatı: 1166-cı il) adı ilə bağlıdır. O, məşhur sufi Yusif Həmədaninin davamçılarından olmuş və Mərkəzi Asiyada türk xalqlarının İslamı qəbul etmələri prosesində böyük rol oynamışdır. Dünyagörüşü və hüquqi məsələlərdə hənəfi məzhəbinə mənsub olan Yəsəvi, ənənəvi İslamla sufilikdəki mənəvi təcrübə arasındakı ziddiyyətləri aradan qaldırmağa çalışmışdır. Əhməd Türküstanda (müasir Qazaxıstanın Çimkənt şəhərinin yaxınlığında) anadan olmuş, təhsilini Buxarada almış və təsəvvüf yoluna qədəm qoymuşdur. Sonra o Yasiyə (Türküstana) gedərək ömrünün sonuna qədər orada yaşamışdır. Onun qələmə aldığı çoxsaylı kitablar arasında türk dilində ibrətamiz şeirlər toplusu olan «Divani Hikmət» əsəri dövrümüzədək gəlib çatmışdır. Bundan başqa o, tədrislə məşğul olaraq çoxlu tələbələr yetişdirmişdi. Onların sırasında türk soylu Süleyman Hakim Ata və Mənsur Ata kimi sufi xadimləri də olmuşdur. İlk vaxtlar Əhməd Yəsəvinin təriqəti Məvarənnəhr və Xarəzmdə məşhurlaşmışdır. Sonra isə bu təriqət Qafqazda, Anadoluda və Balkanlarda yayılmışdır.
Ələvilik
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Səfəvilər Dövləti
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Səfəvilər imperiyası
Səfəvilər — 22 dekabr 1501-ci ildən 8 mart 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, Özbəkistanın kiçik hissəsi və Rusiyanı (Dağıstan) ərazilərini əhatə etmiş dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan türklərinin milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Səfəvilər həmçinin 3 barıt imperiyasından biridir. Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti" və ya "Məmalik-e Əcəm" adlandırılmışdır. Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur. Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür. I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür.
Səfəvilər sülaləsi
Səfəvilər (az-əbcəd. صفوی‌لر‎, fars. صفویان‎ səfəviyan) — indiki İran və Azərbaycan ərazisində hökm sürmüş şah sülaləsi, Səfəvi dövlətinin hökmdarları. XIV əsrin əvvəllərindən etibarən indiki İranın şimalındakı Ərdəbil bölgəsini və 1501–1722 və 1729–1736-cı illərdə indiki İranın bütün ərazisini idarə etdilər. İndiki İran, Azərbaycan, Ermənistan, İraq, Əfqanıstan, Türkmənistan və Türkiyənin şərq hissəsindəki varlığını qoruyub saxlayan tarixdə ilk dəfə Şiə Onikiciliyi Azərbaycan və İranın rəsmi inancı və varisi olduğu dövlətin hakim sülalələri olaraq qəbul etdi. Bu sülalənin ilk hökmdarı Güney Azərbaycannın Ərdəbil şəhərində anadan olan I İsmayıl (1501–1524) idi. Şərur yaxınlığında (Naxçıvanda) türkmanlar (Azərbaycan türklərinin əvvəlki adı) Ağqoyunlu dövlətinin hökmdarı Əlvənd Xanı məğlub etdikdən sonra İsmayıl zəfərlə Təbrizə girdi və 1501-ci ilin iyulunda özünü şah elan etdi. Əvvəlcə onun nəzarətində olan ərazilər yalnız Azərbaycanla məhdudlaşsa da, sonrakı 10 il ərzində indiki İranın böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi və qonşu İraq vilayətləri Bağdad və Mosulu da öz dövlətinə qoşdu. Yaradılan dövlətə ən çox Dövlət-i Qızılbaş (Qızılbaş dövləti) deyilirdi. Qızılbaş səltənəti və Qızılbaş mülkiyyəti adları da istifadə edilmişdir və şah Qızılbaş, padişah titulunu daşıyırdı.
Kürdlərdə sələfilik
Kürdlərdə sələfilik — Kürdüstan regionunda kürdlərin tətbiq etdiyi sələfi hərəkatının tarixi. Kürdüstanda sələfiliyin tarixi həmhüdud deyil və Kürdüstanın hansı hissəsindən asılı olaraq fərqli bir tarixə malikdir. == Suriya Kürdüstanında == Hökuməti Şimali və Şərqi Suriya Muxtar İdarəsi kimi tanınan Suriya Kürdüstanında hakim PYD İslam Dövlətinin yüksəlişindən sonra sələfiliyə qarşı sərt tədbirlər həyata keçirib. Suriya Kürdüstanından iki kürd sələfi hərəkatı var, məsələn, Salahəddin el-Kürdi Hərəkatı və Kürd İslam Cəbhəsi. Bu qrupların hər ikisi özlərini kürd hərəkatı hesab edir və hər ikisi daim kürdlərin, kürdlərin hüquqlarının və kürd dilinin qorunmasının prioritet olduğunu bəyan edirlər. Lakin onların hər ikisi məhdudiyyətlə üzləşdi və Kürd İslam Cəbhəsi sonradan dağıldı. PYD-nin sərt dünyəvi-liberal siyasətləri kürdlər arasında müəyyən qəzəb doğurdu və Suriya Kürdüstanından olan bir çox mühafizəkar kürdlər Kobaninin mühasirəsi zamanı İŞİD-lə əməkdaşlıq etməklə şöhrət qazandılar, çünki onlar PYD-nin ideologiyasını İŞİD-i daha yaxşı bir alternativ kimi qiymətləndirdilər. Həmçinin Kobani mühasirəsi zamanı iki Çeçen İŞİD yaraqlısı, Səlahuddin Şişani və Musa Əbu Yusuf Şişani, videoda görünüblər ki, onlar İslam Dövlətinin gələcəkdə onların Xorasan vilayətləri Əlcəzair Vilayətinə və ya Qərbi Afrika Vilayəti bənzər Kürdüstan üçün bir vilayət qura biləcəyinə işarə ediblər. Yaraqlılar kürdləri kommunizmdən xilas edəcəklərinə söz verib və bəyan ediblər ki, "biz indi Kobani şəhərindəyik. Gördüyünüz bu bayraqlar kürd xalqını birləşdirməyə çalışdıqları kommunist, ateist, allahsız Kürdüstanı simvollaşdırır.
Bəylərbəylik (Səfəvilər)
Bəylərbəylik — Səfəvilər imperiyasında böyük inzibati qurum. Hər bir bəylərbəyliyi bir bəylərbəyi (baş komandan) idarə edirdi. Bu termin ilk olaraq Osmanlı imperiyasında istifadə edilmişdir. XVII əsrdə Səfəvi dövləti on üç bəylərbəyliyinə bölünmüşdü. Səfəvilər dövlətində şahın və ya hökmdarlıq edən sülalənin şəxsi mülkiyyətində olan torpaqlar bəylərbəyliklərinə daxil deyildi. Adətən xan titulunu daşıyan bəylərbəylər inzibati hakimiyyətə sahib idilər və yerli qoşunlara başçılıq edirdilər. XVII əsrin əvvəllərində Səfəvi şahları bəylərbəylərinin hakimiyyətini məhdudlaşdırmağa çalışsalar da, buna nail ola bilməmişdilər.
Vilayət (Səfəvilər)
Vilayət (fars. ولایت‎) — Səfəvilər dövləti daxilində yarımmuxtar əyalət kimi fəaliyyət göstərən inzibati bölgü növü. Vilayətlər ölkənin sərhəddində, əsasən dağlıq ərazilərində yerləşirdi. Əhəmiyyət sırasına görə beş vilayət Ərəbistan, Luristan, Gürcüstan, Kürdüstan və Bəxtiyari torpaqları idi. Vilayəti, demək olar ki, müstəqil qubernator olan "vali" ("canişin", "qubernator") idarə edirdi. Valilər, ümumiyyətlə, tanınmış yerli ailələrə mənsub idi və rəsmi olaraq şah tərəfindən regional muxtariyyətin kompromisi kimi seçilirdi. Buna baxmayaraq, onlar irsi şəkildə hökmranlıq edirdilər. Nadir hallarda vali heç bir əlaqəsi olmayan bir vilayətə təyin olunurdu. Bu, 1680-ci illərin Kürdüstanında baş tutmuş problemlərə səbəb ola bilər ki, burada Şah Süleyman (1666–1694) tərəfindən təyin edilmiş qeyri-kürd vali yerli əhali tərəfindən qovulmuşdu. Rəisləri yaxşı rəftarda saxlamaq üçün onların ailə üzvlərindən biri (çox vaxt oğul olur) İsfahanda girov saxlanılırdı.
Vəkil (Səfəvilər)
Vəkil — Səfəvilər imperiyasının iyerarxiyasında ən yüksək vəzifələrdən biri, səltənətin inzibati və bəzi dini işlərində canişin. Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. ISBN 978-0857716613. Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. ISBN 978-0857715883.
Sədr (Səfəvilər)
Sədr – Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Səfəvi dövlətində sədr dini idarəyə rəhbərlik edir, antifeodal bidətçi hərəkatların qarşısının alınması kökünün kəsilməsi, habelə hər yerdə şiəliyin mövqelərinin yayılması, möhkəmlənməsi üçün məsuliyyət daşıyırdı. Ümumiyyətlə Səfəvi dövlətində ruhanilər böyük ayətullah, hüccətül-islam, qazı və müftidən, ibarət olub, mülki və şəri təhqiqatla onlar məşğul olurdular. Ayətullaha müctəhid-e əzəm (hökm vermək, qərar çıxarmaq hüququna malik olan ən nüfuzlu və böyük fəqih), yəni sədr deyirdilər. Bu söz isə ərəbcə olub, bədənin yuxarısı mənasını ifadə edir. Bəzi mənbələrdə bədənin bu hissəsinə qəlb deyilir. Ancaq ayrılıqda, daha doğrusu, ali rütbə, yüksək məqam və bir istilah kimi "sədrneşin", yəni sədr yerini tutan, yaxud məcazi mənada ən yüksək fəzada, göylərin yeddinci qatında qərar tutan "sidr" ağası kimi, ya da məclisdə başda oturan mənasını da verməkdədir. I Şah İsmayıl Səfəvi dövlətini yaratdıqdan sonra ondan əvvəl bölgədə hökmranlıq edən Teymuri, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən ilham almış və onların dövlət quruluşu və divan sisteminə bənzər bir təşkilat yaratmışdı. Azərbaycan Səfəvilər səltənətinin qurucusu olan Şah İsmayılın dövlətinin hərbi-siyasi özülünü türk-qızılbaşlar təşkil edirdi.Dini və qəzai mövqelərə isə seyid, müctəhid, şeyxlər, üləmalar arasından seçilən şəxslər təyin edilirdi.Bu barədə İsgəndər bəy Münşi yazır: "Bu vilayət nişanəli sülaləsində qayda bu cür idi ki, seyidləri və ruhaniləri himayə etmək, onların işlərinə cavabdeh olmaq, vəqflərin idarə olunması və şəriətin yayılması üçün vəsaitlərin xərclənməsi kimi öhdəliklər daşıyan sədarət vəzifəsi yüksək dərəcəli və pəhrizkar seyidlərdən savayı, digər bir kimsəyə tapşırılmazdı." Belə ki, Şah İsmayıl həm hərbi həm siyasi həm də dini məqamları bir yerdə cəmləmək, onları dövlət məqsədləri çərçivəsində istiqamətləndirmək və Səfəvi dövləti ərazisində şiələşdirmək siyasətini həyata keçirmək üçün sədarət vəzifəsini yaratdı. Bu vəzifəni ilk icra edən şəxs isə Şah İsmayıla səltənət tacını taxan Qadı Şəmsəddin Mövlana Lahıcı Gilani olmuşdur.
Divanbəyi (Səfəvilər)
Divanbəyi - Səfəvilər dövlətində rəhbər vəzifələrdən biri. Divanbəyi, vəzir-i əzəm (baş vəzir), vaqiyənəvis də daxil olmaqla ümumilikdə yeddi nəfər əski çağlardan bəri «üməra-ye canqi» adlanırdı. Şardenə görə ölkənin ikinci ən mühüm vəzifəsi divanbəyidir. Baş ədliyyə və ya məhkəmənin rəisidir, başqa sözlə bütün ölkənin qazi-ül-qüzzatıdır. Divanbəyi hakimlik, münsiflik şurasının rəisidir. Çünki bəy-boyun, rəis, divan isə cəmiyyət və уa şuradır ki, mühakimə etmə işlərini həyata keçirmək üçün məsuliyyət daşıyır. Divanbəyinin çıxardığı qərarlar haqqında yalnız şaha müraçiət edilə bilərdi. O, ən yüksək cinayət qazisi hesab olunurdu. Şəri hüquq isə ruhani qazilərinin ixtiyarında idi. == Divanbəyinin vəzifə və öhdəlikləri == Mirzə Səmianın “Təzkirət əl-müluk” əsərində divanbəyinin vəzifə öhdəlikləri belə verilib ki, o, həftədə dörd gün, sədrlərlə birlikdə divanbəyilərə məxsus keşikxanada, sədrlərin hökmü ilə, adam öldürmək, namusa təcavüz etmək, göz çıxarmaq və diş sındırmaq kimi dörd cinayət barədə günahkarların işinə baxırdı.
Ocaq (ələvilik)
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir. Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır.
Dağıstan vilayəti (Səfəvilər)
Dağıstan vilayəti (fars. ولایت داغستان‎ Velāyat-e Dâghestân ) — indiki Dağıstan Respublikasının (Şimali Qafqaz, Rusiya) ərazisində mərkəzləşmiş Səfəvi dövlətinin vilayəti. Çox sayda yüksək rütbəli Səfəvi xadimləri ya bu vilayətdən gəlmə idilər ya da kökləri bura gəlib çıxırdı. == Tarixi == Dağıstandakı Səfəvi idarəsi təxminən iki əraziyə bölünə bilər: Aralarında Dərbəndin də olduğu və birbaşa Səfəvi cərgəsindən gələn hakimlər tərəfindən idarə olunan Dağıstanın cənubundakı bölgələr və əsasən, Səfəvilərə tabe olan yerli sülalələr tərəfindən idarə olunan, müxtəlif Dağıstan bölgələrini və feodal ərazilərini özündə birləşdirən şimal və qərb bölgələr. Bunlar ən əhəmiyyətliləri Terek çayının ətrafında yerləşən Qumuq Şamxalı və Xəzər dənizi sahillərində yerləşən, Usmi titulu ilə idarə olunan Qara Qaytaq idi. Terekin cənubunda yerləşən kiçik Endirey krallığı Terekdən bir qədər şimala doğru "tampon bölgə" yaradırdı. Müasir mənbələrdə onun əhalisi ümumi olaraq "Ləzgi" adlanırdı. Səfəvi şahları şamxalı özü təyin etsə də, namizəd həmişə yerli şahzadələrdən olmalı idi. Engelbert Kempferə görə şamxal da hakim adına sahib idi, ancaq bu simvolik bir titul kimi qəbul edilirdi. Qumuq şamxal ailəsinin üzvü Fətəli xan Dağıstani Sultan Hüseynin hakimiyyəti dövründə Səfəvi dövlətinin ən güclü şəxslərindən biri sayılan baş vəzir vəzifəsinə yüksələ bilmişdi.
Həşt-Behişt (Səfəvilər)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. == Qalereya == == İstinadlar == == Ədəbiyyat == M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
Səfəvilər dövlətinin bayraqları
Səfəvilər dövlətinin bayraqları — Səfəvi dövlətinin yaranışından süqutuna kimi mövcud olan bayraqlar. Bayraq sözü, qədim türk dilinə aid “batrak” sözünün deformasiya olmuş formasıdır. “Batrak” sözü də “batırmaq” sözündən yaranmışdır. Mahmud Kaşğari “Divan-i Lüğət-it Türk” əsərində “torpağa sancılan mizraq” (nizə) mənasını verən batraq (bayraq) kəliməsi işlənmişdir. Görünür müxtəlif ipək parçalardan hazırlanmış bayraqlar nizələrin ucuna bərkidildiyinə görə dövlətçiliyin əsas atributlarından biri kimi “dalğalanan milli simvol”a çevrilmişdir. Hələ İslama qədərki dövrdə yazılmış və XIV əsr əlyazması ilə dövrümüzə qədər gəlib çatmış olan möhtəşəm “Kitabi-Dədə Qorqud” eposunda “Qılıncla məhv edərək, düşmənin tuğ və bayrağını endirin” ifadəsinin qeyd edilməsi bir daha göstərir ki, o dövrdə hakimiyyət simvolu kimi bayraqlara xüsusi önəm verilmişdir. Azərbaycanda tarixi ənənələr üzərində qurulan və sırf milli məfkurəyə söykənən dövlət kimi tarixə düşən Səfəvilər dövlətinin bayraqları ayrı-ayrı hökmdarlar dövründə fərqlənmişdir. Səfəvilər dövlətinə məxsus arxiv sənədləri dövrümüzə qədər saxlanmadığı kimi, Səfəvilər dövründən qalma əşyalar da müxtəlif ölkələrdəki şəxsi və ya dövlət muzeylərində saxlanılır. Səfəvilər dövlətinin rəmzləri ilə bağlı məlumatları dövrün salnamələrindəki qeydlərdən, Səfəvi şahlarının fərmanlarındakı möhürlərdən, Səfəvilər dövründə yazılmış səyahətnamələrdən və Qərbi Avropa səyyahlarının gündəliklərindən əldə etmək mümkündür. J.Şardenin verdiyi məlumata görə, Səfəvilərin bayrağı fransızların hərbi bayraqları kimi üçbucaq şəklində müxtəlif bahalı parçalardan hazırlanmışdır.
Səfəvilər sülaləsinin şəcərəsi
Səfəvilər imperiyasında yezuitlər
Səfəvilər imperiyasında yezuitlər — Səfəvilər imperiyasında mövcud olmuş Yezuit Ordeni. XVI əsrdə İran körfəzinə çatan ilk Avropa missionerləri xristian Yezuit Ordeni idi. Hindistanın Qoa şəhərində tezuit missiyasının qurucusu Fransisk Ksaveri Hollandiya Respublikasından olan Qaspar Barzeusu rəhbər seçmişdi. Bərzeus 1549-cu ildə Hörmüz adasına gəlmiş və gələn ili çoxlu hesabatlar yazmaqla keçirmişdir. O və əsgərləri adada olarkən Hörmüzün açıq dini mühitindən faydalanaraq sərbəst fəaliyyət göstərirdilər. Adanın nominal hökmdarı Turanşah da daxil olmaqla, bir çox müsəlman Barzeus tərəfindən vəftiz olunmuşdur. Hindistana gedərkən Hörmüzdən keçən Səfəvi diplomatının qızı və həyat yoldaşı da daxil olmaqla, bir neçə tanınmış şəxs də onun səyi nəticəsində xristianlığa keçmişdir. O, həmçinin məscidləri kilsəyə çevirməyə və yəhudilərin Hörmüzdə qalmasını qadağan etməyə cəhd göstərmişdir. Buna görə də hakim Səfəvi şahı I Təhmasibin (hak. 1524–1576) və yerli əhalinin qəzəbinə məruz qalmışdır.
Şah İsmayıl Səfəvinin tarixi
"Şah İsmayıl Səfəvinin tarixi" (Farsca: تاریخ شاه اسماعیل صفوی) “Tarix-i şah İsmayıl-i Səfəvi” - I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən ədəbiyyatda şərti olaraq “Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır. Əsər tam nəşr olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis dilinə tərcümədə dərc olunmuşdur. Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda - Britaniya muzeyində, digəri isə Kembric Universitetinin kitabxanasında saxlanılır. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti.
Səfəvilər dövründə inzibati-ərazi vahidləri
Səfəvilər dövlətinin inzibati ərazi vahidləri — Səfəvilər dövlətinin inzibati ərazi bölgüsü. Azərbaycan bu dövlətin tərkibində Cənubi Azərbaycan (paytaxtı Təbriz), Qarabağ (paytaxtı Gəncə), Şirvan (paytaxtı Şamaxı) və Çuxursəəd (paytaxtı İrəvan). Əyalətlərə mərkəzdən, şah tərəfindən təyin olunan bəylərbəyi başçılıq edirdi. Bəylərbəyilərin əsasən xan titulu olurdu. Əyalətlər vilayətlərə bölünürdü.Azərbaycan əyalətinin tərkibində Qaradağ, Ərdəbil, Urmiya və başqa vilayətlər vardı. Vilayətlərə hakimlər rəhbərlik edirdilər. Hakimlərin xan, bəzən də sultan titulu olurdu. Vilayətlər qəzalara bölünürdü.Qəzalara hakim və Qazı başçılıq edirdi.Qəzalar mahallara ayrılırdı. Mahallara naiblər, bəzi hallarda isə məliklər rəhbərlik edirdilər. Mahallar nahiyələrə ayrılırdı.
Təbriz bəylərbəyilərinin siyahısı (Səfəvilər dövrü)
Təbriz bəylərbəyilərinin siyahısı ― Səfəvilər dövlətinin inzibati-ərazi vahidlərindən biri olan Təbriz bəylərbəyliyində müəyyən statusla hökm sürmüş əsas səlahiyyətli şəxslərin siyahısı. "Təbriz bəylərbəyliyi" adlanan inzibati vahid XVI əsrin əvvəllərində formalaşdırılmışdır. Geosiyasi cəhətdən olduqca strateji əhəmiyyətə malik region qərbdən Osmanlı impersiyası, şimaldan Çuxursəəd, Qarabağ və Şirvan bəylərbəylikləri ilə, cənubdan və şərqdən isə bir sıra İran əyalətləri ilə həmsərhəd idi. Bununla yanaşı, iqtisadi həyatın canlı, ictimai proseslərin də olduqca dinamik olduğu Təbriz bəylərbəyliyi Səfəvi dövlətinin mərkəzi idarəetmə strukturunun daim diqqət mərkəzində olmuşdur. Yerli icra orqanı kimi inzibati və kargüzarlıq işlərinin aparılması, habelə müdafiə məsələlərinin təşkili çərçivəsində idarəetmə Səfəvi hökmdarları tərəfindən "bəylərbəyi" xüsusi statusu altında fəaliyyət göstərən imtiyazlı şəxslərə həvalə olunmuşdur.